"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home aktual-banner

“Aqro Mədrəsə” ASC-nin “çəpərləmə” siyasəti – Şamaxıda aprel şəhidinin ailəsi incidilir – TƏKZİBOLUNMAZ FAKT

10 Aprel 2019 - 14:31
in aktual-banner, Banner, Cebhe-banner, İQTİSADİYYAT
FacebookVatsap
“Aqro Mədrəsə” ASC-nin “çəpərləmə” siyasəti - Şamaxıda aprel şəhidinin ailəsi incidilir - TƏKZİBOLUNMAZ FAKT

Belə getsə Şamaxıda üzümlüklər adamları yeməyə başlayacaq

Rubrika.az saytında dərc olunmuş “Sobsan Boya” şirkəti Şamaxıda insanları torpaqsız qoyub – İş o yerə çatıb ki, hətta vəfat edən şəxsin də adına saxta etibarnamə hazırlanıb və bu yolla torpaqların şirkətə verilməsi “qanuniləşdirilib” başlıqlı məqalə geniş əks-səda doğurub. Xatırladaq ki, yazıda “Sobsan Boya” şirkətinin Şamaxıda vətəndaşların uzun müddət istifadəsində olan torpaqları müxtəlif vasitələrlə ələ keçirməsindən, onları dolanacaq mənbəyindən məhrum etməsindən bəhs edilirdi.

Bunu da oxuyun

10 ayda dövlət büdcəsindən 296,7 milyon manat geri qaytarılıb

ADSEA daha iki kənddə içməli su layihəsi həyata keçirib

“AzerGold” Zəfər Günü münasibətilə silsilə tədbirlər təşkil edib

Redaksiyamıza “Rəmzi-S” MMC-nin (Sobsan şirkəti) direktoru Orxan Allahverdiyev tərəfindən şirkətin mövqeyini əks etdirən məktub daxil olub. Məktubda bildirilir ki, “ Rubrika.az saytında Babası Niftalıyevə istinadən dərc olunan məlumatlar tamamilə əsassızdır. Sobsan şirkətinin Şamaxı rayonunda hər hansısa torpaq sahəsi yoxdur. Sobsan şirkəti boya və boya məhsullarının istehsalı ilə məşğul olur və heç vaxt kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olmamışdır”.

“Aqro Mədrəsə” ASC-nin “çəpərləmə” siyasəti - Şamaxıda aprel şəhidinin ailəsi incidilir - TƏKZİBOLUNMAZ FAKT

Həmçinin xatırladaq ki, Sobsan şirkətinin direktoru O.Allahverdiyev redaksiyamıza zəng edərək onların bu məsələyə hər hansı aidiyyatının olmadığını, yazıda qeyd olunan torpaqların “Aqro Mədrəsə MMC” şirkətinə məxsusdur və həmin şirkətlə “Sobsan Boya” şirkətinin heç bir bağlılığı yoxdur.

“Aqro Mədrəsə” ASC-nin “çəpərləmə” siyasəti - Şamaxıda aprel şəhidinin ailəsi incidilir - TƏKZİBOLUNMAZ FAKT

Orxan Allahverdiyevin həm yazılı,həm şifahi təkziblərinə baxmayaraq torpaq qalmaqalında adı çəkilən, şikayətçinin dəfələrlə görüşərək problemi həll etməyə çalışdığı Cavid Səbzəliyevin kimya sənayesi müəssisəsi olan Sobsan-ın və eyni zamanda mühərrik yağları istehsalçısı Technol-un həmtəsisçisi olması təkzibolunmaz faktdır. Şikayətçi bildirir ki, o bir neçə dəfə C.Səbzəliyevlə görüşərək problemi həll etməyə çalışıb, lakin ona vədlər verilsə də heç bir tədbir görülməyib. Necə olur ki, C.Səbzəliyev Sobsan Boya şirkətinin təsisçisi olduğu halda onun adı çəkilən torpaq qalmaqalında şirkətinin adının çəkilməsi doğru hesab olunmur?

“Aqro Mədrəsə” ASC-nin “çəpərləmə” siyasəti - Şamaxıda aprel şəhidinin ailəsi incidilir - TƏKZİBOLUNMAZ FAKT

Rubrika.az saytının apardığı araşdırma nəticəsində məlum oldu ki, “Aqro Mədrəsə” ASC Şamaxı rayonu ərazisində əsasən üzümçülük və şərabçılıqla məşğul olur. Həmçinin ASC-nin torpaq alqı-satqı , eləcə də təsisçilik sənədlərində Səbzəliyev qardaşlarının-Cavid və Araz Səbzəliyevlərin adı qeyd olunur. Bəs onda necə olur ki, torpaq qalmaqalı ilə Səbzəliyevlərin və dolayısı ilə Sobsanın heç bir əlaqəsi olmur?

