"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home aktual-banner

“Heç kim öz taleyindən qaça bilməz” – Qüdrət Həsənquliyev

24 Mart 2018 - 17:16
in aktual-banner, Banner, Cebhe-banner, MANŞET
FacebookVatsap

“Mühacirətdə olub söyüş söyərək seçkini baykot edənlərin təhsil, tərbiyə və əqli sağlamlıq problemi var”

Bunu da oxuyun

YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib – VİDEO

Lukaşenkodan Ermənistana ÇAĞIRIŞ

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, Azərbaycan Respublikasının Prezidentliyinə qeydə alınmış namizəd Qüdrət Həsənquliyev seçkiqabağı təbliğat-təşviqat kampaniyası çərçivəsində müsahibə verib. Musavat.com həmin müsahibəni təqdim edir.

– Qüdrət bəy, öncə siyasətə qoşulmağınızdan başlayaq… Peşiman deyilsiniz?

– Fundamental elmləri çox sevsəm də uşaqlıq arzum ağır cinayətlərin istintaqını aparan müstəntiq olmaq olub. Amma tələbə olduğum dövrdə xalq hərəkatı başladı və mən də bu prosesdən kənarda qala bilməzdim. Bakı Dövlət Universitetinin hüquq fakultəsini bitirəndən sonra bir müddət prokurorluq orqanlarında müstəntiq işləsəm də sonradan böyük siyasətə qatılmalı oldum. Heç kim öz taleyindən qaça bilməz.

“Səmimiyyətinə inanmadığım insanla yolarımı ayırıram”

– Siyasətdə olan insanlarda ən çox hansı keyfiyyətə üstünlük verirsiniz?

– Siyasətdə insanları maraqlar və dəyərlər birləşdirir. Amma təkcə siyasətdə yox, hər bir sahədə səmimiyyət və qarşılıqlı inam olmasa uğurdan söhbət gedə bilməz. İnsanlara inanmaq və kömək etmək, sevinc və kədərini səni əhatə edənlərlə bölüşməyi bacarmaq lazımdır. Bu o demək deyil ki, kömək etdiyin insanlardan qarşılığını gözləməlisən. Əksi də baş verə bilər və bu zaman ruhdan düşməməlisən. Mən həyatda hətta ən pis formada yolunu azmışlara da ikinci şans verilməsinin tərəfdarıyam. İnsanlara, xüsusilə ətrafına inanmadan yaşamaq adamın rahat həyatını əlindən ala bilər. Səmimiyyətinə inanmadığım insanla yolarımı ayırıram.

“Utanmadan başqalarına mənəviyyat dərsi keçmək istəyirlər”

– Sizi seçkiyə qatıldığınıza görə ittiham edənlər var. Onlar nə qədər haqlıdırlar?

– Əvvəl gəlin onların kim olmasına diqqət yetirək. Mühacirətdə olub söyüş söyərək seçkini baykot edənlərin təhsil, tərbiyə və əqli sağlamlıq problemi var. İndikindən daha ədalətli, hüquqi dövlət quracaqlarını bəyan edənlərin davranışlarınana baxın. Onlar nə deyirlər? “Başlarını kəsəcəyik, terror edəcəyik, partladacağıq…” Prezident seçilərəmsə ilk görəcəyim işlərdən biri İŞİD terrorçularından fərqlənməyən belələrinin Azərbaycana gətirilməsinə nail olub, onları ədalət mühakiməsi qarşısına çıxarmaq olacaq. Qoy həm də vətəndaşlarımız düşünsün ki, həmin adamlar yaşadıqları ölkənin – Fransanın vətəndaşının başını kəsəcəyini namusuna and içərək bəyan etsəydi, həmin ölkə onunla necə davranardı?! Söyüş söydürüb, amma özləri söyməyən baykotçuların isə əksəriyyəti Milli Şurada toplaşıb. Onların liderləri kimlərdir: Deputat olarkən pul qarşılığında iqtidardan aldığı sifarişlə kitab yazan və həmin kitabda indiki iqtidarı öyüb göylərə qaldıran, deputat mandatına görə AXCP-dən istefa verib gedən, Mİlli Şuranın utanmadan yalançı sədri olmağa razı olan Cəmil Həsənli.Yaxud prezident seçkilərində Elçibəyin vəzifədən kənarlaşdırılması haqqında qərar layihəsini Milli Məclisə təqdim edən AMİP-in sədrinin xeyrinə namizədliyini geri götürüb İsa Qəmbərin səsini parçalayan Əli Kərimli. 2000-ci ildə başqa partiyalar qarşısında parlamentə getməyəcəyi barədə yazılı öhdəlik götürüb, amma Müsavatın təşkil etdiyi mitinqə az adam gəldiyini görüb, xanım Lalə Şövkətin özünə sığışdırmadığını məmnuniyyətlə edən və qaçıb Milli Məclisdə oturan kişi Əli Kərimli. Hələ Elçibəyə xəyanət edərək Gəncə qiyamı zamanı Daxili İşlər Nazirinin otağından Prezidentdən gizli Naxçıvana Heydər Əliyevə zəng etmələrini demirəm. İndi bu adamlar əqidədən danışır, utanmadan başqalarına mənəviyyat dərsi keçmək istəyirlər. Seçkiləri baykot etmək onların konstitusion hüququdur, qoy etsinlər. Amma seçkilərdə iştirak etmək hüququndan istifadə edənləri təhqir elətdirib, dərs keçməyə çalışmasınlar.

