"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

FƏTVA verildi: Məhərrəm ayı sentyabrın 11-i daxil olur

04 Sentyabr 2018 - 14:22
in CƏMİYYƏT
FacebookVatsap

Bunu da oxuyun

AK Parti sözçüsü: Türkiyə və Azərbaycanın arasına girməyə çalışan ölkələr var

AQTA “Piano Hall” şadlıq evində nöqsanlar aşkarladı

Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası Məhərrəm ayının başlanması ilə bağlı fətva verib.

Elchi.az  Trend-ə istinadən xəbər verir ki, Qazılar Şurası bəyan edir ki, hicri 1440-cı ilin başlanğıcı – Məhərrəm ayının 1-i miladi təqvimlə 2018-ci il sentyabrın 11-nə, Aşura günü isə sentyabrın 20-nə təsadüf edəcək.

Fətvada qeyd olunur ki, Məhərrəm tarix boyu bütün səmavi dinlər tərəfindən sülh və əmin-amanlıq ayı kimi qəbul edilmiş, fəqət hicri 61-ci ildən etibarən bu ayın onuncu günü olan Aşura yaddaşlara tarixi ədalətsizlik və hüzn günü kimi daxil olmuşdur. Aşura hadisəsində Əməvi xəlifəsi Yezidin göstərişi ilə Həzrət Peyğəmbərin (s) əziz nəvəsi İmam Hüseyn (ə), o cümlədən Rəsulullahın (s) səhabələri, Əhli-Beyt və tərəfdarları Kərbəla çölündə şəhid edilmiş, ailələri əsir alınmışdır:

“İmam Hüseynin haqq-ədalət naminə şəhadəti böyük mənəviyyat və dirçəliş nümunəsidir. Ölkəmizdə İmam Hüseyn (ə) əzadarlığı bədbinlik əhval-ruhiyyəsinin təlqini deyil, Vətən və iman sevgisinin təcəssümü, işğal olunmuş Qarabağ torpaqlarının azad edilməsi uğrunda mübarizədə dəyanət örnəyi olmalıdır. Təziyə mərasimlərində şəhidlərimizi yad etmək, onların qanlarının yerdə qalmamasını, əzəli torpaqlarımızın işğaldan azad olunmasını dua etmək müqəddəs borcumuzdur. Müsəlman ümmətinin tarixində kədərli, eyni zamanda insanlara şərəf və qürur bəxş edən Kərbəla faciəsinin, İmam Hüseynin (ə) həyat və şəhadətinin yad edilməsi bu gün də Azərbaycan dindarları tərəfindən ənənəvi olaraq yaşadılır.

Məhərrəmlik mərasimləri İmam Hüseynin (ə) şəninə uyğun və amallarına yaraşan tərzdə qeyd edilməlidir. Mövcud qanunvericiliyə əsasən, təziyə məclisləri məscidlərdə, ibadət ocaqlarında və onlara aid ərazilərdə təşkil olunmalı, ictimai asayişə mane olmamalıdır. Dini mərasim və ayinlər yalnız QMİ-nin rəsmi şəkildə təyin etdiyi din xadimləri tərəfindən idarə edilməlidir. Din xadimləri moizələrində Həzrət Hüseynin (ə) mübarizəsinin və Kərbəla faciəsinin mahiyyətini düzgün çatdırmalı, şəhidlik fəlsəfəsinin açıqlanmasına, habelə vətən təəssübü və milli mənafelərimizin təbliğinə çalışmalıdırlar. İbadət məkanlarından kənar ərazilərdə kütləvi yürüşlərə çıxmaq, özünə və ətrafdakılara xəsarət yetirə biləcək alətləri, başqa ölkələrin bayraq və digər dövlət rəmzlərini mərasimlərə gətirmək yolverilməzdir. Əzadarlıq mərasimlərində dinimizin təyin etdiyi əxlaqi meyarlara riayət olunmalıdır. Soyunmaq, zəncir vurmaqla bədənə xəsarət yetirmək və baş yarmaqla qan çıxarmaq İslam qanunlarına ziddir və İmamin, Kərbəla şəhidlərinin xatirəsinə hörmətsizlikdir. Eləcə də, təziyə məclislərində uşaqların iştirakı qeyri-məqbuldur. Allah rizası üçün İmam Hüseynə (ə) məhəbbətini izhar etmək istəyənlər bu tövsiyələrə əməl etməlidirlər. Din xadimləri Qazılar Şurasının Fətvasını məscidlərdə oxumalı və bu tövsiyələrə bütün dini mərasimlərdə əməl olunmalıdır.

