"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MÖVQE

Quterreş Ukraynadakı müharibənin ölkələrə təsirlərinə dair məqalə yazıb

14 Aprel 2022 - 15:04
in MÖVQE
FacebookVatsap

BMT-nin Baş katibi Antonio Quterreş Ukraynadakı müharibənin inkişaf etməkdə olan və az inkişaf etmiş ölkələrə ciddi təsirlərinə dair məqalə yazıb.

Bunu da oxuyun

Tramp etiraf edir: Netanyahunun iddiaları bu sözlərlə təsdiqləndi

Zelenskiyə Belarusa hücum etməməklə bağlı xəbərdarlıq edilib

Rusiya XİN Makronun açıqlamalarını lağa qoydu

Elchi.az-ın xəbərinə görə, “Ukraynadakı müharibə: inkişaf etməkdə olan dünyaya qarşı səssiz hücum” adlanan məqalədə bildirilir ki, Ukrayna xalqı üçün Rusiyanın işğalı oyanan kabus və dəhşətli miqyasda humanitar fəlakətdir.

“Lakin müharibə həm də bütün dünyada həssas qrupa aid olan insanlar üçün sürətlə ölüm-dirim məsələsinə çevrilir.

Hər birimiz Ukraynada baş verən faciənin şahidiyik: şəhərlər dağıdılır; evlərində və küçələrdə əziyyət çəkən və həyatını itirən insanlar; İkinci Dünya Müharibəsindən sonra Avropada ən sürətli köçkünlük böhranı.

Lakin Ukraynanın hüdudlarından kənarda, medianın diqqətində olmayan bir proses baş verir – müharibə inkişaf etməkdə olan ölkələrə qarşı səssiz hücuma keçib.

Hazırkı böhran dünya əhalisinin beşdə birindən çoxunu, təxminən 1,7 milyard insanı onilliklərlə görünməmiş miqyasda yoxsulluğa, məhrumiyyət və aclığa sürükləyə bilər”, – məqalədə qeyd olunur.

Müəllif vurğulayır ki, Ukrayna və Rusiya Federasiyası dünyada buğda və arpanın 30 faizini, qarğıdalının beşdə birini və günəbaxan yağının yarıdan çoxunun təminatçısıdırlar. İki ölkənin istehsal etdiyi məhsul 45 Afrika və ən az inkişaf etmiş ölkənin idxal etdiyi buğdanın üçdə birindən çoxunu təmin etməklə ən yoxsul və ən həssas qrupa aid insanların qidalanmasına kömək olur.

Antoni Quterreşin sözlərinə görə, eyni zamanda, Rusiya dünyanın ən iri təbii qaz və ikinci ən böyük neft ixracatçısıdır: “Lakin müharibə nəticəsində limanların bağlanması, taxıl ixracının məhdudlaşması, tədarük zəncirlərinin pozulması və qiymətlərin sürətlə artması fermerlərin məhsullarını səmərəli idarə etməsinə ciddi çətinliklər yaradır.

İnkişaf etməkdə olan bir çox ölkə hələ də tarixi borc yükləri və artan inflyasiya ilə birlikdə COVID-19 pandemiyasının təsirlərindən çıxmaq üçün mübarizə aparır.
2022-ci ilin əvvəlindən buğda və qarğıdalının qiymətləri 30 faiz artıb.

Brent neftinin qiyməti ötən il ərzində 60 faizdən çox, təbii qaz və gübrə qiymətləri isə iki dəfədən çox artıb.

BMT-nin həyatların xilası ilə bağlı əməliyyatları da ciddi çətinliklərlə üzləşir. Ümumdünya Ərzaq Proqramı həyəcan təbili çalır ki, ifrat aclıqdan əziyyət çəkənləri qidalandırmaq məqsədi ilə ac insanlar üçün nəzərdə tutulan qidalardan istifadə etmək kimi çox ağrılı seçim qarşısında qalmaqdadır. Yəmən, Çad və Nigerdəki əməliyyatlarını dəstəkləmək üçün Proqramın təcili olaraq 8 milyard dollara ehtiyacı var.

Bəzi ölkələr artıq həssas durumdan böhrana və ciddi sosial iğtişaşlara doğru sürüklənir. Hər birimizə yaxşı məlumdur ki, bir çox münaqişələrin kökü elə yoxsulluq, bərabərsizlik, zəif inkişaf və ümidsizlikdədir.

Lakin dünyanın böyük hissəsi Ukrayna xalqı ilə həmrəylik nümayiş etdirsə də, davam edən müharibənin 1,7 milyard potensial qurbanı üçün eyni səviyyədə dəstəyin heç bir əlaməti görünmür.

