"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home aktual-banner

“Kürdlər deyirlər ki, İran, Rusiya və Türkiyə onların taleyi barədə razılığa gəliblər”

13 Mart 2018 - 11:00
in aktual-banner, Banner, BannerVeteninfo, Cebhe-banner, DÜNYA, MANŞET, MARAQLI, ÖNƏMLİ, SEÇMƏ
FacebookVatsap

“The Independent” yazır ki, Suriyanın şimalındakı Afrin regionuna hücum edən Türkiyə qoşunlarının tərkibindəki ərəb silahlılar yerli kürd əhalisinə ya İslamın özünü İslam Dövləti adlandıran qrupun və əl-Qaeda tərəfindən təbliğ olunan təriqətini qəbul etmək, ya da məhv olmaq şərti qoyublar.

Bunu da oxuyun

Dünya düşündüyümüzdən daha sürətlə istiləşir

Alimlər rekord temperaturda yeni buz növü yaratdı

Tomat pastası beyin funksiyasına necə təsir edə bilər?

Məqalədə deyilir ki, əvvəllər belə tələblər Suriya və İraqda yerli kürdlərin kütləvi qırğınları ilə nəticələnib.

Ərəblərin yaydığı videolardan birində danışan döyüşçü kürdləri “kafir” adlandırır və onları “Allah yoluna qayıtmağa” dəvət edir.

Londonda mənzillənmiş Suriya İnsan Haqları Müşahidə qrupundan Rami Əbdürrəhman deyir ki, ən böyük təhlükə qarşısında qalanlar Afrin ərazisindəki yezidilərdir.

Cənab Əbdürrəhman bildirir ki, ərəb döyüşçülərin çəkdiyi başqa bir videoda yaşlı yezidi kişinin istintaqı görünür. Bu dindirmə zamanı ondan gündə neçə dəfə namaz qıldığını soruşurlar.

Məqalədə bu da qeyd olunur ki, İraqın İD tərəfindən zəbt edilmiş ərazilərində yezidi qadınlardan seks kölələri kimi istifadə olunub.

Əbdürrəhman deyir ki, Afrin əməliyyatında bu ərazilərdəki bir milyonluq kürd əhaliyə qarşı əsl təhlükə yaranıb. Bəşər Əsədin qüvvələri şərqi Qutanın 60 faizini ələ keçirib. Afrində isə ərazinin 60 faizi Türkiyənin nəzarətindədir. Bəzi məlumatlara görə, Afrin bölgəsindən çıxmaq istəyənlərdən buraxılış məntəqələrində 4 min dollar rüşvət istəyirlər.

YPG döyüşçüsü Afrin ətrafında əraziyə baxış keçirdiyi zaman -9 iyun, 2017

Cənab Əbürrəhman bunu da qeyd edir ki, Türkiyənin dəstəklədiyi Suriya Azadlıq Ordusunun əksər döyüşçüləri ekstremist cihadçılardan ibarətdir. Amma bu da məlumdur ki, türk zabitlər ərəblərə ənənəvi zorakı taktikalardan istifadə etməməyi əmr ediblər.

“The Independent” yazır ki, Afrindəki vəziyyətə dair bütün məlumatlar qəzetin xüsusi müxbirləri tərəfindən verilir.

Məqalədə deyilir ki, Əsədin şərqi Qutaya müdaxiləsi ilə Türkiyənin Afrin üzərinə hücumu arasında əlaqənin olduğunu düşünmək olar.

Bir kürd müşahidəçi bildirib ki, Erdoğan Afrin hücumu başa çatdıqdan sonra kürdlərdən təmizlənmiş ərazilərdə türkmənləri yerləşdirmək fikrindədir.

Məqalədə deyilir ki, kürdlərin YPG qüvvələrinin ABŞ-la müttəfiq olması onları İD-in bir nömrəli düşməninə çevirib.

Buna baxmayaraq, YPG kifayət qədər güclü hərbi qüvvədir və sıralarında 10 min döyüşçünün olduğu bildirilir. Kürd döyüşçülər deyirlər ki, onlar sona qədər döyüşəcəklər.

“The Independent” yazır ki, türk və ərəb qüvvələri tərəfindən mühasirəyə alınmış Afrin süqut edə bilər.

Məqalədə deyilir ki, heç bir beynəlxalq tərəf Türkiyənin Suriyaya müdaxiləsinə etiraz etmir. Belə bir təsəvvür yaranır ki, Əsədin müttəfiqi olan Rusiya Afrin kürdlərini Türkiyəyə güzəştə gedib. Kürdlər hesab edirlər ki, bu məslələdə ruslar, iranlılar və türklər ümumi razılığa gəliblər. Ola bilsin ki, bu razılaşma əsasında Türkiyə İdlibdəki qiyamçıları Əsədə qurban verib, qəzet yazır (BBC).

http://www.bbc.com/azeri/international-43343070

Previous Post

“Kürdlər deyirlər ki, İran, Rusiya və Türkiyə onların taleyi barədə razılığa gəliblər”

Next Post

Azərbaycanın ikinci peykinin orbitə buraxılacağı TARİX bilindi

Bənzər yazılar

Dünya düşündüyümüzdən daha sürətlə istiləşir

Dünya düşündüyümüzdən daha sürətlə istiləşir

09 Sentyabr 2026 - 11:32

Təmiz hava siyasəti ilə dünya miqyasında kükürd çirklənməsinin azalması qlobal istiləşməni gözləniləndən daha çox sürətləndirə biləcək amillərdəndir. Elchi.az xəbər verir...

