"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Manat üçün şad xəbər

02 Avqust 2016 - 09:43
in XƏBƏR LENTİ
FacebookVatsap
Manat üçün şad xəbər

FED uçot dərəcəsini artırmaqda maraqlı deyil

Bunu da oxuyun

Azərbaycanın 6 idmançısı çimərlik güləşi üzrə Dünya Seriyasının IV mərhələsində yarımfinala yüksəlib

Türkiyənin iki vilayətində meşə yanğınları baş verib

Tramp ABŞ Kosmik Akademiyasının yaradılması haqqında fərman imzalayıb

Məlum olduğu kimi, ABŞ-ın Federal Ehtiyat Bankı son iclasında da uçot dərəcələrinin artırılmamasına qərar verdi və bununla da Azərbaycan manatı da daxil olmaqla, əksər neft ölkələri müvəqqəti də olsa azad nəfəs almış oldu. Lakin görünür, FED, ümumiyyətlə, bu il faizləri artırmaq fikrində deyil. 
Çünki ötən gün  Nyu-York ştatının Federal Ehtiyat Bankının rəhbəri Uilyam Dadli Federal Ehtiyatlar Sistemini bu ilin sonunadək uçot dərəcəsini artırmamağa çağırıb.  U. Dadli bu addımın çox ciddi fəsadlarının olacağına işarə edib: “FED uçot dərəcəsinin artırılmasına olduqca ehtiyatlı yanaşmalıdır. Hələlik pul-kredit siyasətinin tam sərtləşdirilməsindən imtina etmək olduqca tezdir. Lakin bu addımın neqativ təsirləri müsbət təsirlərdən çox olacaq”.
U. Dadli uçot dərəcəsinin artırılmasına mane olan bir sıra amillərin olduğunu bildirib: “Söhbət həmçinin xarici bazarlarda baş verənlərdən gedir ki, bunun ABŞ iqtisadiyyatına da təsiri var”.
Qeyd edək ki, U. Dadli toplantılarda səsvermə hüququna malikdir,  FED rəhbəri Canet Yellənlə çox yaxın münasibətlərdədir və tənzimləyici tərəfindən verilən qərarlara təsir edə biləcək şəxslərdəndir.
Onun bu cür çıxış etməsi ekspertlər tərəfindən bu il FED-in uçot dərəcələrini artırmaq istəməməsi kimi qiymətləndirilir. Çünki dolların dünya valyuta bazarında həddindən artıq möhkəmlənməsi ABŞ-ın ixrac potensialının azalmasına səbəb olacaq ki, bu da hegemon ölkənin iqtisadiyyatına zərər vura bilər. FED adətən qərar qəbul edərkən, Birləşmiş Ştatların iqtisadi göstəricilərini və dünya bazarındakı vəziyyəti nəzərə alır.
Bəs görəsən, FED rəhbərinin bu çağırışı hansı zərurətdən doğur? Bu il uçot dərəcələri artırılmazsa, bu, manata olan təzyiqləri azalda bilərmi? 
“Yeni Müsavat”a açıqlamasında bu sualları cavablandıran iqtisadçı ekspert Vüqar Bayramov bildirdi ki, FED rəhbərinin ilin sonuna qədər uçot dərəcələrini artırmamaqla bağlı bu çağırışı dünya bazarında dolların kəskin möhkəmlənməsinə ehtiyatlanması ilə bağlıdır: “ABŞ-ın makroiqtisadi göstəricilərinin proqnozlaşdırılan həddə olmadığını nəzərə alsaq, bunun da Federal Rezerv Bankının qərarlarına təsir göstərəcəyi şübhəsizdir. FED ABŞ-ın iqtisadi durumunu nəzərə alaraq qərar qəbul edir. Bu baxımdan, uçot dərəcələrinin artırılmaması birbaşa ABŞ-da mövcud iqtisadi vəziyyətdən doğur”.
V. Bayramovun sözlərinə görə, indiki halda dolların möhkəmlənməsi heç də ABŞ üçün arzuolunan deyil:“Uçot dərəcələrinin artırılması ilə bağlı qərar qəbul edilsəydi, bu, nəticə etibarilə dolların möhkəmlənməsinə gətirib çıxara bilərdi. Bu da Birləşmiş Ştatların ixrac qabiliyyətinin aşağı düşməsinə, işsizlik probleminin və idxaldan asılılığın artmasına səbəb ola bilərdi. FED də məhz bu aspektdən dolların uçot dərəcəsinin dəyişdirilməməsinin tərəfdarıdır. Qlobal bazarda dolların kəskin bahalaşması gözlənilmir. Məzənnədə müəyyən azalmaların olacağı güman edilir. Qlobal maliyyə bazarında dollar avroya nisbətən məzənnə itirə bilər. Lakin dolların kəskin ucuzlaşması heç bir halda gündəmdə deyil”.
Ekspert onu da qeyd etdi ki, Azərbaycan üçün  FED tərəfindən uçot dərəcəsinin artırılması arzuolunan deyil: “Çünki uçot dərəcələri artırılsa, bu, manata təzyiqləri artıracaqdı. Təkcə Azərbaycanda deyil, bütün neft ölkələrində dolların möhkəmlənməsi fonunda milli valyutalara təzyiq artacaqdı. Bu baxımdan, neftin dünya bazarındakı qiymətində ucuzlaşma müşahidə oluna bilərdi. FED-in qərarı Azərbaycanın milli valyutasına və neftin qiymətinə təzyiqləri artırır.
Hazırda ölkəmizdə dollara tələb yüksək olaraq qalır. Bu da Azərbaycanın valyuta bazarında dollar məzənnəsinin möhkəmlənməsinin davam edəcəyini proqnozlaşdırmağa əsas verir. Amma bütün hallarda FED-in uçot dərəcəsini artırmaması manata daha güclü təzyiqi azaldır, neftin qiymətində baş verəcək azalmaların qarşısını almış olur. Yəni bu qərar manata müsbət təsir edə bilər, lakin bütün hallarda dollara olan tələbatı azaltmayacaq”. 
Previous Post

