"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Metronun “Xətai” stansiyası 1 ilə yaxın bağlı olacaq

19 Sentyabr 2018 - 15:26
in CƏMİYYƏT
FacebookVatsap

Bunu da oxuyun

Sosial Xidmətlər Agentliyi 3010 nəfərə evdə xidmət göstərir

Bu şəxslər işləmədən maaş alacaq

DİN: Şagirdlərin konfetdən zəhərlənməsi xəbəri yalandır

 “Bakı Metropoliteni” QSC-nin 1968-ci ildə istismara verilmiş “Xətai” stansiyasında istismar müddəti başa çatan eskalatorların yeniləri ilə əvəzlənməsi zərurəti yaranıb. 

ELchi.az  xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, 50 illik istismar dövründə stansiyanın köhnəlmiş qurğu və avadanlıqları müasir tələblər səviyyəsinə çatdırılmalı, stansiyanın yerüstü vestibülünün döşəmə və divar üzlükləri yenilənməli, ümumilikdə, stansiya kompleksi əsaslı şəkildə yenidən qurulmalıdır.

“Xətai” stansiyasında və “Xətai-Cəfər Cabbarlı” mənzilində infrastrukturun sağlamlaşdırılması, əsaslı təmir olunaraq yenidən qurulması tədbirləri mərhələli şəkildə həyata keçirilir. Təmirin 2016-cı ilin dekabr ayında yekunlaşdırılmış birinci mərhələsində stansiyanın 1-ci baş yolu və orta zalı, eləcə də “Xətai-Cəfər Cabbarlı” mənzilinin 1-ci yolu müasir tələblər səviyyəsinə çatdırılıb.

Yenidənqurma işlərinin ikinci mərhələsi çərçivəsində “Xətai” stansiyasının 2-ci baş yolu və “Xətai-Cəfər Cabbarlı” mənzilinin 2-ci yolunda sağlamlaşdırma, əsaslı təmir və yenidənqurma tədbirləri planlı surətdə yerinə yetirilir. İstismar müddətini başa vuran eskalatorların yenilənməsi, eləcə də vestibülün və digər infrastrukturun əsaslı təmir olunması məhz bu mərhələnin davamı kimi nəzərdə tutulub.

Eskalatorların dəyişdirilməsi və vestibülün təmiri ilə bağlı hazırlıq tədbirlərinə cari ilin fevral ayında başlanılıb, əsaslı təmir və yenidənqurma prosesinin qrafikə uyğun, keyfiyyətlə yerinə yetirilməsi məqsədilə tədbirlər planı hazırlanıb.

Təmir dövründə “Xətai” stansiyasında 1968-ci ildən istifadədə olan “LT-2” tipli 3 eskalator söküləcək. Onların əvəzinə Almaniyanın “Thyssen Krupp Fahrtreppe” şirkətinin “Viktoriya Tube” tipli 4 eskalatoru quraşdırılacaq. Dərin özüllü stansiya bir giriş-çıxışlı olduğundan, quraşdırılacaq 4 eskalator sərnişin axınının sürətini daha rahat tənzimləməyə, təhlükəsizliyi gücləndirməyə imkan verəcək. Xatırlatmaq yerinə düşər ki, buna qədər “28 May” və “Sahil” stansiyalarında aparılmış yenidənqurma tədbirləri çərçivəsində sökülmüş 3 eskalatorun yerinə onların 4 ədəd yeni nəsil analoqları quraşdırılıb.

“Xətai” stansiyasında eskalatorların yenilənəcəyi müddətdə vestibülün əsaslı təmiri də aparılacaq. Burada divar və döşəmənin istismar müddətini başa vurmuş mərmər-qranit örtüyü sökülərək yenilənəcək, maili gedişin divarları və tavanı dövrün tələblərinə uyğun təmir olunacaq.

Qarşıdakı müddət ərzində həmçinin “Xətai” stansiyasının 2-ci baş yolunun və “Xətai-Cəfər Cabbarlı” mənzilinin 2-ci yolunun sağlamlaşdırılması, əsaslı təmiri və yenidən qurulması da başa çatdırılacaq.

“Xətai” stansiyası birçıxışlı olduğu üçün təmir dövründə onun bağlanması zərurətə çevrilib. Bunu nəzərə alaraq, “Bakı Metropoliteni” sərnişinlərə xəbərdarlıq edir ki, “Xətai” stansiyası bu il sentyabrın 27-dən sərnişinlərin giriş-çıxışı üçün bağlanacaq. Həmçinin “Cəfər Cabbarlı-Xətai” istiqamətində və əksinə olmaqla, sərnişin qatarlarının hərəkəti dayandırılacaq. Bütün təmir-bərpa və quraşdırma işlərinin gələn il avuqstun 10-da başa çatdırılması nəzərdə tutulub.

Sərnişinlərin nəzərinə çatdırırıq ki, Bakı Nəqliyyat Agentliyi ilə əldə olunmuş razılığa əsasən, qeyd edilən müddətdə sonuncu dayanacağı “Xətai” stansiyası və ona yaxın ərazilərdə olan şəhər sərnişindaşıma avtobus marşrutlarının hərəkəti “28 May” stansiyası və digər müvafiq istiqamətlərdə tənzimlənəcək. Bununla əlaqədar Bakı Nəqliyyat Agentliyi ictimaiyyətə əlavə məlumat verəcək”, – açıqlamada qeyd olunub.