Alimlər rekord temperaturda yeni buz növü yaratdı

Alimlər rekord temperaturda yeni buz növü yaratdı

09 Sentyabr 2026 - 11:16

Fransa Alternativ Enerji və Atom Enerjisi Komissiyasından (CEA) fizik Aleksis Forestyenin rəhbərlik etdiyi tədqiqatçılar laboratoriya şəraitində həddindən artıq təzyiq və...

Tomat pastası beyin funksiyasına necə təsir edə bilər?

Tomat pastası beyin funksiyasına necə təsir edə bilər?

09 Sentyabr 2026 - 11:09

İspaniyada aparılan yeni bir araşdırma, üç ay ərzində müntəzəm olaraq tomat pastası istehlak edən şəxslərin beyin skanlarında və idrak performansında...

Böyük Britaniyada aviasiya böhranı: Təxminən min uçuş ləğv edildi

Böyük Britaniyada aviasiya böhranı: Təxminən min uçuş ləğv edildi

09 Sentyabr 2026 - 10:51

Böyük Britaniyada yüzlərlə uçuş hava nəqliyyatının idarə olunması sistemindəki texniki problem səbəbindən ləğv edilib və fasilələrin davam edəcəyi gözlənilir. Elchi.az...

Next Post
Azərbaycanın ikinci peykinin orbitə buraxılacağı TARİX bilindi

Azərbaycanın ikinci peykinin orbitə buraxılacağı TARİX bilindi

Azərbaycanın ikinci peykinin orbitə buraxılacağı TARİX bilindi

Azərbaycanın ikinci peykinin orbitə buraxılacağı TARİX bilindi

Son xəbərlər

Sabah yağış yağacaq, şimşək çaxacaq – PROQNOZ

Sabah Bakıda yağış yağacaq

09 Sentyabr 2026 - 12:29
Afrika futbolunun əfsanəsi Yaya Ture tarixə düşdü

Afrika futbolunun əfsanəsi Yaya Ture tarixə düşdü

09 Sentyabr 2026 - 12:25
İlham Əliyev istilik təchizatı ilə bağlı fərman imzaladı

Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib

09 Sentyabr 2026 - 12:16
Ceyhun Bayramov: Azərbaycan COP31-in təşkilində Türkiyəyə dəstəyini davam etdirəcək

Ceyhun Bayramov: Azərbaycan COP31-in təşkilində Türkiyəyə dəstəyini davam etdirəcək

09 Sentyabr 2026 - 12:10
Ceyhun Bayramov: Xəzərdə suyun səviyyəsinin azalması iqlim dəyişikliyinin bariz nümunəsidir

Ceyhun Bayramov: Xəzərdə suyun səviyyəsinin azalması iqlim dəyişikliyinin bariz nümunəsidir

09 Sentyabr 2026 - 12:02
Bakıda Dördüncü İqlim Həftəsinin açılış mərasimi keçirilir – FOTO

Bakıda Dördüncü İqlim Həftəsinin açılış mərasimi keçirilir – FOTO

09 Sentyabr 2026 - 11:53
Azərbaycanın strateji valyuta ehtiyatları 91 milyard dollara yaxınlaşıb

Azərbaycanın strateji valyuta ehtiyatları 91 milyard dollara yaxınlaşıb

09 Sentyabr 2026 - 11:45
Dünya düşündüyümüzdən daha sürətlə istiləşir

Dünya düşündüyümüzdən daha sürətlə istiləşir

09 Sentyabr 2026 - 11:32
Xalq artisti Aleksandr Şarovski vəfat edib

Xalq artisti Aleksandr Şarovski İkinci Fəxri Xiyabanda dəfn ediləcək

09 Sentyabr 2026 - 11:23
Alimlər rekord temperaturda yeni buz növü yaratdı

Alimlər rekord temperaturda yeni buz növü yaratdı

09 Sentyabr 2026 - 11:16
Tomat pastası beyin funksiyasına necə təsir edə bilər?

Tomat pastası beyin funksiyasına necə təsir edə bilər?

09 Sentyabr 2026 - 11:09
Bağçaya növbəyə yazılma prosesinə başlanılır

Bağçaya növbəyə yazılma prosesinə başlanılır

09 Sentyabr 2026 - 11:00
Böyük Britaniyada aviasiya böhranı: Təxminən min uçuş ləğv edildi

Böyük Britaniyada aviasiya böhranı: Təxminən min uçuş ləğv edildi

09 Sentyabr 2026 - 10:51
Çox isti içkilər xərçəng riskini artıra bilər

Çox isti içkilər xərçəng riskini artıra bilər

09 Sentyabr 2026 - 10:44
Gəmilərdə yanğın təhlükəsizliyinə dair tədbir keçirilib – VİDEO

Gəmilərdə yanğın təhlükəsizliyinə dair tədbir keçirilib – VİDEO

09 Sentyabr 2026 - 10:35
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.