"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home İDMAN

Həbsxana həyatı yaşamış məşhur İDMANÇILARIMIZ — SİYAHI

20 Sentyabr 2017 - 15:46
in İDMAN
FacebookVatsap

Bunu da oxuyun

“Qarabağ”ın oyunu ilə əlaqədar metroda iş rejimi dəyişdiriləcək

“Qarabağ”ın bəlli bir sistemi var – Kostyuk

“Roma” Argentina millisinin üzvünü transfer etdi

 

“Sumqayıt” komandasının futbolçusu Nicat Muxtarovun oğurluqda ittiham edilərək həbs olunması bu mövzunu yenidən gündəmə gətirdi.

 Azərbaycanda idmançıların kriminal aləmə yaxınlığı, cinayət törətməyə meyilli olmaları və sair. Ancaq etiraf etmək lazımdır ki, idmançılar bir çox hallarda həbsə məhz ətraflarının “köməyi” ilə düşürlər. Bəzən isə məşhurluq, qazanılan böyük pullar və şöhrətlə pulun bir arada gətirdiyi başgicəllənmə nəticədə həmin istedadı dəmir barmaqlıqlar arasına qədər gətirib çıxarır.

Elchi.az “Ölkə.Az” a istinadən adı cinayətdə hallanmış idmançılarımızın siyahısını təqdim edir:

Kiprin “Anartosis” komandasının və milli komandamızın üzvü Araz Abdullayevin adı cinayət əməlində hallananda o, karyerasının ən yaxşı dövrünü yaşayırdı. “Neftçi”nin əsas heyət oyunçusu olmaqla yanaşı, daim qollar vurur, paytaxt təmsilçisini arxasınca aparırdı. Amma 2013-cü ilin 28 mart tarixində yüksək sürətlə idarə etdiyi avtomobili ilə Nobel prospektində yol kənarında təmizlik işləri aparan 2 süpürgəçi qadını vurdu. Qadınlardan biri vəfat etdi, digəri ağır yaralandı. Şübhəsiz ki, “Neftçi”nin o zamanki rəhbəri Sadıq Sadıqovun müdaxiləsi nəticəsində Araz dəmir barmaqlıqlardan xilas ola bildi.

Məsələnin ən pis tərəfi odur ki, Abdullayev cəmi bir neçə ay sonda yenidən avtoxuliqanlıqla gündəmə gəldi, mətbuatda və sosial şəbəkələrdə görüntüləri yayıldı.

Yeri gəlmişkən, Abdullayev Azərbaycan idmançıları arasında ən bahalı idman avtomobilinin sahibidir.


Bir zamanlar böyük perspektiv vəd edən, hazırda isə “Səbail”in qapısını qoruyan Emil Balayevin iştirakıyla baş vermiş avtoqəzada da ölən var idi. 21 yaşlı Balayev 2016-cı ilin dekabrında Suraxanı rayonu ərazisində idarə etdiyi “BMW X5” markalı 10 0H 111 nömrəli avtomobil ilə “Mercedes” markalı avtomobili vurmuşdu. Nəticədə “Mercedes”də olan 6 aylıq körpə ölmüş, körpənin valideynləri isə ağır xəsarətlər almışdılar.

Deyilənlərə görə, körpənin valideynləri Balayevi rəsmi şəkildə bağışlamışdılar. Məhz bu səbəbdən o da canını dəmir barmaqlıqlar arasına düşməkdən qurtara bildi.


Azərbaycanın ilk və hələ ki yeganə peşəkar boksçusu Fariz Məmmədov isə ömrünün nə az, nə çox düz yeddi ilini həbsxanada keçirib. Qeyd edək ki, Məmmədov Cinayət Məcəlləsinin bir neçə maddəsiylə (qanunsuz silah saxlama, əldəetmə, hədə-qorxu ilə tələb etmə) ittiham olunurdu. Məsələnin sevindirici tərəfi budur ki, Fariz Məmmədov həbsdən azad olunandan sonra keçirdiyi ilk döyüşünü qələbəylə başa vurmuşdu. Özünün dediklərindən:

