"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home aktual-banner

Əvvəl 5, sonra 2 rayon qaytarıla bilər (VIDEO)

16 Noyabr 2015 - 10:33
in aktual-banner, Banner, MANŞET
FacebookVatsap

Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov “Hesabat” verlişinin qonağı olub. Novruz müəllim müsahibə zamanı Azərbaycan izləyicilərini düşündürən bir çox məsələlərə aydınlıq gətirib.

Bunu da oxuyun

Lavrov: Alyaskada Ukrayna üzrə danışıqlarla bağlı Rusiyanın vicdanı təmizdir

BRİKS BMT-ni əvəz edə bilər? – Rusiyadan diqqətçəkən mesaj

İrandan bizi hansı təhlükə gözləyir? – Qüdrət Həsənquliyevdən açıqlama

– Hər vaxtınız xeyir, Novruz müəllim!

– Hər vaxtınız xeyir!

– Rusiya xarici işlər naziri Sergey Lavrov İrəvana səfər etdi və ardınca mətbuatda belə bir məlumat yayıldı ki, Dağlıq Qarabağ ətrafında bir neçə rayon qaytarılacaq. Həqiqətənmi belədir?

– Ümumiyyətlə, Azərbaycanın əraziləri, rayonları qaytarılmalıdır. Buna heç bir şübhə yoxdur. Bizim də bununla bağlı mövqeyimiz dəyişmir və heç vaxt da dəyişməyəcək. Məsələ burada hansı mərhələlərdən keçmək lazım olmasındadır. Ümumiyyətlə, “Madrid prinsipləri”ndə bunların hamısı göstərilib. Azərbaycan ərazilərindən Dağlıq Qarabağ ətrafındakı 5 rayonun qaytarılması bir mərhələdə ola bilər. Sonrakı mərhələdə isə 2 rayonumuz qaytarıla bilər. Tarixi hələ müəyyən olunmamış bir vaxtı isə azərbaycanlı qaçqınların Dağlıq Qarabağa qayıtmasından sonra orada bir referendum keçirilə bilər. Danışıqların nəticələrinin nədən ibarət olduğunu biz biləndən sonra ona mövqe nümayiş etdirə bilərik.

– Bax elə bu səfərin ardınca mətbuatda belə bir məlumat yayıldı ki, Rusiya və Ermənistan hərbi hava qüvvələri öz qoşunlarını birləşdirir. Ümumiyyətlə, belə bir qərar Azərbaycan üçün hansı təhlükə yarada bilər?

– Bilirsiniz, məncə, bu fikrin bir əsası yoxdur. Bu bir qədər gülməli görünür. Çünki bir tərəfin çox böyük hərbi hava qüvvələri var, o biri tərəfin isə yoxdur. Bunları necə birəşdirib, nə yaradacaqlar? Digər tərəfdən isə Ermənistan əslində “kollektiv təhlükəsizlik” müqaviləsi çərçivəsində Rusiya ilə hərbi sayda çox sıx əməkdaşlıq edir və hər dəfə də orada üzv olmağı ilə öyünür.

– Növbəti sualım Birləşmiş Ştatlarla bağlı olacaq. Bəzi şəxslərin Azərbaycana rəsmi səfərləri olub və bir çox dövlət departament nümayəndələrinin də səfəri gözlənilir. Ümumiyyətlə, Birləşmiş Ştatlar və Azərbaycan münasibətləri hal-hazırda hansı səviyyədədir?

– Amerika Birləşmiş Ştatlarının bütün nümayəndələri qeyd edirlər ki, Azərbaycanla bu ölkə arasında əməkdaşlığın 3 mühüm tərəfi var: birincisi, hərbi texniki və təhlükəsizilik sahəsində; ikincisi enerji sahəsində; üçüncüsü isə demokratiya və insan hüquqları sahəsində. İlk iki sahədəki əməkdaşlıq yüksək səviyyədə aparılır. Ancaq müəyyən anlaşılmazlıqlar demokratiya və insan hüquqları sahəsində var. Biz isə istəyirik ki, Qərb bizə ədalətli mövqe nümayiş etdirsin. Həm üçüncü sahə ilə bağlı, həm də heç olmasa Ağ Ev nümayndələri, həm Dövlət Departamentin, Senatın və Konqressin nümayəndələri ildə bir dəfə desinlər ki, Azərbaycan ABŞ-ın enerji sahəsində çox etibarlı bir tərəfdaşıdır.

