"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home İQTİSADİYYAT

Samir Şərifov manatın ikinci devalvasiyasından danışdı

05 Oktyabr 2015 - 10:46
in İQTİSADİYYAT
FacebookVatsap

img1909312 (1)

Bunu da oxuyun

Milli Kibertəhlükəsizlik Agentliyi 2,2 milyon manatlıq tender elan etdi

ADY-də “SİMA Pay”dan istifadə edənlərin sayı 9 mini ötüb

İan Sanders: Azərbaycan ÜGT-ə fəal dəstək göstərir

Samir Şərifov ictimaiyyəti çox narahat edən suallara cavab verdi

 
 
Maliyyə naziri Samir Şərifov ANS TV-nin “Hesabat” verilişində Mir Şahinin qonağı olub. Söhbət zamanı hökumət təmsilçisi Azərbaycan ictimaiyyətini çox maraqlandıran suallara cavab verib. 
 
 
– Bizim 2016-ci il üçün büdcəmiz 2015-ci illə müqayisədə xeyli azdır, 2011-cı ilinkinə yaxındır, amma Azərbaycan vətəndaşı artıq səxavətli yaşayırşa, səxavətli güzərana öyrəşib. Və təbii ki, o, 2011-ci ildə yaşamaq istəməyəcək. Büdcəmizin bu şəkildə azalmasını sadə vətəndaş öz güzəranında hiss edəcəkmi? 
– Tamamilə düz buyursunuz ki, bizim növbəti ilin dövlət büdcəsinin layihəsində daha az gəlirlərimiz, daha az xərclərimiz nəzərdə tutulur, nəinki cari ilin dövlət büdcəsində. Cari ilin dövlət büdcəsinin gözlənilən icrasına nisbətən gələn ilin gəlirləri də, xərcləri də azaldılır. Gəlirlər təxminən 12% səviyyəsində, xərclərimiz isə təxminən 16% azalır. Yəni cari ilin dövlət büdcəsinin gözlənilən icrasına dair. Təsdiq olunmuş büdcəyə nisbətdə isə bu rəgəmlər müvafiq olaraq gəlirlər üzrə 25%, xərclər üzrə 22,9% təşkil edir.
Şübhəsiz ki, bu son 10 ildə ilk dəfə olaraq bizim növbəti ilin nəzərdə tutulan dövlət büdcəsi cari ilin dövlət büdcəsindən az həcmlərdə proqnozlaşdırılır. Lakin onu da deyim ki, xərclərin azadılması heç də bütün sosial həssas qruplara aid deyil. Yəni vətəndaşlara mənfi təsirdən danışaraq qeyd etmək istəyirəm ki, əsasən xərclərin azadılması dövlət investisiya proqramlarının bir qədər kiçildilməsi hesabına baş verəcək.
Bununla da, bütün sosial öhdəliklərimiz, bütün sosial proqramlarımız: pensiya təminatları, sosial müavinətlərin verilməsi, əmək haqları, təqaüdlər və s. əvvəlki illərdə olduğu həcmdə ödəniləcək. Bununla əlaqədar hər hansı narahatçılığa səbəb yoxdur.
– Bəs qənaət hansı sahələrə aid olacaq? 
– Biz ilk növbədə icrada olan layihələrə maliyyə ayıracağıq. Biz onlara “keçid” layihələri deyirik, yəni bu il bu layihələrin icrasına başlanılıb və növbəti və ya yaxın illərdə onların davam etdirilməsi gözlənilir. Bu layihələrə prioritetlik verilir. Digər, yeni layihələrin dövlət hesabına başlanmasına bir qədər fasilə verilir ki, bunlar bir qədər ləngiyə bilər.
Cari xərclərə də baxdıqda, biz burda müəyyən qənaət tədbirləri görmüşük. Bunlar əsasən bəzi lüzumsuz xərclərin ixtisarı, bəzi xarici ezamiyyətlərin təxirə salınması və bu kimi digər prioritet təşkil etməyən xərc istiqamətlərində müəyyən qənaət rejimi tətbiq olunub.
– Dünyada gedən iqtisadi proseslər fonunda Azərbaycan manatının yenidən devalvasiyası mümkündürmü? Belə bir ehtimal var?
– Şübhəsiz ki, bazar iqtisadiyyatında milli valyutanın mübadilə məzənnəsi bir çox faktorlardan asılıdır – ilk növbədə tədiyyə balansının vəziyyətindən. Tədiyyə balansı da ki, xarici valyuta daxilolmalarından asılıdır. Bizim əsas ixrac məhsulumuz və müvafiq olaraq valyuta daxilolmalarımızın əsas mənbəyi neftdir. Ona görə, şübhəsiz ki, bizim mübadilə məzənnəmiz neft gəlirlərindən asılı olaraq buna xeyli həssasdır. Lakin hal-hazırda biz hesab edirik ki, tədiyyə balansımızda o qədər böyük problemlər mövcud deyil və hesab edirəm ki, manatın məzənnəsində, indiki durumda, böyük risklər gözlənilmir. Lakin yenə də deyirəm, bazar iqtisadiyyatının əsas prinsipi ondan ibarətdir ki, bazarda baş verən proseslər daim nəzərdən keçirilməlidir və heç kəs heç vaxt deyə bilməz ki, hansısa valyuta sabit olaraq qalacaq.
