"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Şabranda antik əşyalar aşkarlandı – FOTO

10 Noyabr 2017 - 19:01
in CƏMİYYƏT
FacebookVatsap

Bunu da oxuyun

FHN “İçərişəhər” qoruğunda təlim keçirəcək

Qumar oyunlarının virtual formada təşkili ilə bağlı cəzalar sərtləşdirilir

Bakıda Azərbaycan və Serbiyanın hərbi mütəxəssisləri arasında görüş keçirilib

Şabran rayonu ərazisində antik dövrə aid tapıntılar əldə edilib.

Bu barədə Elchi.az-a AMEA Arxeologiya və Etnoqrafiya İnstitutundan məlumat verilib.

Şabran rayonunun Aygünlü kəndi ərazisində yerləşən Çaqqallıqtəpə abidələr kompleksinə daxil Çaqqallıqtəpə I yaşayış yerində bu il aparılmış qazıntılar zamanı ən maraqlı arxeoloji məlumatlar 4, 5 və 6-cı kvadratlardan əldə olunub.

İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Səfər Aşurovun sözlərinə görə, tədqiqat kvadratlarının təbəqələrində çiy kərpicdən inşa edilmiş dördkünc, dairəvi və yarımqazma tipli tikililər aşkar edilərək, təbii torpaq örtüyündən təmizlənib.

“Tikililərin bəzilərinin mərkəzində yanları oval formalı düzbucaqlı manqal, təsərrüfat quyuları, bir və ya iki qulplu küpələrin qalıqları, bir neçə yerdə daxilində çoxsaylı çaxmaq daşı parçaları olan dairəvi oyuqlar, ortasında dördkünc kərpic yerləşdirilmiş dairəvi ocaq yerləri müəyyən edilib. Tədqiqatlar nəticəsində əldə olunmuş arxeoloji materiallar içərisində yenə də çoxsaylı sümük məmulatı diqqəti cəlb edir. Onların əksər qismi toxuculuqda istifadə olunmuş iynə, biz, iy başlıqlarından ibarətdir. Aşkar edilmiş keramika məmulatı içərisində klassik Kür-Araz mədəniyyəti nümunələri ilə yanaşı, Azərbaycanın şimal-şərq bölgələri və Dağıstan ərazisi üçün xarakterik olanları da vardır. Bu abidədən aşkar edilən keramika məmulatlarının bəzi nümunələri daha arxaik — xalkolit (eneolit) dövrünə aid olduğu ehtimal edilir. Çaqqallıqtəpə abidələrinin daş, sümük, saxsı məmulatı Qafqazın şimal-şərq bölgəsinin ilk tunc dövrü abidələri üçün xarakterikdir. Bu tip materialların oxşarlarına Xaçmaz rayonu ərazisindəki Sərkərtəpə, Dağıstan ərazisindəki Vəlikənd, Kabaz Kutan və s. abidələrdən rast gəlinir. Maraqlıdır ki, metal məmulatlar və onunla bağlı materiallar əldə olunmur. İlkin olaraq abidəni e.ə.IV minilliyin sonları və III minilliyin əvvəllərinə aid etmək olar. Qeyd edək ki, 2017-ci ildə bu ərazidə daha iki yaşayış yeri müəyyən edilmişdir və beləliklə, kompleksə daxil ilk tunc dövrü abidələrinin sayı 5-ə çatıb”.

S.Aşurovun sözlərinə görə, ekspedisiyanın ikinci tədqiqat obyekti Gəndov kəndi ərazisində Leyti kəndinə gedən torpaq yolun üstündə köhnə Samur-Abşeron kanalının sağ tərəfində, dəniz səviyyəsindən 115 m yüksəklikdə yerləşən Almastəpə abidəsi oldu.

“Abidənin əkin sahəsinə tərəf olan hissəsi təsərrüfat işləri ilə əlaqədar dağıdılmış və divar qalıqlarının, arasında güclü yanmış qatın göründüyü yarğan əmələ gəlmişdir. Bu hissədə qazıntı sahəsində iki tikinti qatının olduğu müəyyən edilib. Birinci təbəqə güclü dağılmış, azsaylı arxeoloji materiallar isə qarışıq şəkildədir.İkinci təbəqədə çoxsaylı sapand daşları, içərisində müxtəlif həcmli və formalı saxsı məmulat olan evin qalıqları aşkar edildi. Müşahidə göstərir ki, abidənin bu hissəsi güclü hücumdan sonra yanıb və sakinlər heç bir əşya götürmədən evi tərk ediblər.

Maraqlıdır ki, bu evin içərisindən əldə olunmuş saxsı məmulatı tərkibinə və formalarına görə bir-birindən fərqlənirlər. Onların heç birində dulus çarxının izləri müşahidə edilməyib. İri təsərrüfat küplərinin formaları diqqət çəkicidir. Dar ağızlı, xarici səthindən kəmərşəkilli yapma ilə əhatələnmiş, günbəz (umbon) formalı sonluqlara malik konusvari oturacaqlı küplər Azərbaycan ərazisindəki abidələrdən məlum deyildir. Ağzı novçalı kuzə və parç tipli qabların bənzərlərinə isə, Ağsu rayonundakı Nüydi materialları içərisində rast gəlinir”.

İlkin olaraq toplanmış yerüstü materialların təhlili və qazıntı materiallarına əsaslanaraq Almastəpə abidəsini antik dövrə (təqribən e.ə.VI-IV əsrlərə) aid etmək mümkündür.