“Maraqlı həyat yaşamışam. Arxaya baxmağa qorxuram. Çünki, ağır həyatım olub. Necə oldu ki, bu aləmə düşdüm? Hər yaşın öz həyatı var. Uşaq vaxtlarımda müharibədə, gənc yaşlarımda həbsdə. Doğrudan da, maraqlı həyatdır. Sən həyata bax… Həbsxana elə bir həyatdır ki, ağıllı insanlar üçün ən yüksək mərtəbə, ağılsız insanlar üçün ən aşağı mərtəbədir. Necə oldu mən həbsxanaya düşdüm… Məncə, ora düşməli idim. Elə bir həyat yaşayırdım ki, bu olmalı idi. Günahım var idi. Hər şey haqq-ədalətlə idi. O illərdən çox danışmaq istəmirəm. Orada düşünməyə vaxtım çox oldu. Elə bir həyat yaşayırsan ki, 24 saat azadlığın əlindən alınıb. Səmaya baxırsan, amma qaranlıq içində boğulursan. Həbsxana mənə düşünməyi və nəticə çıxarmağı öyrətdi.Orada doğma qardaşın belə, sənə yad olur. Çox şey öyrətdi mənə həbsxana. Ora akademiyadır. Hesab edirəm ki, maraqlı həyat yaşadım və o həyatı 5-lə qurtardım. Yoxsa, mən bu gün ayaqda olmazdım. Mənim daha səhv etməyə haqqım yoxdur. Əvvəlcə bir tövsiyyəmi gənc idmançılara deyim. Heç vaxt yolunuzdan çıxmayın. Çünki, sonra gec olur. Mənə dövlətim və dövlət işində işləyən dostlarım dəstək oldu. Əlbəttə, təqsirim var idi. Bu 7 il elə mənim əynimə biçilmişdi”.


2000-ci ilin yayına qədər Vüqar Ələkbərovu yalnız əhatəsi və dostları, həmkarları tanıyırdılarsa, Sidney olimpiadasında qazandığı bürünc medaldan sonra ölkədə onu tanımayan yox idi. Hətta olimpiadaya yollanan idmançılar siyahısında medal qazanmaq şansı elə də yüksək olmayanlardan hesab edilirdi. Çünki həmin vaxt Ələkbərovun cəmi 19 yaşı vardı. Nə yazıq ki, o da şöhrətin zirvəsində ikən pis çevrəyə tuş gəldi və 3 ay 23 gün həbsdə yatdıqdan sonra məhkəmə zalından azadlığa buraxıldı.


Ötənlərin məşhur futbolçusu, bir zamanlar “Neftçi”nin rəmzlərindən hesab olunan Maşallah Əhmədov isə həbsə düşəndə yaşı 57-ni adlamışdı. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən tanınmış futbolçu səkkiz il müddətinə azadlıqdan məhrum edilib. Məlumatlara görə, Cabbarov bir neçə şəxsdən külli miqdarda borc alıb və geri qaytarmayıb.


Uşu-Sanda üzrə ikiqat dünya və Avropa çempionumuz Canpolad Budaqov da hazırda həbsxana həyatı yaşayır. O, erməni əsilli Rusiya vətəndaşını öldürməkdə ittiham edilir. Məşhur idmançı barədə başqa bir ittiham isə Rusiyanın Samara vilayətində polis sahə müvəkkili Samvel Mehrabovu öldürməsiylə bağlıdır.

Previous Post

Həbsxana həyatı yaşamış məşhur İDMANÇILARIMIZ — SİYAHI

Next Post

İcra Hakimiyyətindən Milli Şuranın mitinqi ilə bağlı – Açıqlama

Bənzər yazılar

“Qarabağ”ın oyunu ilə əlaqədar metroda iş rejimi dəyişdiriləcək

“Qarabağ”ın oyunu ilə əlaqədar metroda iş rejimi dəyişdiriləcək

13 Avqust 2026 - 11:46

Bu gün "Qarabağ" Futbol Klubunun UEFA Konfrans Liqası çərçivəsində keçiriləcək oyunu ilə əlaqədar "Bakı metropoliteni" QSC-də iş rejimi dəyişdiriləcək. Bu...

