"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

“Məni bir otağa salıb bağladılar…” – İŞİD-ə qoşulan azərbaycanlı

07 Oktyabr 2015 - 10:04
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

“Məni bir otağa salıb bağladılar…”  - İŞİD-ə qoşulan azərbaycanlı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “İŞİD”in tərkibində döyüşməkdə təqsirləndirilən Bəkirov Telman və Tahirov Mübarizin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
“Qafqazinfo”nun prosesdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə ilkin baxış iclası olub.
Dövlət ittihamçısı ittiham aktını elan edib. Təqsirləndirilən şəxslər özlərini təqsirli bilməyiblər.
Təqsirləndirilən Telman Bəkirov etiraz edib, o məhkəməyə ifadəsində ittiham aktını əsassız hesab etdiyi deyib: “Mən Mübarizi ikinci dəfədir görürəm. Ittiham mənim Iraqda olmağıma görə yox, əqidəmə görədi. Mən heç vaxt Suriyada olmamışam. Türkiyədə işləyib yaşamışam, kirayə ev tutmuşam. Ismayıllıda saqqal saxladığıma görə tutuldum. Mən Türkiyədə 1 ay 8 gün qaldım, orada olanda neçə dəfə Ankaradakı konsulluğumuza, polis idarələrinə meraciət etdim. Burda da mən istintaqda ifadə verməmişəm, dindirilmə zamanı da kağız üstündə müdafiəçim olub. Ittiham aktı ilə istintaq bitdikdən sonra tanış olmuşam, onda da etiraz etmişəm.
Mən 2011-ci ildən sünni namazı qılmağa başlamışam. Ailə qurduqdan sonra Bakıya gəlib Müsfiqabadda yaşamışam. Orada məsciddə Cümə namazı qılıb getmişəm. Həmin məsciddə heç kimi tanımamışam. Istintaqda adıçəkilən Samir Qafarovu da tanımıram. Mən şəxsiyyət vəsiqəmi itirdiyim üçün polisə xə müraciət etmişəm”.
T.Bəkirovun ibtidai istintaqa verdiyi ifadəsi elan olunub. O ifadəsində bildirib ki, 2013-cü ildə Müşfiqabadda məsciddə Samir adlı şəxslə tanış olub: “Samir mənə “IŞID”ə qoşulacağını dedi, mən də qoşulmaq istədiyimi bildirdim. Mənə kömək edəcəyini dedi və Türkiyədə olan Zəkəriyyə adlı şəxsin telefon nömrəsini verdi. Sonra Cavid adlı şəxs mənə zəng edib Suriyaya gələcəyimdən xəbərdar olduğunu dedi və bir nəfərlə görüşüb ona çatacaq pulu almağımı istədi. “Neftçilər” metrostansiyasının yaxınlığında tanımadığım adamla görüşüb 400 dollar aldım. Sonra Türkiyəyə getdim, orada Zəkəriyyə məni gizli yolla Suriyaya keçirtdi, sənədlərimi də alıb özündə saxladı. Suriyada qaldığım hərbi düşərgədə məndən başqa 10 nəfər azərbaycanlı vardı. Abu Amur adlı şəxs bizi “Abdulhəmib camaatı”na təhvil verdi. Mübariz Tahirovla da həmin düşərgədə tanış oldum. Dörd gün təlimlərə qatıldıq, orada mənə “Kalaşnikov”dan istifadə etməyi öyrətdilər. Silahı söküb təmizləməklə məşğul idim. Sonra məndən şübhələnməyə başladılar, bir dəfə “IŞID”çilər başıma silah dayayıb öldürəcəklərini dedilər. Bir müddət sonra bütün bunları görüb oradan qaçdım. Türkiyəyə gəlib kömək istədim, sonra da Gürcüstan vasitəsilə Azərbaycana gəldim”.
