EN RU

ABŞ-da çoxsaylı qətllər törədən şəxs həbs olundu

>

Bunu da oxuyun

Amerika Birləşmiş Ştatlarının Finiks şəhərində silsilə cinayətlər törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Aaron Sausedo adlı şəxs 9-dan çox qətl, 26 cinayət, silahlı basqın və digər müxtəlif növ qanun pozuntularında ittiham olunur.

Aaron Sausedo 2015-ci ildə onun anası ilə görüşən 61 yaşlı kişini öldürüb. Bundan sonra 2016-cı ildə daha 8 qətl törədib.

Polisin məlumatına görə, istintaq zamanı heç bir cinayət motivi aşkarlanmayıb. Lakin onun cinayətləri törədən zaman tək başına hərəkət etdiyi məlum olub.

Aaron Sausedonun qurbanları arasında 12 yaşlı qız və 55 yaşlı qadın da var.(Aznews.az)

Bənzər yazılar

Next Post

Son xəbərlər

WP2Social Auto Publish Powered By : XYZScripts.com