“Qarabağ”ın bəlli bir sistemi var – Kostyuk

“Qarabağ”ın bəlli bir sistemi var – Kostyuk

12 Avqust 2026 - 19:06

“Qarabağ” haqqında dolğun məlumatımız var. Onları yaxından tanıyırıq. Elchi.az xəbər verir ki, bu sözləri Ukraynanın “Dinamo” (Kiyev) komandasının baş məşqçisi...

“Roma” Argentina millisinin üzvünü transfer etdi

“Roma” Argentina millisinin üzvünü transfer etdi

12 Avqust 2026 - 16:35

Argentina millisinin müdafiəçisi Naüel Molina “Roma”ya keçib. Elchi.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 28 yaşlı sağ...

Qurban Qurbanov: Hər şey yoluna düşəcək

Qurban Qurbanov: Hər şey yoluna düşəcək

12 Avqust 2026 - 14:55

"Qarabağ" UEFA Konfrans Liqası III təsnifat mərhələsinin cavab görüşü çərçivəsində sabah Bakıda Kiyev "Dinamo"sunu qəbul edəcək. Elchi.az xəbər verir ki,...

Next Post

İcra Hakimiyyətindən Milli Şuranın mitinqi ilə bağlı - Açıqlama

İcra Hakimiyyətindən Milli Şuranın mitinqi ilə bağlı - Açıqlama

Son xəbərlər

Məleykə Abbaszadə şanslı qrupu açıqladı

Məleykə Abbaszadə şanslı qrupu açıqladı

13 Avqust 2026 - 12:04
Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olunub

Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olunub

13 Avqust 2026 - 11:55
“Qarabağ”ın oyunu ilə əlaqədar metroda iş rejimi dəyişdiriləcək

“Qarabağ”ın oyunu ilə əlaqədar metroda iş rejimi dəyişdiriləcək

13 Avqust 2026 - 11:46
Məleykə Abbaszadə: İxtisas seçimi zamanı ardıcıllıq çox vacibdir

Məleykə Abbaszadə: İxtisas seçimi zamanı ardıcıllıq çox vacibdir

13 Avqust 2026 - 11:39
FHN mürəkkəb relyefli ərazilərdə axtarış-xilasetmə təlimi keçirdi – FOTO/VİDEO

FHN mürəkkəb relyefli ərazilərdə axtarış-xilasetmə təlimi keçirdi – FOTO/VİDEO

13 Avqust 2026 - 11:30
Yeni təmayül tədris modeli üzrə 7 mindən çox şagird müraciət edib

Yeni təmayül tədris modeli üzrə 7 mindən çox şagird müraciət edib

13 Avqust 2026 - 11:23
Kolumbiyada baş verən 7,4 bal gücündə zəlzələdə ölənlərin sayı 265-ə çatıb

Kolumbiyada baş verən 7,4 bal gücündə zəlzələdə ölənlərin sayı 265-ə çatıb

13 Avqust 2026 - 11:16
Pensiya və müavinətlər bu tarixdə ödəniləcək – Rəsmi

Bakı, Sumqayıt və Abşeronda pensiyalar sabah ödəniləcək

13 Avqust 2026 - 11:08
ÜST-dən Ebola xəbərdarlığı: Tarixin ən ölümcül epidemiyası ola bilər

ÜST-dən Ebola xəbərdarlığı: Tarixin ən ölümcül epidemiyası ola bilər

13 Avqust 2026 - 10:59
Tramp: Hörmüz tamamilə nəzarət altındadır

Tramp: Hörmüz tamamilə nəzarət altındadır

13 Avqust 2026 - 10:46
Telefonları təkbaşına idarə edən süni intellekt gəlir

Telefonları təkbaşına idarə edən süni intellekt gəlir

13 Avqust 2026 - 10:35
Naxçıvanda vergi daxilolmaları 4%-ə yaxın artıb

Əhaliyə yeddi ayda 6 milyard manatdan çox sosial ödəniş edilib

13 Avqust 2026 - 10:27
Zelenski ABŞ-dan daha çox Patriot raketi istəyir

Zelenski ABŞ-dan daha çox Patriot raketi istəyir

13 Avqust 2026 - 10:18
NASA Marsda təəccüblü kəşf edib

NASA Marsda təəccüblü kəşf edib

13 Avqust 2026 - 10:04
DYP piyadalara müraciət edib

DYP piyadalara müraciət edib

13 Avqust 2026 - 09:52
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.