"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home İQTİSADİYYAT

Notariuslara dair yeni tələblər qoyulub

15 İyun 2018 - 16:15
in İQTİSADİYYAT
FacebookVatsap

elektron-ticaret

Bunu da oxuyun

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

ARDNF texnologiya şirkətlərinə investisiyalarını 19 %-ə yaxın artırıb

Neft Fondu ötən ili 26 milyard 913,177 milyon manat mənfəətlə başa vurub

Azərbaycanda notariat hərəkətlərə və notariuslara dair tələblər dəyişib.

APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”da dəyişikliklər edilməsi barədə qərarında əksini tapıb.

Qüvvədə olan Təlimata əsasən indiyə qədər konkret cinayət işləri ilə əlaqədar notariat sənədlərinin götürülməsindən əvvəl həmin orqanlar notariusu götürmə barədə qərarla tanış etməli, notariat sənədlərinin götürülməsi müvafiq protokolla rəsmiləşdirilməli və onun surəti notariusa verilməli idi. Bu halda götürülmüş sənədlərin zərurət aradan qalxdıqdan sonra qaytarılması tələbi qoyulmamışdı. Dəyişikliyə əsasən bundan sonra götürülmüş sənədlərin zərurət aradan qalxdıqdan sonra qaytarılması notarius və ya Dövlət notariat arxivinin rəisi tərəfindən təmin edilməlidir. Notariat hərəkətləri barədə arayışlar və sənədlər yalnız notariat hərəkətlərinin aparılmasını tapşırmış və ya barəsində notariat hərəkətləri aparılmış fiziki və hüquqi şəxslərlə bərabər bundan sonra bu arayış və sənədlər həm də həmin fiziki və hüquqi şəxslərin nümayəndələrinə də verilə biləcək. Bu şəxslərin müraciətləri əsasında notarius notariat kontorunda, Dövlət notariat arxivinin rəisi isə arxivdə saxlanılan notariat hərəkətləri barədə sənədlərin dublikatını, onlardan surət və çıxarışları müvafiq rüsum və haqlar ödənildikdən sonra həmin şəxslərə təqdim edəcək. Dövlət notariat arxivi ilə yanaşı, arxivdə saxlanılan notariat hərəkətləri barədə sənədlərlə əlaqədar məlumatların, habelə sənədlərin dublikatının, onlardan surət və çıxarışların əldə edilməsi ilə bağlı bu şəxslər notariat kontorlarına da müraciət edə bilərlər. Ərizədə müraciət edən şəxsin imzasının həqiqiliyi notariat qaydasında təsdiqlənəcək və sənədlərin daxilolma kitabında qeydə alınacaq. Bu halda notariat hərəkətləri barədə sənədlərlə əlaqədar məlumatın və ya həmin sənədlərin dublikatının alınması ilə bağlı müraciət notarius tərəfindən skan edilərək “Elektron notariat” informasiya sistemi vasitəsilə Dövlət notariat arxivinə göndəriləcək. Dövlət notariat arxivi 3 iş günü müddətində müraciətdə göstərilən sənədlərlə bağlı məlumatı sistem vasitəsilə notariat kontoruna göndərəcək. Notarius həmin məlumat əsasında müraciətə uyğun olaraq notariat hərəkəti barədə sənədlərlə əlaqədar məlumatı və ya həmin sənədin dublikatını hazırlayaraq müraciət edən şəxsə təqdim edəcək. Notariat hərəkətləri barədə sənədlərin surətlərinin və ya onlardan çıxarışların əldə edilməsi ilə bağlı müraciət notarius tərəfindən sifarişli poçt vasitəsilə Dövlət notariat arxivinə göndəriləcək Dövlət notariat arxivi 3 iş günü müddətində müraciətdə göstərilən sənədlərin surətlərini və ya onlardan çıxarışı təsdiq edərək, sifarişli poçt vasitəsilə notariat kontoruna göndərəcək. Dövlət notariat arxivindən göndərilən sənədlərin surətləri və ya onlardan çıxarış notariat kontorunda qəbul edilən sənədlərin qeydə alınması kitabına daxil ediləcək və müraciət etmiş şəxs həmin kitabda sənəd qəbul etməsi barədə qeyd yazmaqla və imzalamaqla notarius tərəfindən şəxsə bilavasitə təqdim ediləcək. Sənədlərin sifarişli poçt vasitəsilə göndərilməsi işinin təşkili ilə əlaqədar xərclər müraciət etmiş şəxs tərəfindən notariusa ödəniləcək.

Digər dəyişikliyə əsasən dövlət rüsumu və haqlar nağd, elektron ödəmə sistemləri, o cümlədən notariat kontorunda olan ödəniş köşkləri və internet vasitəsilə və ya köçürmə yolu ilə ödəniləcək. Nağd şəkildə ödəmə barədə ödəyiciyə bank və ya poçt qəbzinin əsli, elektron ödəmə sistemləri, eləcə də internet vasitəsilə ödənildikdə, müvafiq ödəmə sistemindən çıxarış, ödəyicinin hesabından köçürüldükdə isə ödənişin icrasını təsdiqləyən bank və ya poçt sənədi təqdim ediləcək.

