"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Pənah Hüseyndən hökumətə anti – böhran təklifləri – “…məsuliyyəti və hakimiyyəti bölək”

24 Dekabr 2015 - 09:37
in XƏBƏR LENTİ
FacebookVatsap

pasha

Bunu da oxuyun

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

AXP lideri: “Dövrün çağrıları məsuliyyətin bölüşdürülməsini və bu da hakimiyyətin bölüşdürülməsini tələb edir; əks halda vəziyyətdən normal çıxış yolu mümkün deyil”; “Yaxın dövrdə spontan aksiyaların olacağını istisna etmirəm”

AXP sədri Pənah Hüseyn musavat.com-a müsahibə verib. Partiya sədri müsahibəsində manatın devalvasiyasından, bunun ölkə iqtisadiyyatına təsirlərindən və çıxış yollarından danışıb. Həmçinin hakimiyyəti və məsuliyyəti bölüşdürməyi təklif edib: 

–  İqtidarın səbəb olduğu bu böhranın nəticələrini  xalqın, uşaqdan böyüyə, yeni doğulmuş körpədən tutmuş pensiyaçıya, işçiyə, iş adamına, məmuruna, hərbiçisinə qədər hamının hesabına həll etmək istəyirlər.  Problemi belə şəkildə həll etməyə cəhdin müvəqqəti effekti ola bilər, lakin aydın məsələdir ki, bu yolla bu prosesin qarşısını almaq yalnız bir neçə ay, ya  il möhlət verər. Doğrudur ki, manatın devalvasiyasının  xaricdə gedən proseslərlə bağlılığı var. Lakin bu hadisənin kökü  daha dərində, daxildə, hakimiyyətin qüsurlu siyasətindədir. İqtisadi və sosial böhranın siyasi böhrana keçməsi isə zaman məsələsidir və  bir qayda olaraq  labüddür.

– Demək istəyirsiniz ki, böhran istiqrarsızlıq, xaos yarada bilər? Müxalifətdəki,  iqtidardakı, cəmiyyətdəki vətənpərvərlərin bu məqamda mövqe və səylərinin nəticəsi olmazmı?

– Açığı, bu anlayışda  xeyli dərəcədə subyektivlik var. Kimin vətənpərvər, kimin qeyri-vətənpərvər olmasını hələ aydınlaşdırmaq lazımdır. Hər halda, tutaq ki, bu məsələdə anlaşdıq. Vətənpərvərlərin   narahatlığı  başa düşülə bilər, lakin, açığı bu labüd olanın, yəni iqtisadi-sosial böhranın, aradan qaldırılmazsa, əvvəl – axır, siyasi istiqrarsızlığa keçməsinin qarşısının alınması baxımından əhəmiyyətsizdir. Odur ki, narahat olmalarına olsunlar, ancaq həqiqətən vətənpərvərdilərsə, və narahatlıqları səmimidirlərsə, istiqrara təhdid olan mövcud siyasəti  və bu siyasətin daşıyıcılarını, subyektlərini dəyişmək üçün  çalışmalıdırlar. Vətənpərvərlik bu gün bunu tələb edir. İstiqrarsızlıq və xaos labüd deyil, bunun alternativi var və həmin alternativ islahatlar və dəyişiklikdir.

– İkinci devalvasiyadan sonra rəyini soruşduğumuz müxalifət liderləri bahalaşma əleyhinə aksiya keçirilməsini istəmədiklərini bildiriblər. Sizin bu məsələyə münasibətiniz necədir? 

