"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

“Hökumət Gürcüstana ilk sanksiyaların tətbiqi barədə düşünməlidir”

10 May 2019 - 10:23
in MANŞET, SİYASƏT
FacebookVatsap

Qüdrət Həsənquliyev: “Kommunikasiya xətlərinin kəsilməsi Gürcüstanda hakimiyyət dəyişikliyi deməkdir”

Bunu da oxuyun

“Azərbaycan İsrailin Qəzzada etdiklərinə heç vaxt haqq qazandırmayıb” – Qüdrət Həsənquliyev

Prezident İlham Əliyev Avstriyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib

Türkiyənin Azərbaycandakı səfiri iki ölkə şairlərinin yaradıcılığı ilə bağlı təkliflə çıxış edib


Bütöv Azərbaycan Xalq Cəbhəsi (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin partiyanın mətbuat xidmətinə müsahibəsi

– Qüdrət bəy, Şuşanın və Laçının işğalından 27 il keçir. Necə düşünürsünüz torpaqlarımızı işğaldan azad edə biləcəyik? Yoxsa bəzi adamların dediyi kimi Şuşaya yalnız turist kimi getmək barədə düşünməliyik?

– Fakt budur ki, müharibəni xalq olaraq uduzmuşuq. Bizi XIX-cu əsrdə Rusiya imperiyasının tərkibinə könüllü, yaxud zorla qatanda kiçik xanlıqlar şəklində yaşayırdıq. O zaman mərkəzləşmiş dövlətimiz və vahid milli şüur olmayıb. Ona görə də rəhmətlik Elçibəy deyirdi ki,güclü dövlət quruculuğu MİLLƏTLƏŞMƏKdən keçir. 
Sovet hakimiyyəti illərində repressiya mühiti ali dəyərlərə yiyələnmiş millət kimi formalaşmağımıza imkan vermədi. Onun nəticəsi idi ki, qorxu mühitində yaşamış xalqımız ermənilərin qarşısına yaxşı dövlət adamları, diplomatlar, siyasətçilər, hərbçilər, jurnalistlər çıxara bilmədi. Nəticədə güclü siyasətçilərimiz və diplomatlarımız olmadığı üçün özümüzə müttəfiq tapa bilmədik. Hətta xalqımızın ruhunu, gen yaddaşını oyadıb onu savaşa səfərbər edəcək şerlər, əsərlər yazılmadı. Hazırlıqlı jurnalistlərimiz və düzgün informasiya siyasətimiz olmadığı üçün informasiya müharibəsini uduzduq. İşğala məruz qaldığımız halda bizə sanksiyalar tətbiq olundu. Peşəkar hərbçilərimiz yetərincə olmadığı üçün döyüş meydanında uduzduq. Siyasi şüurun zəifliyi xalqımızı təxribatlar qarşısında midafiəsiz qoymuşdu. Repressiya mühiti insanlara qorxu və satqınlıq hissləri aşıladığından aramızdan çoxlu xainlər çıxsa da həmin xainlərə və güclü düşmənlərimizə qarşı dayana biləcək yetərli sayda qəhrəmanlar ortaya qoya bilmədik. Təəssüf ki, uzun illərin müstəqillik və “atəşkəs” dövründə də bu nöqsanları tam aradan qaldıra bilməmişik. Sovet dövrü qonşularımız dünya elminə və mədəniyyətinə çıxış imkanı verən rus dilini əsasən mənimsədiyi halda biz bunu bacarmadıq. SSRİ Ali Sovetində olan deputatlarımız rəqiblərə cavab vermək imkanı olmayanda çarəni sap düyünləyib, cadu edib onların dillərini bağlamaqda görürdü. İndi onlar dünya dili olan ingilis dilini mənimsəyir, biz isə rus dilində təhsil verən məktəblər açırıq. Hətta bu misalla da müharibəni niyə uduzduq sualına cavab tapmaq olar. Bu gün də yüksək ballar toplayan istedadlı gənclərimizi ali hərbi məktəblərə cəlb edə bilməmişik. Hər il beş yeni tank almaqdansa, yaxud İTV kimi beş kanalı saxlamaqdansa informasiya müharibəsində rəqabətə davamlı olmaq üçün avropalıların 35%-nin etibarlı informasiya mənbəyi kimi qəbul etdiyi “Əl Cəzirə” (Al Jazeera) kimi ingilis dilli bir kanalın açılmasının vacibliyini qəbul edə bilməmişik və s.
Ona görə də təxribatçı agentlər bilərəkdən insanları mənən sındırmaq üçün “Şuşaya turist kimi gedəcəyik” kimi fikirlər səsləndirirlər. Amma etiraf edək ki, real vəziyyəti təhlil edib ümidsizliyə qapılaraq artıq “Qarabağ gedib” deyə düşünənlər, hətta bu barədə açıq danışanlar da var .
Vəziyyətdən çıxış yolu daxildə islahatları dərinləşdirməkdən, Rusiya ilə danışıqlar aparıb anlaşmağa cəhd etməkdən və bu alınmasa xarici siyasətdə qərbyönümlü, avroatlantik məkana inteqrasiya xətti götürüb torpaqlarımızın azadlığı üçün böyük qəhrəmanlıqlara və itkilərə hazır olmağımızdan keçir.
Bunun alternativi heç bir qərar qəbul etmək gücündə olmayan ermənilərlə danışıqlar üçün hətta vaxt qoymaq belə imkanımızın olmadığı mənasız yüzillik danışıqlar aparmaq olacaq. Ermənilər isə torpaqlarımızı məskunlaşdıracaq, təbii sərvətlərimizi talayacaq. Biz isə güclü dövlətimizin olmasından ağızdolusu danışacaq, hərbi paradlarda Ordumuza baxıb qürur hissi keçirəcək, Qarabağın işğaldan azad olunması üçün möcüzə gözləyəcəyik. Əsl həqiqət bundan ibarətdir.

