"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MARAQLI

“Az-granata”nın rakısını necə içməli?

26 Sentyabr 2017 - 00:07
in MARAQLI
FacebookVatsap

Bunu da oxuyun

İlon Mask “SpaceX” və “Tesla” üçün çip istehsal edəcəyini açıqlayıb

Günəşdə güclü partlayış baş verib

Alimlər: Aralıqlı təkrarlar əzbərləmədən təsirlidir

Taleh Şahsuvarlı

 

“Az-Granata” Şirə və şərab emalı zavodu Azərbaycan tarixində bir ilkə imza atdı.

Ağsunu dillər əzbəri etmiş zavodda ölkəmizdə ilk dəfə rakı istehsal edildi.

Bu istehlak kültürümüzün dəyişməsi yönündə çox ciddi addımdır.

Şərabçılıqda gürcüləri, konyak istehsalında erməniləri, araq süzməkdə rusları qabaqlamaqda olan “Az-Granata” öz “Türk” adlı rakısı ilə bu dəfə Anadoluya meydan oxuyacaq. Böyük “Türk”ü layiqincə qarşılaya bilməmiz lazım. Elə bu səbəbdən də illər öncə yazdığım bir yazıya azacıq əl gəzdirib yenidən yayınlamağı qərara aldım.

Xatırlayacaqsınız, hər il yanvarın 31-də ruslar “milli içki” hesab etdikləri vodkanın doğum tarixini qeyd edirlər.

Rusiyanın bütün şəhərlərində, restoran və kafelərində, mağazalarında arağın istehsal gününün qeyd olunması üçün kampaniyalar, endirimlər başlayır.

Hər zaman düşünmüşəm ki, bu tarixdən Azərbaycana da pay düşür.

Azərbaycan əhalisinin islamdan, doqmatik həyat tərzindən uzaqlaşmasında, müasirləşməsində və azadlığı qavramasında vodkanın xüsusi rolu var.

Cəlil Məmmədquluzadənin “Ölülər” əsərinin qəhrəmanı, orta əsr ənənələrinə tüpürən İskəndərin  “Kefli”  ayaması daşıması da bu baxımdan təsadüfi deyil.

Spirtli içki asılılıq yaradır, qədərini aşanda şəxsiyyətin həm özünə, həm də çevrəsindəki insanlara problem yaradır, burası dəqiqdir.

Amma içki içmək, yemək yemək, restorana, kafeyə, diskotekaya getmək həm də bir mədəniyyət məsələsidir .

Çox təəssüf ki, Azərbaycanda bunca şadlıq evləri, restoran və kafelər, hər cür kafelər olmasına baxmayaraq bu mədəniyyət bizdə çox aşağı səviyyədədir.

Bir misal deyəcəm. “Ramin” şadlıq evinin yaxınlığında gürcüstanlıların işlətdiyi bir məkan var. O məkanın icarədarı Malik dayıdır. Malik dayı o qədər ürəklə, həvəslə salat doğrayır, yemək hazırlayır, şərab süzür ki, onun göstərdiyi qulluqdan aldığı zövq, necə deyərlər, əlini daha da duzlu edir. O məkana mən adətən qaban kababı yemək üçün gedirəm və fərqli yerlərdə yediyim donuz əti oradakı qədər heç zaman canıma sinmir.  Hərçənd, ofisiantları daha səliqəli geyindirmək, onlara yarımgünlük seminar keçmək, eləcə də masaları daha yaxşı düzməklə həmin məkanın xidmət səviyyəsini yüksəltmək olar.

Qayıdaq içkiyə. Araq mənim zövqümü oxşayan içki deyil, vodkanın üzünə ancaq toyda-məclisdə, bir də qış aylarında xaşın xətrinə dəyməmək üçün  baxaram. Seçim imkanım varsa, konyaka və viskiyə üstünlük verirəm.

Xüsusi tərcih etdiyim içki şərab və rakıdır.

Bir dəfə gənc və istedadlı şair, yüksək mütaliəsi  və ən əsası tərbiyəsi ilə seçilən Qismətlə elə rakı içə-içə rakı içmək ədəbindən xeyli söhbət etmişdik.

Azərbaycanda rakıya üstünlük verən insanların sayı getdikcə artır. Bunun bir səbəbi İstanbul filmlərinin Azərbaycanda böyük auditoriya toplaması, digər nədəni Anadolu mətbəxinin Azərbaycanda populyarlaşması, nəhayət,  Türkiyəyə gediş-gəlişin artmasıdır.

