"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

“O, insanları gələcək əclaflıqlarına görə söyürdü” – MÜSAHİBƏ

16 Oktyabr 2015 - 17:01
in XƏBƏR LENTİ
FacebookVatsap

Teleqraf.com-un “Portret” layihəsində şair Aqşin Yenisey mərhum jurnalist Elçin Səlcuq haqqında danışır:
– Aqşin, Elçin Səlcuqu ilk dəfə necə gördün, sizi kim, harda və hansı şəraitdə tanış elədi?
– Səhv etmirəmsə, 2001-ci il idi, “Azadlıq” qəzetində şeirlərim çıxmışdı. O vaxt qəzetin redaksiyası Xalq Cəbhəsi partiyasının Xəqani-33-dəki qərərgahında yerləşirdi. Gəzə-gəzə axşamüstü gedib oradakı məşhur çayxanaya çıxmışdıq, Zamin Hacı, Murad Köhnəqala və balacaboy bir kişi oturub çay içirdilər. Muradı o vaxt yeni tanıyırdım. Məni Zamin Hacı və Elçinlə tanış elədi. Heç on dəqiqə keçməmişdi ki, Elçin artıq məni çayxananın ortasındakı hovuzun yanına dalaşmağa çağırdı. Yəni kişisənsə, dur gəl ortada dalaşaq, kim döysə o haqlıdır. Ondan eşitdiyim ilk söz bu olub: “Ə, qurumpet, ya skazal!”.
– Niyə dalaşmaq istəyirdi ki? Söhbətiniz nə üstündə çəp gəlmişdi? 
– Murad bizi tanış eləyəndə Elçinin məşhur jurnalist olduğunu söylədi. Mən də dilucu etiraf etdim ki, oxumamışam. “Oxumamışam” deyən kimi Elçin qabağımdakı armudu stəkanı götürüb qırağa qoydu və bağırdı ki, oxumamısansa bizim çayı içmə. Sonra lap əsəbiləşdi. Çaxır tuluğuna oxşayan çantasından bir qəzet çıxarıb öz yazısını göstərdi və əmr etdi ki, on dəqiqə vaxtın var, get bir qıraqda bu yazını əzbərlə, gəl danış. Hətta çayxanada laqqırtı vuranların üstünə bağırdı ki, sakitliyi təmin edin. Sözsüz ki, ömrümdə birinci dəfə gördüyüm adamın belə ötkəmliyi xoş olmadı. Dava da buna görə düşdü.
– Bildiyimə görə, Elçin Səlcuqun belə işləri çox olub. Ancaq nədənsə, hamı onu çox istəyirdi. Səncə, onu sevimli bir insana çevirən nə idi, hansı özəl cəhətləri vardı?
– Elçin kimi adamları hamı çox istəyə bilməz, yalan söhbətdir. Çoxu onu yola verirdi. Heç o da hamını çox istəmirdi. Elçinin ilk baxışda üzünün, paltarının energetikasından adam tanımaq istedadı var idi. Əvvəllər mənə elə gəlirdi ki, onu adamlarla konfliktə çəkən içkinin üzə çıxardığı aqressiyadır. Amma sonralar gördüm ki, Elçin insanları qabaqcadan tanıyaraq, onları gələcək əclaflıqlarına görə cəzalandırır, söyür, acılayır. Onun söydüyü elə bir adam tanımıram ki, sonradan bu söyüşə layiq olmaq üçün cəmiyyətdə əlindən gələni eləməsin. Ölümünə yaxın demək olar ki, bütün dostları ondan üz çevirdilər, həm də ən yaxınları.
– Sənin Elçinlə münasibətin dostluq səviyyəsində idimi? Onun xətrinə dəydiyin və sonra peşman olduğun məqamlar olubmu? Yoxsa həmişə incidən Elçin tərəf olurdu? 
