"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home İQTİSADİYYAT

Prezidentin iki mühüm qərarı iqtisadiyyatı böhrandan çıxaracaqmı…

27 Noyabr 2015 - 10:19
in İQTİSADİYYAT
FacebookVatsap

Prezidentin iki mühüm qərarı iqtisadiyyatı böhrandan çıxaracaqmı...

Bunu da oxuyun

Azərbaycanda magistral kəmərləri ilə bu il 30 mlrd. kubmetrə yaxın qaz nəql olunub

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

Dünya bazarlarında neftin qiyməti azalır

Vüqar Bayramov: “Dövlət daxili borclanmaya üstünlük verir və bu yolla çalışır ki, xarici borcların həcmi artmasın”

 
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev “Azərbaycan Respublikasının 2015-ci il Dövlət Büdcəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanunu imzalayıb.
Dəyişikliyə görə, 2015-ci il üzrə daxili dövlət borclanmasının yuxarı həddi (limiti) 3 dəfə artırılaraq 1,5 milyard manatdan 4,5 milyard manata qaldırılıb. Dəyişiklik 2015-ci il iyulun 15-dən tətbiq ediləcək.
Bundan başqa, prezident İlham Əliyev “Azərbaycan Mərkəzi Bankı haqqında” Qanunda da dəyişikliklər edilməsi barədə qanun imzalayıb. Yeni qanunla Mərkəzi Bankın nizamnamə kapitalı 10 milyon manatdan 500 milyon manata çatdırılıb. Sərəncama əsasən, Mərkəzi Bankın funksiyalarına ölkənin icmal (dövlət və qeyri-dövlət) xarici borc statistikasını və beynəlxalq investisiya balansını tərtib etmək, məlumatların ümumiləşdirilməsini və yayılmasını təmin etmək məsələsi də daxil edilib.
Daxili dövlət borclarının limitinin 3 dəfə atırılmasının arxasında hansı məqsədlər dayanır? Bu dəyişiklik manatın məzənnəsinin saxlanılması üçün faydalı olacaqmı?
“Yeni Müsavat”ın suallarını cavablandıran iqtisadçı alim Vüqar Bayramov bu qərarın xarici borcların həcminin azaldılmasına yönəldiyini bildirdi: “Daxili dövlət borclanmasının limitinin artırılması dövlət qurumlarının daxili mənbələrdən borclanmasını nəzərdə tutur. Nəzərə alsaq ki, Azərbaycan qanunverciliyinə əsasən dövlət borcu, xarici dövlət borcu və daxili dövlət borcu kimi iki kateqoriyada qruplaşdırılır. O cümlədən maliyyə resurslarının cəlb edilməsi üçün lazım olan mənbələrdən də biri daxili dövlət borcudur. Azərbaycanda daxili və xarici dövlət borcunun maksimum limiti məhz ölkə prezidenti tərəfindən qanunla müəyyənləşdirilir. O limitin artırılıb azaldılması isə qanuna edilən dəyişikliklə mümkündür. Azərbaycanda daxili dövlət borcu ”Dövlət borcları haqqında” Qanunla tənzimlənir. Mövcud qanunvericiliyə əsasən daxili dövlət borcu Azərbaycan Respublikası adından, Azərbaycan Respublikasının rezidentləri ilə bağlanmış müqavilələr üzrə borcdur”.
İqtisadçı alimin sözlərinə görə, qanunun məqsədi daxili və xarici borcun maksimum limitinin müəyyənləşdirilməsidir: “Daxili dövlət borcu daxili rezidentlərlə bağlanır. Bunlar həm vətəndaşlarla , həm dövlət qurumları ilə bağlanan müqavilələrdir. Daxili və xarici dövlət borcunun yuxarı hədləri milli valyuta olan manatla müəyyənləşdirilir. Burada əsas məqsəd cəlb edilə biləcək daxili və xarici borcun maksimum limitinin müəyyənləşdirilməsidir. İndiki halda maksimum məbləğ 4,5 milyard manatdırsa, bu o deməkdir ki, 2016-cı ildə daxili mənbələrdən 4,5 milyard manat borc cəlb edilə bilər.
Bu, həm rezidentlərlə bağlanmış müqavilələr əsasında cəlb edilən vəsaitlərdir, həm  daxili maliyyə bazarına dövlət  qurumları tərəfindən qiymətli kağızların buraxılması yolu ilə daxil olan vəsaitlərdir”.
 
