"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

İqtidara ikitərəfli hücum: “Bu, növbəti anti-Azərbaycan dalğasıdır”

18 Dekabr 2015 - 09:14
in SİYASƏT
FacebookVatsap

Bunu da oxuyun

Bakıda Mərakeş İrsi Günləri keçiriləcək

Azərbaycan BMT Baş Assambleyasının növbəti sessiyasında təmsil olunacaq

Ermənistan konstitusiyasını dəyişməlidir – Rəsmi Bakıdan açıq mesaj

  İqtidara ikitərəfli hücum: “Bu, növbəti anti-Azərbaycan dalğasıdır”  Qərblə münasibətlər yenidən pik həddə gərginləşdi;Azərbaycan rəsmilərinə qarşı sanksiyaları nəzərdə tutan layihəyə rəsmi Bakıdan sərt reaksiyalar gəldi: “Konqresdə vəzifəli məmurlara sanksiyalar tətbiqi layihəsinin Avropa Şurası baş katibinin ölkəmizə araşdırıcı missiya göndərməsi qərarı ilə eyni vaxta düşməsi təsadüf deyil”; Mehman Əliyev: “Sanksiyaları nəzərdə tutan layihənin meydana gəlməsi səbrin tükənməsinin göstəricisidir”

ABŞ Helsinki Komissiyasının rəhbəri, ABŞ Konqresinin nümayəndələr Palatasının üzvü Kris  Smit “Azerbaijan Democracy Act”  (“Azərbaycanda demokratiya aktı”) adlı qanun layihəsi hazırlayıb. Layihədə Azərbaycan hökumətinin yüksək vəzifəli üzvlərinə ABŞ vizası almaq qadağasının qoyulması nəzərdə tutulur. “Azərbaycanda demokratiya aktı” adlanan layihəni təqdim edərkən Smit deyib:
 
“Azərbaycan və ABŞ arasında milli təhlükəsizlik və iqtisadi sahələrdə mövcud olan mühüm bağlar Azərbaycanda insan haqlarının dəhşətli həddə pozulmasına göz yummaq üçün əsas olmamalıdır. ”Azərbaycanda demokratiya aktı”Azərbaycan hökumətinin aparıcı üzvlərinə, onlarla biznes əlaqələrindən əhəmiyyətli dərəcədə gəlir əldə edən şəxslərə, hökumətin təhlükəsizlik və ədliyyə orqanlarının nümayəndələrinə viza qadağalarının qoyulmasını nəzərdə tutmaqla yanaşı, maliyyə sanksiyalarının da nəzərdən keçirilməli olduğu haqda Konqresdəki rəyi ifadə edir. Azərbaycan hökuməti siyasi məhbusların azad edilməsi, vətəndaş cəmiyyətinə basqılara son qoyulması, azad və ədalətli seçkilərin keçirilməsi istiqamətində əsaslı irəliləyiş nümayiş etdirsə, sanksiyalar qaldırıla bilər”.
C.Smit hesab edir ki, “araşdırmaçı jurnalist Xədicə İsmayıl, vəkil İntiqam Əliyev, siyasi lider İlqar Məmmədov, ictimai fəal Anar Məmmədli kimi cəsarətli qadın və kişilər həbsdə saxlana-saxlana, onların əli hüquqi, hətta tibbi yardıma çatmadığı bir durumda Azərbaycan hökumətinin yüksək vəzifəli üzvlərinin azad şəkildə ABŞ-a gəlmələri qəbuledilməzdir”.
Qeyd edilir ki, hazırda Nümayəndələr Palatasında, eləcə də parlamentin yuxarı palatası olan Senatda Smitin üzvü olduğu respublikaçılar çoxluğa sahibdir. Bu isə onun hazırladığı layihənin müzakirəyə çıxarılacağı halda qəbul ediləcəyi ehtimalını artırır.
XİN-dən reaksiya 
 