– Bizi tanıyanlar bilir ki, onu ən çox aldadan adam mən idim dostlar arasında. Qoy birini danışım. Bir dəfə kəndə gedəndə pulum az idi, Elçinə dedim ki, bir az pul ver kənddən gələndə sənə ovçulardan çöl ördəyi alım gətirim. Pulu aldım, gələndə isə ona öz həyətimizdən üç-dörd kənd toyuğunun qanad-quyruğunu kəsib gətirdim. Toyuqları çöl ördəyi adıyla ona verəndə şübhələndi, ora-buralarına baxıb soruşdu ki, bəs qırmalar bu quşların harasına dəyib, bədənlərində güllə yeri yoxdu axı. And içdim ki, özüm güllə başına dəyən ördəkləri seçdim ki, yeyəndə qırma dişlərini sındırmasın.  Sonra uşaqlardan öyrənəndə ki, ona çöl ördəyi adına həyət toyuğu soxuşdurmuşam, bir ay məni itirib axtarmadı. Çox olub belə hadisələr. Amma sözün əsl mənasında mənim Bakıda tanıdığım ən yaxın dostum idi.
– Görəsən, sizi bir-birinizlə dost eləyən nə idi? Hansı xüsusiyyətlər vardı ki, onu ancaq Elçində tapmaq olardı, başqa heç kəs o cür deyildi. 
– Çox maraqlıdır ki, heç nə. Onun və mənim olan şərik heç nəyimiz yox idi. Görünür, bu “heç nə” bizi bütün ənənəvi dostluq məsuliyyətlərindən azad edirdi.
Hərdən mənə elə gəlirdi ki, o, bizə də bizimlə yeyib-içməyə yox, öz dalınca gəlirdi.
– Bu gün Elçin həyatda yoxdur. Ancaq sənin kimi yaxın dostları onun haqqında çoxlu xatirələr danışır və yaşadır. Bəs bir gün dostlar da həyatda olmayanda Elçin Səlcuqu nə yaşadacaq, hansı yazısı, hansı əsəri onu unudulmağa qoymayacaq?  
– Onu deyim ki, heç Elçin özü də yazılarında iddialı deyildi. Elə adamlar ki, tale onları başqalarının mətnində yaşamaq üçün gətirib çıxarır ədəbiyyata. Onlar elə bil, öz həyatlarını yazıçı olmaq üçün yox, qəhrəman olmaq üçün fəda edirlər. Mən Elçini xatırlayanda Yadıma Hessenin Knulpu, Kamyunun Mersosu və onlarla bu cür əsər qəhrəmanı düşür. Bu cür insanlar olmasa, ədəbiyyat, yazıçılar əliyalın qalar oxucu qarşısında.
– Bayaq dedin ki, tale Elçin Səlcuqu başqalarının mətnində yaşamaq üçün gətirib çıxarıb ədəbiyyata. Bəs sən özün hansısa bir əsərində Elçini obrazını yaratmağı düşünürsənmi? 
– Mənim gələcəkdə yazacağım əsərlərdən birinin qəhrəmanı mütləq Elçinin prototipi olacaq. Sadəcə, o, obrazı yaratmaq üçün Elçinin həyatının heç olmasa, kalkasını yaşamaq lazımdır. Yəni mən hələ özümü onun həyatına layiq yazıçı bilmirəm. Onun ölüsü də  bir ədəbi obraz kimi mənim diriliyimdən qat-qat güclü və canlıdır.
– Maraqlıdı, belə yaxın dost olmusunuz, bəs nə əcəb bu günə kimi onun haqqında ayrıca bir məqalə yazmamısan. 
– Məqalə yox, bayaq dediyim kimi, onun prototipini bir əsərdə yaratmaq istəyirəm. Xeyli qeydlərim, əhvalatlarım var. O, elə adam idi ki, adam onu bir görəndə sevinirdi, bir də ondan ayrılanda.
– Ona şeir də həsr eləməmisən? 
