"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home DÜNYA

Qız uşağını sevməyən ölkələr – siyahı sizi şoka salacaq

15 Avqust 2017 - 13:24
in DÜNYA
FacebookVatsap

Bunu da oxuyun

İran “Starlink” məsələsi ilə bağlı Norveçə etirazını bildirib

Tramp süni intellekt yarışında yeni mərhələyə keçir: “Super İntellekt Qüvvəsi” yaradıldı

Qocalan beyin zəifləmir; uyğunlaşır

Qız övladının sevilməməsinin səbəbləri və inkişaf etmiş ölkələrdə bu problemdən çıxış yolları barədə bilinməyənlər…

Qız övladının sevilməməsinin səbəbləri və inkişaf etmiş ölkələrdə bu problemdən çıxış yolları barədə bilinməyənlər…
Bir nənənin yeni doğulmuş qız nəvəsinə vəhşicəsinə əzab verib, daha sonra quyuya atması… uzun müddət gündəmin müzakirələrindən getməyəcək. Bu, Azərbaycan kimi toplumlarda qız uşaqlarına olan aşırı istəksizliyin səbəbidir. Qız övladı dünyaya gələnlərə “canın sağ olsun” deyə təsəlli verən bir toplumda yaşayırıq, nə yazıq ki. Ölkə ginekoloqları arasında “dəqiq oğlan qrafiki deyən”lər ordusunun olmasından da xəbəriniz var. Bəli, ən yaxşı halda qadınlar arzuedilməz hamiləliyi yarıda kəsmək yerinə qrafiklə (hansı ayda hamilə qalmanın körpənin cinsiyyətinə birbaşa təsiri var) hamilə qalmağı tərcih edirlər. Müxtəlif pəhrizlərdən sonra və ya həftənin müəyyən gün-saatında mayalanmanın baş tutması da gələcək körpənin cinsiyyətinə birbaşa təsir göstərir.

Bütün dünyada say nisbəti belədir – hər 100 qıza 105 oğlan

Amerikada aparılan bir araşdırma üzə çıxarıb ki, Azərbaycanda qızların 10%-i dünyaya göz açmadan məhv edilir. Amerikalı tədqiqatçıların araşdırmasından o da bəlli olub ki, Azərbaycan və Ermənistanda cinsə görə selektiv abort geniş yayılıb. Tədqiqat 3 postsovet ölkəsində – Ermənistan, Azərbaycan və Gürcüstanda 2005-2010-cu illərdə 100 qıza azı 116 oğlan düşdüyünü üzə çıxarıb. Bu rəqəmlər Çin və Hindistanla müqayisə olunur. Bənzər fenomenə başqa postsovet ölkələrində, məsələn, Qazaxıstan, Moldova və Ukraynada rast gəlinməyib.

“Science” jurnalının araşdırmasına görə, dünyada təbii halda hər 100 qıza qarşılıq 105 oğlan doğulur. Amma bəzi inkişaf etməkdə olan Asiya ölkələrində bu rəqəm süni şəkildə oğlanların xeyrinə dəyişdirilir. Məsələn, Çində hər 100 qıza 120-150, Gürcüstanda 118, Ermənistanda 120, Azərbaycanda isə 115 oğlan dünyaya gəlir.

Sosioloqlar isə düşünür ki, adətən qız uşaqlarına olan istəksizlik inkişaf etməmiş, partriarxal cəmiyyətlərdə özünü göstərir. Buna səbəb isə ailələrin qızları zəif hesab etməsidir. Belə ki, bu sayaq cəmiyyətlərdə qadınların hüquqları daha çox pozulur. O səbəbdən heç bir ana öz yaşadıqlarını övladlarının təkrarən yaşamasını istəmir. Bu isə cəmiyyətin özünün zəifliyindən irəli gəlir. Cəmiyyət zəif olduğundan zəif hesab etdiyi qadını qəbul etmək istəmir, zəifdən utanır. Halbuki müasir cəmiyyətdə qadının rolu dəyişib, indi fiziki güc mühüm deyil. Bu cür halların qarşısını almaq lazımdır. Bu işlə hökumət də ciddi məşğul olmalıdır, əgər hökumət etmirsə, onda qeyri-hökumət təşkilatları, ziyalılar, media etməlidir.