Azərbaycan Xarici İşlər Nazirliyi dekabrın 17-də məsələyə sərt reaksiya verib. Nazirliyin mətbuat katibi Hikmət Hacıyev bildirib ki, Kris Smit tərəfindən təqdim olunan sənəd tam şəkildə anti-Azərbaycan xarakteri daşıyır və qəbuledilməzdir. Sənədin təşəbbüskarı olan konqresmen Kris Smit həmişə ermənipərəst mövqeyi ilə fərqlənib və ABŞ-dakı erməni lobbisinin təsiri altında olub: “Bu kimi qərəzli addımlar Azərbaycan ictimaiyyətində ABŞ-ın imicinə mənfi təsir göstərə bilər. Əsassız olaraq ABŞ-ın milli təhlükəsizlik və iqtisadi maraqlarının qorunması naminə bu sənədin hazırlandığı iddia olunduğu halda, sənədin müəllifləri əslində Azərbaycan və ABŞ-ın enerji təhlükəsizliyi, terrorizmə qarşı mübarizə, iqtisadiyyat və digər sahələrdə uğurlu əməkdaşlığına kölgə salmaq niyyətini güdürlər. Hər hansı xüsusi araşdırmaya və faktlara əsaslanmadan sənəd layihəsində Azərbaycanda insan hüquqlarının və mətbuat azadlığının pozulmasının iddia edilməsi, cinayət tərkibli əməllərə görə həbs olunmuş şəxslərə ”siyasi məhbus” donunun geyindirilməsi məqsədyönlü qərəzdən başqa bir şey deyil”.
ABŞ-Azərbaycan parlamentlərarası işçi qrupunun rəhbəri Səməd Seyidov isə APA-ya açıqlamasında deyib ki, ABŞ Konqresinə Azərbaycanda yüksək vəzifəli məmurlara sanksiyaların tətbiq olunması ilə bağlı layihə təqdim olunması xəbərlərinin yayılmasının Avropa Şurası baş katibinin Azərbaycana araşdırıcı missiya göndərməsi qərarı ilə eyni vaxta düşməsi təsadüf deyil:
“Bu, növbəti anti-Azərbaycan dalğasının başlanmasının işartılarıdır. Biz hesab edirik ki, ABŞ tərəfindən hansısa anti-Azərbaycan sanksiyalarının tətbiq olunması, yaxud bununla bağlı işlərin aparılması reallığı əks etdirmir. Bu cəhdlər dəfələrlə olub və əminəm ki, bundan sonra da bu qüvvələr Azərbaycana qarşı işləyəcək. Amma zaman göstərir ki, bu kimi təşəbbüslərin heç bir faktiki əhəmiyyəti olmur, ola da bilməz. Eyni zamanda bu addımlar daha çox həmin sanksiyaları tətbiq edən ölkələrin özünə təsir göstərəcək”.
 
“Ya hakimiyyət  öhdəliklərdən imtina etməli, ya da…”
“Turan” informasiya agentliyinin rəhbəri Mehman Əliyev isə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, sanksiya tətbiq edilməsinin konkret layihə şəklində ortaya çıxması çox ciddi hadisədir: “ABŞ xeyli vaxt idi Azərbaycan hakimiyyətini üzərinə götürdüyü beynəlxalq və  aralıq öhdəliklərini yerinə yetirməyə çağırırdı. Əsasən də son illərdə keçmiş ABŞ səfirləri Brayza, Morninqstar, indiki səfir Sekuta da dəfələrlə bu söhbətləri aparıblar, hakimiyyətlə görüşlərində hakimiyyətə çağırışlar ediblər. 2013-cü ilin prezident seçkiləri öncəsi hökumət yenə də vədlər vermişdi ki, seçkidən sonra ciddi islahatlar aparılacaq. Ancaq bunlar baş vermədi. Ona görə də artıq ABŞ-ın səbri tükənib və sanksiyaları nəzərdə tutan layihənin meydana gəlməsi səbrin tükənməsinin göstəricisidir, ciddi addımlar atıla bilər”.
 
M.Əliyev  hesab edir ki, ya Azərbaycan hakimiyyəti  öhdəliklərdən imtina edib beynəlxalq qurumlardan çıxmalıdır, ya da həmin öhdəlikləri yerinə yetirməlidir: “Üçüncü variant görmürəm. Real vəziyyət odur ki, Azərbaycan ciddi bir böhranla üzləşib. Bu, iqtisadi-sosial böhrandır, ictimai böhrandır, hakimiyyətdaxili böhrandır. Bütün bunlar sistemli böhranın əlamətləridir. Ona görə də ABŞ çox narahatdır ki, belə vəziyyət dərinləşdikcə Azərbaycanda sabitlik pozula bilər. Buna görə də çağırırlar ki, islahatlara gedin və böhranlı vəziyyətdən xilas olun. Əgər lazımi islahatlar həyata keçirilməsə, vəziyyət daha da çətinləşəcək”.
 