“Zurabaşvili ermənilərin maraqlarından çıxış edir”

– Gürcülərin Azərbaycana ərazi iddiasını necə qiymətləndirirsiniz? 
– Azərbaycan ermənilərə münasibətdə buraxdığı səhvi təkrarlamamalıdır. Qardaşlıq və dostluq haqqında oxunan moizələr keçərli deyil. Gürcüstanın baş naziri və xarici işlər naziri ilə üst səviyyədə təcili görüşlər keçirilməli və təxribatlara son qoyulması tələb olunmalıdır. Azərbaycan hökuməti gürcü xalqının eşidəcəyi səviyyədə bəyan etməlidir ki, yalnız Azərbaycan əsgərinin üzərindən keçib Keşikçi dağa sahib ola bilərsiniz. Siz müharibə istəyirsinizsə biz hazırıq. Azərbaycan artıq 1988- ci ildəki Azərbaycan, Gürcüstan da Rusiyanın forpostu deyil. Bundan başqa biz Gürcüstanda öz qədim torpaqlarında yaşayan azərbaycanlılarla, din qardaşlarımız olan acar xalqının nümayəndələri və müxalifət partiyaları ilə ciddi işləməliyik. Onlar bilməlidirlər ki, Zurabaşvili Gürcüstanın yox, xarici havadarlarının, o cümlədən ermənilərin maraqlarından çıxış edir. Erməni diasporu çoxdan, o hələ Fransa diplomatı olarkən onu satın alıb. Eyni zamanda zəiflik kimi qiymətləndirilməsindən çəkinmədən qardaş Türkiyə rəsmiləri ilə danışılmalıdır. Onlar da gürcüləri başa salsın ki, iki qardaş dövlət arasında yerləşdikləri halda belə qorxulu işlərlə məşğul olub Gürcüstan dövlətinin varlığını təhlükəyə atmaq olmaz. Düşünürəm ki, hökumət Gürcüstana ilk sanksiyaların tətbiqi barədə də düşünməlidir. Kommunikasiya xətlərinin Gürcüstan üzərindən keçməsindən də çəkinmək lazım deyil.Onların da dünyaya çıxışı Türkiyə üzərindəndir. Türkiyə və Azərbaycansız onların iqtisadiyyatını təsəvvür etmək belə mümkün deyil. Hətta bunlarsız belə kommunikasiya xətlərinin kəsilməsi Gürcüstanda dərhal hakimiyyət dəyişikliyi deməkdir.

