"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

AMEA Lənkəran Regional Elmi Mərkəzinin Elmi Şurasının birgə iclası keçirilib

27 Dekabr 2018 - 14:26
in XƏBƏR LENTİ
?

?

FacebookVatsap

Bunu da oxuyun

Hörmüz boğazında tankerlərə hücumların sayı rekord həddə çatıb

AK Parti sözçüsü: Türkiyə və Azərbaycanın arasına girməyə çalışan ölkələr var

Böyük Britaniya kral ailəsinin həkimi evində ölü tapılıb

Dekabrın 26-da Lənkəran şəhərində AMEA Biologiya və Tibb Elmləri Bölməsinin və Lənkəran Regional Elmi Mərkəzinin Elmi Şurasının birgə iclası keçirilib. Bölmənin akademik-katibi, akademik Əhliman Əmiraslanovun sədrliyi ilə keçən tədbirdə BTEB bürosunun və Lənkəran REM-in Elmi Şurasının üzvləri ilə yanaşı, Kənd Təsərrüfatı Nazirliyinin və müvafiq yerli təşkilatların rəhbər və mütəxəssisləri, Lənkəran Şəhər İcra Hakimiyyətinin rəhbərliyi də iştirak ediblər.

Akademik Əhliman Əmiraslanov iclası giriş sözü ilə açaraq iştirakçıları gündəliklə tanış edib.

Tədbirdə Mərkəzin direktoru, kənd təsərrüfatı elmləri doktoru Fərman Quliyev mərkəzin elmi və elmi-təşkilati fəaliyyətin yekunlarına dair məruzə ilə çıxış edərək müxtəlif elmi istiqamətlərlə bağlı aparılan tədqiqat işləri barədə məlumat verib. Natiq Cənub-Şərqi Azərbaycanda çay və sitrus bitkilərinin sort və formalarının toplanması, qiymətləndirilməsi, yeni sortların yaradılması, yabanı floranın növ tərkibinin müəyyənləşdirilməsi və qiymətləndirilməsinin, eləcə də subtropik qərzəkli, sitrus meyvə bitkilərinin şaxtaya, xəstəlik və zərərvericilərə davamlı yeni sortlarının yaradılması, mövcud sortların öyrənilməsinin, həmçinin Cənub-Şərqi Azərbaycanın arxeoloji abidələrinin sistemli və müasir elmi üsullarla tədqiqinin prioritet istiqamətlərdən olduğunu bildirib. Mərkəzin beynəlxalq əlaqələri haqqında da məlumat verən məruzəçi bildirib ki, hesabat ilində İranın bir neçə elmi tədqiqat institutları ilə əməkdaşlıq əlaqələri qurulub. Əlavə edib ki, əkinçilik, torpaqşünaslıq, biokimya, çay, zeytun, feyxoa və sitrus bitkilərinin yetişdirilməsi sahəsində mütəxəssislərin hazırlanması, elmi-texniki əməkdaşlığın yaradılması və inkişaf etdirilməsi istiqamətlərində müəyyən razılaşmalar əldə edilib.

Məruzə dinlənildikdən sonra müzakirələr aparılıb. Akademik Əhliman Əmiraslanov Lənkəran REM-in növbəti illər üzrə elmi istiqamətləri və mövzu planları haqqından söhbət açaraq bu sahədə Lənkəran Dövlət Universiteti ilə birgə elmi tədqiqat işlərinin aparılmasının vacibliyini vurğulayıb. Yerli kadrların hazırlanmasına ehtiyac olduğunu qeyd edən akademik bu istiqamətdə institutların üzərinə düşən vəzifələrdən danışıb.

