"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

“Əsgərlərimiz müharibənin başlamasını və onu əsir götürəcəkləri anı səbrsizliklə gözləyirlər”

21 Sentyabr 2020 - 09:07
in SİYASƏT
FacebookVatsap

“Bu qənaətdəyəm ki, prezidentin son açıqlamaları 26 ildir davam edən söz savaşına oxşamır…”
“Əgər növbəti təxribat olarsa, hərbi əməliyyatlar təkcə bizim ərazidə aparılmayacaq…”

Bunu da oxuyun

Tarixi Zəfərin 6-cı ildönümü mübarək, Azərbaycan!

ƏHD Partiyasının təbrik bəyanatı

Çin səfiri Azərbaycanı Zəfər Günü münasibətilə təbrik edib

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin Moderator.az-a müsahibəsini təqdim edirik:

– Qüdrət bəy, Azərbaycan Respublikası Prezidentinin yerli televiziyalara verdiyi müsahibəsində diqqətinizi çəkən əsas məqamlar barədə fikirlərinizi almaq istərdik.

– Prezident həm yerli, həm də beynəlxalq ictimaiyyətə yönələn çoxlu sayda ciddi mesajlar verdi. Öz sözlərimlə ifadə etsəm, çıxışın əsas məğzi ondan ibarət  idi ki, müstəqilliyimizi göz bəbəyi kimi qorumalıyıq və keçmişin nostalgiyası ilə yaşayıb müstəqilliyə qarşı çıxanlar vətən xainləridir. Prezident misallarla əsaslandırdı ki, Azərbaycan xalqı faşizm üzərində qələbəyə böyük töhfə versə də, Kreml ölkəmizin təbii sərvətlərini uzun illər vəhşicəsinə, böyük ekoloji fəlakət yaratmaqla talasa da etnik seperatizmi dəstəkləməklə Azərbaycana xəyanət etdi və nəticədə torpaqlarımızın 20 % -i  Ermənistan tərəfindən işğal olundu. Müstəqillik illərində biz xarici investorları cəlb edib neft sənayesini yenidən qurmaqla, böyük maddi vəsaitlər hesabına həmin  ağır ekoloji fəlakətin nəticələrini aradan qaldırmaqla şəhər və kəndlərimizi abadlaşdırmaqla, ölkəmizi faktiki olaraq yenidən qurmaqla məşğuluq.
Növbəti açıqlama ondan ibarət oldu ki, Paşinyan siyasi riyakarlığına görə əvvəlki sələflərindən heç nə ilə fərqlənmir və onunla Qarabağ probleminin həlli istiqamətində danışıq aparmağın mənası yoxdur. Biz bilirik ki, Paşinyan  əhalinin ölkə daxilində mövcud olan problemlərdən diqqətini yayındırmaq üçün iyul ayında Tovuz istiqamətində erməni silahlı qüvvələrinin təxribat xarakterli hücumunu təşkil etdi. Həmin təxribatı xalqına qələbə kimi təqdim edib, Azərbaycan qarşısında danışıqları mənasız edən şərtlər irəli sürdü. Bundan sonra səfərbərlik elan edib, arvadının da əlinə silah verib Qarabağa yolladı. Əminəm ki, əsgərlərimiz müharibənin başlamasını və onu əsir götürəcəkləri anı səbrsizliklə gözləyirlər.

Prezident bəyan etdi ki, Ermənistan torpaqlarımızı işğal edib, ərazilərimizi məskunlaşdırırsa və beynəlxalq birliyin sərt təpkisi və sanksiyaları ilə üzləşmirsə, beynəlxalq hüquqa hörmət yalnız bizə qalmayıb ki. Əgər növbəti təxribat olarsa hərbi əməliyyatlar təkcə bizim ərazidə aparılmayacaq. Müsahibənin ümumi ab-havasından belə qənatə gəlmək olar ki, torpaqlarımızın azadlığı istiqamətində yaxın gələcəkdə ciddi addımlar atılacaqdır. Bu qənaətdəyəm ki, son açıqlamalar 26 ildir davam edən söz savaşına oxşamır. Müdafiə naziri Zakir Həsənovun ehtiyatda olan xüsusi ixtisaslı hərbçilərin Orduya çağırılması barədə əmri də bu qənaəti möhkəmləndirir. Kaş ki, qənaətimdə yanılmayaydım, qoy Allah qətiyyətimizi və cəsarətimizi əlimizdən almasın.

Başqa mühüm açıqlama Türkiyə, Gürcüstan və İrana yönəlmişdi. Prezident Türkiyənin qardaş ölkə olmasını, əməkdaşlığımızı genişləndirəcəyimizi bir daha vurğuladı. Gürcüstanın üzərindən Ermənistana silah daşınmasına icazə verilməməsini yüksək qiymətləndirdi və həmişə Gürcüstanın yanında olduğumuzu növbəti dəfə bəyan etdi. Gürcüstandakı bəzi gürcü familiyalı ermənilərin münasibətlərimizi pozmağa cəhd etdiyini də diqqətə çatdırdı. Prezidentin çıxışından Ermənistandan sonra ciddi nəticə çıxarmalı olan ikinci ölkə, həm də soydaşlarımızın vətəni olan İran olmalıdır. Prezident söylədi ki, əli müsəlman uşaqların, qadınların qanına batmış, bir milyondan çox müsəlmanı ev-eşiyindən didərgin salmış, islam məscidlərini, abidələrini dağıtmış, məscidlərdə donuz saxlayan ermənilərlə müsəlman olub necə münasibət qurmaq olar? Yeri gəlmişkən, ərəb  ölkələrini İsraillə diplomatik əlaqələr qurmasına görə sərt tənqid edib hədələyən İran, Ermənistana İranın hava məkanından silah daşınmasına icazə verməsi bir yana, görəsən İsraildə səfirlik açan Ermənistana münasibətdə niyə “quzu” kimi susur? Ümumən müsahibəni yüksək qiymətləndirirəm. Xalqımız bunun ardınca real addımların atılmasını gözləyir.

