"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home aktual-banner

Qətər böhranını kim körükləyir?

12 İyun 2017 - 09:12
in aktual-banner, Banner, Cebhe-banner
FacebookVatsap

Körfəz ölkələrinin Qətərə qarşı təcrid siyasəti Türkiyəni çətin durumda qoyub, ABŞ prezidenti bir mövqe sərgiləyir, Pentaqon fərqli…

Bunu da oxuyun

Zelenski: Rusiya Ukraynanın siyasi və hərbi mərkəzlərinə zərbələr endirməyə hazırlaşır

“Biznes mühitinə kömək etməyin ən yaxşı yolu rəqabət mühiti yaratmaqdır” – Qüdrət Həsənquliyev

İsrail aviasiyası Tehranda “Bəsic” bölmələrinə zərbələr endirib

Qətər böhranı davam edir. Ötən həftənin bazar ertəsi günü Səudiyyə Ərəbistanı, Bəhreyn, Misir, BƏƏ Qətərlə diplomatik əlaqələrini kəsdiklərini bəyan ediblər. Daha sonra siyahı daha da böyüyüb və Qətər ətrafında böhrana çevrilib.

Ərəb ölkələri Qətəri terrorizmi maliyyələşdirməkdə ittiham ediblər. Qətərə qarşı embarqo tətbiq olunub, bu ölkənin yeganə quru sərhədi olan Səudiyyə Ərəbistanı ilə sərhədi bağlanıb, eləcə də embarqo tətbiq edən ölkələr Qətərə dəniz və hava yollarını bağlayıb.

Yaranmış vəziyyətdə qonşu Türkiyə və İran Qətərə ərzaq yardımı göndəriblər. Türkiyə prezidenti isə Yaxın Şərqdə ən yaxın müttəfiqi olan Qətərin yanında olduğunu bəyan edib. Böhranın dərinləşməsinin qarşısını almaq üçün Səudiyyə kralı ilə telefonla danışan prezident Ərdoğanın cəhdləri hələlik nəticə verməsə də, Ankara ümidini itirməyib. Türkiyənin baş naziri Yıldırım bildirib ki, Ankara ən yaxın zamanda böhranın həllinə nail olmağa çalışacaq. Baş nazir deyib ki, Liviya, Suriya, İraq və Yəməndə davam edən münaqişənin körfəzə sıçraması bölgə üçün fəlakətin daha da dərinləşməsi anlamına gəlir. Onun sözlərinə görə, Ankara hazırda ciddi-cəhdlə böhranı yatırmağa çalışır, bunun üçün gizli danışıqları davam etdirir.

Ötən həftə Bəhreyn xarici işlər nazirini qəbul edən prezident Ərdoğan Ramazan ayının sonuna qədər böhranın sona çatdırmağa çalışacaqlarını bildirib. Qeyd edək ki, Qətər və Türkiyə arasında 2014-cü ilin dekabrında imzalanmış anlaşmaya əsasən Türkiyə ordusunun hərbi birləşməsi Qətərdə yerləşdiriləcəkdi. Ötən həftə böhrandan sonra Dohanın müraciəti əsasında Türkiyə parlamenti müvafiq anlaşmanı və Türkiyə jandarma qüvvələrinin Qətər ordusuna təlim verməsi haqqında müqaviləni təsdiqləyən qanun qəbul edib.

ABŞ hökumətinin isə Qətər böhranı ilə bağlı münasibəti birmənalı deyil. Məsələ ondadır ki, prezident Tramp şəxsi hesabından yaydığı açıqlamada Qətərin terrorizmi maliyyələşdirməsi ilə bağlı məlumatı ötən ay Ər-Riyada səfəri zamanı aldığını və bu səbəbdən də Qətərin cəzalandırılmasını dəstəklədiyini qeyd edib. Ancaq ABŞ dövlət katibi Tillerson Trampdan fərqli olaraq ərəb ölkələrini barışmağa və anlaşmağa çağırıb. ABŞ Müdafiə Nazirliyi (Pentaqon) isə Qətərə qarşı embarqo siyasətinin terrorizmə qarşı mübarizəyə mənfi təsir edəcəyini açıqlayıb. Nazirliyin sözçüsü Cef Devis deyib ki, son Qətər böhranından sonra ABŞ-ın bu ölkədə yerləşən əl-Ubeyd bazasından terrora qarşı əməliyyatlar axsamayıb, ancaq o, əlavə edib ki, bu böhran uzanarsa, əməliyyatlara əngəl yaradacaq.