“Aqro Mədrəsə” ASC-nin “çəpərləmə” siyasəti - Şamaxıda aprel şəhidinin ailəsi incidilir - TƏKZİBOLUNMAZ FAKT

“Aqro Mədrəsə” ASC-nin Pərviz Hüseynov kimi özünü təqdim edən hüquqşünası (bəzi məlumatlarda həmin hüquqşünasın “Sobsan” şirkəti ilə bağlı hüquqi məsələlərdə tərəf kimi iştirak etdiyi bildirilir) redaksiyamızla əlaqə saxlayaraq 12,94 ha torpaq sahəsinin “Az Granata” şirkətindən alındığını bildirdi. Apardığımız araşdırma nəticəsində məlum oldu ki, qeyd olunan torpaq sahəsi 12.07.2016-cı ildə Araz Səbzəliyevin adına dövr edilib. Bu bir daha “Aqro Mədrəsə” ASC-nin bilavasitə Səbzəliyevlərlə bağlı olduğunu və şikayət edilən torpaq qalmaqalı ilə onların birbaşa əlaqəli olduğunu sübut edir.

“Aqro Mədrəsə” ASC-nin “çəpərləmə” siyasəti - Şamaxıda aprel şəhidinin ailəsi incidilir - TƏKZİBOLUNMAZ FAKT

Rubrika.az saytı vasitəsilə ölkə rəhbərliyinə, hüquq mühafizə orqanlarına müraciət edən Şamaxı sakinləri torpaqların ələ keçirilməsi zamanı dəhşətli saxtakarlıqlara imza atıldığını, araşdırmalar aparılarsa daha ciddi faktların üzə çıxarılacağını bildirirlər. Şikayətçilər bildirirlər ki, “Aqro Mədrəsə” ASC-yə məxsus olan 4,27 ha torpaq sahəsi saxta yolla əvvəlcə vəfat etmiş bir şəxsin saxta etibarnaməsi ilə başqa bir vətəndaşın adına sənədləşdirilir, daha sonra həmin vəfat edən şəxsin “etibarnaməsi” ilə Araz Səbzəliyevin (yenə də Səbzəliyevlər!) adına dövr edilir. Nəhayət həmin torpaq sahəsi “Aqro Mədrəsə” ASC-nin balansına keçir. Göründüyü kimi şirkət və Səbzəliyevlər hansı vasitələrlə vətəndaşların torpaq sahələrini ələ keçirirlər.

“Aqro Mədrəsə” ASC-nin “çəpərləmə” siyasəti - Şamaxıda aprel şəhidinin ailəsi incidilir - TƏKZİBOLUNMAZ FAKT

Rubrika.az saytı vasitəsilə dövlət başçısından kömək istəyən aprel şəhidinin atası Nadir Zəkərəliyev də “Aqro Mədrəsə” ASC-nin “çəpərləmə” siyasətinin qurbanlarından biridir. Şəhid atası bildirir ki, ona məxsus olan və rəsmi sənədlərlə təsdiq olunan 84 sot torpaq sahəsindən artıq 1 ildən çoxdur ki, istifadə edə bilmir. Çünki, həmin torpaq sahəsi “Aqro Mədrəsə” ASC tərəfindən çəpərlənərək ələ keçirilib. Göründüyü kimi dövlət tərəfindən şəhid ailələri ən yüksək səviyyədə qayğı ilə əhatə olunduğu halda, “Aqro Mədrəsə” ASC şəhid ailəsinin də torpağını əlindən almaqdan çəkinmir.

“Aqro Mədrəsə” ASC-nin “çəpərləmə” siyasəti - Şamaxıda aprel şəhidinin ailəsi incidilir - TƏKZİBOLUNMAZ FAKT

Rubrika.az saytı vasitəsilə cənab Prezident İlham Əliyevə, birinci vitse-prezident Mehriban xanıma:
“Artıq xeyli müddətdir ki, biz “Aqro Mədrəsə” ASC-nin və Səbzəliyev qardaşlarının “çəpərləmə” siyasətinin nəticəsində yeganə dolanacaq mənbəyimiz olan torpaqlarımızdan məhrum olmuşuq. Müxtəlif qanunsuz yollarla, hətta ölmüş birisinin adından sənəd verməklə belə torpaqlarımızı ələ keçirən şirkət bizləri çətin vəziyyətdə qoyub. Səbzəliyevlər hər vasitə ilə bizi torpaqlarımızdan məhrum etməyə çalışırlar.