Bilirsiniz, biz Kosovada, İraqda, Əfqanıstanda bu gündə koalisiya çərçivəsində çox faydalı və vacib əməkdaşlıq edirik. Amma təəssüf olsun ki, biz bu istədiyimizi görə bilmirik. Başqa bir məsələ olan kimi tez-tez bəyanatlar verməyə çalışırlar. Amma bu sahələrlə bağlı bir şey demirlər. Buna baxmayaraq, əlaqələrimiz var və davam edir. Sadəcə olaraq, Azərbaycan öz xarici siyasət kursunu müstəqil çərçivədə aparır və bu istiqamətdə də davam edəcək.

– Türkiyədə Antalıya şəhərində G20-nin sammiti keçiriləcək və bildiyiniz kimi dünyanın əksər liderləri burada iştirak edəcək. Cənab Prezident İlham Əliyev də iştirak edəcək. İkitərəfli görüşlər gözlənilirmi? Artıq bəzi detallarla bağlı türk mətbuatında məlumatlar yayılır ki, guya, Obama başqa yerdə, İlham Əliyevlə Vladimir Putin isə bir oteldə qalacaq.

– Bizim üçün bu, əsas deyil ki, kim harada gecələyəcək? Əsas odur ki, G20 2015-in beynəlxalq aləmdə ən mühüm hadisəsidir. Bu hadisə zamanı dünyanın ən böyük 20 ölkəsi yaranan prosesləri ilə bağlı bütün istiqamətlərdə geniş fikir müzakirəsi əsasında mühüm bir fikir formalaşdırmaq üçün çalışacaqlar. Bu, Azərbaycan üçün çox mühüm bir tarixi bir hadisədir ki, o, belə bir tədbirin rəsmi qonağı olur. Azərbaycanı tədbirə Türkiyə rəsmiləri dəvət edib.

Azərbaycan prezidenti tədbirə qoşulacaq və orada ikitərəfli görüşlər də keçirəcək. G20-nin görüşləri zamanı müxtəlif mərhələlərində Azərbaycan prezidentinin görüşləri nəzərdə tutulub. Mən inanıram ki, bu görüşlər çox uğurla həyata keçiriləcək.

– Təşəkkür edirəm.

– Sağ olun.

Previous Post

Əvvəl 5, sonra 2 rayon qaytarıla bilər (VIDEO)

Next Post

Türkiyədən İrəvana böyük həmlə

Bənzər yazılar

Lavrov: Alyaskada Ukrayna üzrə danışıqlarla bağlı Rusiyanın vicdanı təmizdir

Lavrov: Alyaskada Ukrayna üzrə danışıqlarla bağlı Rusiyanın vicdanı təmizdir

07 Oktyabr 2026 - 18:16

Ukrayna üzrə danışıqlar məsələsində Rusiyanın vicdanı təmizdir, ABŞ isə Avropanın təzyiqinə tab gətirə bilməyib. Elchi.az xəbər verir ki, bunu Rusiya...

BRİKS BMT-ni əvəz edə bilər? – Rusiyadan diqqətçəkən mesaj

BRİKS BMT-ni əvəz edə bilər? – Rusiyadan diqqətçəkən mesaj

07 Oktyabr 2026 - 16:00

"BRİKS qurumları daha da dağılacağı təqdirdə Birləşmiş Millətlər Təşkilatını (BMT) əvəz edə bilər". Elchi.az xəbər verir ki, bu fikirləri Sankt-Peterburq...