– Sizin rəyinizi soruşduğunuz şəxslərin heç aksiya keçirmək imkanları da yoxdur. Ancaq ədalətlə danışsaq digərlərinin də belə imkanı məhduddur və ya o qədər də böyük deyil. Mahiyyət başqadır. Bu aksiya məsələsi belə görünür ki, heç siyasi müxalifətdən  çox  asılı olmaya da bilər. Müəyyən həyəcanlar var, xüsusən  ticarət sferalarında. Bu da təbiidir. Çünki əhalinin çox fəal hissəsi oralarda  cəmləşib. Hələ manatın ucuzlaşması  olana qədər onların bir çoxu  son həddə fəaliyyət göstərirdi. Və indi  bu sahədə hesab etmək olar ki, iş yerlərinin (özləri çörək yerləri deyir) 60-70 faizinin bağlanacağı gözlənilir. Ona görə də bu baxımdan mən ən yaxın dövrdə  spontan aksiyaların olacağını istisna etmirəm. Bunun siyasi şüarlarla, yaxud ilkin dövrdə siyasi təşkilatlar tərəfindən yönləndirilməsi və yaxud ortalığa qoyulmasına heç bir ehtiyac-filan qalmır.  Məmurların mühüm bir hissəsi  paket sistemi ilə yaşayırdı. Bu paketlərin də kəsildiyi və ya  yanvar ayından kəsiləcəyi bildirilir. Hələ mən ixtisarları, məcburi iki-üç aylıq öz hesabına məzuniyyətləri və sairi demirəm. Beləliklə, məmurlar içərisində də ciddi həyəcan və müəyyən təbəddülatlar olacaq. O vaxt əlbəttə ki, siyasi müxalifət də hərəkətə gələcək. Bu da gözləniləndir. Yaxud həmin aksiyalar özləri siyasiləşəcək.

-Manatın devalvasiyası təminatlı və uzunmüddətli effekt verməyəcəksə, sizcə, nə olacaq?

– Manatın devalvasiyası manatın ucuzlaşması, qiymətdən düşməsidir elə deyilmi?  Bu isə istehlak və o cümlədən gündəlik tələbat   mallarının 90 faizi xaricdən gətirilən bir ölkədə bahalaşma və bahalığın ardınca daxili bazarın daralması, kiçilməsi deməkdir. Bunun da nəticəsi getdikcə artan işsizlikdir. İşsizlik öz növbəsində daxili bazarı daha da daraldır və kiçildir. Bu, ictimai fəlakət silsiləsidir.Və bu silsilə uçuruma qədər davam edir… Oturub gözlənilsə belə də olacaq. Bu fəlakət silsiləsini kəsən hadisələr ortaya qoyulmalıdır.

“Ölkədə bir neçə milyarder şirkət var. Bunlara kimlərin rəhbərlik etdiyi də məlumdur. Müqavimət göstərənləri isə hər mənada təcrid etmək lazımdır. Müqavimət əlbəttə ki, olacaq. Siyasi sahədə islahatlardan biri indiki Nazirlər Kabinetinin buraxılması və ya radikal şəkildə yenidən qurulmasıdır”

-Nə etməli? Pənah Hüseyn nə təklif edir?

– Nə qədər məyusedici olsa da təzə bir şey eşitməyəcəksiniz. Əvvəla, ox hədəfdən çıxıb və çətinliklər bu və ya başqa dərəcədə mütləq olacaq. Bu çətinliklərdən daha tez və az zərərlə qurtarmaq üçün   antiböhran proqramı qəbul olunmalıdır və həyata keçirilməlidir. Bunu əksəriyyət, o cümlədən iqtidarda da qəbul edirlər. Lakin çoxları, xüsusilə iqtidardakılar bu proqramı yalnız iqtisadi və sosial tərkibdə görürlər. Azərbaycan kimi  cəmiyyətlərdə isə bu proqramın siyasi tərkib hissəsinin də olması zəruridir. Mənim fikrimcə, paradoksal görünsə də, siyasi tərkib axırıncı səslənsə də, antiböhran tədbirləri istiqamətində ilk addımlar məhz siyasi addımlar, siyasi dəyişikliklər, siyasi islahatlar olmalıdır. Bir dəfə belə metod SSRİ nümunəsində doğrulmayıbsa, bu, metoddan imtina edilməsi üçün əsas deyil.  Siyasi və iqtisadi hakimiyyət biri-birindən ayrılmalıdır. Bizneslə məşğul olan oliqarx məmurlar siyasi vəzifələrdən uzaqlaşdırılmalıdır. Başdan-ayağa korrupsiyaya uğramış bu oliqarxlar vəzifələrdə qaldıqca böhrandan çıxmaq mümkün deyil. Kimlər cinayətə yol verməyibsə, dövlətin, xalqın cibinə girməyibsə, oğurluq etməyibsə, o məmurları öz obyektləri ilə baş-başa buraxmaq lazımdır. Onların məmur olmalarından yaranan  imtiyazlarını əllərindən almaq, məhrum etmək  lazımdır.

