"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home aktual-banner

Buzovu uşaqdan qiymətli ölkəmiz…

01 Noyabr 2016 - 10:04
in aktual-banner, Banner, MANŞET
FacebookVatsap

Bunu da oxuyun

Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalanıb

Tramp gözünü həmin ölkəyə dikib: ABŞ-ın “51-ci ştatı” ola bilər

Ramiz Mehdiyev 14 il azadlıqdan məhrum edilib, cəzasını şərti çəkəcək

Yeni doğulan uşağa 90, buzova isə 100 manat verilir...Dünya təcrübəsi ilə müqayisədə Azərbaycan hökumətinin körpələrə münasibəti utancvericidir; Natiq Cəfərli: “Bir müddət sonra demoqrafik vəziyyət kəskin pisləşə bilər”

Azərbaycanda yeni doğulan körpə üçün birdəfəlik müavinət 90 manat, yeni doğulan buzov üçün isə ayrılan vəsait 100 manatdır.  Yəni dünyaya gələn uşağa görə 1-ci, 2-ci, 3-cü və s. övlad  olmasından, təbii doğuşla, yaxud süni mayalanma ilə doğulmasından asılı olmayaraq 90 manat ayrılır. Süni mayalanma ilə əmələ gələn buzova görə isə fermerə 100 manat subsidiya verilir. 
Təbii ki, ölkədə yeni doğulan heyvana insandan çox pul verilməsi gülüş doğurur. Ümumiyyətlə, Azərbaycanda uşaqlar üçün nəzərdə tutulmuş müavinətlər arzu olunan, demoqrafik durumu balanslaşdıra biləcək səviyyədə deyil. 
Bir çox dünya ölkələrində uşaqlara verilən müavinətləri müqayisə edəndə, bizdə durumun acınacaqlı olduğunu görərik. Azərbaycanda uşağın anadan olmasına görə birdəfəlik müavinət 90 manat müəyyənləşdirilib.
 