Bu təkcə inkişaf etməkdə olan ölkələrə aid deyil, o cümlədən inkişaf etmiş ölkələrin valyutalarının mübadilə məzənnələrinə nəzər salsanız, görəcəksiniz ki, cari ildə onlar da xeyli dəyişiblər. Avropanın vahid valyutası avro ABŞ dollarına qarşı xeyli ucuzlaşıb. Hal-hazırda ABŞ dollarının üzun müddət ərzində ucuz qalması dövrü artıq bitib və artıq dolların, demək olar ki, bütün dünya valyutalarına nisbətdə bahalaşması prosesi başlanıb.
– Biz niyə devalvasiyadan çəkinirik? Bəlkə elə devalvasiya etmək lazımdır? Bu gün manat-dollar münasibətlərində baş verən proseslər bəklə də vətəndaşları sakit saxlayır, amma Azərbaycana iqtisadi cəhətdən verməli olduğu səmərəni vermir. Doğurdanmı, tutaq ki, 1 dollar bizdə 2 manat olmamalıdır? Bəlkə, buna gedək? Qazaxıstan buna qetdi və nə fəlakət oldu, nə dəhşətli bir fəsadlar. Sadəcə olaraq, bu addımı atarkən əhalinin əmanətlərinin kompensasiya olunmasını təmin etməliyik. Onda adamlar bütün pullarını gətirib banklara verər.
– Bilirsiz, prinsip etibarı ilə əksər bazar iqtisadiyyatı yolunu seçən ölkələrdə milli valyutalar müxtəlif mübadilə rejimləri üzərində qurulub: “üzən” rejim var, “fiks edilmiş” rejim var. Son zamanlar manatın məzənnəsinin ABŞ dollarının məzənnəsinə müəyyən bağlılığı var idi. Bəzi dövlətlər artıq “üzən məzənnəyə” keçiblər. Qazaxıstan bunu elan edib. Bu gün bu məsələyə cavab vermək bir az tez olar. Amma mənim fikrimcə, hal-hazırda Mərkəzi Bank bu istiqamətdə müvafiq iş aparır. Hesab edirəm ki, optimal bir variant tapılıb və tətbiq olunacaq.
Devalvasiya özü özlüyündə müəyyən bir makroiqtisadi alətdir və büdcə-fiskal siyasəti baxımından bu alət çox təsiredici bir alətdir. Amma bunun mənfi tərəfləri də var. Bunlar ilk növbədə ondan ibarət ola bilər ki, bu proseslər inflyasiya səviyyəsini artıra bilər ki, bu da əhali üçün əlverişli deyil. On görə heç bir dövlət devalvasiyanı arzu olunan makroiqtisadi tədbir kimi qəbul etmir. Adətən, bu, qaçılmaz bir tədbir olur, bizdə də belə oldu.
Bunun digər mənfi fəsadı isə dövlət tərəfindən xidmət edilən xarici borcdur. Bizim xarici borcumuz xarici valyutada ifadə olunur. Deməli, xarici borcumuza xidmət etmək üçün bizə daha çox büdcə vəsaiti tələb olunacaq və müvafiq olaraq növbəti ilin büdcə layihəsində xarici borcla əlaqədar xərclərimiz artır, bu da manatın ucuzlaşmasının bir nəticəsidir.
Digər tərəfdən, bəzi sahibkarlar xarici valyutada ölkə daxilində borc alıblarsa və ölkə daxilinə onların gəliri manatda ifadə olunursa, şübhəsiz ki, onların əlavə xərcləri əmələ gəlir və bu barədə də çox qızğın müzakirələr mətbuatda yer alıb.
Devalvasiya idxal olunan məhsulların qiymətinə mənfi təsir göstərir, on görə ki, bizim idxalımız xarici valyuta ilə ödənilir. Amma devalvasiyanın müsbət tərəfləri də var. Bizim ölkə daxilində istehsal olunan məhsullar daha ucuz əmələ gəlir, bununla əlaqədar bizim milli istehsalçılarımızın rəqabət qabiliyyəti xeyli artır. Bununla da biz daxili bazarımız qoruyuruq. Digər tərəfdən, daxili istehsal üçün ölkədə müəyyən stimullarda yaradır. Onu da qeyd edim ki, burda hökümətin vacib tədbirləri olub – ilk növbədə inhisarçılıq sahəsində. Bildiyiniz kimi, dərmanların qiymətlərinin tənzimlənməsi istiqamətində böyük tədbirlər görülür, nəzarət sistemi yaradılıb. İdxal olunan preparatların qiymətinin tənzimlənməsi həyata keçirilir.
Eyni sistem ərzaq məhsullarının qiymətinin artmasının qarşısını alır. O ki, qaldı gündəlik istifadə olunmayan idxal olunanan ərzaqlara, məsələn, spirtli içkilər və s. Düşünürəm ki, bu, elə də böyük faciə deyil. Hətta bunun sayəsində bu məhsulların idxalı ilə məşğul olanlar üçün əlavə rəqabət imkanları yaradılır.