Manat üzən kursa buraxıldığı kimi, həmin məmurları da bazar rəqabəti dənizinə buraxmaq lazımdır ki, üzməyi öyrənsinlər. Öyrənə bilməyənlər boğulsunlar. Bunlar da aydındır. Ölkədə bir neçə milyarder şirkət var. Bunlara kimlərin rəhbərlik etdiyi də məlumdur. Müqavimət göstərənləri isə hər mənada təcrid etmək lazımdır. Müqavimət əlbəttə ki, olacaq. Siyasi sahədə islahatlardan biri indiki Nazirlər Kabinetinin buraxılması və ya radikal şəkildə yenidən qurulmasıdır. Hazırda çalışan, texnokrat, təcrübəli məmurlardan söhbət getmir, amma artıq xeyli dərəcədə korrupsiyalaşmış və bu yaranmış vəziyyət üçün məsuliyyət daşıyan şəxslər var və bunlar mütləq istefaya göndərilməlidir. Həqiqətən səlahiyyətli bir baş nazir hökumətə gətirilməlidir. Hətta bəzi ölkələrin təcrübəsindən istifadə edərək xarici vətəndaşları da, siyasi postları istisna edilməklə, iqtisadi idarəçiliyə cəlb etmək mümkündür. İkincisi, əgər biz istəyiriksə ki, bu böhranın sosial fəsadları az olsun, addımlar atmalıyıq. Mərkəzi Bank rəhbərinin çıxışından anlaşılır ki, qapıları daha sıx bağlamaq təklif edilir. Düzdür, o bunu lüks mallar idxalına şamil etdi, dedi ki, rüsumları artırmaq lazımdır. Əsaslandırması odur ki, guya bu, daxili, yerli məhsullara şərait yaradacaq. Yerli məhsul-filan yoxdur. Yəni rus ədəbiyyatından fərqli olaraq Rusiyanın siyasətini Azərbaycancaya tərcümə etmək   mümkün deyil. Rusiyanın geniş bir bazarı var, istehsal resursları var, qiymətlər də bizdən qat-qat ucuzdur.

Bizdə Rusiyada olduğu anlamda və miqyasda  yerli malla əvəzləmədən danışmaq absurddur. Ya bu mallar ümumiyyətlə ölkədə istehsal olunmur, ya da bunların böyük bir tərkib hissəsi yenə xaricdən gətirilir, şəkərdən tutmuş kolbasaya qədər, yağa qədər. Yeri gəlmişkən, indi bahalıqdan bir çox firmalar keyfiyyətin aşağı salınması hesabına çıxmaq istəyirlər. Keyfiyyətin aşağı salınması birbaşa əhalinin sağlamlığı və həyat təhlükəsizliyi ilə bağlı olan bir məsələdir. Bu vəziyyətə nəzarət olmasa, çox dəhşətli bir situasiya gözləyir bizi və bunun qarşısının alınması üçün də heç bir tədbir görülmür. Bunun üçün yol nədir? Qapıları bağlamaq, rüsumları artırmaq yox, əksinə, qapıları tam açmaq lazımdır. Çünki  Azərbaycanda həmin o proteksionizm yolu ilə müdafiə etməyə  özyetərli “yerli” istehsal filan yoxdur. Əslində indiki  Gömrük Komitəsinə və digər analoji funksiyalı təsisatlara gərək belə yoxdur, bu qədər şişirdilmiş bir qurumu saxlamağa da ehtiyac qalmayacaq. Bir broker MMC-də, deyilənə görə, beş min işçi çalışır, monopoliya deyilən məsələnin canı bu MMC-dədir. Bunların hamısını göndərmək lazımdır gedib bazarda alver etsinlər, təbii ki, onların arxasında duran şəxslər də daxil olmaqla. Yaxın dövrdə, yanvar ayından başlayaraq bu qeyd etdiyimiz addımlar atılmasa, çox ciddi bir  böhrana keçilməsi təhlükəsi aktuallaşacaq. Bu barədə danışılır, deyilir. Və mən hesab edirəm ki, bu, dəyişikliklər olmasa bu  qaçılmaz olacaq…