Ümid Partiyasının sədri İqbal Ağazadə isə ABŞ-dan gələn sanksiya hədəsinə belə münasibət bildirdi:“ABŞ-Azərbaycan münasibətlərinin bəyanatlardan fərqli tərəfləri də var. Bu, hər iki ölkənin hakimiyyətlərinin təmsilçiləri arasında masa arxasında gedən danışıqlardır. Danışıqlar barədə ciddi məlumatımız yoxdur. Həmişə demokratiyanı, insan haqları və seçki məsələlərini bəyanatlarda ön plana çəksələr də əsas və daha çox müzakirə olunan məsələlər məhz bağlı qapılar arxasında müzakirə olunub. Regionda baş verən hadisələr, Rusiyanın bölgədə aktivləşməsi, Yaxın Şərq regionuna daxil olması və sair çox güman ki, ABŞ-ın da bölgədə olan dövlətlərdən istək və tələblərinin miqyasını, xarakterini dəyişdirib. Azərbaycanın bu tipli məsələlərə hansı reaksiya verdiyini demək çətindir. Görünən budur ki, bu gün Azərbaycan Qərblə, xüsusilə ABŞ-la bu məsələlərdə ortaq dil tapa bilmir. Bu da yaxşı nəticə verməyəcək. Sanksiyalar, qadağalar təkcə hansısa məmurlar üçün deyil, ölkə üçün də ciddi şəkildə problemlər yarada bilər. Hakimiyyət bu məsələləri layihə Konqresə çıxarılana qədər Amerika yetkililəri ilə ciddi şəkildə müzakirə eləməlidir. Məsələ gəlib layihənin Konqresdə müzakirə və qəbul edilmə həddinə çatmamalıdır. Çünki bu həddə çatanda artıq dövlətin maraqları məsələsi önə çıxacaq. Ona görə də məsələ mütləq masa arxasında müzakirə olunmalıdır.
 
Politoloq Qabil Hüseynli isə bildirdi ki, əfv fərmanının imzalanmasının gəzlənildiyi ərəfədə Kris Smitin bu layihəsi böyük heyrət doğurur: “Özbəkistan, Türkmənistan, Qırğızıstan, elə Ermənistanın özü də demokratik inkişaf səviyyəsinə görə ölkəmizdən xeyli geridə qalır. Adlarını çəkdiyimiz ölkələrdə azad mətbuat yoxdur, amma Azərbaycanda var. Amerikanın qarnının ağrısı həbs edilən müəyyən QHT üzvləri və bir sıra şəxslərdir. ABŞ-dakı müəyyən dairələrdə onlara siyasi məhbus deyirlər. Azərbaycan hökuməti artıq bu istiqamətdə də addımlar atmağa başlayıb. Humanizm göstərilərək dövlətə xəyanətdə ittiham olunan Leyla və Arif Yunusların azad edilməsi bu yolda atılan addımlardan biridir. Məlumata görə, böyük bir əfv fərmanı hazırlanır. Bu məlumatı əfv komissiyası da, hüquq müdafiəçiləri də təsdiqləyiblər. Həmin fərmandan sonra da xeyli şəxsin əfv ediləcəyinin şahidi olacağıq. Amerika tərəfinin belə subyektiv qərarı böyük heyrət doğurur”.
Previous Post

İqtidara ikitərəfli hücum: “Bu, növbəti anti-Azərbaycan dalğasıdır”

Next Post

ABŞ-ın dollar qərarı – Bakıda süni bahalaşma başladı (FOTOLAR)

Bənzər yazılar

Bakıda Mərakeş İrsi Günləri keçiriləcək

Bakıda Mərakeş İrsi Günləri keçiriləcək

09 Sentyabr 2026 - 17:45

Sentyabrın 10-dan 14-dək Azərbaycanda Mərakeş İrsi Günləri keçiriləcək. Mərakeş Krallığının Azərbaycan Respublikasındakı Səfirliyindən Elchi.az-a verilən məlumata görə, tədbir səfirliyin "Joussour...

Azərbaycan BMT Baş Assambleyasının növbəti sessiyasında təmsil olunacaq

Azərbaycan BMT Baş Assambleyasının növbəti sessiyasında təmsil olunacaq

09 Sentyabr 2026 - 14:45

Azərbaycan BMT Baş Assambleyasının növbəti sessiyasında böyük nümayəndə heyəti ilə təmsil olunacaq. Bunu xarici işlər naziri Ceyhun Bayramov deyib. "BMT...