İşləyən qadın analıq məzuniyyəti dövründə hər  ay kiçik bir məbləğ alır. Yəni bu müddətdə ana işə çıxmırsa, uşağı 1 yaş yarıma çatanadək 20 manat müavinət, 1,5-3 yaşadək isə 15 manat müavinət alır. İşləməyən analar isə bu yardımdan məhrumdur. Onlar yalnız birdəfəlik 90 manat məbləğində yardım alırlar. 
90 manat isə bir körpənin maksimum 1 aylıq yeməyinə, pampersinə çatır. Onu da diqqətə çatdıraq ki, hazırda bir körpənin dünyaya gəlişi zamanı təkcə xəstəxana xərcləri 500-1000 manat civarında dəyişir. Düzdür, dövlət xəstəxanalarında doğuş pulsuzdur, amma…
Xatırladaq ki, 2006-cı ilin yanvarınadək 18 yaşa qədər olan uşaqlara da 1 manat 80 qəpik məbləğində müavinət verilirdi. Ancaq sonradan bu müavinət də ləğv edildi və birdəfəlik müavinət müəyyən olundu. Bu da ailədə uşaqların sayı 5 nəfərdən çox olarsa, o zaman 18 yaşadək hər uşağa 30 manat müavinət verilir.  Xarici ölkələrdə isə durum tamamilə fərqlidir. Məsələn, Ukraynada birinci uşağa görə məbləğ 1800 dollar, ikinci uşağa görə 3750, üçüncü və ondan sonrakı uşaqlara görə 7140 dollar ödənilməsi nəzərdə tutulur. Avropada isə uşaqlar üçün nəzərdə tutulan müavinətlər və imkanlar tamamilə fərqlidir.
Almaniyada hər bir uşağa 3 yaşınadək ayda 270 avro pul verilir.
Bir yaşından isə uşağın adına ipoteka krediti sənədləşdirmək mümkündür. Fransada hətta uşaq dünyaya gəlməmiş,  ana hamilə ikən uşağa görə müavinət alır. Britaniyada isə birdəfəlik yardım 500 funt-sterlinqdir. Bəzi ərəb ölkələrində isə bu məbləğ 20 min dollardan başlayır. Bir çox ölkələrdə çoxuşaqlı ailələrə xüsusi status, əlavə güzəşt və imtiyazlar verilir.
Fransada hələ 1921-ci ildən “Böyük ailə” adlı dövlət proqramı fəaliyyət göstərir. Həmin proqrama əsasən dövlət siyasəti çərçivəsində çoxuşaqlı ailələrə subsidiyaların və imtiyazların verilməsi nəzərdə tutulub. Çoxuşaqlı ailələrə həmçinin vergi imtiyazları da təqdim olunur. Hər doğulan uşaq vergilərin azalması deməkdir. Beləliklə, əgər ailədə 4 uşaq varsa, həmin ailə praktik olaraq vergi ödəmir.
İsveçdə çoxuşaqlı ailələrə proqressiv müavinətlər verilir və bu müavinətlər hər yeni doğulmuş uşağa görə artır. Əlavə olaraq yaşayış üçün ev haqqı, məktəbəqədər müəssisələrin xərci dövlət tərəfindən ödənilir, hətta ərzaq üçün xüsusi talonlar verilir. Burada natamam, xüsusilə də qadın tərəfindən idarə olunan ailələrə bir sıra əlavə güzəştlər də təqdim olunur. Finlandiyada isə çoxuşaqlı ailələrə, tək valideynli ailələrə hər hansı bir imtiyaz verilmir. Lakin müxtəlif səpkilərdə sosial müavinətlər verilir. Bunlardan biri “yeni doğulmuşlar üçün paket”dir. Bu paket bütün qadınlara şamil edilir və uşağın 1 yaşına qədər hər bir ehtiyacları ödənilir. Paketin məbləği bir neçə yüz avro ilə ölçülür. Uşaqlar böyüdükcə, onların digər ehtiyacları da nəzərə alınaraq müəyyən güzəştlər verilir.
Polşada isə hazırda yeni meyar qəbul olunub: Əgər çoxuşaqlı ailələrdə adambaşına düşən gəlir 125 dollardan azdırsa, onda həmin ailəyə imtiyazlar verilir. Əgər ailədə əlil uşaq varsa, valideynlərdən biri işləmirsə, həmin uşağa qulluq göstərməklə məşğul olurlarsa, onda həmin məbləğ 2 dəfə çox verilir. Çexiyada hər doğulan uşağa görə qadının təqaüd yaşı azaldılır. Rusiyada 1992-ci ildə “Çoxuşaqlı ailələrə sosial yardımın edilməsi” haqqında sərəncamda çoxuşaqlı ailələrə yardım 32 maddədə göstərilir. Onlardan biri çoxuşaqlı ailələrə 30 il müddətində, ilkin ödənişsiz ev krediti verilməsidir.
Rusiyada 1 uşağa görə 1500 rubl, 2 uşağa görə 3000 rubl, 3 uşağa görə 3500, 4 uşağa görə 4000 rubl verilir.
Maraqlıdır, Azərbaycanda niyə uşaq müavinətləri artırılmır? 
İqtisadçı ekspert Natiq Cəfərli müavinətlərlə bağlı məsələlərin çox bərbad vəziyyətdə olduğunu dedi: “Yeni doğulmuş uşaqlara, gənc ailələrə müavinətlərin verilməsi acınacaqlı səviyyədədir.  Tək onu demək kifayətdir ki, Rusiyada ikinci uşağa təxminən 250-300 min rubl arası vəsait ödənilir. Üçüncü uşaqdan sonra bir çox kommunal xərclər dövlət tərəfindən ödənilir. Çoxuşaqlı ailələrə çox böyük dəstək proqramı var.
Təbii ki, bunun səbəbi Rusiyada doğuşun çox aşağı səviyyədə olması və dövlətin stimullaşdırma proqramlarını həyata keçirmək istəyidir. Azərbaycanda iqtisadi aktivlik xeyli dərəcədə zəifləyib, insanların gəlirləri azalıb, sosial gərginlik artıb, buna görə də sosial məsələlərdə daha aktiv olmaq lazımdır. Hökumət bu gün bu məsələləri görüb həll etmək istəməsə, bir müddət sonra Azərbaycanda da demoqrafik vəziyyət qonşu ölkələrdəki olduğu kimi ola bilər. Yəni əhalinin artımının xeyli dərəcədə sürətinin zəiflədiyini müşahidə edərik. Çünki iqtisadi çətinliklər artdıqca gənc ailələr dünyaya uşaq gətirmək haqqında qərar verməkdə çətinlik çəkir. Bir müddət sonra Azərbaycanda da Avropa ölkələrində və digər ölkələrdə olduğu kimi təkuşaqlı ailə modelinə keçid mümkün ola bilər. Sosial məsələlərin həllində gənc ailələrə daha ciddi yardımların ayrılmasına çalışılmalıdır. Əgər bu baş verməsə bir neçə ildən sonra Azərbaycan daha ciddi bir problemlə  – demoqrafiq vəziyyətin kəskinləşməsi, artımın azalması ilə rastlaşa bilər. Ancaq görünür, Azərbaycan hökumətinin gündəliyində hələ ki bu məsələ yoxdur. Hökumət kənd təsərrüfatının stimullaşdırılmasını daha ciddi məsələ sayır. Ona görə də cins buzovlar dünyaya gəldikdən sonra onlara qulluq və stimullaşdırmaq üçün gənc heyvan sahibinə nisbətən daha artıq vəsait verilir”.
Previous Post

Buzovu uşaqdan qiymətli ölkəmiz…

Next Post

“Zəlzələ silahı Amerikanın əlindədir”

Bənzər yazılar

Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalanıb

Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalanıb

28 Oktyabr 2026 - 20:30

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva oktyabrın 28-də İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Səlim bin...

