"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

AŞ PA-da Qarabağ qətnaməsinin qəbulunu Nuland əngəlləyibmiş – şok iddia

10 Fevral 2016 - 08:44
in XƏBƏR LENTİ
FacebookVatsap
AŞ PA-da Qarabağ qətnaməsinin qəbulunu Nuland əngəlləyibmiş – şok iddia

Amerikadan Azərbaycana Qarabağ zərbəsi; Azərbaycan üçün olduqca mühüm əhəmiyyətli sənədin tormozlanmasında ABŞ-ın müstəsna rol oynaması haqda ciddi iddia var; günün sualı: Qarabağ təşəbbüskarlığı bütünlüklə Amerikaya keçsə, problem ədalətli həllini taparmı?..

Bunu da oxuyun

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

Əksər təhlilçilərə görə, səbəblər ATƏT-in Minsk Qrupu həmsədrlərinin sessiya ərəfəsində verdiyi məlum ermənipərəst bəyanat, Azərbaycan tərəfinin yetərli diplomatik-siyasi fəallıq göstərməməsi və arxayınçılığı, erməni tərəfinin və erməni lobbisinin isə əksinə, sənəd əleyhinə quruma üzv ölkələrin siyasiləri səviyyəsində din amilini də qabartmaqla güclü kampaniya aparması olub. Cəmi 4 səsin çatışmaması bunu dolayısıyla bir daha təsdiq edir.
Yada salaq ki, Rusiyadan olan 18 nəfərlik nümayəndə heyəti sessiyada (səsvermədə) iştirak eləməyib. Aydındır ki, iştirak eləsəydi, ermənilərin mövqeyi daha güclü olacaqdı. Ayrı sözlə, bu, unikal bir şans idi ki, Qarabağa dair sənədin səsvermədən keçməsi üçün minimum fəallıq ortaya qoyulmaqla nəticəyə nail olunsun. Əfsus ki, ortaya qoyulmadı. Azərbaycan yalnız ikinci sənədin – Sərsəng su anbarı ilə bağlı qətnamənin qəbulu ilə təsəlli tapmalı oldu. 
 
Doğrudur, ikinci sənəddə də Ermənistan birmənalı şəkildə işğalçı kimi göstərilib və ondan işğal elədiyi ərazilərdən tezliklə çıxmaq tələb olunur. Ancaq bilavasitə Dağlıq Qarabağ münaqişəsinə və onun həlli prinsiplərinə həsr olunan  birinci sənəd qəbul edilsəydi, ölkəmizin məsələdə manevr imkanları daha güclü, dilimiz daha uzun olardı – o cümlədən ermənipərəst həmsədrlər qarşısında. Bununla həmçinin vasitəçiləri çox güclü fakt qarşısında qoya bilərdik. 
***
Bu arada AŞ PA-dakı sənədin keçməməsinin başqa yeni, ilginc detalları məlum olub. Həmin detalları ermənipərəst ABŞ konqresmeni Adam Şiff “Horizon Life” verilişi çərçivəsində “Asbarez” erməni nəşrinin baş redaktoru Ara Xaçatryana müsahibəsində açıqlayıb. Onun sözlərinə görə, ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Viktoriya Nuland Dağlıq Qarabağa dair qətnamənin qəbul olunmamasında müstəsna rol oynayıb.
 
“Hələ AŞ PA-da sənədin müzakirə olunmasından qabaq mən ABŞ Dövlət Departamentinə və regional səfirlərdən birinə müraciət eləmişdim. Müraciətdə qeyd eləmişdim ki, bu, Azərbaycanı müdafiə edən birtərəfli sənəddir. Həm səfir, həm də Nuland bəyan eləmişdilər ki, bunun üstündə işləyəcəklər”, – deyə konqresmen qeyd edib.
Şiff əmin olduğunu bildirib ki, məhz bu səylərin nəticəsində Qarabağa dair qətnamə layihəsi keçməyib. “AŞ PA sessiyasına su ilə bağlı daha bir qətnamə layihə təqdim olunmuşdu – hansı ki, qəbul olunub. Ancaq hesab edirəm ki, qətnamələrdən daha destruktiv olanı keçməyib” – əlavə edib ermənipərəst Konqresmen.
***
Bu yerdə onu da qeyd edək ki, Adam Şiff Amerika erməni lobbisinə bağlı şəxs kimi ölkəmiz əleyhinə zaman-zaman başqa təşəbbüs və aktlarda da iştirakçı olub, müəlliflik edib. Azərbaycanı sevməyən, onun ərazi bütövlüyü və suverenliyinə əsla hörmət eləməyən bu adam – Adam Şiff yəqin ki, bundan sonra da öz anti-Azərbaycan əməlindən qalmayacaq. Lakin onun qətnamə ilə bağlı söylədikləri bəzi yeni və ciddi suallar ortaya çıxarır.
Suallardan biri budur ki, əgər ABŞ dövlət səviyyəsində Azərbaycanın ərazi bütövlüyünün təsbit olunduğu bir sənədin qəbulunu ermənilərə görə əngəl yaradırsa, o zaman biz necə əmin ola bilərik ki, Qarabağa dair təşəbbüskarlıq günün birində bütünlüklə Rusiyadan onun özünə keçsə, Vaşinqton məsələnin həllində daha ədalətli mövqe tutacaq, necə deyərlər, Rusiyaya “rəhmət oxutdurmayacaq”?  
Xatırladaq ki, bir neçə il öncə BMT-də Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi zərurətini özündə ehtiva edən Qarabağ sənədi səsə qoyularkən ABŞ məsələdə guya “neytral vasitəçi” imicini saxlamaq üçün Rusiya və Fransa ilə birgə bitərəf qalmışdı. Azərbaycan sözsüz ki, bunu da unutmayıb. Nulandla bağlı son iddia isə bir daha rəsmi Bakının Qarabağ ixtilafının həlli üçün başqa, daha effektli və ədalətli format axtarışına çıxmaqda nə qədər haqlı olduğunu göstərir.
***
Əlavə edək ki, məlum olaylardan sonra Azərbaycan prezidenti İlham Əliyev ABŞ-ın da təhsil olunduğu Minsk Qrupu həmsədrlərini konflikti həll eləmək istəyində olmamaqda ittiham eləmişdi. “Onların bugünkü fəaliyyəti tamamilə mənasızdır. Onlar nəinki işğalçı Ermənistana təzyiq göstərmirlər, üstəlik, onu hər cür problemlərdən qoruyurlar. Baxın, onların təxribatçı hərəkətləri AŞPA-dakı son dinləmələrdə nəyə gətirdi”, – deyə prezident şərt formada bəyan eləmişdi.
 