– Bir neçə şeir yazmışam. O, öləndən sonra mesaj kimi bənd-bənd yazıb Şahbaz Xuduoğluna göndərdiyim “Axşamçağı” şerini onun dilindən yazmışam. Amma içkili olduğum üçün belə bir şeir yazdığımı xatırlamırdım, ta Şahbaz bəy o şeri öz telefonundan köçürüb Elçinin xatirə jurnalında çap edənə qədər.
– Elçinlə son görüşünüz yəqin ki, yadındadır. Nə danışırdı? 
– Ölümündən bir həftə əvvəl bizə gəlmişdi. Xəstəxanadan təzə çıxsa da, içirdi. Çox aydın şəkildə dedi ki, daha yaşamaq üçün heç bir əsası qalmayıb. Təsəlli verməyin mənasız olduğunu görüb, gücüm yalnız ona çatdı ki, mədəmin ağrıdığını bəhanə edib onunla içməkdən imtina etdim, dərman almaq adıyla evdən çıxdım. Bilirdim ki, tək qalıb darıxacaq, çıxıb harasa gedəcək. Axşam qayıdanda gördüm ki, evdə nə qədər kartof, soğan, yağ, qənd var, hamısını yığıb aparıb.
– Hara getmişdi ki?
– Gecənin bir aləmi başqa nömrədən zəng etdi ki, Şaiq Vəligildəyəm. Sonra öyrəndim ki, bizdə tək içəndə Şaiq Vəli zəng edib ki, pulum yoxdu, evdə də hər şey qurtarıb. Elçində o cür ağır vəziyyətdə, özü də içkili süfrədəki, soyuducudakı, səbətdəki nə varsa yığıb Sumqayıta, onlara aparıb. Gücü son tikəsinə çatıb. Heç üç gün keçmədi ki, Səlcuqdan ölüm xəbərini aldım.
– O, bir dəfə yaxşı müalicə almışdı, xeyri də olmuşdu. Təzədən içməsəydi, yaşayacaqdı. Görəsən, o, niyə içirdi, dərdi nə idi?
– Belə bir həyatı olan adam, səncə, qolf oynaya bilərdi?
– Tez-tez deyirlər ki, Elçin mərd adam idi. Yaxından tanıdığın bir insan kimi deyə bilərsənmi onun mərdliyi nədə idi və bu mərdlik hansı məqamlarda üzə çıxırdı? 
– Mən inanmıram ki, Elçin nə vaxtsa kiməsə nəyisə məhz mərd adam olduğu üçün etmiş olsun. O, sadəcə, öz inandığı həqiqətin tərəfində ölümə gedəcək qədər səmimi idi.
– Elçin Səlcuqun həqiqəti nə idi?
– Deyim ki, onun həqiqəti heç də həmişə düz-əməlli bir şey olmurdu. Məsələn, o bir dəfə yanında bərkdən siqnal verib onu qorxutduğu üçün avtobus sürücüsü ilə yolun ortasında əlbəyaxa oldu. Yəni onun üçün inandığı həqiqətin balacası-böyüyü yox idi.
– Yəqin, sən bilərsən, Elçinin ürəyində qalan hansısa bir arzusu vardımı? Yoxsa arzularla yaşayan adam deyildi. 
– O öləndə mən çox fikirləşdim ki, görəsən, onun hansı arzusu ürəyində qaldı. Ha fikirləşdim, belə bir arzu ağlıma gəlmədi. Mənə elə gəlir ki, onun uğrunda yaşadığı şeylər özündən qabaq ölmüşdü həyatda.
– Aqşin, bəs olub-keçənləri xatırlamaqla aran necədi? Elçini yada salan şeylər nələrdi? 
– Mən hər gün Elçinin lazım olduğu yerləri görürəm cəmiyyətdə. Və gəldiyim nəticə budur ki, Elçin kimi adamlar nə Azərbaycan ədəbiyyatının, nə Azərbaycan jurnalistikasının, nə də Azərbaycan ailəsinin itkisidir. Elçin Azərbaycanın azadlığının itkisidir.
 Kəramət Böyükçöl 