Bu günə qədər qadınlar gələcək körpənin cinsini təyin etmək üçün ən çox implantasiyaönü perinatal diaqnostikanı tərcih edirlər. Başqa sözlə, süni mayalandırma vasitəsilə embrionun cinsinin təyini. Bu zaman lazer sitometrlə lazımi xromosom dəstinin seçimi aparılır. Müvafiq xromosom tərkibli spermatozoidlə mayalandırılmış yumurta hüceyrəsi qadının uşaqlığına implantasiya edilir və bununla da süni mayalanma başa çatır. Bu üsulun dəqiqliyi 90% təşkil edir. Bu üsuldan ən zəruri hallarda, məsələn, ailədə irsi xəstəlik (hemofiliya, talassemiya və s.) olduğu zaman istifadə olunur. Belə ki, misal üçün, hemofiliya genlərinin daşıyıcısı qadın olduğu halda bu xəstəliyə yalnız oğlan uşaqları tutulur.

Amma problemin dərinliyinə və ondan çıxış yolu kimi stimullaşdırma xəbərinin yayılmasına baxmayaraq, 10 min manatla bağlı anonsun gerçək olmadığı üzə çıxdı.

Danimarkada hər il onlarca qız uşağı doğulmadan həyatla vidalaşır. Yalnız bir ildə “xüsusi icazə” ilə 818 uşaq doğulmadan ana bətnindən çıxarılıb ki, onların da hamısını qız uşaqları təşkil edib. Ultrasəs müayinəsi zamanı doğulan uşaqların cinsiyyətinin qız olduğunu öyrənən valideynlər bu üsula üstünlük verir. Danimarkada 12 həftəyə qədər aborta icazə verilsə də ondan sonra ancaq “xüsusi icazə” alınır. Bu ölkədə qız uşağını istəməyənlərin əksəriyyətini danimarkalılar təşkil etsə də onların sırasında burada yaşayan xarici vətəndaşlar da var. Bu gün qızların sevilmədiyi ölkələr sırasında ilk yerdə gələn ölkələrdən biri Hindistandır. Qız uşağı istəməyən ailələr ya yeni doğulan qız uşaqlarını öldürür, ya da cinsiyyəti müəyyənləşdikdən sonra aldırırlar.

Son 10 ildə öldürülən qız uşağının sayı 8 milyona çatıb. Digər bir fakt isə Hindistanda doğulan qız uşaqlarının cinsiyyətinin dəyişdirilməsi ilə bağlıdır. Oğlan uşağı istəyən ailələr qız uşaqlarını kiçik yaşda ikən əməliyyat etdirmək üçün 3 min dollar ödəyirlər. Bunun səbəbini isə qız uşaqlarını evləndirməyin yüksək maliyyə xərcləri tələbi ilə əlaqələndirirlər. Hindistanda 6 yaşa qədər oğlan uşaqlarının sayı qızlardan 7 milyon daha çoxdur. Cins dəyişikliyi ilə bağlı əməliyyatda iştirak edən həkimlər bunu qız uşaqlarının artım orqanlarının normal olmaması ilə izah edir və tibbi müdaxilə ilə bu problemi aradan qaldırdıqlarını deyirlər. Əslində isə estetik əməliyyatdan sonra qız uşaqlarına kişi hormonları yeridilir. Alimlərin fikrincə, bu uşaqların gələcəkdə sonsuzluq probleminə gətirib çıxaracaq. Hindistanda bu gün hər 100 qız qarşılığında 112 oğlan doğulur.

Qız uşaqları qəbul edilmədiyi və tək uşaq istəyi səbəbindən tez-tez uşaqları ana bətnindən götürdən Çində hər 100 qız uşağının müqabilində 121 oğlan doğulur. Hətta bəzi qəsəbə və kəndlərdə bu rəqəm 150-yə çıxır. Dünya əhalisinin yüzdə 38-ni təşkil edən bu iki ölkədə 40 milyon kişini gözləyən sonluq odur ki, 15 il içərisində evlənəcək qadın tapa bilməyəcəklər. Bu ölkələrdə oğlan uşağına sahib olmamaq bir ailənin başına gələcək ən böyük fəlakət hesab edilir. Hətta hindlilərin bir atalar sözündə də deyilir ki, “Bir qız uşağını yetişdirmək, qonşunun bağçasını sulamağa bənzəyir.”

1970-ci illərdə ana bətnindəki körpənin cinsiyyətini öyrənmənin mümkün olduğu günlərdən bəri davam edən qız uşaqlarını aldırma ilə bağlı statistik rəqəmə gəldikdə indiyədək dünyada 160 milyondan çox qız uşağı doğulmadan aldırılıb. Bu yalnız qız uşaqlarının haqlarının əllərindən alınması deyil, dünyada tarazlığın da pozulmasının göstəricisidir. Bu gün dünyada 107 oğlan uşağının müqabilində 100 qız doğulur. Alimlərin fikrincə, kişilərin sayının qadınlardan çox olduğu cəmiyyətlər şiddət və müharibəyə daha meylli olurlar. Buna misal olaraq “vəhşi Qərb” göstərilir.

