"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

Yeni Qarabağ planı – Azərbaycan üçün şans, yoxsa tələ…

20 Aprel 2016 - 08:52
in MANŞET
FacebookVatsap

Bunu da oxuyun

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib

Tramp: “İsraili potensial məhv olmaqdan xilas etdim”

Ağır atletika həqiqətən ömrü uzada bilərmi?

Yeni Qarabağ planı – Azərbaycan üçün şans, yoxsa tələ... Rusiya 4 günlük müharibənin şərikli qalibi olmaq istəyir; Rusiya nəşri planın təzə detallarını açdı; Kremlə yaxın diplomatik qaynaq: “Putin Azərbaycan ərazilərinin bir hissəsini qaytarmaq istəyir”; ancaq nəyin qarşılığında – əsas sual açıq qalır; sabah Lavrov İrəvana gedir; erməni analitik: “Azərbaycana təcili güzəştə getməliyik, çünki…”

Dağlıq Qarabağ münaqişəsi zonasında 4 günlük müharibədən sonra konflikt ətrafında Rusiyanın diplomatik fəallığı xeyli artıb. Xüsusən də prezident Vladimir Putinin etibarlı şəxslərindən olan politoloq Sergey Markovun ard-arda verdiyi, sensasion sayılacaq açıqlamaları 5 aprel Moskva atəşkəsinin ardınca Kremlin məsələdə təşəbbüskarlığı bütünlüklə öz əlinə alması təəssüratını yaradır.
 
Bu haqda indi Rusiya mətbuatının da gen-bol və həvəslə yazması belə qənaətə gəlməyə əsas verir ki, Rusiya rəhbərliyi bu yöndə öz danışmanları və səlahiyyətli şəxsləri ilə yanaşı, təbliğat maşınını artıq işə qoşub.
 
Bəs hədəf nədir – problemin nəhayət, kardinal həlli, yoxsa onun qismən yoluna qoyulması ilə Rusiyanın regionla bağlı cari maraqlarının təmin edilməsi? 
Daha dəqiqi, məqsəd 2-3 rayonun boşaldılması qarşılığında bölgəyə “sülhməramlılar” adı ilə Rusiya hərbi qüvvələrinin gətirilməsi, Azərbaycanla Ermənistan üzərində nəzarəti itirməmək üçün isə Dağlıq Qarabağın statusunun sonraya saxlanması və Azərbaycanın Avrasiya layihələrinə qoşulmasımı?
Qoyulan suallara cavabları istər Sergey Markovun açıqlamalarında, istərsə də Rusiya və Ermənistan mediasında son günlər getmiş materiallardan tapmaq mümkündür. Onları xronoloji və məntiqi ardıcıllıqla düzəndə mənzərə xeyli aydınlaşmış kimi görünür.
***
Məsələn, Rusiyanın Qarabağ patronajlığını öz üzərinə götürməsini bundan görmək olar ki, prezidentlərin növbəti görüşünü Minsk Qrupu həmsədrləri deyil, böyük ehtimalla, elə Moskva təşkil edəcək. Bu barədə hələ 2-5 aprel döyüşləri gedərkən “Yeni Müsavat” olaraq proqnoz eləmişik.
 