Telman Bəkirov səsləndirilən ifadənin ona məxsus olmadığını deyib: “Səhifə 11-də yazılıb ki, “IŞID” mənə icazə vərəqi verib, səhifə 7-də isə “IŞID”çilərin başıma silah dayayıb icazə vərəqi vermədiyi yazılıb. Mən burada “svarşik” işləmişəm, Türkiyədə isə qapı-pəncərə sexində işlədim. Məni ora Hasan adlı tanışım dəvət etdi, onunla internetdə tanış olmuşdum. Mən istintaq zamanı yazılan ifadəmə etiraz etmək istəyəndə başımdan şillə ilə vurub qoymurdular. Kimə şikayət edə bilərdim ki? Bir dəfə Qızıl Xaçdan gəlib dedilər ki, qol çəkməsən sənə heç nə edə bilməzlər. Ondan sonra qol çəkmədim. Əvvəldən bilmirdim, ona görə imzalamışdım”.
T.Bəkirov ailəli olub, 3 yaş və 1 yaş 3 aylıq iki övladı var. Ailəsini də özü ilə Suriyaya aparıb.
Bundan sonra digər təqsirləndirilən Mübariz Tahirov ifadə verib. O bildirib ki, dinin təsiri altında Suriyaya getmək istəyib: ” Mən məhləmizdə Şirzadın işlətdiyi internet kafeyə gedirdim, orada nəzarətdə olan yer idi. Tez-tez saqqallı adamlar gəlirdi. Mənə də orada uşaqlar Suriyaya aid videolar göstərirdi, dini söhbətlər edirdilər. Mən də ondan təsirlənib Suriyaya getmək istədim. Türkiyəyə getdim, orada bəzi şeylər gördüm. Bildim ki, burada dinə aid şeylər yoxdu, ordan geri qayıtdım. Suriya sərhədini keçməmişəm. Məni ora Mahmud Rəsulov aparmışdı. Orada mən geri qayıtmaq istədiyimi dedikdə məni bir otağa salıb bağladılar. Vəhabilər idi, dedilər getsən polisə deyəcəyik səni tutacaq. Sonra Mahmud da çıxıb getdi, mən orada tək qaldım”.
Mübariz Tahirov deyib ki, istintaqa verdiyi ifadəni oxumayıb: “Mən oxuma-yazma bilmirəm. Heç vaxt da məktəbə getməmişəm. Anamla yaşamışam, o da xəstə olub. Imkanımız olmayıb məktəbə getməyə. 13 yaşımdan işləmişəm. Türmədə olanda kamera yoldaşıma yazılanları oxutdum, dəhşətə gəldim. Mən elə şeylər deməmişəm”.
M.Tahirov Türkiyədə sünni namazı qılmağı öyrəndiyini, Bakıya gəldikdən sonra isə buraxdığını deyib.
Telman Bəkirovun dayısı Tahir Hüseynov şahid qismində dindirilib. Bildirib ki, bacısı Gülnaz ona zəng edərək oğlunun Suriyaya getdiyini deyib.
Məhkəmənin növbəti iclası oktyabrın 13-nə təyin edilib.
Qeyd edək ki, Milli Təhlükəsizlik Nazirliyinin bu ilin aprel ayında ə keçirdiyi əməliyyatla saxlanılan 1988-ci il təvəllüdlü Bəkirov Telman Əvəz oğlu və 1990-cı il təvəllüdlü Tahirov Mübariz Əmən oğlu 2014-2015-ci illər ərzində müxtəlif vaxtlarda Suriya Ərəb Respublikasının və İraq Respublikasının ərazisində həmin dövlətlərin, habelə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan ayrı-ayrı silahlı birləşmələrin, o cümlədən “İŞİD” terrorçu təşkilatının fəaliyyətində iştirak ediblər.
Previous Post