“Aqro Mədrəsə” ASC-nin “çəpərləmə” siyasəti - Şamaxıda aprel şəhidinin ailəsi incidilir - TƏKZİBOLUNMAZ FAKT

Onlar artıq sadə insanlarla hədə-qorxu dili ilə, təhdid yolu ilə danışırlar. Şirkətin hüquqşünası torpaqlarını tələb edən insanlara şirkət sahibləri adından hədə-qorxu gəlir, qanuni tələblərindən geri çəkilməyə məcbur edir. Biz torpaq adamlarıyıq, çörəyimiz torpaqdan çıxır. İndi bir qrup insan bizi torpaqsız qoymaq istəyir. Bəlkə sizlər deyəsiniz-bəs biz necə dolanaq, kimdən kömək istəyək?”

“Aqro Mədrəsə” ASC-nin “çəpərləmə” siyasəti - Şamaxıda aprel şəhidinin ailəsi incidilir - TƏKZİBOLUNMAZ FAKT

P.S. Orta əsrlərdə yun parçaya tələbatın artması ilə əlaqədar İngiltərədə feodallar kəndliləri yaşayış yerlərindən qovur,torpaqlarını çəpərləyib qoyunlar üçün otlaqlara çevirirdilər. O zaman belə bir məhşur deyim yaranmışdı: “Qoyunlar adamları yeyirlər”. Deyəsən Şamaxıda da üzümlüklər adamları yeməyə başlayacaq!!!

“Aqro Mədrəsə” ASC-nin “çəpərləmə” siyasəti - Şamaxıda aprel şəhidinin ailəsi incidilir - TƏKZİBOLUNMAZ FAKT

PS. Prezident İlham Əliyev cənablarına müraciət

83 yaşlı B.Niftalıyevlər və mövzuda adı keçən aprel şəhidinin ailəsi xatırladıram ki, Babası kişinin on övladı var və bu insanların hər birinin ailələrinin qazandığı bir parça çörək iyirmi ilə yaxındır ki, bəhs edilən torpaqdan çıxır. Hazırda həmin ailələr (şəhid ailəsi Nadir Zəkərəliyev orda olmaq şərti ilə) həmin torpaq ərazisində çadır quraraq sizdən və aidiyyatı qrumlardan imdad diləyir.

“Aqro Mədrəsə” ASC-nin “çəpərləmə” siyasəti - Şamaxıda aprel şəhidinin ailəsi incidilir - TƏKZİBOLUNMAZ FAKT

Çox hörmətli Z.Qaralovun diqqətinə.

Son məlumatda bildirilir ki, bəhs edilən torpaq ərazisində şirkət tərəfindən vətəndaşları ölüm həddinə çatdırmaq kimi proseslər baş verir. Hətta yaralıların olmağı ilə bağlı məlumatlar da verilir.

Nicat Mahmudov

Previous Post

“Aqro Mədrəsə” ASC-nin “çəpərləmə” siyasəti – Şamaxıda aprel şəhidinin ailəsi incidilir – TƏKZİBOLUNMAZ FAKT

Next Post

Anjey Kaspşik Dağlıq Qarabağa gəldi

Bənzər yazılar

10 ayda dövlət büdcəsindən 296,7 milyon manat geri qaytarılıb

10 ayda dövlət büdcəsindən 296,7 milyon manat geri qaytarılıb

06 Noyabr 2026 - 17:38

2026-cı ilin yanvar-oktyabr ayları ərzində dövlət büdcəsindən fiziki və hüquqi şəxslərə ümumilikdə 296 milyon 715,3 min manat məbləğində vəsait geri...

ADSEA daha iki kənddə içməli su layihəsi həyata keçirib

ADSEA daha iki kənddə içməli su layihəsi həyata keçirib

06 Noyabr 2026 - 16:35

Astara rayonunun Bala Şahağac və Qamışoba kəndlərində içməli su təchizatının yaxşılaşdırılması istiqamətində yeni layihə həyata keçirilib. Elchi.az xəbər verir ki,...