Bunu da oxuyun

“MS Now”: Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib

SEPAH: Hörmüzdən icazəsiz keçən neft tankerində yanğın baş verib

Böyük Britaniyanın səfiri İran XİN-ə çağırılıb

– See more at: http://teleqraf.com/news/73046#sthash.rIEyXRWD.dpuf

Previous Post

“O, insanları gələcək əclaflıqlarına görə söyürdü” – MÜSAHİBƏ

Next Post

BAXCP sədri görüşlərə başladı

Bənzər yazılar

“MS Now”: Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib

“MS Now”: Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib

13 Oktyabr 2026 - 23:56

Ağ Evdə ABŞ Prezidentinin yeni mətbuat katibi Keti Zakariyanın ilk brifinqindən narazı qalıblar və onun tezliklə işdən çıxarıla biləcəyini mümkün...

SEPAH: Hörmüzdən icazəsiz keçən neft tankerində yanğın baş verib

SEPAH: Hörmüzdən icazəsiz keçən neft tankerində yanğın baş verib

13 Oktyabr 2026 - 23:19

İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri (HDQ) Hörmüz boğazının şərqində qaydaları (Tehranın elan etdiyi qaydalar-red.) pozan bir...

Böyük Britaniyanın səfiri İran XİN-ə çağırılıb

Böyük Britaniyanın səfiri İran XİN-ə çağırılıb

13 Oktyabr 2026 - 22:55

Böyük Britaniyanın İrandakı səfiri Hüqo Şorter Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Elchi.az  IRIB-yə istinadən xəbər verir ki, buna səbəb "RAF...

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

13 Oktyabr 2026 - 21:31

Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit Bakı Dövlət Universitetinin (BDU) tələbələri ilə görüşüb. Bu barədə Elchi.az - a BDU-nun...

Next Post

BAXCP sədri görüşlərə başladı

BAXCP sədri görüşlərə başladı

Son xəbərlər

“MS Now”: Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib

“MS Now”: Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib

13 Oktyabr 2026 - 23:56
SEPAH: Hörmüzdən icazəsiz keçən neft tankerində yanğın baş verib

SEPAH: Hörmüzdən icazəsiz keçən neft tankerində yanğın baş verib

13 Oktyabr 2026 - 23:19
Böyük Britaniyanın səfiri İran XİN-ə çağırılıb

Böyük Britaniyanın səfiri İran XİN-ə çağırılıb

13 Oktyabr 2026 - 22:55
Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

13 Oktyabr 2026 - 21:31
Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

13 Oktyabr 2026 - 21:29
“Gəncə” FIBA Avropa Kubokundakı ilk ev oyununda uduzub

“Gəncə” FIBA Avropa Kubokundakı ilk ev oyununda uduzub

13 Oktyabr 2026 - 21:26
Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını bölüşməyi dayandırmayıb

Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını bölüşməyi dayandırmayıb

13 Oktyabr 2026 - 21:24
KİV: Polşa Starlink stansiyasına hücumun arxasında Rusiyanın dayandığını iddia edir

KİV: Polşa Starlink stansiyasına hücumun arxasında Rusiyanın dayandığını iddia edir

13 Oktyabr 2026 - 19:23
Venesuela xarici işlər naziri Uruqvayı daxili işlərinə müdaxilə etməkdə günahlandırdı

Venesuela xarici işlər naziri Uruqvayı daxili işlərinə müdaxilə etməkdə günahlandırdı

13 Oktyabr 2026 - 19:12
Niderlandın xarici işlər naziri Azərbaycana səfər edəcək

Niderlandın xarici işlər naziri Azərbaycana səfər edəcək

13 Oktyabr 2026 - 18:53
Azərbaycan HDQ komandanı İtaliyaya səfər edib

Azərbaycan HDQ komandanı İtaliyaya səfər edib

13 Oktyabr 2026 - 18:45
Özbəkistan Prezidenti AQEM sammitində iştirak etmək üçün Bakıya gələcək

Özbəkistan Prezidenti AQEM sammitində iştirak etmək üçün Bakıya gələcək

13 Oktyabr 2026 - 18:34
Yaponiya silah ixracı üzrə vahid struktur yaradacaq

Yaponiya silah ixracı üzrə vahid struktur yaradacaq

13 Oktyabr 2026 - 18:31
Prezidentin sosial şəbəkə hesablarında Laos Prezidentinin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb

Prezidentin sosial şəbəkə hesablarında Laos Prezidentinin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb

13 Oktyabr 2026 - 18:25
Azərbaycan Laos münasibətləri yeni mərhələdə

Azərbaycan Laos münasibətləri yeni mərhələdə

13 Oktyabr 2026 - 18:24
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.