Eyni zamanda bundan sonra “Elektron notariat” informasiya sisteminə ötürülən məlumatların dəqiqliyinin təmin olunması üçün ay ərzində aparılan notariat hərəkətlərinə dair statistik hesabat təqvim ayı bitdikdən sonra növbəti ayın 7-dək müəyyən edilmiş forma üzrə Ədliyyə Nazirliyinə təqdim edilməlidir. İki nüsxədə tərtib olunan hesabat notariusun imzası və möhürü ilə təsdiq edilməlidir. Hesabatın bir nüsxəsi notariat kontorunda saxlanılacaq. Dövlət Statistika Komitəsinə notariat hərəkətlərinin sayı barədə, Vergilər Nazirliyinə notariat hərəkətlərinin aparılmasına görə dövlət notariusları tərəfindən tutulan dövlət rüsumu və xüsusi notariuslar tərəfindən tutulan haqlar barədə, Maliyyə Nazirliyinə notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətə görə dövlət notariusları tərəfindən tutulan haqq barədə statistik məlumatlar “Elektron notariat” informasiya sistemi vasitəsilə avtomatlaşdırılmış rejimdə, bu mümkün olmadığı halda isə kağız daşıyıcılarda təqdim edilməlidir.

Növbəti dəyişikliyə əsasən artıq notariat hərəkətinin aparılması zamanı vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatına (doğumun, nikahın, nikahın pozulmasının, ölümün qeydə alınması və s.) dair məlumatların yoxlanılmasına zərurət olduqda, notarius bu məlumatları “Vətəndaşlıq Vəziyyəti Aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi vasitəsilə real vaxt rejimində əldə edəcək. “Elektron notariat” informasiya sistemi vasitəsilə notariat hərəkətlərinə dair sənədlər (müqavilə, etibarnamə, vərəsəlik şəhadətnaməsi və s.) tərtib edilərkən, barəsində notariat hərəkəti aparılmış şəxslərin şəxsiyyət vəsiqələrinə dair məlumatlar “Əhalinin Dövlət Reyestri” Avtomatlaşdırılmış Qeydiyyat İnformasiya sistemindən əldə ediləcək və notariat sənədində əks olunacaq. Şəxsiyyət vəsiqəsinə dair məlumatların bu sistem vasitəsilə əldə edilməsi mümkün olmadıqda, notarius barəsində notariat hərəkəti aparılan şəxslərin şəxsiyyətinin müəyyən olunması üçün əlavə tədbirlər görməlidir. Notarius informasiya sistemi vasitəsilə barəsində notariat hərəkəti aparılan şəxsin şəxsiyyətini müəyyən edən sənədlərin qüvvədə olmasını da yoxlamalıdır. Notariat hərəkətlərinə dair sənədlər, o cümlədən ərizələr “Elektron notariat” informasiya sistemi vasitəsilə tərtib edilir, sistemə daxil edilmiş məlumatlarda zəruri düzəlişlər isə notariusun imzası və gerbli möhürü ilə təsdiq edilmiş müraciəti əsasında Ədliyyə Nazirliyinin informasiya sisteminin fəaliyyətini təşkil edən qurumu tərəfindən aparılacaq. Notariat qaydasında təsdiq edilmiş sənədlərin üzərində unikal, təkrarlanmayan identifikasiya nömrəsi əks olunmuş təhlükəsizlik kodundan ibarət barkod yerləşdiriləcək. Bu cür sənədlər notariuslara təqdim edildikdə, onun həqiqiliyi barkodskanerlər vasitəsilə yoxlanılacaq. Barəsində notariat hərəkəti aparılmış şəxslərin (və ya onları təmsil edən səlahiyyətli nümayəndələrin) fotoşəkli notariat hərəkətlərinə dair sənəddə əks olunur. “Elektron notariat” informasiya sistemi vasitəsilə tərtib edilən notariat sənədlərində barəsində notariat hərəkəti aparılan şəxslər, müqavilənin predmeti, daşınmaz əmlakın növündən asılı olaraq müqavilə şərtləri müəyyən edilməli, özgəninkiləşdirilən daşınmaz əmlak və ya onun hissələri barədə məlumat, bağışlama müqaviləsi qohumlar arasında bağlandıqda qohumluq əlaqəsi göstərilməlidir.

Previous Post

Notariuslara dair yeni tələblər qoyulub

Next Post

“Ölkə iqtisadiyyatına 250 mlrd. dollardan çox sərmayə qoyulub” – Nazir

Bənzər yazılar

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 - 20:08

Bu ilin yanvar-sentyabr aylarında Gürcüstan Azərbaycana 8,16 milyon ABŞ dolları dəyərində 2 min 946 ton qoyun və keçi ixrac edib....

ARDNF texnologiya şirkətlərinə investisiyalarını 19 %-ə yaxın artırıb

ARDNF texnologiya şirkətlərinə investisiyalarını 19 %-ə yaxın artırıb

19 Oktyabr 2026 - 20:05

Bu il yanvarın 1-nə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) telekommunikasiya və informasiya texnologiyaları sektorunda fəaliyyət göstərən şirkətlərin səhmlərinə investisiyalarının ümumi...