“Məni bir otağa salıb bağladılar…” – İŞİD-ə qoşulan azərbaycanlı

Next Post

Amerikada prezident seçkisi: Şou başlayır – TƏHLİL

Bənzər yazılar

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

03 İyun 2026 - 23:18

İran Küveyt Beynəlxalq Hava Limanına zərbə endirməsi ilə bağlı iddiaları təkzib edib və bildirib ki, zədələr ABŞ-nin "Patriot" hava hücumundan...

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

03 İyun 2026 - 23:11

Slovakiyada keçirilən minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub. Elchi.az  xəbər verir ki, ilk yarımfinal oyununda Ukrayna millisi Macarıstanı...

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

03 İyun 2026 - 23:00

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumların qarşılıqlı ləğvi imkanını nəzərdən keçirir. Elchi.az  xəbər verir ki, bu barədə...

Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

03 İyun 2026 - 21:40

Qırğızıstan tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. Elchi.az Rusiya mediasına istinadən xəbər verir ki, Baş Assambleya ölkənin...

Next Post

Amerikada prezident seçkisi: Şou başlayır - TƏHLİL

Amerikada prezident seçkisi: Şou başlayır - TƏHLİL

Son xəbərlər

“Bayer”də yeni baş məşqçi

“Bayer”də yeni baş məşqçi

04 İyun 2026 - 16:48
Bakıda TDT-yə üzv ölkələrin mərkəzi banklarının Şurasının növbəti toplantısı keçirilir

Bakıda TDT-yə üzv ölkələrin mərkəzi banklarının Şurasının növbəti toplantısı keçirilir

04 İyun 2026 - 16:40
Aİ Çin şirkətlərini hədəf alıb

Aİ Çin şirkətlərini hədəf alıb

04 İyun 2026 - 16:32
Azərbaycan millisinin Avropa Liqası üçün heyəti açıqlandı

Azərbaycan millisinin Avropa Liqası üçün heyəti açıqlandı

04 İyun 2026 - 16:24
“Şahdəniz 2” ildə 17 milyard kubmetr qaz hasil edir

“Şahdəniz 2” ildə 17 milyard kubmetr qaz hasil edir

04 İyun 2026 - 16:17
Firudin Qurbanov Belarusda bir sıra görüşlər keçirib – FOTO

Firudin Qurbanov Belarusda bir sıra görüşlər keçirib – FOTO

04 İyun 2026 - 16:10
Vilayət Eyvazov Qazaxda vətəndaş qəbulu, Ağstafada sıra baxışı keçirib – VİDEO

Vilayət Eyvazov Qazaxda vətəndaş qəbulu, Ağstafada sıra baxışı keçirib – VİDEO

04 İyun 2026 - 16:03
Ali Məhkəmə müsabiqə elan edir

Ali Məhkəmə: Qanunsuz məqsədlə verilən pul geri qaytarılmır

04 İyun 2026 - 12:27
Nazir müavini: Ət qiymətləri istehsalın artması və maya dəyərinin azalması hesabına sabitləşə bilər

Nazir müavini: Ət qiymətləri istehsalın artması və maya dəyərinin azalması hesabına sabitləşə bilər

04 İyun 2026 - 12:14
ADSEA: Xankəndidə sakinlər fasiləsiz içməli su ilə təmin olunur

ADSEA: Xankəndidə sakinlər fasiləsiz içməli su ilə təmin olunur

04 İyun 2026 - 12:06
Nazir müavini: Fermerlər üçün modul elektron rəqəmsal platforma istifadəyə veriləcək

Nazir müavini: Fermerlər üçün modul elektron rəqəmsal platforma istifadəyə veriləcək

04 İyun 2026 - 11:57
Xankəndidə yağış sularının yığılması üçün kollektor tikiləcək

Xankəndidə yağış sularının yığılması üçün kollektor tikiləcək

04 İyun 2026 - 11:50
Bir ayda sərhəddə 5.6 milyon manatlıq qaçaqmal tutulub

Bir ayda sərhəddə 5.6 milyon manatlıq qaçaqmal tutulub

04 İyun 2026 - 11:42
Bakıda Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək

Bakıda Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək

04 İyun 2026 - 11:30
Tramp etiraf edir: Netanyahunun iddiaları bu sözlərlə təsdiqləndi

Tramp etiraf edir: Netanyahunun iddiaları bu sözlərlə təsdiqləndi

04 İyun 2026 - 11:27
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.