“İranda yaşananlar bizi ciddi narahat edir”

-İran-ABŞ münasibətləri barədə fikirləriniz nədir? Qarşılıqlı hədələr hara aparıb çıxaracaq?
– İran həm azərbaycanlıların dövlətidir (tam milli haqlarına sahib olmasalar da), həm də bizə qonşu müsəlman dövlətidir. Ona görə orada yaşananlar bizi ciddi narahat edir. Düşünürəm İran rəsmilərinin müdrikliyi çatacaq ki, nəticəsi bəlli olan hərbi qarşıdurmadan yayınsın. Mətuatdan oxudum ki, Tramp İran Prezidentini danışıqlara dəvət edib. Məncə bu şansdan yararlanmaq lazımdır. Ümumiyyətlə isə mən İranın nüvə texnologiyasına sahib olmasını və gələcəkdə nüvə silahı əldə etməsini təhlükə kimi qəbul etmirəm. İrandan daha az demokratiyaya sahib olan ölkələr nüvə silahına malikdir. Nüvə silahının çəkindirici gücü bəşəriyyəti üçüncü dünya müribəsindən qoruyur. İran nüvə silahı əldə edərsə qısa bir müddət sonra Türkiyə də nüvə silahına sahib olacaq. Bu zaman regionda hərbi balans yaranacaq, bölgədə bir dövlətin hegemonluğuna son qoyulacaq. Region qanlı müharibələrdən sığortalanacaq. Bəzi insanlarımızı o narahat edir ki, İran nüvə dövləti olarsa azərbaycanlıların taleyi necə olacaq? Azərbaycanlıların taleyi ilə bağlı variantlardan biri budur ki, onlar çoxlu uşaq dünyaya gətirməlidirlər. Necə ki, Rusiya ilə müharibədən sonra çeçenlər bunu edir. İranın demokratikləşməsi qaçılmazdır. Azərbaycanlılar bu prosesdə yaxından iştirak etməlidirlər. O zaman onlar İranda siyasi hakimiyyəti götürüb xalqların milli hüquqlarını bərpa edər, İranı fars millətçiliyinə söykənən dövlət olmaqdan çıxarıb, çoxmillətli, bərabər hüquqlu bir İran dövlətinə çevirə bilərlər. Farslar azərbaycan türklərinin idarəetməsində daha firəvan həyata sahib olar, yaxud istəməsələr ayrılıb öz dövlətlərini qurarlar. Çexlər və slovaklar kimi. Dinc və sivil formada. O zaman regionda ən azı türklərin yönəltdiyi iki dövlət nüvə silahına sahib olar ki, bu da regiona sülh, ədalət və rifah gətirər.

Previous Post

“Hökumət Gürcüstana ilk sanksiyaların tətbiqi barədə düşünməlidir”

Next Post

Azərbaycan Prezidenti ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib

Bənzər yazılar

“Azərbaycan İsrailin Qəzzada etdiklərinə heç vaxt haqq qazandırmayıb” – Qüdrət Həsənquliyev

“Azərbaycan İsrailin Qəzzada etdiklərinə heç vaxt haqq qazandırmayıb” – Qüdrət Həsənquliyev

05 Oktyabr 2026 - 12:20

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb. Elchi.az müsahibəni təqdim edir: -...

Prezident İlham Əliyev Avstriyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib

Prezident İlham Əliyev Avstriyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib

05 Oktyabr 2026 - 12:04

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 5-də Avstriya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ettienn Berxtoldu qəbul...

Türkiyənin Azərbaycandakı səfiri iki ölkə şairlərinin yaradıcılığı ilə bağlı təkliflə çıxış edib

Türkiyənin Azərbaycandakı səfiri iki ölkə şairlərinin yaradıcılığı ilə bağlı təkliflə çıxış edib

05 Oktyabr 2026 - 11:51

Türkiyə və Azərbaycan şairlərinin yaradıcılığının təbliği və gənc nəslə çatdırılması məqsədilə "Şeir oxu" günlərinin keçirilməsini təşkil etməliyik. Elchi.az xəbər verir...