Amma dəfələrlə gözümə dəyib ki, bizdə rakı elə araq kimi başa çəkilir, istifadəçilər onun eyşindən və ritualından bixəbər çox içmək üçün az qala bəhsə girirlər.

Rakının ilk dəfə harada və kimlər tərəfindən hazırlandığı konkret bəlgələrlə üzə çıxarılmayıb. Amma ümumi qənaətə görə, bu içki Anadolu torpaqlarında istehsal edilib. Şərab ensiklopediyalarında onu “türk içkisi” kimi qələmə verirlər. Yunanlar “Uzo” adlı içki ilə rakının tarixinə və satışına iddia etsələr də, Avropa Şurası onu “turkish” kimi tanıyıb.

Hazırda Türkiyədə bu məhsul dörd adda- “Kulüp Rakı”, “Altınbaş Rakı”, “Tekirdağ Rakısı” və “Yeni Rakı”– istehsal olunur. Bu içki quru və ya təzə üzümdən alınan spirtin cirəgülü toxumları ilə qarışığının daha bir əl damızdırılması ilə ərsəyə gətirilir. Evliya Çələbi öz səyahətnaməsində rakı istehsalçılarından “Arakçiyan əsnafı” deyə söz edir.

Ümumiyyətlə, ehtimal edilir ki, “rakı” araq/araqi sözündən törəyib, bu kəlmənin mənası isə tər/tərlədən deməkdir.

* Rakını süzəndə şüşəni əldə ehmalca çevirmək lazımdır ki, içkinin qoxusu masaya yayılsın. Rakının özəlliyi onun qoxusudur, hərçənd çox adam məhz bu qoxuya görə rakıdan uzaq durur.

* İkincisi, rakını ensiz, silindirik, uzun bardağa süzmək lazımdır. Belə olanda içkinin estetikası artır.

* Üçüncüsü, rakı ya tək, yaxud ikiqat (double) süzülür, amma bütün hallarda bardağın yarısından az olmalıdır.

* Dördüncüsü, rakını mütləq soyuq süzmək lazımdır, daha sonra ona su əlavə etmək, Qismət demiş, “üzünü ağartmaq” lazımdır.  Bəzən rakı bardağına su qatmadan buz atılır ki, bu, ümumiyyətlə, yolverilməzdir. Çünki su rakıdan əvvəl süzüləndə tərkibindəki cirəgülü üstə çıxır, buz atıldıqda isə spirtin bardaqdakı proporsiyası dəyişir, bu isə içkinin keyfiyyətini öldürür. Ona limon sıxmaq da olmaz.

* Rakını bir dəfə toqquşdurmaq lazımdır, ancaq süfrəyə yeni adam gələrsə, o zaman daha bir dəfə də bardaqdan səs çıxarmaq olar.

* Bir bardaq rakı fasilələrlə ən azı 8 dəqiqəyə içilməlidir. Süfrədən qalxan zaman rakı bardağının dibində mütləq bir-iki qurtum da olsa, “ədəb üçün” saxlamaq lazımdır.

Rakı süfrəsində ciddi məsələlər, sorunlar danışılmaz, bu içki sözün əsl mənasında insanın eyninin açılması, kefinin tənzimlənməsi, deyib-gülməsi üçündür. Axşam içkisi sayılan rakı məclisində “sözü tutan”  2-6 nəfərin oturması məqbuldur. Rakı  masasında içən və ya içməyən qadının olması arzulanandır. Səsli-küylü, yüksək və yüngül musiqi sədaları altında rakı içmək, sadəcə, eyibdir.

Rakı daha çox meyvə-tərəvəzlə içilir, ədəbi ilə içənlər bilir ki, rakı süfrəsinin bəzəyi pendir, çərəz, zeytun turşusudur. Ayrıca balıq qızartmaları da rakının altını bərkitmək üçün məsləhətlidir.

Bir də türklərin “yumruq məzəsi” dediyi bir şey var, bu heç nə yeməmək deməkdir. Rakı udumlanandan sonra  adam, sadəcə, əlinin dalı ilə ağzını silir.

Previous Post

“Az-granata”nın rakısını necə içməli?

Next Post

Sayğacların sayı abonentlərin sayından 50 min ədəd çoxdur – SƏBƏB?

Bənzər yazılar

İlon Mask “SpaceX” və “Tesla” üçün çip istehsal edəcəyini açıqlayıb

İlon Mask “SpaceX” və “Tesla” üçün çip istehsal edəcəyini açıqlayıb

23 Mart 2026 - 18:43

İlon Mask avtomobillərin, robotların və kosmosdakı süni intellekt məlumat mərkəzlərinin fəaliyyəti üçün istifadə olunacaq SpaceX və Tesla çiplərinin istehsalına başlamağı...