Onları hər yerdə dəstəkləmək bizim bəlli mənəvi borcumuzdur.

Keçən ay fəaliyyətini elan etdiyim Ərzaq, enerji və maliyyə üzrə qlobal böhrana cavab qrupu hökumətlər, beynəlxalq maliyyə institutları və digər əsas tərəfdaşlarla sözügedən bir-biri ilə bağlı böhranlara qarşı əlaqələndirilmiş həllər hazırlamaq məqsədi daşıyır. Bu təşəbbüsü dəstəkləyən bütün sektorlardan olan qlobal liderlərə təşəkkür edirəm.

Qida mövzusuna qayıtsaq, biz bütün ölkələri bazarları açıq saxlamağa, yığım, habelə əsassız və lüzumsuz ixrac məhdudiyyətlərinə qarşı çıxmağa və ehtiyatları aclıq və qıtlıq riski yüksək olan ölkələrə təqdim etməyə çağırırıq.

Proteksionizm zamanı deyil. Birlikdə hərəkət etsək, hər bir ölkənin bu böhrandan çıxması üçün kifayət qədər ərzaq ehtiyatımız olacaq.

Humanitar böhranlarla əlaqədar müraciətlər, o cümlədən Ümumdünya Ərzaq Proqramının layihələri tam maliyyələşdirilməlidir. Biz XXI-ci əsrdə insanların aclıqdan ölməsinə imkan verə bilmərik.

Enerji sahəsində strateji və əlavə ehtiyatlardan istifadə qısa müddətdə yaranan enerji böhranının təsirlərinə azaltmağa kömək edə bilər”.

Yeganə orta və uzunmüddətli həll yolunun bazarda qiymətlərin dəyişməsinə müqavimət gücünə malik olan bərpa olunan enerjinin tətbiqini sürətləndir olduğunu diqqətə çatdıran Baş katib bunun kömürün və bütün digər mədən yanacaq növlərindən tədricən imtina etmək imkanını açacağını deyib: “Maliyyə məsələsində isə G20 və beynəlxalq maliyyə institutları fövqəladə vəziyyət rejiminə keçməlidir. Onlar likvidliyi və fiskal məkanı artırmaq yollarını tapmalıdırlar ki, inkişaf etməkdə olan ölkələrin hökumətləri ən yoxsul və ən həssas təbəqələrə və Dayanıqlı İnkişaf Məqsədlərinə sərmayə yatıra bilsinlər.

Bu cür addımlar varlıları daha varlı, kasıbları isə daha da yoxsul edən ədalətsiz qlobal maliyyə sistemimizdə dərin islahatlara doğru ilk addım olmalıdır.

Nağd pul köçürmələri də daxil olmaqla sosial müdafiə sistemləri bu böhran dövründə çətin durumda olan ailələr üçün böyük əhəmiyyət kəsb edəcək.

Lakin, böyük xarici borclar toplamış bir çox inkişaf etməkdə olan ölkələr bu təhlükəsizlik imkanlarını təmin etmək üçün likvidliyə malik deyil. Biz onların öz xalqlarına sərmayə yatırmaqla borcları qaytarmaq arasında seçim etmək məcburiyyətinə seyrçi qala bilmərik.

Ukraynada cərəyan edən müharibənin və onun dünyanın ən yoxsul və ən həssas insanlarına səssiz hücumunun yeganə davamlı həll yolu sülhün bərpa olunmasıdır.
BMT həm Ukraynada, həm də ondan kənarda bu müharibənin günahsız qurbanlarını dəstəkləmək üçün səy göstərdiyi bir zamanda, dünya ictimaiyyətini vahid səslə çıxış etməyə və sülh çağırışımızı dəstəkləməyə çağırırıq.

Bu müharibəyə elə indi son qoyulmalıdır”.

Previous Post

Quterreş Ukraynadakı müharibənin ölkələrə təsirlərinə dair məqalə yazıb

Next Post

Qarabağda fındıq plantasiyaları yaradıla bilər

Bənzər yazılar

Tramp etiraf edir: Netanyahunun iddiaları bu sözlərlə təsdiqləndi

Tramp etiraf edir: Netanyahunun iddiaları bu sözlərlə təsdiqləndi

04 İyun 2026 - 11:27

ABŞ Prezidenti Donald Tramp İsrail Baş naziri Binyamin Netanyahu ilə qatıldığı bir proqramda telefon danışığı zamanı sızdırılan "töhmət və qışqırıq"...

Zelenskiyə Belarusa hücum etməməklə bağlı xəbərdarlıq edilib

Zelenskiyə Belarusa hücum etməməklə bağlı xəbərdarlıq edilib

03 İyun 2026 - 11:36

Professor Orsini: Ukraynanın Belarusa qarşı təcavüzü Zelenskinin sonu olacaq. Elchi.az xəbər verir ki, Ukraynanın Belarusa qarşı təcavüzü Prezident Volodimir Zelenski üçün pis...