– Samir müəllim, Beynəlxalq Bankda nə baş verirdi? Nə qədər borc var idi? Dövlətə borcun hansı hissəsi qaytarılıb və hansı hissəsi qalıb?
– Beynəlxalq Bankla bağlı qeyd etmək istərdim ki, bir qədər əvvəl ölkə prezidenti tərəfindən Beynəlxalq Bankın özəlləşdirilməsi ilə əlaqədar əlavə tədbirlər haqqında və bankda maliyyə sağlamlaşdırılması tədbirlərinin həyata keçirilməsi barədə fərman imzalanıb. Həmin fərmanda qeyd olunur ki, bankın sabiq rəhbərliyi tərəfindən bankda aparılan riskli kredit-investisiya siyasəti nəticəsində bankın cəlb etdiyi borclarla yerləşdirdiyi kreditlər arasında qeyri-tarazlıq yaranıb və bu bankın maliyyə vəziyətinə mənfi təsir göstərir. Bununla əlaqədar bankda sağlamlaşdırıcı tədbirlərin həyata keçirilməsinə zəruriyyət yaranıb və bu tədbirlərin başa çatmasından sonra bank özəlləşməyə açıq elan olunacaq.
Bu məsələlər hələ də araşdırılır və bankın rəhbərliyinə daxil olan bütün şəxslər artıq işdən kənarlaşdırılıb, bəzi inzibatçılara dair istintaq tədbirləri həyata keçirilir və onların qanuna zidd hərəkətlərinə hüquq-mühafizə orqanları tərəfindən hüquqi qiymət veriləcək.
– Siz həm də hərbçilərin evlə təminatı ilə bağlı komissiyanın rəhbərisiz. 
– Komissiya son iki il ərzində xeyli iş görüb, əsas iş ondan ibarət idi ki, 20 il Azərbaycan Hərbi Qüvvələrində qüsursuz xidmət göstərən şəxslərin mülkiyyətinə dövlət tərəfindən pulsuz mənzil verilir. Komissiyanın ilk işi müvafiq meyarlara cavab verən hərbi qulluqçuların növbə siyahısı tutmaq idi. Artıq bu siyahıya görə ev almaq üçün 1289 hərbi qulluqçu növbədə dayanıb. Bunlardan 245 nəfərə mənzillər artıq verilib. Digər 1000 nəfərdən çox hərbi qulluqulara gəldikdə isə onların ilin sonuna kimi mənzillə təmin olunması üçün 500-dən çox əlavə mənzil verilməsi nəzərdə tutulub.
Əlbəttə ki, bu dövlətin maliyyə imkanlarından asılıdır, amma ilk növbədə bu, ölkə başçısı, möhtərəm prezidentimiz cənab İlham Əliyevin hərbi qulluqçularımıza olan diqqətinin əyani bir sübutudur və dövlətin orduya olan xüsusi qayğısının bir göstəricisidir.
– Dövlət başçısının başqa bir tapşırığı da var idi, bu, ipoteka kreditinə ilin sonunadək 200 milyon manat vəsaitin ayrılması ilə bağlı idi. İlin sonuna bir o qədər də çox vaxt qalmayıb. 
– Bu sahədə müvafiq qanunverici təşəbbüs hazırlanıb, Maliyyə Nazirliyi və Mərkəzi Bank tərəfindən müvafiq təkliflər hazırlanıb, təqdim olunub. Bu təkliflər qəbul edildikdən sonra müvafiq maliyyə vəsaitinin ayrılması mümkün olacaq. Nəzərdə tutulur ki, bunun hesabına həm güzəştli əhali kateqoriyasına aid olan ailələrə ipoteka kreditlərinin verilməsində əlavə imkanlar yaradılacaq, həm də bu kateqoriyalara aid olmayan və ipoteka almaqda maraqlı olan şəxslərə də ipoteka şərtləri bir qədər asanlaşdırılacaq.
– Hətta söhbətlər var idi ki, faizlər azaldılacaq, ipoteka məbləği 3 dəfə artırılacaq… 
– 3 dəfə yəqin ki, olmaz, amma 2 dəfəyə qədər artım nəzərdən keçirilir.
– Bəs güzəştli, yəni sosial ipoteka alanların kateqoriyasının genişləndirilməsi mümkündürmü? Müəllimlərin və həkimlərin bura daxil edilməsi nəzərdə tutulurmu? 
– Cənab prezidentin tapşırığına uyğun təqdim etdiyimiz təkliflərin qəbulu, yəqin ki, heç bu güzəştli kateqoriyalı ipotekaya daxil olan şəxslərin dairəsinin genişləndirilməsinə zəruriyyət yaratmayacaq. Bu təkliflərin qəbul ediləcəyi təqdirdə çox münbit bir ipoteka şərtləri formalaşacaq və bundan geniş əhali kütləsi yararlanacaq.
– Azərbaycanın maliyyə naziri tez-tez gülümsəyir? 
– Maliyyə nazirləri adətən çox quru insanlar olurlar. Amma siz deyən kimi, biz də gülümsəyirik (gülür). Bu da o deməkdir ki, bizim iqtisadiyyatımızda işlər pis deyil.