Qeyd edək ki, hazırda ABŞ-ın regionda ən böyük hərbi bazalarından biri Qətərdə yerləşən əl-Ubeyd hərbi bazasıdır. Bazada 11 min ABŞ hərbçisi var və bu baza İŞİD-ə qarşı mübarizədə əsas rol oynayır. Devis də deyib ki, Qətərdəki baza İŞİD-ə qarşı mübarizədə önəmli rol oynayır.

Qətər ətrafında böhran ən çox Türkiyə üçün ciddi problem yaradıb. Məlum olduğu kimi, Türkiyə həm Qətər, həm də Səudiyyə Ərəbistanı ilə yaxın əlaqələrə malikdir. İki yaxın müttəfiq arasında seçim etməyə məcbur qalan Ankara ilk gündən açıq şəkildə Qətərin yanında olduğunu bəyan edib. Çünki Türkiyə hakimiyyəti həm ideoloji-siyasi, həm də iqtisadi və diplomatik sahələrdə Qətərlə yaxın əməkdaşlıq edir. Bu səbəbdən də Ankara ilk gündən mövqeyini ortaya qoyub. Ancaq bu mövqe eyni zamanda Səudiyyə və körfəz ölkələri kimi müttəfiqlərin də itirilməsi, özünə qarşı çevrilməsi anlamına gəlir. Bu səbəbdən Ankara bir tərəfdən, Qətərə açıq dəstək verməklə yanaşı, digər tərəfdən də ölkələri barışdırmağa çalışır.

Yeri gəlmişkən, artıq ərəb ölkələrində, xüsusən də BƏƏ və Səudiyyə Ərəbistanında (Misirlə onsuz da münasibətlərdə soyuqluq var) Türkiyə əleyhinə təbliğat, mediada yazıların sayı artıb. Hətta Türkiyə mallarını boykot etmək çağırışları səslənir. Səudiyyə mediası Türkiyəni ərəb ölkələrinin daxili işinə qarışmaqda, terroru dəstəkləməkdə ittiham edir.

Previous Post

Qətər böhranını kim körükləyir?

Next Post

Bakıda mağaza yandı

Bənzər yazılar

Zelenski: Rusiya Ukraynanın siyasi və hərbi mərkəzlərinə zərbələr endirməyə hazırlaşır

Zelenski: Rusiya Ukraynanın siyasi və hərbi mərkəzlərinə zərbələr endirməyə hazırlaşır

15 May 2026 - 20:32

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi Rusiya Silahlı Qüvvələrinin Ukraynaya, xüsusilə "qərar qəbuletmə mərkəzləri"nə yeni raket-dron zərbələri endirməyə hazırlaşması barədə...

“Biznes mühitinə kömək etməyin ən yaxşı yolu rəqabət mühiti yaratmaqdır” – Qüdrət Həsənquliyev

“Biznes mühitinə kömək etməyin ən yaxşı yolu rəqabət mühiti yaratmaqdır” – Qüdrət Həsənquliyev

27 Aprel 2026 - 15:59

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən plenar iclasında “Maliyyə icarəsi haqqında” qanun...

İsrail aviasiyası Tehranda “Bəsic” bölmələrinə zərbələr endirib

İsrail aviasiyası Tehranda “Bəsic” bölmələrinə zərbələr endirib

17 Mart 2026 - 20:13

İsrail Müdafiə Ordusu Tehranda "Bəsic" bölmələrinə zərbələr endirdiyini elan edib. Elchi.az  xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun sosial...

