"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Hadı Rəcəbli: “Torpağın boş qalması yaxşıdır, yoxsa orda bir inəyin otlaması?”

02 Mart 2016 - 08:47
in XƏBƏR LENTİ
FacebookVatsap

 “Hamı kabab yeyir, amma qoyun adını çəkəndə...”

Bunu da oxuyun

Rusiya lideri İrana humanitar yardımın çatdırılmasında köməyə görə Azərbaycan rəhbərliyinə minnətdarlıq edib

Sabah Bakı və Lənkəranın bir sıra ərazilərində işıq olmayacaq

ABŞ dövlət katibi və Küveytin XİN rəhbəri İran ətrafındakı vəziyyəti müzakirə ediblər

“Hamı kabab yeyir, amma qoyun adını çəkəndə…”

Hadı Rəcəbli: “Torpağın boş qalması yaxşıdır, yoxsa orda bir inəyin otlaması?”

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli növbəti təklifi ilə mətbuatın gündəminə gəlib. Komitə sədri Azərbaycanda hər ay yüzlərlə ailənin ünvanlı sosial yardım aldığını, bu yardımın isə nağd ödəniş formasında həyata keçirildiyini, yəni müəyyən edilmiş vəsaitin ünvanlı sosial yardım alan şəxsin kartına köçürüldüyünü deyərək bunu kənd yerində yaşayan sakinlər üçün əlverişsiz variant sayıb. 

Deputatın fikrincə, nağd ödəniş əvəzinə kəndlərdə yaşayan ailələrə qoyun verilməlidir. H.Rəcəbli hesab edir ki, burada məqsəd ələbaxımlılığın qarşısını almaqdır. Komitə sədri qeyd edib ki, Azərbaycan ünvanlı yardımların verilməsində Pakistan və Banqladeş təcrübəsindən yararlanmalıdır. “Bizdə kənd yerlərində bir ailə orta hesabla 130 manat ünvanlı yardım alır. Bu, 2 aylıq bir qoyunun puludur. Yardımlı, Gədəbəy kimi dağ rayonlarında yaşayan ailələrə 5 ayın pulunun əvəzində, biri erkək olmaq şərti ilə 5 qoyun verilir və nəzarət olunur ki, ailə o qoyunlardan bala alana qədər heyvanları kəsməsin.

Bu yolla ələbaxımlılığın qarşısını almaq, insanları istehsalata yönəltmək mümkündür” deyə, o bildirib. Lakin H.Rəcəblinin bundan əvvəl səsləndirdiyi bəzi təkliflər kimi, bu fikri də birmənalı qarşılanmayıb və geniş rezonans doğurub. Mövzu ilə bağlı komitə sədrinə müraciət etdik. Deputat əleyhinə səslənən fikirlərlə bağlı öncə bunları bildirdi: 

– Mənim fikirlərim düzgün anlaşılmayıb. Məsələ burasındadır ki, əhalinin kasıb təbəqəsinə müavinət verəndə insanların böyük əksəriyyətinin əli işdən soyuyur, işləmək istəmir, deyir “elə mənə müavinət ver, xərcləyim.” Ona görə də dünyada-hələ bunu Azərbaycanda tətbiq etməyiblər-belə ideyalar var və həyata keçirilir. Ancaq bizim ölkədə qaçqınlar və məcburi köçkünlərlə bağlı belə ideyalar həyata keçirilir.

Çində, Avropa ölkələrində kreditlərin verilməsinin də müxtəlif formaları var. Kiçik sahibkarlığı yaratmaq üçün formanın biri budur: balalı inək verək, südünü sağsın, qoyun verək, yunundan, ətindən istifadə eləsin. Qoyunçuluq Azərbaycanın bütün mədəniyyətinin tərkibində olub da. Hamı kabab yeyir, amma qoyunun adını çəkəndə başlayırlar artıq-əskik danışmağa.