 

Previous Post

Samir Şərifov manatın ikinci devalvasiyasından danışdı

Next Post

Telman İsmayılov haqqında iflas qərarı qəbul olunması üçün məhkəmə iddiası qaldırılıb

Bənzər yazılar

Milli Kibertəhlükəsizlik Agentliyi 2,2 milyon manatlıq tender elan etdi

Milli Kibertəhlükəsizlik Agentliyi 2,2 milyon manatlıq tender elan etdi

13 İyul 2026 - 16:27

Azərbaycanda 15 qurumun kibertəhlükəsizlik səviyyəsinin artırılması məqsədilə yeni platformanın alınması üçün 2,2 milyon manat vəsait ayrılıb. Elchi.az xəbər verir ki,...

ADY-də “SİMA Pay”dan istifadə edənlərin sayı 9 mini ötüb

ADY-də “SİMA Pay”dan istifadə edənlərin sayı 9 mini ötüb

13 İyul 2026 - 16:06

Bakı və Sumqayıt dəmiryol vağzallarında, həmçinin Koroğlu dayanacağında quraşdırılmış "SİMA Pay" üztanıma ilə ödəniş sistemindən istifadə edən sərnişinlərin sayı 9...

İan Sanders: Azərbaycan ÜGT-ə fəal dəstək göstərir

İan Sanders: Azərbaycan ÜGT-ə fəal dəstək göstərir

13 İyul 2026 - 15:28

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi (DGK) ilə Ümumdünya Gömrük Təşkilatı (ÜGT) arasında münasibətlər uzun illərdir möhkəmdir və bu gün də...