Previous Post

“Əsgərlərimiz müharibənin başlamasını və onu əsir götürəcəkləri anı səbrsizliklə gözləyirlər”

Next Post

Sabahdan Azərbaycanda payız fəsli başlayır

Bənzər yazılar

Tarixi Zəfərin  6-cı ildönümü mübarək, Azərbaycan!

Tarixi Zəfərin 6-cı ildönümü mübarək, Azərbaycan!

06 Noyabr 2026 - 13:48

Azərbaycan xalqı bu günlərdə Vətən müharibəsində qazanılmış möhtəşəm Qələbənin 6-cı ildönümünü böyük sevinc, coşqu və qürur hissi ilə qeyd edir....

ƏHD Partiyasının təbrik bəyanatı

ƏHD Partiyasının təbrik bəyanatı

06 Noyabr 2026 - 12:01

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası Zəfər Günü münasibətilə Azərbaycan xalqına təbrik ünvanlayıb. ƏHD Partiyası mətbuat xidmətindən Elchi.az-a verilən məlumata görə,...

Çin səfiri Azərbaycanı Zəfər Günü münasibətilə təbrik edib

Çin səfiri Azərbaycanı Zəfər Günü münasibətilə təbrik edib

06 Noyabr 2026 - 11:58

Çin səfiri Lu Mey Azərbaycanı 8 Noyabr - Zəfər Günü münasibətilə təbrik edib. Elchi.az xəbər verir ki, diplomat bu gün...

Mirzoyan Azərbaycana gəlmək istəyir: “Ümid edirəm ki…”

Mirzoyan Azərbaycana gəlmək istəyir: “Ümid edirəm ki…”

05 Noyabr 2026 - 15:42

Ermənistan və Azərbaycanın xarici işlər nazirlərinin qarşılıqlı səfərləri ilə bağlı hələlik konkret razılaşma yoxdur. Elchi.az xəbər verir ki, bunu Ermənistanın...

Next Post
Sabahdan Azərbaycanda payız fəsli başlayır

Sabahdan Azərbaycanda payız fəsli başlayır

Sabahdan Azərbaycanda payız fəsli başlayır

Sabahdan Azərbaycanda payız fəsli başlayır

Son xəbərlər

Peskov: İrəvan hazırda faktiki olaraq KTMT-də iştirak etmir

Peskov: İrəvan hazırda faktiki olaraq KTMT-də iştirak etmir

06 Noyabr 2026 - 16:00
İnəkdən sağılan süd də uçota alınacaq

İnəkdən sağılan süd də uçota alınacaq

06 Noyabr 2026 - 15:51
QHT-lərin Əməkdaşlıq Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb

QHT-lərin Əməkdaşlıq Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb

06 Noyabr 2026 - 15:42
Makronun reytinqinin aşağı düşməsi acınacaqlıdır – Le Pen

Makronun reytinqinin aşağı düşməsi acınacaqlıdır – Le Pen

06 Noyabr 2026 - 15:30
Zelenskiyə psixi xəstəlik əlamətləri diaqnozu qoyuldu

Zelenskiyə psixi xəstəlik əlamətləri diaqnozu qoyuldu

06 Noyabr 2026 - 15:16
Baş Prokurorluqda “Zəfər Günü” münasibətilə tədbir keçirilib

Baş Prokurorluqda “Zəfər Günü” münasibətilə tədbir keçirilib

06 Noyabr 2026 - 15:08
Pentaqon rəhbəri Amerika xalqına müraciət edib

Pentaqon rəhbəri Amerika xalqına müraciət edib

06 Noyabr 2026 - 15:00
Dərmanların ambulator şəraitdə müalicə alan xəstələrə verilməsi qaydaları hazırlanır

Dərmanların ambulator şəraitdə müalicə alan xəstələrə verilməsi qaydaları hazırlanır

06 Noyabr 2026 - 14:53
Zəngilan Şəhər Təhsil Kompleksinin açılışı oldu

Zəngilan Şəhər Təhsil Kompleksinin açılışı oldu

06 Noyabr 2026 - 14:50
Parlamentdə ətin qiyməti ilə bağlı xəbərdarlıq

Parlamentdə ətin qiyməti ilə bağlı xəbərdarlıq

06 Noyabr 2026 - 14:44
Bağçalar adambaşına maliyyələşmə mexanizminə keçəcək

Bağçalar adambaşına maliyyələşmə mexanizminə keçəcək

06 Noyabr 2026 - 14:30
Prezident və xanımı Zəngilanda sakinlərlə görüşdülər

Prezident və xanımı Zəngilanda sakinlərlə görüşdülər

06 Noyabr 2026 - 14:24
Bu gün inflyasiya Azərbaycanda nəzarətdə saxlanılan həddədir – Sahil Babayev

Bu gün inflyasiya Azərbaycanda nəzarətdə saxlanılan həddədir – Sahil Babayev

06 Noyabr 2026 - 14:14
Bakıda 24 il əvvəl ali məktəbdə törədilmiş qətlin üstü açılıb – BİRGƏ MƏLUMAT

Bakıda 24 il əvvəl ali məktəbdə törədilmiş qətlin üstü açılıb – BİRGƏ MƏLUMAT

06 Noyabr 2026 - 14:07
Maskdan Zelenskinin tənqidlərinə CAVAB

Maskdan Zelenskinin tənqidlərinə CAVAB

06 Noyabr 2026 - 14:00
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.