“Erməni tərəfi Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə yüksək səviyyədə görüşün mümkünlüyü və vaxtını ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə müzakirə etməyib”. 
Bunu Ermənistan prezidentinin mətbuat katibi Vladimir Akopyan deyib. “Hazırkı mərhələdə danışıqlar prosesinin tərəfləri və Minsk Qrupunun həmsədrləri yüksək səviyyədə görüşlərin mümkünlüyünü və vaxtını müzakirə etmirlər” – Akopyan deyib. Ancaq Ermənistan prezidentinin mətbuat katibi prezident Putinin Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə prezidentlərin görüş təşkil etməsi təşəbbüsü ilə bağlı məlumatı təkzib etməyib.
Yada salaq ki, 2014-cü ildə Azərbaycan və Ermənistan prezidentlərinin Soçi şəhərində baş tutmuş görüşü məhz Rusiya prezidentinin təşəbbüsü ilə, cəbhədəki avqust döyüşlərindən az sonra təşkil edilmişdi. Ermənistan rəsmisinin sözlərindən belə məlum olur ki, münaqişənin tənzimlənməsi üzrə danışıqların yeni mərhələsi də MQ-nin yox, Rusiyanın himayəsində keçiriləcək.
***
Erməni ekspertlər isə 4 günlük müharibədən sonra Ermənistan üçün danışıqlar masası arxasında əlverişsiz bir durumun yarandığını, İrəvanın Moskvanın təzyiqlərinə qarşı immunitetsiz qaldığı barədə intensiv yazmağa başlayıblar. Məsələn, müxalifyönlü lragir.am saytının şərhçisi Naira Ayrumyan Ermənistan üçün qənaətbəxş olmayan nəticələrə gələrək yazıb: “Rusiya indi güclü pressinq aparır. Bir neçə dolayı addımı göstərmək olar – Putin erməniləri islam mobilləşməsi ilə ”qorxutmaq” üçün Lukaşenkonu İslam Əməkdaşlıq Təşkilatının iclasına ezam edib. Rusiya deputatları İrəvana gələrək erməni həmkarları ilə müştərək bəyanata qol çəkməkdən imtina etdilər. Pressinq güclənir, amma erməni hakimiyyəti bu haqda açıq bəyan etməkdən və başqa yerdə müttəfiq axtarmaqdansa, Ermənistanın alternativsizliyini bəyan edir. Ermənistan Avrasiya İqtisadi İttifaqından çıxarsa, biz müttəfiqsiz qalarıq, bunu xarici işlər nazirinin müavini Şavar Köçəryan bəyan edir. Yəni XİN Ermənistanı manevr məkanından məhrum edərək, başqa müttəfiqlərlə danışıqlar imkanını heç nəzərdən də keçirmir. Əgər indiyə qədər Rusiya Güney Qafqazda qalmaq üçün daima “sabitliyi” və Qarabağ münaqişəsinin həll olunmamasını dəstəkləyirdisə, indi Moskva təcili olaraq Qarabağ münaqişəsini Azərbaycanın xeyrinə həll etməlidir, əks halda, bu münaqişə onsuz həll ediləcək”.
***
Markovun ilin sonunadək 5 rayonun qaytarılacağı haqda açıqlaması, digər rusiyalı politoloqların və Rusiya mediasının məsələyə dair bənzər şərh-materiallarında Kremlin həqiqətən tələsdiyi haqda təəssüratı yaranır.
 
“Putin Azərbaycan ərazilərinin bir hissəsini qaytarmaq istəyir”. Bunu nüfuzlu “İzvestiya” qəzeti özünün dünənki sayında diplomatik qaynaqlara istinadən yazıb. “Rusiya, şəxsən prezident Vladimir Putin yaxın günlərdə başlayacaq Qarabağa dair danışıqlarda kompromis əldə olunmasına aktiv şəkildə yardımçı olacaq” – nəşr qeyd edib.
 