Problemdən çıxış yolu – “bir ailə, bir uşaq” konsepsiyası?

Amma problem varsa, ondan çıxış yolu da mütləqdir. Məsələn, dünya ölkələrində də bu problemi yoluna qoymağın qəribə üsulları var. Çin doğuma nəzarəti təmin etmək məqsədi ilə 35 il boyunca “Bir ailə – bir uşaq” siyasətini həyata keçirib. Amma bu siyasətin dayandırılması barədə qərar Çin Xalq Respublikası (ÇXR) Kommunist Partiyası Mərkəzi Komitəsinin oktyabrın 29-da başa çatan plenar iclasında qəbul olunub. Bu qərarla bütün ailələrə ikinci uşağı dünyaya gətirməyə icazə verəcək. Bu, ölkədə demoqrafik inkişafı təmin etmək məqsədi daşıyır.

ÇXR-də doğuma nəzarət siyasəti 1970-ci illərin əvvəllərində başlayıb. İlk mərhələdə böyük şəhərlərdə yaşayan ailələrdə ikinci uşağın doğulması qadağan edilib. 1980-ci ildən isə Çin əhalisinin 92 faizini təşkil edən Xan milləti üçün bəzi istisnalar olmaqla, “Bir ailə – bir uşaq” siyasəti tətbiq olunur. Mütəxəssislərin hesablamalarına görə, əgər “Bir ailə – bir uşaq” siyasəti tətbiq edilməsəydi, hazırda ölkə əhalisinin sayı 1,7-1,8 milyard nəfərə çata bilərdi.

İsveçdə çoxuşaqlı ailələrə proqressiv müavinətlər verilir və bu müavinətlər hər yeni doğulmuş uşağa görə artır.
Finlandiyada isə çoxuşaqlı ailələrə, təkvalideynli ailələrə hər hansı bir imtiyaz verilmir. Lakin müxtəlif səpkilərdə sosial müavinətlər verilir. Bunlardan biri “yeni doğulmuşlar üçün paket”dir. Bu paket bütün qadınlara şamil edilir və uşağın 1yaşına qədər hər bir ehtiyacları ödənilir. Paketin məbləği 1 neçə yüz avro ilə ölçülür. Uşaqlar böyüdükcə, onların digər ehtiyacları da nəzərə alınaraq müəyyən güzəştlər verilir.

Polşada isə hazırda xüsusi meyar qəbul olunub. Əgər çoxuşaqlı ailələrdə adambaşına düşən gəlir 125$-dan azdırsa, onda həmin ailəyə imtiyazlar verilir. Əgər ailədə əlil uşaq varsa, valideynlərdən biri işləmirsə, həmin uşağa qulluq göstərməklə məşğul olurlarsa, onda həmin məbləğ 2 dəfə çox verilir. Çexiyada hər doğulan uşağa görə qadının təqaüd yaşı azaldılır.
Almaniyada “Gəlir vergisi haqqında” və “Uşaq müavinətləri” haqqında qanunlar qəbul olunub. 2 yaşına qədər hər uşaq üçün anaya ayda 300 avro verilir. Bundan əlavə, əgər ailədə 3 və daha çox uşaq varsa, hər uşağa 179 avro verilir.

Previous Post

Qız uşağını sevməyən ölkələr – siyahı sizi şoka salacaq

Next Post

Dünyanın ən qeyri-adi 4 şəhərinin siyahısına Neft Daşları da daxil edildi

Bənzər yazılar

İran “Starlink” məsələsi ilə bağlı Norveçə etirazını bildirib

İran “Starlink” məsələsi ilə bağlı Norveçə etirazını bildirib

05 Oktyabr 2026 - 11:17

İran Norveçin Tehrandakı səfirini çağıraraq, ölkəni "Starlink"in İran ərazisindəki icazəsiz fəaliyyətinə qarşı zəruri tədbirlər görməməkdə ittiham edib. Elchi.az xəbər verir...

Tramp süni intellekt yarışında yeni mərhələyə keçir: “Super İntellekt Qüvvəsi” yaradıldı

Tramp süni intellekt yarışında yeni mərhələyə keçir: “Super İntellekt Qüvvəsi” yaradıldı

05 Oktyabr 2026 - 11:09

ABŞ Prezidenti Donald Tramp ölkənin süni intellekt sahəsindəki liderliyini gücləndirmək, həmçinin bu texnologiyanın yaratdığı riskləri və imkanları qiymətləndirmək məqsədilə "Super...