Qanunun ölkə iqtisadiyyatına verəcəyi faydalardan danışan V.Bayramov qeyd etdi ki, praktik olaraq daxili dövlət borcunun artırılması bir tərəfdən də xarici borc limitinin tənzimlənməsinə imkan verəcək:  “Bu baxımdan demək olar ki, dövlət daxili borclanmaya üstünlük verir və bu yolla maliyyə vəsaitinə olan tələbini ödəməyə çalışır. İndiki məqamda bu qərar ölkə iqtisadiyyatı üçün mənfi nəticələrə gətirib çıxarmayacaq. Əgər daxili borclanma qiymətli kağızlar bazarında  qiymətli kağızların emissiyası formasında olacaqsa, bu bazarın aktivləşməsinə gətirib çıxaracaq. Bu baxımdan daxili borclanmanın da növlərinin müəyyənləşdirilməsinə ehtiyac var. Daha yaxşı olar ki, artırılmış limit daxilində qiymətli kağızlar bazarına müdaxilə vasitəsilə hökumət daxili borclanmaya getsin ki, bu da gələcəkdə iqtisadiyyata mənfi təsir etməsin”.
Mərkəzi Bankın nizamnamə kapitalının 50 dəfə artırılaraq 500 milyon manata çatdırılmasına gəlincə, iqtisadçı alim bildirdi ki, aprel ayında Mərkəzi Bank haqqındakı qanuna edilən dəyişiklikdən sonra bu  gözlənilən idi: “Burada əsas məqsəd AMB-nin likvidliyini yüksəltməkdən və bu quruma olan inamı artırmaqdan ibarət idi. Bu qurumun nizamnamə kapitalının artırılması vacib idi. Çünki likvidliyin artırılması Mərkəzi Banka imkan verir ki, kommersiya banklarına daha çox dəstək verə bilsin. Bu həm mərkəzləşmiş  kredit resurslarının həcmində özünü göstərəcək, eyni zamanda kommersiya banklarına birbaşa maliyyə dəstəyinin artırılmasına zəmin yaradacaq.
Mərkəzi Bankın nizamnamə kapitalının artırılması həmçinin onun daxili və xarici bazarda daha fəal iştirak etməsinə şərait yaradacaq. Eyni zamanda bu imkan verəcək ki, AMB xüsusən xarici bazarlardan daha  çox vəsaitin cəlb edilməsini həyata keçirə bilsin. Bu baxımdan nizamnamə kapitalının artırılması müsbət haldır və Mərkəzi Bank çalışmalıdır ki, nizamnamə kapitalının 50 dəfə artırılmasından istifadə etməklə daha çevik alətlərdən faydalanaraq, həm məzənnə, həm bank, həm də pul-kredit siyasətinə töhfə verə bilsin. Çünki bu artıq Mərkəzi Banka əlavə rıçaqların verilməsi deməkdir və təbii ki, ABM bu rıçaqlardan istifadə etməklə pul-kredit siyasətinə təsir etməyə çalışmalıdır.
 
Əgər Mərkəzi Bank xarici valyuta bazarlarından vəsait cəlb edə biləcəksə, bu yolla manatın məzənnəsinə də təsir göstərə bilər. Manatın məzənnnəsi daha çox ABM-in xarici valyuta ehtiyatlarından asılıdır. Mərkəzi Bank  xarici valyuta ehtiyatları ilə bazara intervensiya edir. Bu, indiki hal üçün müsbət addımdır, lakin növbəti mərhələdə bu, Mərkəzi Bankın nizamnamə kapitalının artırılmasından necə faydalanmasından asılı olacaq”.
Previous Post

Prezidentin iki mühüm qərarı iqtisadiyyatı böhrandan çıxaracaqmı…

Next Post

Türkiyənin dəstəklədiyi müxalif qruplaşma Rusiya təyyarələrinin olduğu aeroportu vurdu – Ölənlər və yaralananlar var

Bənzər yazılar

Azərbaycanda magistral kəmərləri ilə bu il 30 mlrd. kubmetrə yaxın qaz nəql olunub

Azərbaycanda magistral kəmərləri ilə bu il 30 mlrd. kubmetrə yaxın qaz nəql olunub

16 Oktyabr 2026 - 11:48

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda magistral qaz kəmərləri ilə 29 730,8 milyon kub-metr və ya əvvəlki ilin eyni dövrü ilə...

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 - 10:02

Dünya Bankı Qrupu 2026-cı maliyyə ilində Azərbaycanda təxminən 100 milyon ABŞ dolları həcmində özəl kapital səfərbər edib. Elchi.az xəbər verir ki,...

