"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

“Talesiz qadın olmuşam, xoşbəxt ola bilməmişəm” – Fədayə Laçının məhkəmədə son sözü

03 Dekabr 2018 - 16:17
in CƏMİYYƏT
FacebookVatsap

Bunu da oxuyun

Sabah Bakıda 33 dərəcə isti olacaq

34 ildən sonra Xocalının Təzəbinə kəndində yeni dərs ili başlayıb

Nazir: Nəticələr uğurlu olsa, təmayül tədris modeli tam orta təhsilə daha geniş tətbiq ediləcək

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda məhbusların qaçmasına kömək göstərməkdə təqsirləndirilən müğənni Fədayə Laçın və daha 12 nəfərin cinayət işi üzrə növbəti məhkəmə iclası davam etdirilib.

Elchi.az report-a istinadən bildirir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə F.Laçın son söz deyib.

O, cinayət əməlini bilərəkdən törətmədiyini bildirib.

F.Laçın çıxışında çox peşman olduğnu söyləyib: “Mən dövlətimin qanunlarını bilən adamam. Heç vaxt qanunsuz bir əməl törətməmişəm. Həyatda çox talesiz bir qadın olmuşam. Qadın kimi xoşbəxt ola bilməmişəm. Həyatdakı yolum həmişə daşlı olub və dəfələrlə bu yolda yıxılmışam. Amma yenə də durub yola davam eləmişəm. Heç vaxt əlimdən tutanım, dəstək olanım olmayıb. Amma bu dəfə mən bataqlığa düşmüşəm. Bu dəfə mənim əlimdən tutub çıxaran olmasa, bu, yolun sonudur”.

Müğənni 9 nəfərlik ailəsinin olduğunu vurğulayıb: “Xahiş edirəm bunu nəzərə alasınız. Ailə üzvlərim mənim himayəmdədir. Oğlum bu hadisədən sonra magistr təhsilini yarımçıq qoydu. Bu, bir ana kimi mənə böyük dağdır, 22 ildir sənətdəyəm. Ali təhsilliyəm, ziyalı bir ailədə böyümüşəm. Sadəcə, həyatda heç vaxt şansım gətirməyib. Nə bir insan kimi, nə də bir qadın kimi xoşbəxt ola bilməmişəm. Bu son hadisə də onu göstərdi ki, həqiqətən də, mən bəxtsiz və talesiz bir insanam”.

F.Laçın məhkəmədən əfv olunmasını xahiş edib: “Əhd eləmişəm ki, azadlığa çıxsam, Şəhidlər Xiyabanına gedib, 20 Yanvar şəhidlərimiz olan İlham və Fərizənin məzarı başında öz avazımla “Yasin” oxuyacam. Onu da demək istəyirəm ki, bir insanın kriminal aləmdə olan biri ilə tanışlığının olması onun da cinayətkar olması demək deyil. Bilməzdim ki, bazarda da satılan 6 manatlıq bir açara görə belə bir vəziyyət yarana. Əgər məndən odlu silah, soyuq silah, narkotik istəsəydilər, əlbəttə bundan imtina edərdim. Çünki bunun cinayət olduğunu bilirəm. İndi kimsə məndən çörək belə istəyəndə ehtiyat edirəm. Fikirləşirəm ki, çörək yemək üçündür, amma yenə də ehtiyat edirəm”.

Daha sonra digər təqsirləndirilən Günay Atakişiyeva, Şahmar Bəyəlizadə, Aqil Nəcəfov və Məhəmməd Hacıyev də son sözlə çıxış ediblər. Onlar əməllərindən peşman olduqlarını və məhkəmədən aşağı cəza verilməsini istəyiblər.

Məhkəmənin növbəti iclası dekabrın 10-nə təyin edilib.

Xatırladaq ki, prokuror çıxışında təqsirləndirilənlər – müğənni F.Laçının 6 il, Penitensiar Xidmətin tabor komandiri Bəhruz Abdullayevin 10 il, qarovul rəisi Ceyhun Səmədovun 10 il, müavinləri – Tural Poladxanovun 8 il 6 ay, Fuad Hacıyevin 8 il 6 ay, taksi sürücüsü Məhəmməd Hacıyevin 8 il, Günay Atakişiyevanın 7 il, Aqil Nəcəfovun 10 il, İsrafil Soltanovun 8 il, Şahmar Bəyəlizadənin 8 il, Tərlan Zeynalovun 8 il, Anar Əsgərovun 8 il və Əli Ağaminin (cəzaları birləşdirilib) 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, ötən il oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başlanan cinayət işi üzrə Fədayə Məmmədova (Fədayə Laçın) təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

İttiham aktına əsasən, 7 nəfər – Müzəffər Məmmədov, Emil Səfərov, Ramil Səlimov, Hətəm Əliyev, Vüsal Abbasov, Rövşən Camalov və Rəşad Məmmədov zərərçəkmiş şəxs qismində tanınır.