“ Xanım Lalə Şövkətin özünə sığışdırmadığını məmnuniyyətlə edən və qaçıb Milli Məclisdə oturan kişi Əli Kərimli…”

– Qüdrət bəy seçki platformanızı seçicilərə çatdıra bilirsinizmi?

– İctimai TV-də 7 dəqiqə 30 saniyəyə nə etmək olarsa onu etməyə çalışırıq. Biz ölkənin xoşbəxt gələcəyini proporsional seçki sistemi əsasında formalaşan parlament idarəçiliyində, tam müstəqil məhkəmə hakimiyyətinin bərqərar olmasında, peşəkar orduda, azad bazar iqtisadiyyatına əsaslanan iqtisadyyatda,elm və təhsilin inkişafında görürük.

– Digər namizədlərin platformaları haqqında nə deyə bilərsiniz?

– Heç nə demək istəmirəm. Xalqımız çalışıb onların da platformaları ilə tanış olmalı və səsləri ilə qiymət verməlidir.

“Bütün siyasi partiyaların iştirakı ilə komissiya yaradılacaq”

– Prezident seçilərsinizsə ilk qəbul edəcəyiniz qərarlar hansılar olacaq?

– İlk qərar milli etimad hökumətinin yaradılması haqqında olacaq. Bu il mərhum prezidentlər Heydər Əliyev və Əbülfəz Elçibəyin yubileylədir. Həmçinin biz Cumhuriyyətin 100 illiyini qeyd edəcəyik. Ona görə növbəti qərar şəxsiyyət və dövlət əleyhinə xüsusilə ağır cinayət törətmiş şəxslər istisna olmaqla beynəlxalq insan hüquqlarını müdafiə təşkilatları tərəfindən siyasi məhbus hesab olunmuş bütün şəxslərin əhv edilməsi ilə bağlı olacaq. Bundan başqa, geniş məhbus dairəsini nəzərdə tutan “Aministiya haqqında” qərar layihəsi Milli Məclisə göndəriləcək. SSRİ-nin saxlanmasının əleyhinə səs vermiş Azərbaycan Respublikası Ali Sovetinin deputatları Heydər Əliyev başda olmaqla “İstiqlal” Ordeni ilə təltif olunacaqlar. Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəy də “İstiqlal”ordeni ilə təltif olunacaq. Şəhid ailələrinə, müharibə əlillərinə çatacaq sığorta pulları dərhal ödəniləcək. Bütün qeydiyyatsız səxsi evlər qeydə alınacaq. Kommunikasiya xətləri yanındakı ev sahiblərinə isə torpaq sahəsi veriləcək və kompensasiya ödəniləcək. Qəzalı vəziyyətdə olan binalarda yaşayan bütün qaçqınlar, o cümlədən mənzilə ehtiyacı olan bütün şəhid ailələri, Qarabag əlilləri mənzillə təmin olunacaq. Və bu məqsədlə Neft Fondundan vəsait ayrılacaq. Konstitusiya islahatlarının aparılması üçün qeydiyyatdan keçmiş bütün siyasi partiyaların iştirakı ilə komissiya yaradılacaq. Bundan sonra isə platformada nəzərdə tutlan digər islahatlar həyata keçiriləcək.

