"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

​Ermənistanda “müharibə partiyası” hakimiyyətdən gedərsə, nə dəyişər? – ŞƏRH

28 İyun 2015 - 15:43
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

Artıq erməni xalqı Dağlıq Qarabağda hərbi cinayətlər törədərək Yerevanda karyera quranların rəhbərliyi altında yaşamaq istəmirİyunun 19-dan Ermənistanın paytaxtı Yerevanda və ölkənin başqa iri şəhərlərində elektirk enerjisinin bahalaşmasına qarşı etiraz aksiyaları keçirilir.

Baş verən hadisəyə müxtəlif yanaşmalar mövcuddur.

Son hadisələri ermənilərin hazırkı cinayətkar və antixalq rejiminə qarşı üsyanı kimi dəyərləndirənlər də, hakimiyyət uğrunda mübarizə kimi qiymətləndirənlər də, bunu Rusiyaya qarşı çıxmaq kimi şərh edənlər də var. Hətta ermənilərin meydanlara çıxmasını ABŞ-ın təşkil etdiyini düşünənlər və bununla bağlı kifayət qədər arqumentlər ortaya qoyanlar da az deyil.

Bir məsələ gün kimi aydındır ki, erməni xalqı artıq Serj Sarqsyanın rəhbərliyi altında yaşamaq istəmir. Amma yalnız S.Sarqsyanınmı? Məsələ ondadır ki, Ermənistanın indiki prezidentindən əvvəl də bu ölkəyə “müharibə partiyası”nın təmsilçisi – əslən Dağlıq Qarabağdan olan və əyninə hərbi forma geyinib, əlinə silah alıb Azərbaycan torpaqlarının işğalında birbaşa iştirak etmiş, minlərlə günahsız azərbaycanlını qətlə yetirmiş, insanlıq və bəşəriyyət əleyhinə ağır hərbi cinayətlər törətmiş Robert Köçəryan rəhbərlik edirdi.

Ermənilər hələ 2008-ci ildə R.Köçəryanın hakimiyyətdən gedib öz yerinə S.Sarqsyanı varis təyin edəndən sonra keçirilən prezident seçkisində buna ciddi etiraz etmişdilər, on minlərlə insan küçələrə çıxmışdı, günlərlə davam edən aksiyaları sonda qan gölündə boğdular, bir neçə nəfər öldü, yüzlərlə adam yaralandı. Amma nəticə dəyişmədi, Ermənistanda hakimiyyətə “müharibə partiyası”nın ikinci təmsilçisi – R.Köçəryanla eyni əməllərin sahibi olan Serj Sarqsyan gətirildi.

Onun prezident kürsüsünə yiyələndiyi ikinci seçkidə də məsələ çox böyümüşdü. Ancaq sonradan müxalifətlə Rusiya arasında, bəlkə də Qərb arasında da aparılan danışıqlar prezident seçkisində ikinci olmuş Rafo Ovannesyanın geri çəkilməsi ilə nəticələndi.

Bununla belə, hadisələrdən əvvəl də ölkədə hakimiyyətin istefası ilə bağlı çıxışlar səslənirdi. Ermənistan Avrasiya İqtisadi Birliyinə daxil olanda da ölkədə buna etiraz edənlər olmuşdu.

Deməli, Ermənistanda “müharibə partiyası”na, S.Sarqsyana və Azərbaycan torpağı olan Dağlıq Qarabağdan çıxmış, öz karyerasını müharibə cinayətləri, qan üzərində quranlara qarşı müqavimət göstərən hələ də var.

Onun hakimiyyətdən gedəcəyini də deyənlər az deyil. Odur ki, Ermənistanda hakimiyyət dəyişikliyi baş verəcəyi halda indiki müdafiə naziri Seyran Ohanyanın timsalında “müharibə partiyası”nın – işğal altında olan Azərbaycan torpaqlarının silah gücü ilə əldə saxlayanların yeni nümayəndəsinin iqtidara gələ bilmə ehtimalına və bunun Dağlıq Qarabağ münaqişəsinin həllinə necə təsir edəcəyinə nəzər salaq.

Ermənistanda demək olar ki, hər zaman “müharibə partiyası” hakimiyyətdə olub. Düzdür, bir ara keçmiş prezident Levon Ter-Petrosyan Dağlıq Qarabağ münaqişəsini və Azərbaycanla münasibətləri dinc yolla həll etməyə meyllənmişdi. Ancaq onu da son anda istefaya göndərdilər. Ondan sonra Ermənistanda hakimiyyətə Azərbaycanın erməni əsilli vətəndaşları, Qarabağ sakinləri Robert Köçəryan və Serj Sarqsyan gətirildi.