Manat üçün şad xəbər

Next Post

İmkansızlara şad xəbər: Yeni layihə ilə hər kəs…

Bənzər yazılar

Azərbaycanın 6 idmançısı çimərlik güləşi üzrə Dünya Seriyasının IV mərhələsində yarımfinala yüksəlib

Azərbaycanın 6 idmançısı çimərlik güləşi üzrə Dünya Seriyasının IV mərhələsində yarımfinala yüksəlib

29 Avqust 2026 - 00:04

Azərbaycanın 6 idmançısı bu gün Bakıda start götürən çimərlik güləşi üzrə Dünya Seriyasının IV mərhələsində yarımfinala yüksəlib. Bu barədə Elchi.az...

Türkiyənin iki vilayətində meşə yanğınları baş verib

Türkiyənin iki vilayətində meşə yanğınları baş verib

29 Avqust 2026 - 00:01

Türkiyənin Muğla və Balıkesir vilayətlərində meşəlik ərazilərdə yanğınlar baş verib. Elchi.az xəbər verir ki, bu barədə "Anadolu Ajansı" məlumat yayıb....

Tramp ABŞ Kosmik Akademiyasının yaradılması haqqında fərman imzalayıb

Tramp ABŞ Kosmik Akademiyasının yaradılması haqqında fərman imzalayıb

28 Avqust 2026 - 23:58

ABŞ Prezidenti Donald Tramp ABŞ Kosmik Akademiyasının yaradılması haqqında fərman imzalayıb. Elchi.az  xəbər verir ki, bu barədə o Hyustonda (Texas...

Əraqçi: İran mehriban qonşuluq münasibətləri istəyir

Əraqçi: İran mehriban qonşuluq münasibətləri istəyir

28 Avqust 2026 - 23:10

İran qonşu ölkələr və Yaxın Şərq respublikaları ilə yaxşı münasibətlər istəyir və Misirlə heç bir ixtilafın olmadığını bildirir. Elchi.az  "Tasnim"ə...

Next Post

İmkansızlara şad xəbər: Yeni layihə ilə hər kəs...

İmkansızlara şad xəbər: Yeni layihə ilə hər kəs...

Son xəbərlər

Azərbaycanın 6 idmançısı çimərlik güləşi üzrə Dünya Seriyasının IV mərhələsində yarımfinala yüksəlib

Azərbaycanın 6 idmançısı çimərlik güləşi üzrə Dünya Seriyasının IV mərhələsində yarımfinala yüksəlib

29 Avqust 2026 - 00:04
Türkiyənin iki vilayətində meşə yanğınları baş verib

Türkiyənin iki vilayətində meşə yanğınları baş verib

29 Avqust 2026 - 00:01
Tramp ABŞ Kosmik Akademiyasının yaradılması haqqında fərman imzalayıb

Tramp ABŞ Kosmik Akademiyasının yaradılması haqqında fərman imzalayıb

28 Avqust 2026 - 23:58
Əraqçi: İran mehriban qonşuluq münasibətləri istəyir

Əraqçi: İran mehriban qonşuluq münasibətləri istəyir

28 Avqust 2026 - 23:10
İstanbulda avtobus qəzaya uğrayıb, ölən və 20-yə yaxın yaralı var

İstanbulda avtobus qəzaya uğrayıb, ölən və 20-yə yaxın yaralı var

28 Avqust 2026 - 20:30
Berlində hakerlər hökumət idarələrinə kiberhücum edib, 30 bitkoin tələb edirlər

Berlində hakerlər hökumət idarələrinə kiberhücum edib, 30 bitkoin tələb edirlər

28 Avqust 2026 - 20:29
Azərbaycan və Belarus XİN arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib

Azərbaycan və Belarus XİN arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib

28 Avqust 2026 - 19:27
XİN Azərbaycan xalqını bu sözlərlə təbrik etdi

Polşa səfiri XİN-ə çağırılıb, etiraz notası təqdim edilib

28 Avqust 2026 - 19:19
Anar Əliyev Qəbələdə vətəndaşları qəbul edib

Anar Əliyev Qəbələdə vətəndaşları qəbul edib

28 Avqust 2026 - 19:10
Yunanıstan İsraillə “Axiellisin qalxanı” HHM sistemini yaradır

Yunanıstan İsraillə “Axiellisin qalxanı” HHM sistemini yaradır

28 Avqust 2026 - 19:01
Konfrans Liqasının püşkü atılıb

Konfrans Liqasının püşkü atılıb

28 Avqust 2026 - 18:54
Xaricdə təhsil üzrə sənəd qəbulu başladı

ETN Türkiyə Prezidentinin Qarabağ Universiteti ilə bağlı qərarını şərh edib

28 Avqust 2026 - 18:43
Emin Əmrullayev Xankəndidə vətəndaşları qəbul edib

Emin Əmrullayev Xankəndidə vətəndaşları qəbul edib

28 Avqust 2026 - 18:37
DTX-nin “Bilgəh” İstirahət mərkəzində Vətən müharibəsi iştirakçıları ilə görüş təşkil edilib

DTX-nin “Bilgəh” İstirahət mərkəzində Vətən müharibəsi iştirakçıları ilə görüş təşkil edilib

28 Avqust 2026 - 18:25
Zelenski: Rusiya balistik raket istehsalını artırmağı planlaşdırır

Zelenski: Rusiya balistik raket istehsalını artırmağı planlaşdırır

28 Avqust 2026 - 18:13
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.