Prezident İlham Əliyev Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib – FOTO

Prezident İlham Əliyev Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib – FOTO

05 Oktyabr 2026 - 11:08

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 5-də Pirallahı Sənaye Parkında “Gen Pharma Caucasus Manufacturing Operations” MMC-nin dərman istehsalı müəssisəsinin açılışında...

Next Post
Azərbaycan Prezidenti ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib

Azərbaycan Prezidenti ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib

Azərbaycan Prezidenti ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib

Azərbaycan Prezidenti ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib

Son xəbərlər

Sabah Bakıya yağış yağacaq

Sabah Bakıya yağış yağacaq

05 Oktyabr 2026 - 12:43
Azərbaycanda bu kəndi su basdı – Video

Azərbaycanda bu kəndi su basdı – Video

05 Oktyabr 2026 - 12:28
“Azərbaycan İsrailin Qəzzada etdiklərinə heç vaxt haqq qazandırmayıb” – Qüdrət Həsənquliyev

“Azərbaycan İsrailin Qəzzada etdiklərinə heç vaxt haqq qazandırmayıb” – Qüdrət Həsənquliyev

05 Oktyabr 2026 - 12:20
Gültac Məmmədəliyeva dünya çempionatında 1/8 finala yüksəldi

Gültac Məmmədəliyeva dünya çempionatında 1/8 finala yüksəldi

05 Oktyabr 2026 - 12:15
Prezident İlham Əliyev Avstriyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib

Prezident İlham Əliyev Avstriyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib

05 Oktyabr 2026 - 12:04
Türkiyənin Azərbaycandakı səfiri iki ölkə şairlərinin yaradıcılığı ilə bağlı təkliflə çıxış edib

Türkiyənin Azərbaycandakı səfiri iki ölkə şairlərinin yaradıcılığı ilə bağlı təkliflə çıxış edib

05 Oktyabr 2026 - 11:51
Pulsuz hüquqi yardım alacaq şəxslərin əhatə dairəsi və vəkillərin məsuliyyəti müəyyənləşir

Pulsuz hüquqi yardım alacaq şəxslərin əhatə dairəsi və vəkillərin məsuliyyəti müəyyənləşir

05 Oktyabr 2026 - 11:38
Pulsuz hüquqi yardımın göstərilməsi üzrə xidmət haqqı və digər xərclər məlum olub

Pulsuz hüquqi yardımın göstərilməsi üzrə xidmət haqqı və digər xərclər məlum olub

05 Oktyabr 2026 - 11:25
İran “Starlink” məsələsi ilə bağlı Norveçə etirazını bildirib

İran “Starlink” məsələsi ilə bağlı Norveçə etirazını bildirib

05 Oktyabr 2026 - 11:17
Tramp süni intellekt yarışında yeni mərhələyə keçir: “Super İntellekt Qüvvəsi” yaradıldı

Tramp süni intellekt yarışında yeni mərhələyə keçir: “Super İntellekt Qüvvəsi” yaradıldı

05 Oktyabr 2026 - 11:09
Prezident İlham Əliyev Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib – FOTO

Prezident İlham Əliyev Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib – FOTO

05 Oktyabr 2026 - 11:08
Qocalan beyin zəifləmir; uyğunlaşır

Qocalan beyin zəifləmir; uyğunlaşır

05 Oktyabr 2026 - 10:53
Günəş işığı və sudan hidrogen istehsalı üçün yeni material hazırlanıb

Günəş işığı və sudan hidrogen istehsalı üçün yeni material hazırlanıb

05 Oktyabr 2026 - 10:44
Qanunsuz saxlanılan silah-sursat aşkarlanıb

Qanunsuz saxlanılan silah-sursat aşkarlanıb

05 Oktyabr 2026 - 10:32
Rusiyada laboratoriya işçisinin şübhəli ölümü epidemiya qorxusu yaratdı

Rusiyada laboratoriya işçisinin şübhəli ölümü epidemiya qorxusu yaratdı

05 Oktyabr 2026 - 10:25
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.