“Səlahiyyətli bir baş nazir hökumətə gətirilməlidir. Hətta bəzi ölkələrin təcrübəsindən istifadə edərək xarici vətəndaşların da, siyasi postlar istisna edilməklə iqtisadi idarəçiliyə cəlb etmək mümkündür”

– Müxalifət bu mərhələdə öz üzərinə nə götürə bilər?

– Əslində bu sualın cavabı yuxarıdakıların davamıdır. Müxtəlif alternativlər  var. Məsələn, uzun müddət bir çoxları, o cümlədən mən  belə təkliflərlə çıxış edirəm ki, dövrün çağrıları proseslər üçün  məsuliyyətin bölüşdürülməsini və bu da hakimiyyətin bölüşdürülməsini tələb edir. Bu, olmasa, vəziyyətdən normal çıxış yolu mümkün deyil. Bu, nə yolla baş verə bilər? Növbədənkənar seçkilərdən danışırlar. Mən sözün doğrusu, belə bir situasiyada normal bir seçkini mümkün hesab etmirəm. Ona görə daha çox siyasi razılaşmalardan, kompromisləri, razılıqları nəzərdə tuturam. Strateji olaraq əlbəttə ki, müəyyən bir mərhələ azad və demokratik seçkilərdən başlanacaq. Lakin buna qədər bir keçid dövrünün olacağı mümkün alternativlərdən biridir və ən optimal yoldur.

“Əslində indiki  Gömrük Komitəsinə və digər analoji funksiyalı təsisatlara gərək belə yoxdur, bu qədər şişirdilmiş bir qurumu saxlamağa da ehtiyac qalmayacaq”

Bu məsələnin də artıq dialoq kimi devalvasiyaya uğramış anlayışlarla da qarışdırmaq lazım deyil. Mənə elə gəlir ki, ölkənin birinci vəzifəlisi və  dövlətin taleyi üçün  əsas məsuliyyət daşıyan şəxs olaraq İlham Əliyev nəhayət ki,   siyasi müxalifət liderləri ilə ayrı-seçkilik etmədən bir araya toplamalıdır və bu istiqamətdə onları dinləməlidir.  Mənə elə gəlir ki, necə ki, ölkədən xaricdə olan qüvvələrlə müəyyən kompromisə getmək lazım gəlir, ölkənin siyasi müxalifəti ilə də müəyyən kompromisə getmək lazımdır. Bu da aydındır ki, hakim siyasi iradə və siyasi müxalifətin mövqeyi belə bir prosesin başlaması və davamlı şəkildə getməsi üçün kifayət etməyə bilər. Nəzərdə tutulan prosesin ictimai qarantı olaraq Azərbaycan naminə milli həmrəylik hərəkatının yaranması ideyası reallaşarsa, bu təminatı da əldə etmək olar. Bizim həmfikirlərimizlə səylərimiz buna yönəlib.