Dünya bazarlarında neftin qiyməti azalır

Dünya bazarlarında neftin qiyməti azalır

16 Oktyabr 2026 - 09:29

"ICE London" qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2026-cı ilin dekabr müqaviləsinin dəyəri 0,54% azalaraq 1...

Bu günün valyuta məzənnələri

Bu günün valyuta məzənnələri

16 Oktyabr 2026 - 09:17

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb. Elchi.az-ın məlumatına görə, oktyabrın 16-da ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat təşkil...

Next Post

Türkiyənin dəstəklədiyi müxalif qruplaşma Rusiya təyyarələrinin olduğu aeroportu vurdu - Ölənlər və yaralananlar var

Türkiyənin dəstəklədiyi müxalif qruplaşma Rusiya təyyarələrinin olduğu aeroportu vurdu - Ölənlər və yaralananlar var

Son xəbərlər

Dövlət sərhədini pozmağa cəhd göstərən əcnəbilər saxlanılıb

Dövlət sərhədini pozmağa cəhd göstərən əcnəbilər saxlanılıb

16 Oktyabr 2026 - 12:28
Mətbuat Şurasının İdarə Heyətinin yeni tərkibi formalaşdırılıb

Mətbuat Şurasının İdarə Heyətinin yeni tərkibi formalaşdırılıb

16 Oktyabr 2026 - 12:19
Mətbuat Şurasına yeni sədr seçilib

Mətbuat Şurasına yeni sədr seçilib

16 Oktyabr 2026 - 12:12
Spiker: 2003-cü ildə İlham Əliyevin Prezident seçilməsi ölkəmizin tarixində xüsusi yer tutur

Spiker: 2003-cü ildə İlham Əliyevin Prezident seçilməsi ölkəmizin tarixində xüsusi yer tutur

16 Oktyabr 2026 - 11:57
Azərbaycanda magistral kəmərləri ilə bu il 30 mlrd. kubmetrə yaxın qaz nəql olunub

Azərbaycanda magistral kəmərləri ilə bu il 30 mlrd. kubmetrə yaxın qaz nəql olunub

16 Oktyabr 2026 - 11:48
Hər bir rütbə üzrə xidmətdə olmanın son yaş həddi pensiya yaşı kimi müəyyən ediləcək

Hər bir rütbə üzrə xidmətdə olmanın son yaş həddi pensiya yaşı kimi müəyyən ediləcək

16 Oktyabr 2026 - 11:41
Din xadimləri və digər dövlətin vətəndaşlığını qəbul etmiş şəxslər dövlət qulluğu vəzifəsini tuta bilməyəcək

Din xadimləri və digər dövlətin vətəndaşlığını qəbul etmiş şəxslər dövlət qulluğu vəzifəsini tuta bilməyəcək

16 Oktyabr 2026 - 11:36
Azərbaycan əhalisinin sayı açıqlanıb

Azərbaycan əhalisinin sayı açıqlanıb

16 Oktyabr 2026 - 11:30
Milli Məclis: Azərbaycana qarşı hibrid hücumlar geniş miqyas alıb

Milli Məclis Müstəqilliyin Bərpası günü münasibətilə Prezident və Birinci vitse-prezidentə təbrik məktubu ünvanlayıb

16 Oktyabr 2026 - 11:24
Alimlər təşviş içindədir! “Qiyamət buzlağı” gözləniləndən daha sürətlə əriyir!

Alimlər təşviş içindədir! “Qiyamət buzlağı” gözləniləndən daha sürətlə əriyir!

16 Oktyabr 2026 - 11:14
Milli Məclisin iclası başlayıb

Milli Məclisin iclası başlayıb

16 Oktyabr 2026 - 11:03
Meksikada həyəcan: “Beyin yeyən amöb” aşkar edildikdən sonra 6 süni göl bağlandı

Meksikada həyəcan: “Beyin yeyən amöb” aşkar edildikdən sonra 6 süni göl bağlandı

16 Oktyabr 2026 - 10:53
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir – FOTO – YENİLƏNİB

Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir – FOTO – YENİLƏNİB

16 Oktyabr 2026 - 10:45
İlon Mask uçan Tesla-nı təqdim etdi

İlon Mask uçan Tesla-nı təqdim etdi

16 Oktyabr 2026 - 10:35
Trampın Zelenskiyə reaksiyası: Putinlə işləmək daha asandır

Trampın Zelenskiyə reaksiyası: Putinlə işləmək daha asandır

16 Oktyabr 2026 - 10:13
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.