Ona görə də demişəm ki, Yardımlı və Gədəbəy kimi dağ rayonlarındakı sakinlərə pul əvəzinə qoyun versinlər. Başqa yerlərdə adamlara, məsələn, bərbər avadanlığı versinlər, icarə yeri ayırsınlar. Bununla da adamları daha çox əməyə cəlb etmək olar. Yəni ailə müavinəti deyilən müavinət ola bilər, uşaqların sayına, yaxud əlilliyə görə. Amma əl-ayağı üstündə olan, imkanları məhdud, gəliri aşağı olan zəruri ehtiyac meyarına düşən insanlar üçünsə, əlbəttə, belə formalar tapılmalıdır ki, onlar işləsin.

Bu, yeni bir şey deyil, Amerika açmamışıq, başqa ölkələrin təcrübəsindən misal gətirmişik. Hadı müəllim hələ bu barədə heç kimə heç nə deməyib, heç kim də bu barədə nəsə eləməyə başlamayıb.

Ölkədə də bununla bağlı hansısa addım atılmayıb, bəlkə başqa hansısa variantlar olacaq. Bu, cəmiyyətimizin istəyidir, mənə bu barədə teleqramlar gəlir. Adamlarımız deyir, qardaş, mənə bir inək ver, gedim balalarımı saxlayım, yoxsa bu nədir mən gündə yardım üçün dilənirəm.

– Deyək ki, adamlara heyvan verildi, o da əlacsızlıqdan satdı, yaxud heyvan yıxılıb tələf oldu, onda necə olacaq?

– Ona görə də təklif edirik ki, hansı qurum bu inkişaf proqramını tətbiq edir, o da məsələni nəzarətdə saxlayır. Yəni nəzarətdə saxlanılır, təsərrüfat bir az ayağa duran kimi, ondan əl çəkirlər. Kəndli aldığı qoyunları kəsdisə, daha qurtardı, ona heç nə verilməyəcək. Ancaq nəzarətçi qurum qoymur həmin qoyunlar vaxtından tez kəsilsin. Söhbət təkcə qoyundan getmir. Məsələn, kənddə bir otağı verirlər adama, deyirlər get, orada corab toxu, ya orda dərzi sexi aç!

– Hadı müəllim, bu məsələlər rəhbərlik etdiyiniz komitədə müzakirə olunubmu?

– Yox. Mən siyasi elmlər doktoruyam, professoram, siyasi elmlərin bilicilərindən biriyəm. Mənim dediyimi niyə insanlar qəribçiliyə salır? Mən dünyadakı təcrübələri yaxşı bilirəm. Bu işin həm elmi, həm də praktik tərəflərini bilirəm, havadan danışmıram axı.

– Yəni deyirsiniz bu ideya ölkədə tətbiq oluna bilər? 

“Gərək siz yazasınız ki, ay cəmiyyət, Hadı müəllimi qınamayın”

– Ola bilər bu cür yox, başqa cür. Demirəm ki, hökmən belə olsun. Formalar var da… Deməmişəm ki, bu, Azərbaycanda tətbiq olunacaq. Demişəm ki, dünyada belə təcrübələr var. Bizim jurnalistlər belədir də, Hadı müəllimin sözündən söz çıxarırlar. Xahiş edirəm elə belə də yaz!(gülür)

– Bu yaxınlarda kənd təsərrüfatı naziri demişdi ki, ölkədə mal-heyvanın sayı çoxdur. Bu yandan da siz əhaliyə əlavə mal-qoyun paylamağı tövsiyə edirsiniz…

– Azərbaycanda torpaqlardan səmərəli istifadə olunmur, torpaqlar boş qalır. Yaxşı, torpağın boş qalması yaxşıdır, yoxsa orda bir inəyin otlaması? Kənd təsərrüfatı nazirinin dediyi başqadır, söhbət məhsuldar inəkdən gedir. Onun dediyi odur ki, bizdə inək çoxdur, amma məhsuldar deyil, cins deyil.

– Deməli, ölkəyə yeni cins mal-qoyun gətiriləcək? 

– O da ola bilər. Məsələn, bu gün keçi növləri var, ildə 3 bala, 5 litr süd verir.

– Əgər sizin təklifləriniz qəbul olunsa, bu, bütün rayonları əhatə eləməyəcək, eləmi?