Qəzet yazıb: “Diplomatik mənbənin sözlərinə görə, Rusiya lideri hər iki tərəfin siyasətçilərini güzəştlərin vacibliyinə şəxsən inandırmağa hazırdır. ”Ağır danışıqlar gözlənilir və burada Rusiyasız keçinmək mümkün deyil” – qaynaq bildirib. Diplomatik mənbə Rusiyanın nizamlanma planını da açıqlayıb: “Plan ondan ibarətdir ki, Azərbaycan ərazilərinin bir qismi qaytarılır, münaqişə zonasına sülhməramlı qüvvələr yeridilir, köçkünlər qayıdır və Dağlıq Qarabağ legitimləşir, yəni sərhədlər açılır, iqtisadi əlaqələr bərpa edilir, daha sonra, yəni emosiyalar yatdıqdan sonra regionun mənsubluğu haqda referendum keçirilir”.
“Az öncə birbaşa xətdə Vladimir Putin vəd eləmişdi ki, Moskva istər beynəlxalq strukturlar olsun, istərsə də ikitərəfli formatda Qarabağ probleminin həlli üçün səylərini artıracaq. Kim nə deyir-desin, Rusiya bu məsələnin həllində maraqlıdır, çünki biz həm Azərbaycan, həm də Ermənistanla dolğun şəkildə işləmək istəyirik” – “İzvestiya” yazıb.
***
Kremlin təkbaşına aktiv Qarabağ təşəbbüskarlığı içində olmasını Rusiya xarici işlər naziri Sergey Lavrovun bir həftənin içində iki dəfə ABŞ dövlət katibi Con Kerri ilə Qarabağ mövzusunda telefon danışığı aparmasından da görmək olar. İstisna deyil ki, rəsmi Moskva prosesin daha effektli olması üçün Amerika tərəfini məlumatlandırmağa ehtiyac duyub.
Rusiyada yəqin onu da nəzərə almamış deyillər ki, prezidentliyinin son aylarını yaşayan Obama bu prosesə Putin kimi dərindən maraq göstərməyəcək. Sabah – aprelin 21-də isə Lavrov İrəvana səfər edəcək və böyük ehtimalla, “Rusiya planı”nın  detalları ilə Sərkisyanı tanış edəcək.
Bəs görəsən, Azərbaycan Rusiyanın yeni “həll planı”na necə baxır? Putin rəsmi Bakını öz planına inandıra biləcəkmi? Ermənistanla bağlı Kremlin problemi yoxdur, – işğalçı ölkə xüsusın də Azərbaycanın blits-zəfərindən sonra onun ovcunun içindədir, –  o zaman Putin nəyin qarşılığında Azərbaycan ərazilərinin bir hissəsini qaytarmaq istəyir?
Bəzi məlumatlara görə, Rusiya həm də son vaxtlar ABŞ-ın, NATO-nun bölgədə möhkəmlənmək planlarından narahat olduğu üçün tələsir və Qarabağ “kartı”ndan yararlanmaq niyyətindədir. Ancaq bu, tələsiklik Azərbaycan üçün tələ ola, son hərbi uğurun siyasi qazancları əlimizdən çıxa da bilər, əgər rəsmi Bakı məsələni bu cür prinsipial şəkildə qoymasa: heç bir “5+2″ formulu (ərazilərimizin sortlara bölünməsi), Dağlıq Qarabağda referendum, sülhməramlı söhbəti ola bilməz, Dağlıq Qarabağın statusu bəri başdan dəqiqləşməlidir – Azərbaycan tərkibində muxtariyyət. Yalınız Ermənistan Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanıyandan və status məsələsi yazılı şəkildə razılaşdırıldıqdan sonra regiona sülhməramlıların gətirilməsi, Azərbaycanın Avrasiya layihələrinə qoşulması müzakirə predmeti ola bilər.
***
Azərbaycanın məsələni məhz bu cür, qəti qoyması üçün olduqca əlverişli bir məqam, tarixi şans yetişib. Məsələ həm də ondadır ki, Ermənistan indi rusiyalı ekspertlərdən birinin dediyi kimi, həqiqətən nokdaun vəziyyətindədir, eyni zamanda güzəştlərə meyllidir və panikadadır. Bunu işğalçı ölkədə hökm sürən bədbin ab-havadan da asanca görmək, sezmək olar.
“Ermənistan iqtisadi cəhətdən Azərbaycandan geri qalır və onun inkişafını izləyə bilmir. Buna görə biz Qarabağ məsələsində təcili olaraq güzəştə getməliyik. Nə qədər gec deyil, daha az itki ilə bu prosesi başa çatdırmalıyıq”. Bu barədə Ermənistanın 1in.am saytında yayımlanan məqalədə deyilir (publika.az).
Tanınmış erməni şərhçi Yeqiazar Ayntabsinin qələmə aldığı məqalədə İrəvan rejimi 22 ildə xalqı aldatmaqda ittiham olunur: “1-ci Qarabağ müharibəsində atəşkəsdən sonra 22 il ərzində biz 2200 dəfə eşidirdik ki, münaqişə artıq müharibə sferasından çıxaraq siyasi meydana keçib və burada diplomatiya, eləcə də iqtisadiyyat əsasdır. Amma hakimiyyət 22 il ərzində bunlardan heç birini etmədi. Əgər yarısını belə etsəydi, onda ”4 günlük müharibə”də tamamilə başqa nəticə əldə edilər, münaqişənin nizama salınmasında həm daxili, həm də xarici dəstək qazanılardı. Uzun illər biz danışmağa öyrəşdik ki, Azərbaycanda neft və qaz var, biz iqtisadi cəhətdən onun arxasınca çata bilmirik. Amma biz bundan nəticə çıxara bilmədik. Hansı ki, burada iki fövqəladə nəticə əldə olunmalı idi: birincisi, bizdə obyektiv səbəbdən resurslar yoxdursa, iqtisadi rəqabətə dözə bilmiriksə, onda mümkün qədər tez güzəştə getməliyik. İkincisi, ilk fikrin əksinə olaraq, biz milli birliyə nail olmalı idik”.
Müəllif qeyd edir ki, birinci variant Levon Ter-Petrosyanın dövründə gündəmdə olub: “90-cı illərin sonlarında belə qərar verilmişdi ki, güzəştə edərək münaqişənin həllinə nail olunur. İkinci variant Robert Köçəryanın dövründə gündəmdə idi. Serj Sərkisyanın ”4 günlük müharibə”dən sonra Petrosyanla görüşməsi onun da birinci variant haqda düşündüyünü göstərir. Lakin artıq bu da çox gec görünür. Həqiqətən Azərbaycan neft-qazı ilə Ermənistanı geridə qoyub və biz çətin ki, onun səviyyəsinə çataq. Buna görə də daha çox itki vermədən təcili güzəştə getməliyik”.
 