Previous Post

Pənah Hüseyndən hökumətə anti – böhran təklifləri – “…məsuliyyəti və hakimiyyəti bölək”

Next Post

Avtobus sürücüləri mükafat aldı

Bənzər yazılar

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

03 İyun 2026 - 23:18

İran Küveyt Beynəlxalq Hava Limanına zərbə endirməsi ilə bağlı iddiaları təkzib edib və bildirib ki, zədələr ABŞ-nin "Patriot" hava hücumundan...

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

03 İyun 2026 - 23:11

Slovakiyada keçirilən minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub. Elchi.az  xəbər verir ki, ilk yarımfinal oyununda Ukrayna millisi Macarıstanı...

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

03 İyun 2026 - 23:00

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumların qarşılıqlı ləğvi imkanını nəzərdən keçirir. Elchi.az  xəbər verir ki, bu barədə...

Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

03 İyun 2026 - 21:40

Qırğızıstan tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. Elchi.az Rusiya mediasına istinadən xəbər verir ki, Baş Assambleya ölkənin...

Next Post

Avtobus sürücüləri mükafat aldı

Avtobus sürücüləri mükafat aldı

Son xəbərlər

Bir ayda sərhəddə 5.6 milyon manatlıq qaçaqmal tutulub

Bir ayda sərhəddə 5.6 milyon manatlıq qaçaqmal tutulub

04 İyun 2026 - 11:42
Bakıda Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək

Bakıda Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək

04 İyun 2026 - 11:30
Tramp etiraf edir: Netanyahunun iddiaları bu sözlərlə təsdiqləndi

Tramp etiraf edir: Netanyahunun iddiaları bu sözlərlə təsdiqləndi

04 İyun 2026 - 11:27
Mülki PUA-lara nəzarət olacaq, yoxlamalar aparılacaq

Mülki PUA-lara nəzarət olacaq, yoxlamalar aparılacaq

04 İyun 2026 - 11:24
ÜST ölümcül Ebola virusu barədə xəbərdarlıq edir!

ÜST ölümcül Ebola virusu barədə xəbərdarlıq edir!

04 İyun 2026 - 11:15
Tramp: İranla razılaşma bu həftəsonu əldə edilə bilər

Tramp: İranla razılaşma bu həftəsonu əldə edilə bilər

04 İyun 2026 - 11:04
Geomaqnit qasırğası olacaq

Geomaqnit qasırğası olacaq

04 İyun 2026 - 10:58
ABŞ: İsrail və Livan atəşkəs barədə razılığa gəldilər

ABŞ: İsrail və Livan atəşkəs barədə razılığa gəldilər

04 İyun 2026 - 10:51
NASA, MAVEN kosmik gəmisinin Mars missiyası başa çatdı

NASA, MAVEN kosmik gəmisinin Mars missiyası başa çatdı

04 İyun 2026 - 10:43
İran müharibəsi Yaponiyada plastik torba böhranına səbəb oldu

İran müharibəsi Yaponiyada plastik torba böhranına səbəb oldu

04 İyun 2026 - 10:36
Humanoid robot bazarında investisiya yarışı qızışır

Humanoid robot bazarında investisiya yarışı qızışır

04 İyun 2026 - 10:29
2026 Dünya Kuboku heyətləri: Statistik təhlil: Ən yaşlı, ən gənc və ən Yaxşı liqalar

2026 Dünya Kuboku heyətləri: Statistik təhlil: Ən yaşlı, ən gənc və ən Yaxşı liqalar

04 İyun 2026 - 10:17
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda, arpa və gübrə göndəriləcək

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda, arpa və gübrə göndəriləcək

04 İyun 2026 - 10:08
İsrail Qəzzada əməliyyatların ikinci mərhələsinə başlayıb

Doktoranturaya xarici dil üzrə qəbul və fəlsəfə doktoru imtahanlarının tarixləri müəyyənləşib

04 İyun 2026 - 10:00
“Brent” nefti 7%-dən çox bahalaşdı

Azərbaycan nefti bahalaşıb

04 İyun 2026 - 09:45
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.