Tədbirdə AMEA-nın aqrar məsələlər üzrə müşaviri, akademik Qərib Məmmədov coğrafi informasiya sistemləri əsasında interaktiv elektron torpaq və torpaqların elektron ekoloji qiymət xəritələrinə dair məruzə ilə çıxış edib. Bildirib ki, ərazi üzrə torpaq resurslarının optimal idarəsi üçün məkanla bağlı torpaq və torpaq yeri, həmçinin ümumcoğrafi informasiya haqqında baza məlumatların olduğu sistemin yaradılması olduqca vacibdir. Akademik ekoloji qiymət xəritələrinin məlumat bazasının yaradılması və idarə edilməsi xüsusiyyətlərini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

İclasda AMEA-nın vitse-prezidenti, AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru, akademik İradə Hüseynova, Lənkəran Dövlət Universitetinin rektoru,  riyaziyyat elmlər doktoru, professor Natiq İbrahimov, AMEA-nın Botanika İnstitutunun direktoru, akademik Validə Əlizadə, Genetik Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov, Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev, AMEA Dendrologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Tofiq Məmmədov, AMEA-nın müxbir üzvü Elşad Qurbanov, Fiziologiya İnstitutunun direktoru, biologiya elmləri doktoru Ulduz Həşimova, Mərkəzi Nəbatat Bağının direktor vəzifəsini icra edən, biologiya üzrə fəlsəfə doktoru Vahid Fərzəliyev, Zoologiya İnstitutunun direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Elman Yusifov və başqaları çıxış edərək görülən işlərdən danışıblar. Sonra BTEB-in institutlarının Lənkəran-Astara bölgəsində bu günə qədər apardıqları birgə tədqiqat və gələcək planlar, çayçılıq, tərəvəzçilik, sitrus bitkiləri, çəltikçilik və baramaçılığın inkişafı ilə bağlı dövlət proqramlarının yerinə yetirilməsində Lənkəran REM-in rolu, Lənkəran REM və BTEB-in institutları ilə Lənkəran Dövlət Universiteti, Kənd Təsərrüfatı Nazirliyinin Regional Elm Mərkəzi, Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun Lənkəran Çayçılıq filialı, Hirkan Milli Parkı, eləcə də digər əlaqədar yerli təşkilatlar arasında əməkdaşlıq əlaqələrinin inkişaf yolları, regionda birgə elmi seminar, simpozium və konfransların təşkili məsələləri haqqında, həmçinin Lənkəran REM-in tədqiqat imkanlarına və təcrübə sahəsinə baxış sahələri üzrə müzakirələr aparılıb, müvafiq tapşırıqlar verilib.

Müzakirələr aparıldıqdan sonra elmi mərkəzin 2018-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatının təsdiq edilərək Akademiyanın illik hesabatına daxil edilməsi barədə qərar qəbul edilib.

Tədbirin sonunda AMEA-nın aqrar məsələlər üzrə müşaviri, akademik Qərib Məmmədov və Dendrologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Tofiq Məmmədov öz əsərlərini Lənkəran REM-ə bağışlayıblar.

Previous Post

AMEA Lənkəran Regional Elmi Mərkəzinin Elmi Şurasının birgə iclası keçirilib

Next Post

Donald Tramp: ABŞ daha dünya jandarmı ola bilməz

Bənzər yazılar

Hörmüz boğazında tankerlərə hücumların sayı rekord həddə çatıb

Hörmüz boğazında tankerlərə hücumların sayı rekord həddə çatıb

07 Oktyabr 2026 - 21:26

Ötən həftə Hörmüz boğazından keçən tankerlərə edilən hücumların sayı İranla müharibə başlayandan bəri ən yüksək səviyyəyə çatıb. Elchi.az  "Reuters" agentliyinə...

AK Parti sözçüsü: Türkiyə və Azərbaycanın arasına girməyə çalışan ölkələr var

AK Parti sözçüsü: Türkiyə və Azərbaycanın arasına girməyə çalışan ölkələr var

07 Oktyabr 2026 - 20:22

  Türkiyə və Azərbaycanın arasına girməyə çalışan ölkələr var. Elchi.az  "Haber Global"a istinadən xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət...

Böyük Britaniya kral ailəsinin həkimi evində ölü tapılıb

Böyük Britaniya kral ailəsinin həkimi evində ölü tapılıb

07 Oktyabr 2026 - 20:18

Britaniya kral ailəsinin həkim-terapevti Hanna Terri Böyük Britaniyanın şərqindəki Norfolk qraflığında yerləşən Sandrinqem malikanəsinin kənarındakı evində ölü tapılıb. Elchi.az "The...