Tapılmış artefaktların (saxsı məmulatlarının, sümük alətlərinin və b.) bərpası və onların qrafik təsvirlərinin hazırlanması üzərində çalışır, əldə edilmiş materialların müqayisəli-analitik təhlilini aparılır.

Previous Post

Şabranda antik əşyalar aşkarlandı – FOTO

Next Post

İranda güclü zəlzələ baş verdi: Yüzlərlə ölən var — FOTO + VİDEO

Bənzər yazılar

Fövqəladə hallar nazirinə iki yeni müavin təyin olunub

FHN “İçərişəhər” qoruğunda təlim keçirəcək

10 İyul 2026 - 11:42

Fövqəladə Hallar Nazirliyi “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində birgə təlim keçirəcək. Elchi.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidmətindən...

Qumar oyunlarının virtual formada təşkili ilə bağlı cəzalar sərtləşdirilir

Qumar oyunlarının virtual formada təşkili ilə bağlı cəzalar sərtləşdirilir

10 İyul 2026 - 11:29

Qumar oyunlarının təkrar keçirilməsi üçün yer təşkil etmə və ya saxlamanı virtual formada sosial şəbəkə platformalarından istifadə etməklə törədənlər 4...

Bakıda Azərbaycan və Serbiyanın hərbi mütəxəssisləri arasında görüş keçirilib

Bakıda Azərbaycan və Serbiyanın hərbi mütəxəssisləri arasında görüş keçirilib

10 İyul 2026 - 09:36

Azərbaycan və Serbiya respublikalarının Müdafiə nazirlikləri arasında 2026-cı il üçün ikitərəfli hərbi əməkdaşlıq planına əsasən, iyulun 8-də Bakı şəhərində hər...

Bakı Dairəvi yolunun bir hissəsində hərəkət məhdudlaşdırılacaq

Bakı Dairəvi yolunun bir hissəsində hərəkət məhdudlaşdırılacaq

09 İyul 2026 - 22:29

Bakı Dairəvi avtomobil yolunun 5-ci kilometrində, Lökbatan qəsəbəsi istiqamətində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq tam...

Next Post

İranda güclü zəlzələ baş verdi: Yüzlərlə ölən var — FOTO + VİDEO

İranda güclü zəlzələ baş verdi: Yüzlərlə ölən var — FOTO + VİDEO

Son xəbərlər

“Toxumçuluq haqqında” yeni qanun layihəsi hazırlanıb, Reyestr yaradılacaq

“Toxumçuluq haqqında” yeni qanun layihəsi hazırlanıb, Reyestr yaradılacaq

10 İyul 2026 - 12:28
Azərbaycandan tranzit keçməklə Ermənistana propan və gübrə göndəriləcək

Azərbaycandan tranzit keçməklə Ermənistana propan və gübrə göndəriləcək

10 İyul 2026 - 12:16
Zelenski Trampın Ukrayna ordusuna münasibətini açıqladı

Zelenski Trampın Ukrayna ordusuna münasibətini açıqladı

10 İyul 2026 - 12:09
Çində daşqından zərər çəkmiş fermadan təxminən 900 ilan qaçdı

Çində daşqından zərər çəkmiş fermadan təxminən 900 ilan qaçdı

10 İyul 2026 - 11:57
İspaniyada baş verən meşə yanğınında 11 nəfər həlak olub

İspaniyada baş verən meşə yanğınında 11 nəfər həlak olub

10 İyul 2026 - 11:51
Fövqəladə hallar nazirinə iki yeni müavin təyin olunub

FHN “İçərişəhər” qoruğunda təlim keçirəcək

10 İyul 2026 - 11:42
Qumar oyunlarının virtual formada təşkili ilə bağlı cəzalar sərtləşdirilir

Qumar oyunlarının virtual formada təşkili ilə bağlı cəzalar sərtləşdirilir

10 İyul 2026 - 11:29
Mülki PUA-lara nəzarət olacaq, yoxlamalar aparılacaq

Mülki PUA-lara nəzarət olacaq, yoxlamalar aparılacaq

10 İyul 2026 - 11:23
Avtonom nəqliyyat vasitələrinin hərəkətinə dair tələblər qoyulur, tanınma nişanı olacaq

Avtonom nəqliyyat vasitələrinin hərəkətinə dair tələblər qoyulur, tanınma nişanı olacaq

10 İyul 2026 - 11:20
Bu kəndlərin adı dəyişir – I oxunuş

Parlament Azərbaycanla Ukrayna arasında mülki və ticarət işləri üzrə hüquqi yardım haqqında müqaviləni ratifikasiya edib

10 İyul 2026 - 11:15
Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclasının tarixi və gündəliyi açıqlandı

Milli Məclisin iclası başlayıb

10 İyul 2026 - 11:05
Netanyahu və Tramp arasında telefon danışığı olub

Netanyahu və Tramp arasında telefon danışığı olub

10 İyul 2026 - 10:54
Rusiyanın ABŞ-İran müharibəsi ilə bağlı bəyanatı

Rusiyanın ABŞ-İran müharibəsi ilə bağlı bəyanatı

10 İyul 2026 - 10:41
Çin və Rusiya Hərbi Dəniz Qüvvələri Sarı dənizdə birgə hərbi təlim keçirib

Çin və Rusiya Hərbi Dəniz Qüvvələri Sarı dənizdə birgə hərbi təlim keçirib

10 İyul 2026 - 10:33
Zakir Həsənov Selçuk Bayraktarın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb

Zakir Həsənov Selçuk Bayraktarın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb

10 İyul 2026 - 10:17
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« İyn    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.