"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

Prezident İlham Əliyev AZƏRTAC-ın yeni binası ilə tanış olub – YENİLƏNİB

27 Dekabr 2021 - 12:25
in MANŞET
FacebookVatsap

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 27-də Azərbaycan Dövlət İnformasiya Agentliyinin – AZƏRTAC-ın yeni binası ilə tanış olub.

Bunu da oxuyun

Antoniu Joze Sequru: Portuqaliyanın Bakıda səfirliyinin açılması əməkdaşlığa töhfə verəcək

Azad edilmiş ərazilərə köçən 10 623 nəfəri məşğulluqla təmin olunub

“Livanda sülh olsa, çox gözəl olardı” – Tramp

Elchi.az-ın xəbərinə görə, Agentliyin İdarə Heyətinin sədri Aslan Aslanov dövlət başçısına binada yaradılan şəraitlə bağlı məlumat verib.

Bildirilib ki, yeni bina Azərbaycan Prezidentinin müvafiq Sərəncamına əsasən Bakının Atatürk prospekti 70 ünvanında inşa olunub. Bina zirzəmi qatı (avtodayanacaq) ilə birlikdə 9 mərtəbədən ibarətdir. Müasir standartlara uyğun inşa olunmuş və 8 ballıq zəlzələyə davamlı binada yüksək təhlükəsizlik tədbirləri görülüb, yanğından mühafizə və yanğın xəbərverici sistemlər quraşdırılıb, hər birinin 100 ton tutumu olan 2 yeraltı ehtiyat su anbarı tikilib.

Səkkizguşəli ulduz formasında layihələndirilmiş binanın birinci mərtəbəsində ulu öndər Heydər Əliyevin büstü qoyulub, Ümummilli Liderimizin, Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın mətbuatla bağlı tədbirlərdə iştirakını, yerli və xarici mediaya müsahibələrini, Müzəffər Ali Baş Komandanımızın İkinci Qarabağ müharibəsi dövründə xalqa müraciətlərini, işğaldan azad olunmuş bölgələrə səfərlərini əks etdirən fotostendlər yaradılıb, AZƏRTAC-ın müxtəlif dövrlərdə istifadə etdiyi texniki avadanlıqların nümunələrindən ibarət muzey təşkil olunub.

Qeyd edilib ki, ilk xəbəri 1920-ci il martın 2-də işıq üzü görən Agentlik Azərbaycan Xalq Cümhuriyyətində baş verən hadisələri, hökumətin gördüyü işləri cəmi 58 gün işıqlandıra bilib. Sovet dönəmində isə ictimai-siyasi hadisələrdən asılı olaraq, fərqli aqibətlə üzləşib, adı 7 dəfə dəyişikliyə məruz qalıb.

Ulu öndər Heydər Əliyevin respublikada hakimiyyətə ilk gəlişinə qədər, bir növ, arxa planda qalan AZƏRTAC məhz Ümummilli Liderin iradəsi, şəxsi nüfuzu və qayğısı hesabına keçmiş sovet respublikalarının informasiya agentlikləri arasında qabaqcıl yerə çıxıb. Yeni binanın muzey hissəsində nümayiş olunan eksponatlar bunu əyani şəkildə sübut edir. Sovet İttifaqında SİTA-dan və Ukrinformdan sonra tamamilə kompüterləşdirilən informasiya agentliyi AZƏRTAC olub. Texniki təchizata öz dövrünün ən müasir “T-100” teletaypını da əlavə etmək olar. Uzaq məsafələrə rəsmi sənədlərin – qərar, fərman və sərəncamların birbaşa ötürülməsinə imkan verən bu avadanlıqla ən çox təchiz olunan üç agentlikdən biri də AZƏRTAC idi.

Müstəqillik illərində də ulu öndər Heydər Əliyev dövlət siyasətinin informasiya təminatında AZƏRTAC-a xüsusi qayğı ilə yanaşırdı. 1995-ci il martın 3-də Agentliyin yenidən təşkil edilməsi haqqında imzaladığı Fərmanla AZƏRTAC-a dövlət informasiya orqanı statusu verilir, büdcə vəsaiti ayrılır, beynəlxalq informasiya məkanına çıxmaq qarşıya əsas vəzifə kimi qoyulur. Məhz həmin dövrdən AZƏRTAC regional və beynəlxalq media qurumları ilə sıx əlaqələr qurmağa başlayır.

Bu strateji xətt dövlət başçısı İlham Əliyevin hakimiyyəti dövründə də uğurla davam etdirilir. Hazırda Azərbaycan AZƏRTAC-ın timsalında Dünya Xəbər Agentlikləri Şurasının səsvermə hüququna malik 13 üzvündən biridir. İnformasiya məkanında yeni çağırışlara adekvat cavab vermək üçün müasir texnika və avadanlıqlarla təchizat vacibdir. Ən müasir texnoloji avadanlıqların və ofis inventarlarının quraşdırıldığı yeni binada yaradıcı və texniki heyətin səmərəli fəaliyyəti üçün hər cür şərait yaradılıb. Binada beynəlxalq standartlara uyğun xəbər zalları, multimedia vasitələri ilə təchiz olunmuş studiyalar qurulub, operativ dəyirmi masa, teleizləmə sistemi təşkil edilib. Binada müxtəlif tədbirlərin keçirilməsi üçün sinxron tərcümə avadanlığı ilə təchiz edilmiş 180 yerlik konfrans zalı, 90 yerlik yeməkxana, zəngin ədəbiyyat fondu olan kitabxana, tibb və idman otaqları yaradılıb.