İsrailin hücumları nəticəsində Livanda ölənlərin sayı 900 nəfəri ötüb

İsrailin hücumları nəticəsində Livanda ölənlərin sayı 900 nəfəri ötüb

17 Mart 2026 - 19:58

Bu günə qədər İsrail Müdafiə Ordusunun hücumları nəticəsində Livanda ölənlərin sayı 912 nəfərə çatıb. Elchi.az "Al Jazeera"ya istinadən xəbər verir...

Next Post

Bakıda mağaza yandı

Polis "Metropark"da bomba var" deyəni axtarır...

Son xəbərlər

Azərbaycan və İran XİN rəhbərləri regionda təhlükəsizlik məsələlərini müzakirə edib

Azərbaycan və İran XİN rəhbərləri regionda təhlükəsizlik məsələlərini müzakirə edib

04 İyun 2026 - 19:25
Hirkan Milli Parkında narkoplantasiya aşkarlanıb

Hirkan Milli Parkında narkoplantasiya aşkarlanıb

04 İyun 2026 - 19:18
Tatarıstanda həkimlər üçün süni intellekt köməkçisi yaradılacaq

Tatarıstanda həkimlər üçün süni intellekt köməkçisi yaradılacaq

04 İyun 2026 - 19:11
BŞTİ: Sabah bəzi məktəblərdə tədris distant olacaq – SİYAHI

BŞTİ: Sabah bəzi məktəblərdə tədris distant olacaq – SİYAHI

04 İyun 2026 - 19:02
Ceyhun Bayramov Braziliyanın yeni səfirinin etimadnaməsinin surətini qəbul edib

Ceyhun Bayramov Braziliyanın yeni səfirinin etimadnaməsinin surətini qəbul edib

04 İyun 2026 - 18:56
Leonid Kuçma İlham Əliyevi təbrik etdi

Leonid Kuçma İlham Əliyevi təbrik etdi

04 İyun 2026 - 18:47
Qətər Əmiri İlham Əliyevə təbrik məktubu ünvanladı

Qətər Əmiri İlham Əliyevə təbrik məktubu ünvanladı

04 İyun 2026 - 18:35
Voleybol millimiz Avropa Liqası öncəsi məşqdə – FOTOLAR

Voleybol millimiz Avropa Liqası öncəsi məşqdə – FOTOLAR

04 İyun 2026 - 18:23
Xorvatiyada təyyarə qəzaya uğrayıb: Həlak olanlar var

Xorvatiyada təyyarə qəzaya uğrayıb: Həlak olanlar var

04 İyun 2026 - 18:14
“Qəbələ” kapitanı ilə yolları ayırdı

“Qəbələ” kapitanı ilə yolları ayırdı

04 İyun 2026 - 18:00
“Karvan-Yevlax” legioneri ilə vidalaşdı

“Karvan-Yevlax” legioneri ilə vidalaşdı

04 İyun 2026 - 17:49
Rusiyadan yeni təklif: Azərbaycan istəsə, biz hazırıq

Rusiyadan yeni təklif: Azərbaycan istəsə, biz hazırıq

04 İyun 2026 - 17:35
İran XİN: ABŞ-la razılaşma mətninin üzərində işlər hələ də davam edir

İran XİN: ABŞ-la razılaşma mətninin üzərində işlər hələ də davam edir

04 İyun 2026 - 17:28
Ukraynada yenidən nüvə silahı iddiası: “Biz bunu edə bilərik”

Ukraynada yenidən nüvə silahı iddiası: “Biz bunu edə bilərik”

04 İyun 2026 - 17:20
Anar Əliyev BƏT-in Baş direktoru ilə görüşüb

Anar Əliyev BƏT-in Baş direktoru ilə görüşüb

04 İyun 2026 - 17:11
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.