QMİ-nin təşəbbüsü ilə gerçəkləşən və təziyə günlərində ehtiyacı olan xəstələr üçün təşkil edilən İmam Hüseyn xatirinə könüllü qanvermə aksiyaları cəmiyyətin təqdirini qazanmışdır. Respublika Səhiyyə Nazirliyi QMİ-nin başlatdığı bu kampaniyaya dəstək əlaməti olaraq məscidlərlə yanaşı, ibadət məkanlarına yaxın ərazilərdə yerləşən tibb məntəqələrində (xəstəxana və poliklinikalarda) də qanvermə aksiyalarının həyata keçirilməsini təmin edəcəkdir. Kərbəla və Azərbaycan şəhidlərinin xatirəsinə qan verilməsinin təşkili ən münasib əzadarlıq nümunəsidir və din xadimlərimiz bu savab əməli lazımınca təbliğ etməlidirlər. Ümid edirik ki, möminlər Allaha xoş gedən bu gözəl ənənəni yaşadacaqlar və Allah-Təala minlərlə xəstə insana İmam Hüseynə xatir şəfa bəxş edəcəkdir, inşallah.

Bu gün dünyada, xüsusilə də müsəlman aləmində radikal qüvvələrin terror və təxribatçılıq fəaliyyəti nəticəsində müharibə və qırğınların artdığı bir dövrdə vətənimiz Azərbaycanda dövlət və xalq birliyi sayəsində ictimai asayiş və əmin-amanlıq mövcuddur. Ölkə müsəlmanları olaraq bu nemətə görə Allah-Təalaya şükürlər edirik. Konstitusiya quruluşunun əsaslarına və dövlətçiliyə qarşı təxribat xarakterli dini şüarların səsləndirilməsini, vətəndaşların din pərdəsi altında dövlətə qarşı itaətsizliyə çağırılmasını, məzhəb və etnik zəmində qarşıdurmaya təhriki qətiyyətlə pisləyir və hesab edirik ki, dövlətimiz və xalqımız belə əməllərə layiqli cavab verəcək, məkrli qüvvələrin İmam Hüseyn (ə) təziyadarlığından siyasi təxribatlar üçün istifadəsinə imkan verməyəcəkdir. Din xadimlərimizi və dindarlarımızı respublikamızdakı mövcud sabitliyin qorunması üçün çalışmağa, dindən sui-istifadə edərək məhərrəmlik mərasimlərində qarşıdurma yaratmağa çalışan qüvvələrə qarşı ayıq-sayıq olmağa çağırırıq. Din xadimləri və dindarlar mümkün hər hansı təxribatın qarşısını almaq üçün asayiş keşikçilərinə yardımçı olmalıdırlar. QMİ, məzhəbindən asılı olmayaraq bütün ölkə müsəlmanlarına islami həmrəylik nümayiş etdirərək İmam Hüseyn (ə) mərasimlərində birgə iştirak etməyi, İmam (ə) və Kərbəla şəhidləri ilə yanaşı Qarabağ, Xocalı şəhidlərimizin ruhuna dualar etməyi tövsiyə edir.

Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası Azərbaycan dövlətçiliyinin əsasını qoymuş Ümummilli Lider Heydər Əliyevə Allah-Təaladan rəhmət diləyir, dövlətimizin siyasi-iqtisadi və mənəvi inkişafı üçün misilsiz səylər göstərən, tolerantlığın və multikultural dəyərlərin təminatçısı və himayədarı olan, dünya miqyasında İslam həmrəyliyi ideyalarını müdafiə edən dövlət başçımız İlham Əliyev cənablarının fədakar fəaliyyətinə Uca Allahdan inayət arzulayır, xalqımızın əmin-amanlığı və rifahı üçün dualar edir. Allah köməyimiz olsun!”

Previous Post

FƏTVA verildi: Məhərrəm ayı sentyabrın 11-i daxil olur

Next Post

Bakının Sabunçu rayonunda su kəsiləcək

Bənzər yazılar

AK Parti sözçüsü: Türkiyə və Azərbaycanın arasına girməyə çalışan ölkələr var

AK Parti sözçüsü: Türkiyə və Azərbaycanın arasına girməyə çalışan ölkələr var

07 Oktyabr 2026 - 20:22

  Türkiyə və Azərbaycanın arasına girməyə çalışan ölkələr var. Elchi.az  "Haber Global"a istinadən xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət...