İrandan bizi hansı təhlükə gözləyir? – Qüdrət Həsənquliyevdən açıqlama

İrandan bizi hansı təhlükə gözləyir? – Qüdrət Həsənquliyevdən açıqlama

07 Oktyabr 2026 - 11:44

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini, Ədalət Hüquq və Demokratiya (ƏHD) Partiyasının sədri Qüdrət Həsənquliyev...

“Cəmiyyət bu tipli addımları alqışlamalıdır”

“Cəmiyyət bu tipli addımları alqışlamalıdır”

06 Oktyabr 2026 - 17:16

Qüdrət Həsənquıliyev: “Bu tipli korrupsiya cinayətləri varsa, insanlar anlamalıdır bu onların həyatını çətinləşdirir” Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə...

Next Post

Türkiyədən İrəvana böyük həmlə

Türkiyədən İrəvana böyük həmlə

Son xəbərlər

İran səfiri etirazlarla bağlı dezinformasiyaya görə Fransa XİN-ə çağırılıb

İran səfiri etirazlarla bağlı dezinformasiyaya görə Fransa XİN-ə çağırılıb

07 Oktyabr 2026 - 21:30
Hörmüz boğazında tankerlərə hücumların sayı rekord həddə çatıb

Hörmüz boğazında tankerlərə hücumların sayı rekord həddə çatıb

07 Oktyabr 2026 - 21:26
AK Parti sözçüsü: Türkiyə və Azərbaycanın arasına girməyə çalışan ölkələr var

AK Parti sözçüsü: Türkiyə və Azərbaycanın arasına girməyə çalışan ölkələr var

07 Oktyabr 2026 - 20:22
Böyük Britaniya kral ailəsinin həkimi evində ölü tapılıb

Böyük Britaniya kral ailəsinin həkimi evində ölü tapılıb

07 Oktyabr 2026 - 20:18
“Yandex” axtarış sisteminin Azərbaycandakı payı 8 dəfə azalıb

“Yandex” axtarış sisteminin Azərbaycandakı payı 8 dəfə azalıb

07 Oktyabr 2026 - 20:12
DÇ: Azərbaycan cüdoçusu Zelim Tçkayev finalda məğlub olub

DÇ: Azərbaycan cüdoçusu Zelim Tçkayev finalda məğlub olub

07 Oktyabr 2026 - 19:28
AQTA “Piano Hall” şadlıq evində nöqsanlar aşkarladı

AQTA “Piano Hall” şadlıq evində nöqsanlar aşkarladı

07 Oktyabr 2026 - 19:20
Ceyhun Bayramov Türkmənistanda Orta Dəhlizin artan rolundan danışdı

Ceyhun Bayramov Türkmənistanda Orta Dəhlizin artan rolundan danışdı

07 Oktyabr 2026 - 19:12
Azərbaycan cüdoçusu Ömər Rəcəbli dünya üçüncüsü olub

Azərbaycan cüdoçusu Ömər Rəcəbli dünya üçüncüsü olub

07 Oktyabr 2026 - 18:56
Azərbaycanın C6-nın möhkəmlənməsinə fəal töhfə verməyə hazır olduğu bir daha təsdiqlənib – FOTO

Azərbaycanın C6-nın möhkəmlənməsinə fəal töhfə verməyə hazır olduğu bir daha təsdiqlənib – FOTO

07 Oktyabr 2026 - 18:47
BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

07 Oktyabr 2026 - 18:33
Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib

Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib

07 Oktyabr 2026 - 18:25
Lavrov: Alyaskada Ukrayna üzrə danışıqlarla bağlı Rusiyanın vicdanı təmizdir

Lavrov: Alyaskada Ukrayna üzrə danışıqlarla bağlı Rusiyanın vicdanı təmizdir

07 Oktyabr 2026 - 18:16
Naxçıvan üzrə oktyabrın pensiya ödənişləri yekunlaşdırılıb

Naxçıvan üzrə oktyabrın pensiya ödənişləri yekunlaşdırılıb

07 Oktyabr 2026 - 17:59
Fransanı şərab böhranı gözləyir

Fransanı şərab böhranı gözləyir

07 Oktyabr 2026 - 17:46
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.