Prezident: SOCAR Özbəkistanda çox önəmli bir kəşfiyyat yatağına sərmayə qoyur və yaxın gələcəkdə bizə müjdə verəcəklər

Prezident: SOCAR Özbəkistanda çox önəmli bir kəşfiyyat yatağına sərmayə qoyur və yaxın gələcəkdə bizə müjdə verəcəklər

13 İyul 2026 - 12:07

Özbəkistan-Azərbaycan əlaqələrinin təməlində dostluq, qardaşlıq münasibətləri dayanır. Elchi.az xəbər verir ki, bunu Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda...

Next Post

Telman İsmayılov haqqında iflas qərarı qəbul olunması üçün məhkəmə iddiası qaldırılıb

Telman İsmayılov haqqında iflas qərarı qəbul olunması üçün məhkəmə iddiası qaldırılıb

Son xəbərlər

Macarıstan parlamenti Prezidentin vəzifədən kənarlaşdırılmasına səs verib

Macarıstan parlamenti Prezidentin vəzifədən kənarlaşdırılmasına səs verib

14 İyul 2026 - 00:18
BƏƏ Hörmüz boğazından yan keçmək üçün yeni liman və terminal tikəcək

BƏƏ Hörmüz boğazından yan keçmək üçün yeni liman və terminal tikəcək

14 İyul 2026 - 00:16
Venesuelada zəlzələlər nəticəsində ölənlərin sayı 4 500 nəfəri keçib

Venesuelada zəlzələlər nəticəsində ölənlərin sayı 4 500 nəfəri keçib

14 İyul 2026 - 00:14
Milli Məclislə Pan-Afrika Parlamenti arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

Milli Məclislə Pan-Afrika Parlamenti arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

13 İyul 2026 - 22:05
Zelenski: “Freyja” Avropa üzərində etibarlı qalxanın daha sürətli və ucuz yaradılmasına imkan verəcək

Zelenski: “Freyja” Avropa üzərində etibarlı qalxanın daha sürətli və ucuz yaradılmasına imkan verəcək

13 İyul 2026 - 22:01
Milli Məclislə Pan-Afrika Parlamenti arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

Milli Məclislə Pan-Afrika Parlamenti arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

13 İyul 2026 - 21:59
Slovakiya Prezidenti Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəlib

Slovakiya Prezidenti Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəlib

13 İyul 2026 - 21:57
ABŞ Kubada fəaliyyət göstərən 10 təşkilata qarşı sanksiyalar tətbiq edib

ABŞ Kubada fəaliyyət göstərən 10 təşkilata qarşı sanksiyalar tətbiq edib

13 İyul 2026 - 20:39
İşğaldan azadlığa, həqiqətin bərpasından qlobal media dialoquna uzanan tarixi proses

İşğaldan azadlığa, həqiqətin bərpasından qlobal media dialoquna uzanan tarixi proses

13 İyul 2026 - 20:38
Kəlbəcərdə azyaşlının çaya düşməsi hadisəsinin detalları məlum olub

Kəlbəcərdə azyaşlının çaya düşməsi hadisəsinin detalları məlum olub

13 İyul 2026 - 20:37
Britaniya Aİ-nin Ukraynanı maliyyələşdirmə üzrə 90 milyard avroluq proqramına qoşulub

Britaniya Aİ-nin Ukraynanı maliyyələşdirmə üzrə 90 milyard avroluq proqramına qoşulub

13 İyul 2026 - 20:35
Ərdoğan: Bölgədə sülhün qorunması üçün Trampla çalışmağa davam edəcəyik

Ərdoğan: Bölgədə sülhün qorunması üçün Trampla çalışmağa davam edəcəyik

13 İyul 2026 - 19:40
Sabah bəzi rayonlarda şimşək çaxacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

Sabah bəzi rayonlarda şimşək çaxacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

13 İyul 2026 - 19:38
Zelenski Makronu “Azadlıq” ordeni ilə təltif edib

Zelenski Makronu “Azadlıq” ordeni ilə təltif edib

13 İyul 2026 - 19:36
ABŞ İranda sualtı qayıqlar və gəmilərə xidmət göstərən obyektə zərbə endirib

ABŞ İranda sualtı qayıqlar və gəmilərə xidmət göstərən obyektə zərbə endirib

13 İyul 2026 - 19:34
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« İyn    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.