Bu gün 100-dən artıq QHT-nin nümayəndəsi 10 Dekabr – Ümumdünya İnsan Hüquqları Günü ilə əlaqədar Tərtərin işğaldan edilmiş Suqovuşan qəsəbəsinə və Talış kəndinə səfər edib. Məqsəd ermənilərin 30 il ərzində işğal dövründə törətdiyi vandallıq aktları ilə tanış olmaqdır.
Bunu Elchi.az-a Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyin Müşahidə Şurasının sədr müavini, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul əməkdaşı Vüsal Quliyev deyib.
O qeyd edib ki, xüsusən QHT-lərin daha çox toxunmaq istədikləri mövzu mina məsələsidir.
V. Quliyevin sözlərinə görə, QHT-lər beynəlxalq ictimaiyyəti Ermənistan tərəfindən kütləvi mina basdırılmasına və bunun nəticəsində insanların həlak olması məsələsinə hüquqi qiymət verməyə çağırır.
V. Quliyev vurğulayıb ki, dəqiq mina xəritələrinin təqdim edilməsi ilə bağlı Ermənistana təsir mexanizmi olmalıdır.
Hərbi Prokurorluğun rəhbərliyi gənc əsgərlər, kursantlar və şəhid ailələri ilə görüşdü – FOTO
8 noyabr – Zəfər günü münasibətilə Hərbi Prokurorluğun rəhbərliyi Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında...





















Son şərhlər