Elchi.az

Previous Post

“Heç kim öz taleyindən qaça bilməz” – Qüdrət Həsənquliyev

Next Post

“Heç bir hakimiyyət, heç bir dövlət onlara bu qədər yumşaq yanaşmazdı”-politoloq Rufiz Qonaqov

Bənzər yazılar

YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

03 Oktyabr 2026 - 12:52

Oktyabrın 2-də Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayının keçirilməsi yeni geosiyasi reallıqlar şəraitində mühüm və əlamətdar hadisəolaraq...

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib – VİDEO

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib – VİDEO

02 Oktyabr 2026 - 16:23

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında YAP-ın VIII qurultayı ilə bağlı paylaşım edilib. Elchi.az paylaşımı təqdim edir:

Lukaşenkodan Ermənistana ÇAĞIRIŞ

Lukaşenkodan Ermənistana ÇAĞIRIŞ

02 Oktyabr 2026 - 16:00

Belarus prezidenti Aleksandr Lukaşenko Ermənistanı Avrasiya İqtisadi İttifaqının (Aİİ) ümumi bazarından çıxmamağa çağırıb. Elchi.az-ın xəbərinə görə, o, hesab edir ki,...

“Avropa diri-diri yeyilir” – Tramp

“Avropa diri-diri yeyilir” – Tramp

02 Oktyabr 2026 - 15:00

ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Avropa diri-diri yeyilir. Elchi.az xəbər verir ki, Tramp Texasda çıxışı zamanı deyib: "Avropanın...

Next Post
“Heç bir hakimiyyət, heç bir dövlət onlara bu qədər yumşaq yanaşmazdı”-politoloq Rufiz Qonaqov

“Heç bir hakimiyyət, heç bir dövlət onlara bu qədər yumşaq yanaşmazdı”-politoloq Rufiz Qonaqov

“Heç bir hakimiyyət, heç bir dövlət onlara bu qədər yumşaq yanaşmazdı”-politoloq Rufiz Qonaqov

“Heç bir hakimiyyət, heç bir dövlət onlara bu qədər yumşaq yanaşmazdı”-politoloq Rufiz Qonaqov

Son xəbərlər

Vətəndaşlar “Açıq qapı” günü aksiyalarında pulsuz hüquqi yardımdan yararlanıblar

Vətəndaşlar “Açıq qapı” günü aksiyalarında pulsuz hüquqi yardımdan yararlanıblar

03 Oktyabr 2026 - 14:00
Anatoli Kaşpirovski vəfat etdi

Anatoli Kaşpirovski vəfat etdi

03 Oktyabr 2026 - 13:43
Sabah Ziya Bünyadov prospektində yolötürücüsündə müayinə aparılacaq

Sabah Ziya Bünyadov prospektində yolötürücüsündə müayinə aparılacaq

03 Oktyabr 2026 - 13:30
Səudiyyə Ərəbistanı husilərin mövqelərinə artilleriya zərbələri endirdi

Səudiyyə Ərəbistanı husilərin mövqelərinə artilleriya zərbələri endirdi

03 Oktyabr 2026 - 13:16
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb

Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb

03 Oktyabr 2026 - 12:58

Sabah Bakıda yağış yağacaq, dağlıq ərazilərə qar düşəcək

03 Oktyabr 2026 - 12:52
YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

03 Oktyabr 2026 - 12:52
Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

03 Oktyabr 2026 - 12:40
NATO qırıcıları Litvaya görə havaya qaldırıldı

NATO qırıcıları Litvaya görə havaya qaldırıldı

03 Oktyabr 2026 - 12:21
Qrız, Xınalıq, Qusar və Şahdağa qar yağır – VİDEO

Qrız, Xınalıq, Qusar və Şahdağa qar yağır – VİDEO

03 Oktyabr 2026 - 12:09
Dövlət başçısı İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb

Dövlət başçısı İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb

03 Oktyabr 2026 - 11:55
Azərbaycan lideri Almaniya Prezidentini təbrik edib

Azərbaycan lideri Almaniya Prezidentini təbrik edib

03 Oktyabr 2026 - 11:53
Azərbaycan Prezidenti İraq liderini təbrik edib

Azərbaycan Prezidenti İraq liderini təbrik edib

03 Oktyabr 2026 - 11:52
Bakıda aylıq normadan çox yağıntı düşüb – FAKTİKİ HAVA

Bakıda aylıq normadan çox yağıntı düşüb – FAKTİKİ HAVA

03 Oktyabr 2026 - 11:51
Suqovuşan və Talış kəndlərində görülən işlər açıqlanıb

Suqovuşan və Talış kəndlərində görülən işlər açıqlanıb

03 Oktyabr 2026 - 11:25
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.