Tramp gözünü həmin ölkəyə dikib: ABŞ-ın “51-ci ştatı” ola bilər

Tramp gözünü həmin ölkəyə dikib: ABŞ-ın “51-ci ştatı” ola bilər

28 Oktyabr 2026 - 11:51

ABŞ Prezidenti Donald Tramp Venesuela ilə "əla" münasibətlərə malik olduqlarını və bu ölkədən xeyli miqdarda neft idxal etdiklərini bildirərək, Venesuelanın...

Ramiz Mehdiyev 14 il azadlıqdan məhrum edilib, cəzasını şərti çəkəcək

Ramiz Mehdiyev 14 il azadlıqdan məhrum edilib, cəzasını şərti çəkəcək

27 Oktyabr 2026 - 23:38

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev 14 il azadlıqdan məhrum edilib. Məhkəmə tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum...

Mehriban Əliyeva “Mənim Abşeronum: Üstə gəl” sərgisi ilə tanışlığa dair videoçarx paylaşıb

Mehriban Əliyeva “Mənim Abşeronum: Üstə gəl” sərgisi ilə tanışlığa dair videoçarx paylaşıb

27 Oktyabr 2026 - 20:00

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyevanın Azərbaycan Milli İncəsənət Muzeyində görkəmli rəssam, Azərbaycan...

Next Post

“Zəlzələ silahı Amerikanın əlindədir”

“Zəlzələ silahı Amerikanın əlindədir”

Son xəbərlər

“Maarif Cığırı-Nizami 885” layihəsi çərçivəsində Nizami gecələri silsiləvi şəkildə davam etdirilir

“Maarif Cığırı-Nizami 885” layihəsi çərçivəsində Nizami gecələri silsiləvi şəkildə davam etdirilir

28 Oktyabr 2026 - 20:44
“Maarif Cığırı – Nizami 885” layihəsi uğurla davam etdirilir

“Maarif Cığırı – Nizami 885” layihəsi uğurla davam etdirilir

28 Oktyabr 2026 - 20:37
Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalanıb

Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalanıb

28 Oktyabr 2026 - 20:30
Sabunçuda evdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb

Sabunçuda evdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb

28 Oktyabr 2026 - 20:25
Türkiyədə iki avtomobil toqquşub, ölən və yaralananlar var

Türkiyədə iki avtomobil toqquşub, ölən və yaralananlar var

28 Oktyabr 2026 - 20:21
İspaniyada qatar qəzası qurbanlarının sayı 64-ə çatıb

İspaniyada qatar qəzası qurbanlarının sayı 64-ə çatıb

28 Oktyabr 2026 - 18:22
Avropanın siyasi böhranı: Siyasi sifarişlər və ikili standartlar – RƏY

Avropanın siyasi böhranı: Siyasi sifarişlər və ikili standartlar – RƏY

28 Oktyabr 2026 - 18:18
Böyük Britaniyadan Ukraynaya 13,3 milyard dollarlıq dəstək

Böyük Britaniyadan Ukraynaya 13,3 milyard dollarlıq dəstək

28 Oktyabr 2026 - 18:11
“Qarabağ” UEFA Gənclər Liqasında son dəqiqə qolu ilə uduzdu

“Qarabağ” UEFA Gənclər Liqasında son dəqiqə qolu ilə uduzdu

28 Oktyabr 2026 - 17:59
İspaniyadakı dəhşətli qəzaya görə 24 futbol matçı təxirə salındı

İspaniyadakı dəhşətli qəzaya görə 24 futbol matçı təxirə salındı

28 Oktyabr 2026 - 17:47
İran və Rusiya kiçik nüvə reaktorlarının tikintisinə dair saziş hazırlayır

İran və Rusiya kiçik nüvə reaktorlarının tikintisinə dair saziş hazırlayır

28 Oktyabr 2026 - 17:35
Kamran Əliyev: Azərbaycanın Məkkə Konvensiyaya məhz indi qoşulması mühüm əhəmiyyət kəsb edir

Kamran Əliyev: Azərbaycanın Məkkə Konvensiyaya məhz indi qoşulması mühüm əhəmiyyət kəsb edir

28 Oktyabr 2026 - 17:28
Fars körfəzində neft sızması: Şarjada bütün çimərliklər bağlandı

Fars körfəzində neft sızması: Şarjada bütün çimərliklər bağlandı

28 Oktyabr 2026 - 17:16

Praqada Müslüm Maqomayevin xatirəsi poeziya və musiqi ilə anıldı

28 Oktyabr 2026 - 17:09
Niderland aeroportunda İkinci Dünya müharibəsindən qalan sursatlar tapılıb

Niderland aeroportunda İkinci Dünya müharibəsindən qalan sursatlar tapılıb

28 Oktyabr 2026 - 17:00
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.