Ermənistanda dövlət bəhanəsi ilə “bandokratiya” yaradıldığını qeyd edən müəllif sonda yazır ki, İrəvan hakimiyyəti daxilində Qarabağ məsələsində təcili güzəştə getməyin tərəfdarları var: “Lakin ümumi bandokratiya buna imkan vermir. Halbuki bu, dövləti qorumaq yox, onu məhv etmək siyasətidir”.
Necə deyərlər, əlavə şərhə yer qalmır. Azərbaycan əsgəri gerçəkdən də kiçik və uğurlu bir həmlə ilə Qarabağ məsələsi ətrafında yeni bir situasiya, o cümlədən işğalçı ölkədə panika, bədbinlik və təslimçilik ovqatı yaradıb. Diplomatiyamız ondan yararlanmağa, sadəcə, borcludur.      
Previous Post

Yeni Qarabağ planı – Azərbaycan üçün şans, yoxsa tələ…

Next Post

Ərdoğan Bakıya gəlir

Bənzər yazılar

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib

03 İyun 2026 - 21:37

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi Rövşən Muradov vəfat edib. Elchi.az xəbər verir ki, bu barədə mərkəzin "X" sosial şəbəkə...

Tramp: “İsraili potensial məhv olmaqdan xilas etdim”

Tramp: “İsraili potensial məhv olmaqdan xilas etdim”

03 İyun 2026 - 16:18

ABŞ prezidenti Donald Tramp iddia edib ki, İrana qarşı hərbi əməliyyata başlamaq qərarı İsraili potensial məhv olmaqdan xilas edib. Elchi.az...

Ağır atletika həqiqətən ömrü uzada bilərmi?

Ağır atletika həqiqətən ömrü uzada bilərmi?

03 İyun 2026 - 10:16

Yeni tədqiqatlar göstərir ki, həftədə 90-120 dəqiqə ağırlıq qaldırma məşqləri etmək vaxtından əvvəl ölüm riskini əhəmiyyətli dərəcədə azalda bilər. Elchi.az...

Kanada və Azərbaycanın XİN rəhbərləri Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər

Kanada və Azərbaycanın XİN rəhbərləri Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər

02 İyun 2026 - 19:41

Kanada–Azərbaycan münasibətlərinin möhkəmləndirilməsi , ticarət və investisiya sahələrində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub. Elchi.az xəbər verir ki, müzakirələr Kanadanın xarici işlər...

Next Post

Ərdoğan Bakıya gəlir

Ərdoğan Bakıya gəlir

Son xəbərlər

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

03 İyun 2026 - 23:18
Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

03 İyun 2026 - 23:11
ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

03 İyun 2026 - 23:00
Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

03 İyun 2026 - 21:40
Narkotikin təsiri altında olan sürücü həbs edilib

Narkotikin təsiri altında olan sürücü həbs edilib

03 İyun 2026 - 21:38
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib

03 İyun 2026 - 21:37
Pezeşkian: Dünya bazarında səmərəli iştirakı gücləndirmək lazımdır

Pezeşkian: Dünya bazarında səmərəli iştirakı gücləndirmək lazımdır

03 İyun 2026 - 21:36
Rubio: TRIPP Azərbaycan və Ermənistan üçün əhəmiyyətli imkanlar yaradacaq

Rubio: TRIPP Azərbaycan və Ermənistan üçün əhəmiyyətli imkanlar yaradacaq

03 İyun 2026 - 21:34
Azərbaycandakı internet trafikində botların payı kəskin azalıb

Azərbaycandakı internet trafikində botların payı kəskin azalıb

03 İyun 2026 - 20:18
Zelenski Ankarada NATO sammitində iştirak edəcək

Zelenski Ankarada NATO sammitində iştirak edəcək

03 İyun 2026 - 20:15
“Apple” bir ayda Azərbaycanın mobil cihaz bazarındakı payının təqribən 19 %-ni itirib

“Apple” bir ayda Azərbaycanın mobil cihaz bazarındakı payının təqribən 19 %-ni itirib

03 İyun 2026 - 20:12
Azərbaycan səfiri etimadnaməsinin surətini Bəhreynin XİN rəhbərinə təqdim edib

Azərbaycan səfiri etimadnaməsinin surətini Bəhreynin XİN rəhbərinə təqdim edib

03 İyun 2026 - 20:08
MDB Dövlət Xəbər Agentlikləri Rəhbərləri Şurasının növbəti iclası keçirilib

MDB Dövlət Xəbər Agentlikləri Rəhbərləri Şurasının növbəti iclası keçirilib

03 İyun 2026 - 20:07
Əməyin mühafizəsi sahəsində beynəlxalq təcrübə müzakirə olundu

Əməyin mühafizəsi sahəsində beynəlxalq təcrübə müzakirə olundu

03 İyun 2026 - 19:28
İmişlidə güclü yanğın: iki rayondan dəstək gəldi

İmişlidə güclü yanğın: iki rayondan dəstək gəldi

03 İyun 2026 - 19:18
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.