AQTA “Piano Hall” şadlıq evində nöqsanlar aşkarladı

AQTA “Piano Hall” şadlıq evində nöqsanlar aşkarladı

07 Oktyabr 2026 - 19:20

Nəzarət tədbirləri çərçivəsində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, ev 5A ünvanında yerləşən,...

Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib

Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib

07 Oktyabr 2026 - 18:25

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament (TR 002/2026/АZ)” təsdiqlənib. Elchi.az-ın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib. Oyuncaqlar təyinatı üzrə...

Naxçıvan üzrə oktyabrın pensiya ödənişləri yekunlaşdırılıb

Naxçıvan üzrə oktyabrın pensiya ödənişləri yekunlaşdırılıb

07 Oktyabr 2026 - 17:59

Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən oktyabr ayının pensiya ödənişi başa...

Next Post
Bakının Sabunçu rayonunda su kəsiləcək

Bakının Sabunçu rayonunda su kəsiləcək

Bakının Sabunçu rayonunda su kəsiləcək

Bakının Sabunçu rayonunda su kəsiləcək

Son xəbərlər

İran səfiri etirazlarla bağlı dezinformasiyaya görə Fransa XİN-ə çağırılıb

İran səfiri etirazlarla bağlı dezinformasiyaya görə Fransa XİN-ə çağırılıb

07 Oktyabr 2026 - 21:30
Hörmüz boğazında tankerlərə hücumların sayı rekord həddə çatıb

Hörmüz boğazında tankerlərə hücumların sayı rekord həddə çatıb

07 Oktyabr 2026 - 21:26
AK Parti sözçüsü: Türkiyə və Azərbaycanın arasına girməyə çalışan ölkələr var

AK Parti sözçüsü: Türkiyə və Azərbaycanın arasına girməyə çalışan ölkələr var

07 Oktyabr 2026 - 20:22
Böyük Britaniya kral ailəsinin həkimi evində ölü tapılıb

Böyük Britaniya kral ailəsinin həkimi evində ölü tapılıb

07 Oktyabr 2026 - 20:18
“Yandex” axtarış sisteminin Azərbaycandakı payı 8 dəfə azalıb

“Yandex” axtarış sisteminin Azərbaycandakı payı 8 dəfə azalıb

07 Oktyabr 2026 - 20:12
DÇ: Azərbaycan cüdoçusu Zelim Tçkayev finalda məğlub olub

DÇ: Azərbaycan cüdoçusu Zelim Tçkayev finalda məğlub olub

07 Oktyabr 2026 - 19:28
AQTA “Piano Hall” şadlıq evində nöqsanlar aşkarladı

AQTA “Piano Hall” şadlıq evində nöqsanlar aşkarladı

07 Oktyabr 2026 - 19:20
Ceyhun Bayramov Türkmənistanda Orta Dəhlizin artan rolundan danışdı

Ceyhun Bayramov Türkmənistanda Orta Dəhlizin artan rolundan danışdı

07 Oktyabr 2026 - 19:12
Azərbaycan cüdoçusu Ömər Rəcəbli dünya üçüncüsü olub

Azərbaycan cüdoçusu Ömər Rəcəbli dünya üçüncüsü olub

07 Oktyabr 2026 - 18:56
Azərbaycanın C6-nın möhkəmlənməsinə fəal töhfə verməyə hazır olduğu bir daha təsdiqlənib – FOTO

Azərbaycanın C6-nın möhkəmlənməsinə fəal töhfə verməyə hazır olduğu bir daha təsdiqlənib – FOTO

07 Oktyabr 2026 - 18:47
BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

07 Oktyabr 2026 - 18:33
Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib

Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib

07 Oktyabr 2026 - 18:25
Lavrov: Alyaskada Ukrayna üzrə danışıqlarla bağlı Rusiyanın vicdanı təmizdir

Lavrov: Alyaskada Ukrayna üzrə danışıqlarla bağlı Rusiyanın vicdanı təmizdir

07 Oktyabr 2026 - 18:16
Naxçıvan üzrə oktyabrın pensiya ödənişləri yekunlaşdırılıb

Naxçıvan üzrə oktyabrın pensiya ödənişləri yekunlaşdırılıb

07 Oktyabr 2026 - 17:59
Fransanı şərab böhranı gözləyir

Fransanı şərab böhranı gözləyir

07 Oktyabr 2026 - 17:46
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.