İstirahət və bayram günləri də daxil olmaqla fasiləsiz rejimdə fəaliyyət göstərən AZƏRTAC-ın yeni binasının ayrıca transformator məntəqəsi, fövqəladə hallarda elektrik ehtiyacını ödəyən dizel generator stansiyası vardır. Müasir qazanxana sistemi binanın bütün fəsillərə uyğun mərkəzləşdirilimiş qaydada havalandırılmasını təmin edir. Binanın zirzəmi qatında və həyətində 60 avtomobil üçün dayanacaq yaradılıb, ərazi abadlaşdırılıb və yaşıllaşdırılıb, ətraf küçəyə asfalt döşənib.

Hazırda 7 regional və beynəlxalq media təşkilatının üzvü olan AZƏRTAC son illərdə 50-yə yaxın xarici xəbər agentliyi ilə əməkdaşlıq müqaviləsi imzalayıb, 150-dək agentliklə informasiya mübadiləsi aparır. Onların arasında TASS (Rusiya), Sinxua (Çin), Anadolu (Türkiyə), İRNA (İran), ANSA (İtaliya), KYODO (Yaponiya), Yonhap (Koreya Respublikası) və digər nüfuzlu milli xəbər yayımçıları var. Agentlik 8 dildə – Azərbaycan, rus, ingilis, alman, fransız, ərəb, Çin və ispan dillərində xəbərlər, eləcə də beş dildə videoxəbərlər yayır. AZƏRTAC-ın xarici ölkələrdə 21 müxbir məntəqəsi fəaliyyət göstərir.

Ötən əsrin 20-ci ilindən Azərbaycan tarixinə şahidlik edən AZƏRTAC hazırda XXI əsrin salnaməsini yazmaqdadır. Yeni binada yaradılan hərtərəfli şərait agentliyin bütün yaradıcı və texniki resurslarını ölkənin uğurları, o cümlədən azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri barədə məlumatları bundan sonra da daha geniş coğrafiyada yaymağa səfərbər edəcəyinə əminlik yaradır.

AZƏRTAC-ın yeni binası ilə tanışlıqdan sonra Prezident İlham Əliyev dedi: Əməkdaşlara salam deyin.

Aslan Aslanov: Hamısının Sizə salamları var.

X X X

Azərbaycan Televiziyasının müxbirinin sualını cavablandıran Aslan Aslanov deyib: Bu bina Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə tikilib. Cənab Prezidentin xüsusi diqqəti və qayğısı nəticəsində belə gözəl, yaraşıqlı bina ərsəyə gəlib. Bütövlükdə 225 əməkdaşın səmərəli çalışmaq, müasir texniki vasitələrdən, innovativ texnologiyalardan istifadə etmək imkanı var. Bu şərait kollektivimizi daha məhsuldar işləməyə səfərbər edib.

***

09:49

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 27-də Azərbaycan Dövlət İnformasiya Agentliyinin – AZƏRTAC-ın yeni binası ilə tanış olub.

APA-nın xəbərinə görə, Agentliyin İdarə Heyətinin sədri Aslan Aslanov dövlət başçısına binada yaradılan şəraitlə bağlı məlumat verib.Foto

Prezident İlham Əliyev AZƏRTAC-ın yeni binası ilə tanış olub
Prezident İlham Əliyev AZƏRTAC-ın yeni binası ilə tanış olub
Prezident İlham Əliyev AZƏRTAC-ın yeni binası ilə tanış olub
Prezident İlham Əliyev

Previous Post

Prezident İlham Əliyev AZƏRTAC-ın yeni binası ilə tanış olub – YENİLƏNİB

Next Post

Bu il İraq və Suriyadan 69 uşaq Azərbaycana gətirilib

Bənzər yazılar

Antoniu Joze Sequru: Portuqaliyanın Bakıda səfirliyinin açılması əməkdaşlığa töhfə verəcək

Antoniu Joze Sequru: Portuqaliyanın Bakıda səfirliyinin açılması əməkdaşlığa töhfə verəcək

05 İyun 2026 - 19:25

Portuqaliya Prezidenti Antoniu Joze Sequru Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib. Elchi.az xəbər verir ki, təbrikdə deyilir. "Hörmətli cənab Prezident....

Azad edilmiş ərazilərə köçən 10 623 nəfəri məşğulluqla təmin olunub

Azad edilmiş ərazilərə köçən 10 623 nəfəri məşğulluqla təmin olunub

05 İyun 2026 - 19:22

Böyük Qayıdış proqramı çərçivəsində doğma yurdlarına qayıdan sakinlərdən iqtisadi fəal olanların ötən dövrdə artıq 10623 nəfəri məşğulluğu təmin edilib. Bu...