Bu açıqlama Amerika diplomatiyasının “ağır topları”ndan sayılan Viktoriya Nulandın qətnamə əleyhinə işləməsi ilə bağlı iddialar kontekstində yeni və xüsusi aktuallıq kəsb edir. 
Previous Post

AŞ PA-da Qarabağ qətnaməsinin qəbulunu Nuland əngəlləyibmiş – şok iddia

Next Post

Naxçıvan: Nuhun ilk ayaq basdığı məkan haqda bilmədiklərimiz…

Bənzər yazılar

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

03 İyun 2026 - 23:18

İran Küveyt Beynəlxalq Hava Limanına zərbə endirməsi ilə bağlı iddiaları təkzib edib və bildirib ki, zədələr ABŞ-nin "Patriot" hava hücumundan...

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

03 İyun 2026 - 23:11

Slovakiyada keçirilən minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub. Elchi.az  xəbər verir ki, ilk yarımfinal oyununda Ukrayna millisi Macarıstanı...

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

03 İyun 2026 - 23:00

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumların qarşılıqlı ləğvi imkanını nəzərdən keçirir. Elchi.az  xəbər verir ki, bu barədə...

Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

03 İyun 2026 - 21:40

Qırğızıstan tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. Elchi.az Rusiya mediasına istinadən xəbər verir ki, Baş Assambleya ölkənin...

Next Post

Naxçıvan: Nuhun ilk ayaq basdığı məkan haqda bilmədiklərimiz...

Naxçıvan: Nuhun ilk ayaq basdığı məkan haqda bilmədiklərimiz...

Son xəbərlər

Ali Məhkəmə müsabiqə elan edir

Ali Məhkəmə: Qanunsuz məqsədlə verilən pul geri qaytarılmır

04 İyun 2026 - 12:27
Nazir müavini: Ət qiymətləri istehsalın artması və maya dəyərinin azalması hesabına sabitləşə bilər

Nazir müavini: Ət qiymətləri istehsalın artması və maya dəyərinin azalması hesabına sabitləşə bilər

04 İyun 2026 - 12:14
ADSEA: Xankəndidə sakinlər fasiləsiz içməli su ilə təmin olunur

ADSEA: Xankəndidə sakinlər fasiləsiz içməli su ilə təmin olunur

04 İyun 2026 - 12:06
Nazir müavini: Fermerlər üçün modul elektron rəqəmsal platforma istifadəyə veriləcək

Nazir müavini: Fermerlər üçün modul elektron rəqəmsal platforma istifadəyə veriləcək

04 İyun 2026 - 11:57
Xankəndidə yağış sularının yığılması üçün kollektor tikiləcək

Xankəndidə yağış sularının yığılması üçün kollektor tikiləcək

04 İyun 2026 - 11:50
Bir ayda sərhəddə 5.6 milyon manatlıq qaçaqmal tutulub

Bir ayda sərhəddə 5.6 milyon manatlıq qaçaqmal tutulub

04 İyun 2026 - 11:42
Bakıda Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək

Bakıda Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək

04 İyun 2026 - 11:30
Tramp etiraf edir: Netanyahunun iddiaları bu sözlərlə təsdiqləndi

Tramp etiraf edir: Netanyahunun iddiaları bu sözlərlə təsdiqləndi

04 İyun 2026 - 11:27
Mülki PUA-lara nəzarət olacaq, yoxlamalar aparılacaq

Mülki PUA-lara nəzarət olacaq, yoxlamalar aparılacaq

04 İyun 2026 - 11:24
ÜST ölümcül Ebola virusu barədə xəbərdarlıq edir!

ÜST ölümcül Ebola virusu barədə xəbərdarlıq edir!

04 İyun 2026 - 11:15
Tramp: İranla razılaşma bu həftəsonu əldə edilə bilər

Tramp: İranla razılaşma bu həftəsonu əldə edilə bilər

04 İyun 2026 - 11:04
Geomaqnit qasırğası olacaq

Geomaqnit qasırğası olacaq

04 İyun 2026 - 10:58
ABŞ: İsrail və Livan atəşkəs barədə razılığa gəldilər

ABŞ: İsrail və Livan atəşkəs barədə razılığa gəldilər

04 İyun 2026 - 10:51
NASA, MAVEN kosmik gəmisinin Mars missiyası başa çatdı

NASA, MAVEN kosmik gəmisinin Mars missiyası başa çatdı

04 İyun 2026 - 10:43
İran müharibəsi Yaponiyada plastik torba böhranına səbəb oldu

İran müharibəsi Yaponiyada plastik torba böhranına səbəb oldu

04 İyun 2026 - 10:36
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.