Neft Fondu ötən ili 26 milyard 913,177 milyon manat mənfəətlə başa vurub

Neft Fondu ötən ili 26 milyard 913,177 milyon manat mənfəətlə başa vurub

19 Oktyabr 2026 - 18:47

Dövlət Neft Fondu (ARDNF) 2025-ci ili 26 milyard 913,177 milyon manat xalis mənfəətlə başa vurub. Elchi.az Fondun maliyyə hesabatına istinadən xəbər...

Ötən ay Azərbaycan vətəndaşları Türkiyədə 70 mənzil alıb

Ötən ay Azərbaycan vətəndaşları Türkiyədə 70 mənzil alıb

19 Oktyabr 2026 - 16:15

Bu ilin sentyabr ayında Türkiyədə əcnəbi vətəndaşlara ümumilikdə 2 167 mənzil satılıb. Elchi.az Türkiyə Statistika Təşkilatına (TÜİK) istinadən xəbər verir...

Next Post

“Ölkə iqtisadiyyatına 250 mlrd. dollardan çox sərmayə qoyulub” – Nazir

“Ölkə iqtisadiyyatına 250 mlrd. dollardan çox sərmayə qoyulub” – Nazir

Son xəbərlər

BMT-də keçmiş işğalçı rejimin Qarabağda törətdiyi vəhşiliklər barədə məlumat verilib

BMT-də keçmiş işğalçı rejimin Qarabağda törətdiyi vəhşiliklər barədə məlumat verilib

19 Oktyabr 2026 - 21:32
ABŞ Çin vətəndaşı ilə əlaqəli 5 təşkilata sanksiyalar tətbiq edib

ABŞ Çin vətəndaşı ilə əlaqəli 5 təşkilata sanksiyalar tətbiq edib

19 Oktyabr 2026 - 21:30
Özbəkistanla ABŞ arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi müzakirə edilib

Özbəkistanla ABŞ arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi müzakirə edilib

19 Oktyabr 2026 - 21:27
Ermənistan parlamenti oktyabrın 21-də TRIPP layihəsi üzrə sazişi müzakirə edəcək

Ermənistan parlamenti oktyabrın 21-də TRIPP layihəsi üzrə sazişi müzakirə edəcək

19 Oktyabr 2026 - 21:26
Aref: İranın Hörmüz boğazına nəzarət etməkdən başqa seçimi yoxdur

Aref: İranın Hörmüz boğazına nəzarət etməkdən başqa seçimi yoxdur

19 Oktyabr 2026 - 21:22
Pərvanə Vəliyeva: TƏBİB daha təkmil idarəetmə modelinə keçib

Pərvanə Vəliyeva: TƏBİB daha təkmil idarəetmə modelinə keçib

19 Oktyabr 2026 - 20:11
Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 - 20:08
Moldova Dnestrdəki insidentdən sonra Ukraynaya etiraz notası göndərib

Moldova Dnestrdəki insidentdən sonra Ukraynaya etiraz notası göndərib

19 Oktyabr 2026 - 20:07
ARDNF texnologiya şirkətlərinə investisiyalarını 19 %-ə yaxın artırıb

ARDNF texnologiya şirkətlərinə investisiyalarını 19 %-ə yaxın artırıb

19 Oktyabr 2026 - 20:05
Qüdrət Həsənquliyev: “Türkiyə qarşıdurmalardan yayınmalıdır” – MÜSAHİBƏ

Qüdrət Həsənquliyev: “Türkiyə qarşıdurmalardan yayınmalıdır” – MÜSAHİBƏ

19 Oktyabr 2026 - 19:25
Azərbaycan və BƏƏ HHQ komandanları görüşüblər

Azərbaycan və BƏƏ HHQ komandanları görüşüblər

19 Oktyabr 2026 - 19:09
Dövlət əleyhinə çağırışlar edən və dini nifrət yayan daha 7 nəfər beynəlxalq axtarışa verildi

Dövlət əleyhinə çağırışlar edən və dini nifrət yayan daha 7 nəfər beynəlxalq axtarışa verildi

19 Oktyabr 2026 - 18:56
Parisdə etirazlar səbəbindən ehtiyat polis qüvvələri xidmətə çağırılır

Parisdə etirazlar səbəbindən ehtiyat polis qüvvələri xidmətə çağırılır

19 Oktyabr 2026 - 18:51
Neft Fondu ötən ili 26 milyard 913,177 milyon manat mənfəətlə başa vurub

Neft Fondu ötən ili 26 milyard 913,177 milyon manat mənfəətlə başa vurub

19 Oktyabr 2026 - 18:47
Azərbaycan-BƏƏ hərbi əməkdaşlığı müzakirə olundu – FOTO

Azərbaycan-BƏƏ hərbi əməkdaşlığı müzakirə olundu – FOTO

19 Oktyabr 2026 - 18:34
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.