Qocalan beyin zəifləmir; uyğunlaşır

Qocalan beyin zəifləmir; uyğunlaşır

05 Oktyabr 2026 - 10:53

Yeni tədqiqatlar göstərir ki, qocalıqda müşahidə olunan yaddaş dəyişiklikləri zəifləməni təmsil etmir; əksinə, beyin toplanmış təcrübələrdən daha səmərəli istifadə etmək...

Rusiyada laboratoriya işçisinin şübhəli ölümü epidemiya qorxusu yaratdı

Rusiyada laboratoriya işçisinin şübhəli ölümü epidemiya qorxusu yaratdı

05 Oktyabr 2026 - 10:25

Rusiyadakı taun tədqiqatları institutunun bir əməkdaşının şübhəli ölümü, mümkün laboratoriya qəzası və epidemiya ilə bağlı narahatlıqları artırıb. Elchi.az xəbər verir...

Next Post

Dünyanın ən qeyri-adi 4 şəhərinin siyahısına Neft Daşları da daxil edildi

Dünyanın ən qeyri-adi 4 şəhərinin siyahısına Neft Daşları da daxil edildi

Son xəbərlər

Pulsuz hüquqi yardımın göstərilməsi üzrə xidmət haqqı və digər xərclər məlum olub

Pulsuz hüquqi yardımın göstərilməsi üzrə xidmət haqqı və digər xərclər məlum olub

05 Oktyabr 2026 - 11:25
İran “Starlink” məsələsi ilə bağlı Norveçə etirazını bildirib

İran “Starlink” məsələsi ilə bağlı Norveçə etirazını bildirib

05 Oktyabr 2026 - 11:17
Tramp süni intellekt yarışında yeni mərhələyə keçir: “Super İntellekt Qüvvəsi” yaradıldı

Tramp süni intellekt yarışında yeni mərhələyə keçir: “Super İntellekt Qüvvəsi” yaradıldı

05 Oktyabr 2026 - 11:09
Prezident İlham Əliyev Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib – FOTO

Prezident İlham Əliyev Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib – FOTO

05 Oktyabr 2026 - 11:08
Qocalan beyin zəifləmir; uyğunlaşır

Qocalan beyin zəifləmir; uyğunlaşır

05 Oktyabr 2026 - 10:53
Günəş işığı və sudan hidrogen istehsalı üçün yeni material hazırlanıb

Günəş işığı və sudan hidrogen istehsalı üçün yeni material hazırlanıb

05 Oktyabr 2026 - 10:44
Qanunsuz saxlanılan silah-sursat aşkarlanıb

Qanunsuz saxlanılan silah-sursat aşkarlanıb

05 Oktyabr 2026 - 10:32
Rusiyada laboratoriya işçisinin şübhəli ölümü epidemiya qorxusu yaratdı

Rusiyada laboratoriya işçisinin şübhəli ölümü epidemiya qorxusu yaratdı

05 Oktyabr 2026 - 10:25
Tədqiqat: Yer və Mars fundamental olaraq fərqli yollarla formalaşıb

Tədqiqat: Yer və Mars fundamental olaraq fərqli yollarla formalaşıb

05 Oktyabr 2026 - 10:12
Nazir: Müəllimlik ən çətin, ən şərəfli peşələrdən biridir

Nazir: Müəllimlik ən çətin, ən şərəfli peşələrdən biridir

05 Oktyabr 2026 - 09:57
DİM-də IELTS imtahanı təşkil olunacaq

DİM-də IELTS imtahanı təşkil olunacaq

05 Oktyabr 2026 - 09:43
Yağışla əlaqədar yollarda endirilən sürət həddi bərpa edilib

Yağışla əlaqədar yollarda endirilən sürət həddi bərpa edilib

05 Oktyabr 2026 - 09:35
Əmtəə birjasında təbii qazın dəyəri azalıb

Əmtəə birjasında təbii qazın dəyəri azalıb

05 Oktyabr 2026 - 09:26
Bu günün valyuta məzənnələri

Bu günün valyuta məzənnələri

05 Oktyabr 2026 - 09:14
“Səssiz tələ” sənədli filmi təqdim olunub

“Səssiz tələ” sənədli filmi təqdim olunub

04 Oktyabr 2026 - 19:15
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.