Previous Post

Metronun “Xətai” stansiyası 1 ilə yaxın bağlı olacaq

Next Post

Azərbaycanın kəndlərində biznes inkubatorları yaradılır

Bənzər yazılar

Sosial Xidmətlər Agentliyi 3010 nəfərə evdə xidmət göstərir

Sosial Xidmətlər Agentliyi 3010 nəfərə evdə xidmət göstərir

02 Oktyabr 2026 - 15:16

2026-cı ilin əvvəlinə Azərbaycanda 65 və yuxarı yaşda 1 milyon 86 min 400 nəfər yaşayır. Onların 496 min 800 nəfəri...

Bu şəxslər işləmədən maaş alacaq

Bu şəxslər işləmədən maaş alacaq

02 Oktyabr 2026 - 14:42

Boşdayanma Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 169-cu maddəsinə əsasən, istehsalat, texniki, iqtisadi və ya qarşısıalınmaz səbəblərdən müəssisədə fəaliyyətin müvəqqəti olaraq dayandırılması...

DİN: Şagirdlərin konfetdən zəhərlənməsi xəbəri yalandır

DİN: Şagirdlərin konfetdən zəhərlənməsi xəbəri yalandır

02 Oktyabr 2026 - 14:30

Məktəbin qarşısında naməlum şəxsin uşaqlara konfet paylaması nəticəsində uşaqların zəhərlənməsi həqiqətə uyğun deyil. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Elchi.az-a...

FHN-in 7 idarəsi şöbəyə çevrildi, 2-si ləğv edildi

FHN-in 7 idarəsi şöbəyə çevrildi, 2-si ləğv edildi

02 Oktyabr 2026 - 14:14

Fövqəladə Hallar Nazirliyinin (FHN) Aparatında bir sıra struktur dəyişiklikləri həyata keçirilib. Elchi.az qaynarinfo-ya istinadən xəbər verir ki, Fövqəladə hallar naziri...

Next Post
Azərbaycanın kəndlərində biznes inkubatorları yaradılır

Azərbaycanın kəndlərində biznes inkubatorları yaradılır

Azərbaycanın kəndlərində biznes inkubatorları yaradılır

Azərbaycanın kəndlərində biznes inkubatorları yaradılır

Son xəbərlər

YAP sədrinin səlahiyyət müddəti ilə bağlı 5 illik məhdudiyyət aradan qaldırılır

YAP sədrinin səlahiyyət müddəti ilə bağlı 5 illik məhdudiyyət aradan qaldırılır

02 Oktyabr 2026 - 15:42
Aİ ABŞ-a olan inamı itirib

Aİ ABŞ-a olan inamı itirib

02 Oktyabr 2026 - 15:30
Zəngəzur dəhlizinin dəmir yolu hissəsində işlər nə yerdədir? – VİDEO

Zəngəzur dəhlizinin dəmir yolu hissəsində işlər nə yerdədir? – VİDEO

02 Oktyabr 2026 - 15:24
Sosial Xidmətlər Agentliyi 3010 nəfərə evdə xidmət göstərir

Sosial Xidmətlər Agentliyi 3010 nəfərə evdə xidmət göstərir

02 Oktyabr 2026 - 15:16
Avrozonada inflyasiya sentyabrda 3,8%-ə çatıb

Avrozonada inflyasiya sentyabrda 3,8%-ə çatıb

02 Oktyabr 2026 - 15:08
“Avropa diri-diri yeyilir” – Tramp

“Avropa diri-diri yeyilir” – Tramp

02 Oktyabr 2026 - 15:00
YAP-ın ötən dövrdə fəaliyyəti yüksək qiymətləndirilib

YAP-ın ötən dövrdə fəaliyyəti yüksək qiymətləndirilib

02 Oktyabr 2026 - 14:51
Bu şəxslər işləmədən maaş alacaq

Bu şəxslər işləmədən maaş alacaq

02 Oktyabr 2026 - 14:42
4 Oktyabr – Zəfərimizin yaratdığı yeni tarix

4 Oktyabr – Zəfərimizin yaratdığı yeni tarix

02 Oktyabr 2026 - 14:31
DİN: Şagirdlərin konfetdən zəhərlənməsi xəbəri yalandır

DİN: Şagirdlərin konfetdən zəhərlənməsi xəbəri yalandır

02 Oktyabr 2026 - 14:30
Vasif Talıbov YAP-dan çıxarılır

Vasif Talıbov YAP-dan çıxarılır

02 Oktyabr 2026 - 14:21
FHN-in 7 idarəsi şöbəyə çevrildi, 2-si ləğv edildi

FHN-in 7 idarəsi şöbəyə çevrildi, 2-si ləğv edildi

02 Oktyabr 2026 - 14:14
Messi İspaniya klubunu aldı

Messi İspaniya klubunu aldı

02 Oktyabr 2026 - 14:07
“Biz heç vaxt satqın olmamışıq” – Lukaşenko

“Biz heç vaxt satqın olmamışıq” – Lukaşenko

02 Oktyabr 2026 - 14:00
XİN Qvineyanı təbrik edib

XİN Qvineyanı təbrik edib

02 Oktyabr 2026 - 13:52
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.