Günəşdə güclü partlayış baş verib

Günəşdə güclü partlayış baş verib

13 Mart 2026 - 17:47

Martın 13-də Günəşdə güclü partlayış qeydə alınıb. Elchi.az üxəbər verir ki, bu barədə Tətbiqi Geofizika İnstitutundan (İPG) məlumat verilib. Məlumatda...

Alimlər: Aralıqlı təkrarlar əzbərləmədən təsirlidir

Alimlər: Aralıqlı təkrarlar əzbərləmədən təsirlidir

23 Fevral 2026 - 18:57

Kaliforniya Universitetinin San-Fransisko kampusundan olan alimlər öyrənmənin əzbərləməkdən daha təsirli ola biləcək üsulunu müəyyən ediblər: əsas amil təkrarların sayı deyil,...

Dəhşətli gerçək: bu xəstəlik diaqnozu insanları cinayətə sürükləyir

Dəhşətli gerçək: bu xəstəlik diaqnozu insanları cinayətə sürükləyir

14 Fevral 2026 - 04:48

Avropa iqtisadçıları məşhur Breaking Bad serialında təsvir olunan psixoloji modelin real həyatda da mövcud olduğunu müəyyən ediblər. Elchi.az xəbər verir...

Next Post

Sayğacların sayı abonentlərin sayından 50 min ədəd çoxdur - SƏBƏB?

Sayğacların sayı abonentlərin sayından 50 min ədəd çoxdur - SƏBƏB?

Son xəbərlər

Nazir müavini: Ət qiymətləri istehsalın artması və maya dəyərinin azalması hesabına sabitləşə bilər

Nazir müavini: Ət qiymətləri istehsalın artması və maya dəyərinin azalması hesabına sabitləşə bilər

04 İyun 2026 - 12:14
ADSEA: Xankəndidə sakinlər fasiləsiz içməli su ilə təmin olunur

ADSEA: Xankəndidə sakinlər fasiləsiz içməli su ilə təmin olunur

04 İyun 2026 - 12:06
Nazir müavini: Fermerlər üçün modul elektron rəqəmsal platforma istifadəyə veriləcək

Nazir müavini: Fermerlər üçün modul elektron rəqəmsal platforma istifadəyə veriləcək

04 İyun 2026 - 11:57
Xankəndidə yağış sularının yığılması üçün kollektor tikiləcək

Xankəndidə yağış sularının yığılması üçün kollektor tikiləcək

04 İyun 2026 - 11:50
Bir ayda sərhəddə 5.6 milyon manatlıq qaçaqmal tutulub

Bir ayda sərhəddə 5.6 milyon manatlıq qaçaqmal tutulub

04 İyun 2026 - 11:42
Bakıda Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək

Bakıda Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək

04 İyun 2026 - 11:30
Tramp etiraf edir: Netanyahunun iddiaları bu sözlərlə təsdiqləndi

Tramp etiraf edir: Netanyahunun iddiaları bu sözlərlə təsdiqləndi

04 İyun 2026 - 11:27
Mülki PUA-lara nəzarət olacaq, yoxlamalar aparılacaq

Mülki PUA-lara nəzarət olacaq, yoxlamalar aparılacaq

04 İyun 2026 - 11:24
ÜST ölümcül Ebola virusu barədə xəbərdarlıq edir!

ÜST ölümcül Ebola virusu barədə xəbərdarlıq edir!

04 İyun 2026 - 11:15
Tramp: İranla razılaşma bu həftəsonu əldə edilə bilər

Tramp: İranla razılaşma bu həftəsonu əldə edilə bilər

04 İyun 2026 - 11:04
Geomaqnit qasırğası olacaq

Geomaqnit qasırğası olacaq

04 İyun 2026 - 10:58
ABŞ: İsrail və Livan atəşkəs barədə razılığa gəldilər

ABŞ: İsrail və Livan atəşkəs barədə razılığa gəldilər

04 İyun 2026 - 10:51
NASA, MAVEN kosmik gəmisinin Mars missiyası başa çatdı

NASA, MAVEN kosmik gəmisinin Mars missiyası başa çatdı

04 İyun 2026 - 10:43
İran müharibəsi Yaponiyada plastik torba böhranına səbəb oldu

İran müharibəsi Yaponiyada plastik torba böhranına səbəb oldu

04 İyun 2026 - 10:36
Humanoid robot bazarında investisiya yarışı qızışır

Humanoid robot bazarında investisiya yarışı qızışır

04 İyun 2026 - 10:29
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.