“Yandex” axtarış sisteminin Azərbaycandakı payı 8 dəfə azalıb

“Yandex” axtarış sisteminin Azərbaycandakı payı 8 dəfə azalıb

07 Oktyabr 2026 - 20:12

Bu ilin sentyabr ayında Azərbaycanda bütün platformalarda (kompüter, mobil cihazlar və planşetlərdə) "Google" axtarış sisteminin bazar payı 97,35 % təşkil...

Next Post

Donald Tramp: ABŞ daha dünya jandarmı ola bilməz

Donald Tramp: ABŞ daha dünya jandarmı ola bilməz

Son xəbərlər

İran səfiri etirazlarla bağlı dezinformasiyaya görə Fransa XİN-ə çağırılıb

İran səfiri etirazlarla bağlı dezinformasiyaya görə Fransa XİN-ə çağırılıb

07 Oktyabr 2026 - 21:30
Hörmüz boğazında tankerlərə hücumların sayı rekord həddə çatıb

Hörmüz boğazında tankerlərə hücumların sayı rekord həddə çatıb

07 Oktyabr 2026 - 21:26
AK Parti sözçüsü: Türkiyə və Azərbaycanın arasına girməyə çalışan ölkələr var

AK Parti sözçüsü: Türkiyə və Azərbaycanın arasına girməyə çalışan ölkələr var

07 Oktyabr 2026 - 20:22
Böyük Britaniya kral ailəsinin həkimi evində ölü tapılıb

Böyük Britaniya kral ailəsinin həkimi evində ölü tapılıb

07 Oktyabr 2026 - 20:18
“Yandex” axtarış sisteminin Azərbaycandakı payı 8 dəfə azalıb

“Yandex” axtarış sisteminin Azərbaycandakı payı 8 dəfə azalıb

07 Oktyabr 2026 - 20:12
DÇ: Azərbaycan cüdoçusu Zelim Tçkayev finalda məğlub olub

DÇ: Azərbaycan cüdoçusu Zelim Tçkayev finalda məğlub olub

07 Oktyabr 2026 - 19:28
AQTA “Piano Hall” şadlıq evində nöqsanlar aşkarladı

AQTA “Piano Hall” şadlıq evində nöqsanlar aşkarladı

07 Oktyabr 2026 - 19:20
Ceyhun Bayramov Türkmənistanda Orta Dəhlizin artan rolundan danışdı

Ceyhun Bayramov Türkmənistanda Orta Dəhlizin artan rolundan danışdı

07 Oktyabr 2026 - 19:12
Azərbaycan cüdoçusu Ömər Rəcəbli dünya üçüncüsü olub

Azərbaycan cüdoçusu Ömər Rəcəbli dünya üçüncüsü olub

07 Oktyabr 2026 - 18:56
Azərbaycanın C6-nın möhkəmlənməsinə fəal töhfə verməyə hazır olduğu bir daha təsdiqlənib – FOTO

Azərbaycanın C6-nın möhkəmlənməsinə fəal töhfə verməyə hazır olduğu bir daha təsdiqlənib – FOTO

07 Oktyabr 2026 - 18:47
BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

07 Oktyabr 2026 - 18:33
Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib

Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib

07 Oktyabr 2026 - 18:25
Lavrov: Alyaskada Ukrayna üzrə danışıqlarla bağlı Rusiyanın vicdanı təmizdir

Lavrov: Alyaskada Ukrayna üzrə danışıqlarla bağlı Rusiyanın vicdanı təmizdir

07 Oktyabr 2026 - 18:16
Naxçıvan üzrə oktyabrın pensiya ödənişləri yekunlaşdırılıb

Naxçıvan üzrə oktyabrın pensiya ödənişləri yekunlaşdırılıb

07 Oktyabr 2026 - 17:59
Fransanı şərab böhranı gözləyir

Fransanı şərab böhranı gözləyir

07 Oktyabr 2026 - 17:46
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.