“Livanda sülh olsa, çox gözəl olardı” – Tramp

“Livanda sülh olsa, çox gözəl olardı” – Tramp

05 İyun 2026 - 13:00

"Livanda sülh olsa, həqiqətən də əla olardı”. Elchi.az xəbər verir ki, bu sözləri ABŞ prezidenti Donald Tramp Oval kabinetdə jurnalistlərə...

Zelenskinin Putinə məktubu: Ukrayna müharibəsi ilə bağlı üzbəüz danışıqlara çağırış

Zelenskinin Putinə məktubu: Ukrayna müharibəsi ilə bağlı üzbəüz danışıqlara çağırış

05 İyun 2026 - 10:26

Ukrayna prezidenti Volodimir Zelenski birbaşa Rusiya prezidenti Vladimir Putinə ünvanlanmış açıq məktubda üzbəüz danışıqlara çağırış edib. Zelenski görüşün neytral üçüncü...

Next Post
Bu il İraq və Suriyadan 69 uşaq Azərbaycana gətirilib

Bu il İraq və Suriyadan 69 uşaq Azərbaycana gətirilib

Bu il İraq və Suriyadan 69 uşaq Azərbaycana gətirilib

Bu il İraq və Suriyadan 69 uşaq Azərbaycana gətirilib

Son xəbərlər

Azərbaycan millisi Sumqayıtda Macarıstana məğlub olub

Azərbaycan millisi Sumqayıtda Macarıstana məğlub olub

05 İyun 2026 - 22:24
“Neftçi”nin sabiq prezidenti Sadıq Sadıqov vəfat edib

“Neftçi”nin sabiq prezidenti Sadıq Sadıqov vəfat edib

05 İyun 2026 - 22:21
Trampın xüsusi elçisi və kürəkənini Moskvada gözləyirlər

Trampın xüsusi elçisi və kürəkənini Moskvada gözləyirlər

05 İyun 2026 - 22:20
Rusiya lideri ABŞ-İran müharibəsindən danışıb

Rusiya lideri ABŞ-İran müharibəsindən danışıb

05 İyun 2026 - 22:18
Rusiya Prezidenti: Tərəfdaşlarla əməkdaşlıq siyasi mülahizələrə tabe deyil

Rusiya Prezidenti: Tərəfdaşlarla əməkdaşlıq siyasi mülahizələrə tabe deyil

05 İyun 2026 - 22:17
Avropa Komissiyası Qərbi Balkan ölkələrinə 540 milyon avroluq güzəştli kredit ayıracaq

Avropa Komissiyası Qərbi Balkan ölkələrinə 540 milyon avroluq güzəştli kredit ayıracaq

05 İyun 2026 - 21:29
Xameneinin müşaviri ABŞ-yə xəbərdarlıq edib

Xameneinin müşaviri ABŞ-yə xəbərdarlıq edib

05 İyun 2026 - 21:25
Ceyhun Bayramov: Xəzərin səviyyəsinin azalması regionun ekosisteminə mənfi təsir göstərir

Ceyhun Bayramov: Xəzərin səviyyəsinin azalması regionun ekosisteminə mənfi təsir göstərir

05 İyun 2026 - 19:28
Azərbaycanda bütün ambulans parklarının yenilənməsi nəzərdə tutulub

Azərbaycanda bütün ambulans parklarının yenilənməsi nəzərdə tutulub

05 İyun 2026 - 19:27
Livan şərtini açıqladı

Livan şərtini açıqladı

05 İyun 2026 - 19:26
Antoniu Joze Sequru: Portuqaliyanın Bakıda səfirliyinin açılması əməkdaşlığa töhfə verəcək

Antoniu Joze Sequru: Portuqaliyanın Bakıda səfirliyinin açılması əməkdaşlığa töhfə verəcək

05 İyun 2026 - 19:25
Azad edilmiş ərazilərə köçən 10 623 nəfəri məşğulluqla təmin olunub

Azad edilmiş ərazilərə köçən 10 623 nəfəri məşğulluqla təmin olunub

05 İyun 2026 - 19:22
Şimali Makedoniya Prezidenti Azərbaycan liderini təbrik edib

Şimali Makedoniya Prezidenti Azərbaycan liderini təbrik edib

05 İyun 2026 - 19:19
Milli Məclisin komissiyası “CNN”dən Azərbaycana qarşı əsassız iddiaları sübut etməyi tələb edib

Milli Məclisin komissiyası “CNN”dən Azərbaycana qarşı əsassız iddiaları sübut etməyi tələb edib

05 İyun 2026 - 19:18
ABŞ Hind okeanında İranla əlaqəli neft supertankerini saxlayıb

ABŞ Hind okeanında İranla əlaqəli neft supertankerini saxlayıb

05 İyun 2026 - 19:16
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.