“AzerGold” Zəfər Günü münasibətilə silsilə tədbirlər təşkil edib

“AzerGold” Zəfər Günü münasibətilə silsilə tədbirlər təşkil edib

06 Noyabr 2026 - 16:27

8 Noyabr – Zəfər Günü münasibətilə “AzerGold” QSC tərəfindən şəhid ailələrinin üzvlərinin iştirakı ilə Vətən müharibəsində qazanılmış tarixi Qələbənin qeyd...

Bu gün inflyasiya Azərbaycanda nəzarətdə saxlanılan həddədir – Sahil Babayev

Bu gün inflyasiya Azərbaycanda nəzarətdə saxlanılan həddədir – Sahil Babayev

06 Noyabr 2026 - 14:14

Bu gün inflyasiya Azərbaycanda nəzarət altında saxlanılan həddədir. Elchi.az xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya,...

Next Post
Anjey Kaspşik Dağlıq Qarabağa gəldi

Anjey Kaspşik Dağlıq Qarabağa gəldi

Anjey Kaspşik Dağlıq Qarabağa gəldi

Anjey Kaspşik Dağlıq Qarabağa gəldi

Son xəbərlər

Brüsseldə Zəfər Günü qeyd olunub – FOTO

Brüsseldə Zəfər Günü qeyd olunub – FOTO

06 Noyabr 2026 - 17:45
10 ayda dövlət büdcəsindən 296,7 milyon manat geri qaytarılıb

10 ayda dövlət büdcəsindən 296,7 milyon manat geri qaytarılıb

06 Noyabr 2026 - 17:38
Parlament Abşeron dəniz blokuna dair Sazişin yeni redaksiyasını təsdiqləyəcək

Parlament Abşeron dəniz blokuna dair Sazişin yeni redaksiyasını təsdiqləyəcək

06 Noyabr 2026 - 17:25
Ceyhun Bayramov BMT Baş katibinin müavini ilə görüşüb

Ceyhun Bayramov BMT Baş katibinin müavini ilə görüşüb

06 Noyabr 2026 - 17:11
Hörmüz boğazında tanker atəşə tutulub

Hörmüz boğazında tanker atəşə tutulub

06 Noyabr 2026 - 16:58
Hərbi Prokurorluğun rəhbərliyi gənc əsgərlər, kursantlar və şəhid ailələri ilə görüşdü – FOTO

Hərbi Prokurorluğun rəhbərliyi gənc əsgərlər, kursantlar və şəhid ailələri ilə görüşdü – FOTO

06 Noyabr 2026 - 16:51
Mbappe La Liqada oktyabrın ən yaxşı futbolçusu seçilib

Mbappe La Liqada oktyabrın ən yaxşı futbolçusu seçilib

06 Noyabr 2026 - 16:45
ADSEA daha iki kənddə içməli su layihəsi həyata keçirib

ADSEA daha iki kənddə içməli su layihəsi həyata keçirib

06 Noyabr 2026 - 16:35
“AzerGold” Zəfər Günü münasibətilə silsilə tədbirlər təşkil edib

“AzerGold” Zəfər Günü münasibətilə silsilə tədbirlər təşkil edib

06 Noyabr 2026 - 16:27
Külək güclənəcək – XƏBƏRDARLIQ

Külək güclənəcək – XƏBƏRDARLIQ

06 Noyabr 2026 - 16:14
DYP Zəfər və Dövlət Bayrağı günləri ilə bağlı Bakıda keçiriləcək hərbi yürüşlərlə bağlı müraciət edib

DYP Zəfər və Dövlət Bayrağı günləri ilə bağlı Bakıda keçiriləcək hərbi yürüşlərlə bağlı müraciət edib

06 Noyabr 2026 - 16:06
Peskov: İrəvan hazırda faktiki olaraq KTMT-də iştirak etmir

Peskov: İrəvan hazırda faktiki olaraq KTMT-də iştirak etmir

06 Noyabr 2026 - 16:00
İnəkdən sağılan süd də uçota alınacaq

İnəkdən sağılan süd də uçota alınacaq

06 Noyabr 2026 - 15:51
QHT-lərin Əməkdaşlıq Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb

QHT-lərin Əməkdaşlıq Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb

06 Noyabr 2026 - 15:42
Makronun reytinqinin aşağı düşməsi acınacaqlıdır – Le Pen

Makronun reytinqinin aşağı düşməsi acınacaqlıdır – Le Pen

06 Noyabr 2026 - 15:30
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.