– Təbii ki, yox. Mən demişəm ki, məsələn, Yardımlı və Gədəbəydə qoyun, amma Şirvanda inək vermək olar. Özü də söhbət heyvandarlıqdan getmir. Yadınızdadırsa, vaxtilə gözdən əlillər üçün sexlər var idi. Qoy əlillər evdə hansısa işlə məşğul olsun. İmkanı olmayan adama hansısa avadanlıqlar veririk, o da başlayır evdə corab, ya köynək toxumağa. Bu, pisdirmi, qardaş? Ya bir tikiş maşını verirsən, adamlar orda işlə məşğul olur. Bunlar ideyalardır, sadəcə, söhbətdir, heç biri harasa yazılmayıb, konkretləşməyib. Mən havadan danışmıram, dünya təcrübəsindən deyirəm.

– Niyə əmək və sosial siyasət komitəsi bu ideyaları mükəmməl bir layihə şəklində hazırlayıb parlamentə, ya hökumətə təqdim etmir? 

– Bu gün ünvanlı yardım, sosial müdafiə ilə bağlı bizim qanunumuz var, orda da iş yerləri məsələsi əksini tapıb. Bizim başqa ideyalarımız da var. Bax, görürsünüz, cəmiyyət bunu birmənalı qarşılamadı. Mən bu fikri ona görə səsləndirmişəm ki, cəmiyyətin fikrini öyrənim. Amma bu gün kənddən xəbəri olmayan adamlar başlayır ağzına gələni danışmağa.

– Təbii ki, istənilən ideya ilə bağlı fərqli fikirlərin səslənməsi qaçılmazdır. Ancaq bəlkə bu ideyanın tətbiqi daha düzgün olardı. Məsələn, bu il vaxt itirmədən imkansız kəndliyə 5 qoyun verilərdisə, gələn il qoyunların sayı ikiqat artardı… 

– Ay sağ ol, tamamilə doğrudur. Bunun üçün də gərək siz yazasınız ki, ay cəmiyyət, Hadı müəllimi qınamayın. Əksinə, ona kömək olaq, dəstək olaq ki, bu qanunvericiliyi ortaya çıxara bilsin…

Previous Post

Hadı Rəcəbli: “Torpağın boş qalması yaxşıdır, yoxsa orda bir inəyin otlaması?”

Next Post

AVRO-2016-nın oyunları təxirə salına bilər

Bənzər yazılar

Rusiya lideri İrana humanitar yardımın çatdırılmasında köməyə görə Azərbaycan rəhbərliyinə minnətdarlıq edib

Rusiya lideri İrana humanitar yardımın çatdırılmasında köməyə görə Azərbaycan rəhbərliyinə minnətdarlıq edib

04 İyun 2026 - 23:32

Rusiya İrana humanitar yardımın göndərilməsinə göstərdiyi köməyə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdardır. Elchi.az TASS-a istinadən xəbər verir ki, bu...

Sabah Bakı və Lənkəranın bir sıra ərazilərində işıq olmayacaq

Sabah Bakı və Lənkəranın bir sıra ərazilərində işıq olmayacaq

04 İyun 2026 - 23:28

Sabah Bakı və Lənkəranın bir sıra ərazilərində işıq olmayacaq. Bu barədə Elchi.az "Azərişıq" ASC-yə istinadən xəbər verir. İyunun 5-də Nizami...

ABŞ dövlət katibi və Küveytin XİN rəhbəri İran ətrafındakı vəziyyəti müzakirə ediblər

ABŞ dövlət katibi və Küveytin XİN rəhbəri İran ətrafındakı vəziyyəti müzakirə ediblər

04 İyun 2026 - 23:25

Küveytin xarici işlər naziri şeyx Cərrah Cabir əl-Əhməd əs-Sabah və ABŞ dövlət katibi Marko Rubio Vaşinqtonda görüş keçiriblər. Elchi.az Küveyt...

Milatoviç: Bizim vəzifəmiz vətəndaşların Avropa dəyərlərinə uyğun bir dövlətdə yaşamasıdır

Milatoviç: Bizim vəzifəmiz vətəndaşların Avropa dəyərlərinə uyğun bir dövlətdə yaşamasıdır

04 İyun 2026 - 22:12

Monteneqronun məqsədi vətəndaşlarının ədalətli, nizamlı və Avropa dəyərlərinə uyğun bir dövlətdə yaşamasıdır. Elchi.az  xəbər verir ki, bu barədə Monteneqro Prezidenti...