Previous Post

“Talesiz qadın olmuşam, xoşbəxt ola bilməmişəm” – Fədayə Laçının məhkəmədə son sözü

Next Post

Sabah intensiv yağış yağacaq – XƏBƏRDARLIQ

Bənzər yazılar

Sabah Bakıda 32 dərəcə isti olacaq

Sabah Bakıda 33 dərəcə isti olacaq

15 Sentyabr 2026 - 12:29

Sabah Bakıda hava necə olacaq? Sentyabrın 16-da gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bakıda...

34 ildən sonra Xocalının Təzəbinə kəndində yeni dərs ili başlayıb

34 ildən sonra Xocalının Təzəbinə kəndində yeni dərs ili başlayıb

15 Sentyabr 2026 - 11:04

Xocalı rayonunun Təzəbinə kəndində 34 illik fasilədən sonra yeni dərs ili başlayıb. Elchi.az xəbər verir ki, işğaldan azad edilən kəndin sakinlərinin...

Nazir: Nəticələr uğurlu olsa, təmayül tədris modeli tam orta təhsilə daha geniş tətbiq ediləcək

Nazir: Nəticələr uğurlu olsa, təmayül tədris modeli tam orta təhsilə daha geniş tətbiq ediləcək

15 Sentyabr 2026 - 09:17

"Bu tədris ili Azərbaycan təhsili üçün vacib olacaq". Elchi.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev deyib. Nazir...

Emin Əmrullayev bu il məktəbə gedən şagirdləri təbrik edib – FOTO

Emin Əmrullayev bu il məktəbə gedən şagirdləri təbrik edib – FOTO

15 Sentyabr 2026 - 09:08

Bu gün 124 minə yaxın uşaq yeni dərs ilinə qədəm qoyur. Elchi.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin...

Next Post
Sabah intensiv yağış yağacaq – XƏBƏRDARLIQ

Sabah intensiv yağış yağacaq - XƏBƏRDARLIQ

Sabah intensiv yağış yağacaq – XƏBƏRDARLIQ

Sabah intensiv yağış yağacaq - XƏBƏRDARLIQ

Son xəbərlər

Sabah Bakıda 32 dərəcə isti olacaq

Sabah Bakıda 33 dərəcə isti olacaq

15 Sentyabr 2026 - 12:29
Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib

Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib

15 Sentyabr 2026 - 12:27
CQD üzrə avrobondların geri alınması Azərbaycanın xarici öhdəliklərini azaldıb

CQD üzrə avrobondların geri alınması Azərbaycanın xarici öhdəliklərini azaldıb

15 Sentyabr 2026 - 12:16
Azərbaycan və Özbəkistan arasında ümumi ixrac potensialı 1 mlrd. dolları üstələyir

Azərbaycan və Özbəkistan arasında ümumi ixrac potensialı 1 mlrd. dolları üstələyir

15 Sentyabr 2026 - 12:10
AMB: Bu il Azərbaycan neftinin orta qiyməti 94 dolları ötüb

AMB: Bu il Azərbaycan neftinin orta qiyməti 94 dolları ötüb

15 Sentyabr 2026 - 12:01
Türkiyə XİN Bakının işğaldan azad edilməsinin 108-ci ildönümü münasibətilə paylaşım edib

Türkiyə XİN Bakının işğaldan azad edilməsinin 108-ci ildönümü münasibətilə paylaşım edib

15 Sentyabr 2026 - 11:54
Azərbaycanın cari əməliyyatlar balansının profisiti 2 dəfə artıb

Azərbaycanın cari əməliyyatlar balansının profisiti 2 dəfə artıb

15 Sentyabr 2026 - 11:45
Səudiyyə Ərəbistanında altı məntəqə üçün fövqəladə xəbərdarlıq elan edilib

Səudiyyə Ərəbistanında altı məntəqə üçün fövqəladə xəbərdarlıq elan edilib

15 Sentyabr 2026 - 11:38
Yardımlıda 8 kiloqram narkotik vasitə aşkarlandı

Yardımlıda 8 kiloqram narkotik vasitə aşkarlandı

15 Sentyabr 2026 - 11:30
NATO-dan Baltikdə insident: Litvanın hava məkanına daxil olan PUA vuruldu!

NATO-dan Baltikdə insident: Litvanın hava məkanına daxil olan PUA vuruldu!

15 Sentyabr 2026 - 11:24
Pentaqondan etiraf: ABŞ bazaları vuruldu, raket ehtiyatları azaldı

Pentaqondan etiraf: ABŞ bazaları vuruldu, raket ehtiyatları azaldı

15 Sentyabr 2026 - 11:12
34 ildən sonra Xocalının Təzəbinə kəndində yeni dərs ili başlayıb

34 ildən sonra Xocalının Təzəbinə kəndində yeni dərs ili başlayıb

15 Sentyabr 2026 - 11:04
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun

Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun

15 Sentyabr 2026 - 11:03
ABŞ ilk dəfə kosmosa silah yerləşdirdiyini təsdiqlədi

ABŞ ilk dəfə kosmosa silah yerləşdirdiyini təsdiqlədi

15 Sentyabr 2026 - 10:53
Bu şəhərdə ağaclara insanlarla bərabər hüquqlar verilib

Bu şəhərdə ağaclara insanlarla bərabər hüquqlar verilib

15 Sentyabr 2026 - 10:41
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.