Ermənistan konstitusiyasını dəyişməlidir – Rəsmi Bakıdan açıq mesaj

Ermənistan konstitusiyasını dəyişməlidir – Rəsmi Bakıdan açıq mesaj

09 Sentyabr 2026 - 14:14

Azərbaycan Ermənistanla sülh prosesinin irəli aparılması istiqamətində mühüm addımlar atıb. Elchi.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov...

Nazir: Naxçıvanda dəmir yolu xətlərinin bərpasına başlanıb

Nazir: Naxçıvanda dəmir yolu xətlərinin bərpasına başlanıb

09 Sentyabr 2026 - 13:18

Artıq Naxçıvanda dəmir yolu xətlərinin bərpasına başlanılıb. Elchi.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib....

Next Post

ABŞ-ın dollar qərarı - Bakıda süni bahalaşma başladı (FOTOLAR)

ABŞ-ın dollar qərarı - Bakıda süni bahalaşma başladı (FOTOLAR)

Son xəbərlər

Dövlət qurumu adı ilə zəng edib pulları ələ keçirirlər – DİN-dən xəbərdarlıq

DİN-in yeni vəzifəsi müəyyənləşib

09 Sentyabr 2026 - 19:26
Fransa FİFA prezidentliyinə İnfantinonu dəstəkləməyəcək

Fransa FİFA prezidentliyinə İnfantinonu dəstəkləməyəcək

09 Sentyabr 2026 - 19:12
Azərbaycanla Özbəkistan arasında qərargah danışıqları keçirilib

Azərbaycanla Özbəkistan arasında qərargah danışıqları keçirilib

09 Sentyabr 2026 - 19:04
“Yaşıl Teatr” və Bakı Şəhər Bələdiyyə Teatrı Mədəniyyət Nazirliyinin tabeliyinə verilib

“Yaşıl Teatr” və Bakı Şəhər Bələdiyyə Teatrı Mədəniyyət Nazirliyinin tabeliyinə verilib

09 Sentyabr 2026 - 18:52
Bakının bu yollarında sıxlıq var – SİYAHI/YENİLƏNDİ

Bakının bu yollarında sıxlıq var – SİYAHI/YENİLƏNDİ

09 Sentyabr 2026 - 18:44
Konqoda dəhşətli statistika: Ebola epidemiyasında ölüm faizi 48%-ə çatdı

Konqoda dəhşətli statistika: Ebola epidemiyasında ölüm faizi 48%-ə çatdı

09 Sentyabr 2026 - 18:32
Azərbaycanda kök hüceyrə köçürülməsinə başlanılır – Tibb müəssisələrinin rəsmi siyahısı yeniləndi

Azərbaycanda kök hüceyrə köçürülməsinə başlanılır – Tibb müəssisələrinin rəsmi siyahısı yeniləndi

09 Sentyabr 2026 - 18:27
“Mançester Yunayted”in baş məşqçisi: “Sabah”ın necə oynadığını bilirik”

“Mançester Yunayted”in baş məşqçisi: “Sabah”ın necə oynadığını bilirik”

09 Sentyabr 2026 - 18:13
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi

FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi

09 Sentyabr 2026 - 17:59
Bakıda Mərakeş İrsi Günləri keçiriləcək

Bakıda Mərakeş İrsi Günləri keçiriləcək

09 Sentyabr 2026 - 17:45
Merz Trampla danışıqdan imtina edib

Merz Trampla danışıqdan imtina edib

09 Sentyabr 2026 - 17:38
Mərhum jurnalist Nəcəf Nəcəfovun məzarındakı barelyefi oğurlayan şəxs tutulub

Mərhum jurnalist Nəcəf Nəcəfovun məzarındakı barelyefi oğurlayan şəxs tutulub

09 Sentyabr 2026 - 17:26
The Economist: Ukraynanın “Patriot” raket ehtiyatları tükənir

The Economist: Ukraynanın “Patriot” raket ehtiyatları tükənir

09 Sentyabr 2026 - 17:19
Valideyn-dövlət-özəl əməkdaşlığı əsasında özəl bağçalara uşaqların qeydiyyatı başlayır – VİDEO

Valideyn-dövlət-özəl əməkdaşlığı əsasında özəl bağçalara uşaqların qeydiyyatı başlayır – VİDEO

09 Sentyabr 2026 - 17:10
Suraxanıda növbəti səyyar görüşlər keçirildi

Suraxanıda növbəti səyyar görüşlər keçirildi

09 Sentyabr 2026 - 16:57
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.