Next Post

AVRO-2016-nın oyunları təxirə salına bilər

AVRO-2016-nın oyunları təxirə salına bilər

Son xəbərlər

Rusiya lideri İrana humanitar yardımın çatdırılmasında köməyə görə Azərbaycan rəhbərliyinə minnətdarlıq edib

Rusiya lideri İrana humanitar yardımın çatdırılmasında köməyə görə Azərbaycan rəhbərliyinə minnətdarlıq edib

04 İyun 2026 - 23:32
Sabah Bakı və Lənkəranın bir sıra ərazilərində işıq olmayacaq

Sabah Bakı və Lənkəranın bir sıra ərazilərində işıq olmayacaq

04 İyun 2026 - 23:28
ABŞ dövlət katibi və Küveytin XİN rəhbəri İran ətrafındakı vəziyyəti müzakirə ediblər

ABŞ dövlət katibi və Küveytin XİN rəhbəri İran ətrafındakı vəziyyəti müzakirə ediblər

04 İyun 2026 - 23:25
Milatoviç: Bizim vəzifəmiz vətəndaşların Avropa dəyərlərinə uyğun bir dövlətdə yaşamasıdır

Milatoviç: Bizim vəzifəmiz vətəndaşların Avropa dəyərlərinə uyğun bir dövlətdə yaşamasıdır

04 İyun 2026 - 22:12
Rusiyanın Sumı vilayətinə hücumu nəticəsində 2 nəfər ölüb, 4 nəfər yaralanıb

Rusiyanın Sumı vilayətinə hücumu nəticəsində 2 nəfər ölüb, 4 nəfər yaralanıb

04 İyun 2026 - 22:07
Dominikanda ilk dəfə Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Dominikanda ilk dəfə Azərbaycanın Müstəqillik Günü qeyd edilib

04 İyun 2026 - 22:05
CENTCOM İran limanlarının blokadası çərçivəsində 127 gəminin istiqamətini dəyişdirib

CENTCOM İran limanlarının blokadası çərçivəsində 127 gəminin istiqamətini dəyişdirib

04 İyun 2026 - 22:03
Azərbaycanda Monteneqronun viza müraciət mərkəzi fəaliyyətə başlayıb

Azərbaycanda Monteneqronun viza müraciət mərkəzi fəaliyyətə başlayıb

04 İyun 2026 - 21:59
Beynəlxalq axtarışda olan şəxs BƏƏ-də tutularaq Azərbaycana ekstradisiya edilib

Beynəlxalq axtarışda olan şəxs BƏƏ-də tutularaq Azərbaycana ekstradisiya edilib

04 İyun 2026 - 21:51
Azərbaycan və İran XİN rəhbərləri regionda təhlükəsizlik məsələlərini müzakirə edib

Azərbaycan və İran XİN rəhbərləri regionda təhlükəsizlik məsələlərini müzakirə edib

04 İyun 2026 - 19:25
Hirkan Milli Parkında narkoplantasiya aşkarlanıb

Hirkan Milli Parkında narkoplantasiya aşkarlanıb

04 İyun 2026 - 19:18
Tatarıstanda həkimlər üçün süni intellekt köməkçisi yaradılacaq

Tatarıstanda həkimlər üçün süni intellekt köməkçisi yaradılacaq

04 İyun 2026 - 19:11
BŞTİ: Sabah bəzi məktəblərdə tədris distant olacaq – SİYAHI

BŞTİ: Sabah bəzi məktəblərdə tədris distant olacaq – SİYAHI

04 İyun 2026 - 19:02
Ceyhun Bayramov Braziliyanın yeni səfirinin etimadnaməsinin surətini qəbul edib

Ceyhun Bayramov Braziliyanın yeni səfirinin etimadnaməsinin surətini qəbul edib

04 İyun 2026 - 18:56
Leonid Kuçma İlham Əliyevi təbrik etdi

Leonid Kuçma İlham Əliyevi təbrik etdi

04 İyun 2026 - 18:47
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.