Rusiya XİN Makronun açıqlamalarını lağa qoydu

Rusiya XİN Makronun açıqlamalarını lağa qoydu

03 İyun 2026 - 11:20

Zaxarova Makronun açıqlamalarında ikililik gördü. Elchi.az xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makronun açıqlamaları bir-birini istisna edir; onlarda ikililik aşkar...

Rubio: Qəzzanın 70%-ni işğal etmək planı ABŞ planının bir hissəsi deyil

Rubio: Qəzzanın 70%-ni işğal etmək planı ABŞ planının bir hissəsi deyil

03 İyun 2026 - 11:00

ABŞ Dövlət Katibi Marko Rubio dedi: "İsrailin Qəzzanın 70%-ni işğal etmək planı Prezident Donald Trampın 20 maddəlik sülh planının bir...

Next Post
Qarabağda fındıq plantasiyaları yaradıla bilər

Qarabağda fındıq plantasiyaları yaradıla bilər

Qarabağda fındıq plantasiyaları yaradıla bilər

Qarabağda fındıq plantasiyaları yaradıla bilər

Son xəbərlər

“İranın belə ucuz təxribatın təsiri altına düşəcəyini düşünmürəm” – Qüdrət Həsənquliyev

“İranın belə ucuz təxribatın təsiri altına düşəcəyini düşünmürəm” – Qüdrət Həsənquliyev

06 İyun 2026 - 19:55
NATO-nun beş ölkəsi Latviyada hava hücumundan müdafiə təlimləri keçirib

NATO-nun beş ölkəsi Latviyada hava hücumundan müdafiə təlimləri keçirib

06 İyun 2026 - 19:24
Türkiyə klubu yeni baş məşqçisini rəsmən açıqladı

Türkiyə klubu yeni baş məşqçisini rəsmən açıqladı

06 İyun 2026 - 18:20
Qətər İranın Küveyt və Bəhreynə hücumlarını pislədi

Qətər İranın Küveyt və Bəhreynə hücumlarını pislədi

06 İyun 2026 - 18:07
Sabah meteohəssas insanları narahat edən hava gözlənilir

Sabah meteohəssas insanları narahat edən hava gözlənilir

06 İyun 2026 - 17:51
Rusiya rəsmisi: ABŞ Ukrayna üzrə danışıqlardan çıxmağa çalışır

Rusiya rəsmisi: ABŞ Ukrayna üzrə danışıqlardan çıxmağa çalışır

06 İyun 2026 - 17:36
FHN-in Şimal Regional Mərkəzi zona birinciliyi keçirib

FHN-in Şimal Regional Mərkəzi zona birinciliyi keçirib

06 İyun 2026 - 17:19
Hava ilə bağlı xəbərdarlıq: Yağış yağacaq

Bəzi yerlərdə şimşək çaxır, intensiv yağış yağır – FAKTİKİ HAVA

06 İyun 2026 - 17:00
Azərbaycan bu ölkə ilə viza rejimini ləğv etdi

XİN: Azov dənizində gəmilərin vurulması nəticəsində yaralanan vətəndaşların Azərbaycana qayıdışı üçün tədbirlər görülür

06 İyun 2026 - 16:45
Krasnodarda neft anbarına dron hücumu nəticəsində güclü yanğın olub

Krasnodarda neft anbarına dron hücumu nəticəsində güclü yanğın olub

06 İyun 2026 - 16:22
Kürdəmirdə açıq ərazidə yanğın söndürülüb- YENİLƏNİB

Kürdəmirdə açıq ərazidə yanğın söndürülüb- YENİLƏNİB

06 İyun 2026 - 16:08
Gəmilər vuruldu, 5 azərbaycanlı öldü – Rəsmi açıqlama

Azərbaycan və İspaniya XİN arasında konsulluq məsləhətləşmələri keçirilib

06 İyun 2026 - 15:32
Ömər aşırımında iki hərbçi dərəyə yıxılıb, biri vəfat edib

Ömər aşırımında iki hərbçi dərəyə yıxılıb, biri vəfat edib

06 İyun 2026 - 15:17
Binədə mağazada yanğın baş verdi – Video

Binədə mağazada yanğın baş verdi – Video

06 İyun 2026 - 14:30
Anton Krivotsyuk və Abdulla Xaybulayev millinin heyətindən çıxarılıb

Anton Krivotsyuk və Abdulla Xaybulayev millinin heyətindən çıxarılıb

06 İyun 2026 - 14:14
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.