Ötən müddət ərzində münaqişənin həllinə vasitəçiliyi üzərilərinə götürən, beynəlxalq qurumlar, o cümlədən ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin həlli yönündə heç bir əməli iş görməyib. “Müharibə partiyası”nın təmsilçiləri sayılan Köçəryan və Sarqsyan isə münaqişənin həlli istiqamətində addım atmaq istəsələr belə edə bilməzlər. Elə son 16 ildə Ermənistanda hakimiyyətə Azərbaycan vətəndaşı olan ermənilərin gətirilməsi təsadüfi deyil. Hər kəsə məlumdur ki, Dağlıq Qarabağ münaqişəsinin həlli daha çox Rusiyadan asılıdır. Deməli, Azərbaycanın işğal altında olan ərazisində yaşayan “müharibə partiyası”ndan sayılanların Ermənistanda hakimiyyətə gətirilməsi və ya saxlanılması daha çox Moskvadan asılıdır.

Əks hadisə baş verərsə, yəni qərbyönümlü siyasətçi hakimiyyətə gələrsə, Azərbaycan torpaqları işğaldan azad edilə bilərmi?

Buna da ümid çox az, bəlkə də yox dərəcəsindədir. Səbəbləri və hədəfləri eyni olmasa da, Fələstin-İsrail münaqişəsi ilə Dağlıq Qarabağ problemi arasında müəyyən oxşarlıqlar var. Fələstin və İsrail dövlətlərinin yaranmasını o vaxt həm SSRİ, həm də ABŞ başda olmaqla Qərb dəstəkləmişdi. Münaqişənin həllinə vasitəçiliyi iki tərəf edirdi. Hesab edilirdi ki, iki qütb arasında ziddiyyət münaqişənin həllinə mane olur. İndi SSRi yoxdur, Rusiya isə bölgəyə ciddi təsir etmək gücünə malik deyil. O zaman nədən münaqişə öz həllini tapmır?!

Bu baxımdan Ermənistanda rusiyayönümlülər deyil, qərbyönümlülər hakimiyyətə gəlsə, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, işğal altında olan torpaqların geri qaytarılması baxımından elə ciddi irəliləyişin olacağını gözləmək sadəlövhlük olardı.

Çünki ehtimal edilən həmin şəraitdə də Yerevanda iqtidara gələn qüvvə Qərbin diqtəsi altında olacaq. Azərbaycanın ərazi bütövlüyünün həllində addım atmayan, İsrail-Fələstin müaqişəsini həll edə bilməyən Qərbin bölgə ilə bağlı yeni maraqları ortaya çıxacaq. Ona görə də ehtimal etmək olar ki, bu baxımdan o da münaqişənin həllini uzatmağa meyl göstərəcək. Fələstin-İsrail münaqişəsi Yaxın Şərqdə bir zamanlar SSRİ və Qərbin, indi isə yalnız ikincinin əlində bölgəyə təsir etmək üçün hansı amildirsə, Ermənistanın işğalı altında saxlanılan Azərbaycanın Dağlıq Qarabağ bölgəsi də odur.

Qeyd edək ki, bunun işartıları indi də görünür.

Çıxış yolu da yox deyil. Ermənilər əsiri olduqları iddialarından azad olarsa, o zaman bölgədə onlardan qonşulara qarşı təzyiq aləti kimi istifadə edilməkdən də qurtularlar.

Sədrəddin İsmayılov

REPORT.AZ

Previous Post

​Ermənistanda “müharibə partiyası” hakimiyyətdən gedərsə, nə dəyişər? – ŞƏRH

Next Post

Yığmamız I Avropa Oyunlarında 56 medalla ikincisi yeri tutub

Bənzər yazılar

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

03 İyun 2026 - 23:18

İran Küveyt Beynəlxalq Hava Limanına zərbə endirməsi ilə bağlı iddiaları təkzib edib və bildirib ki, zədələr ABŞ-nin "Patriot" hava hücumundan...

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

03 İyun 2026 - 23:11

Slovakiyada keçirilən minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub. Elchi.az  xəbər verir ki, ilk yarımfinal oyununda Ukrayna millisi Macarıstanı...

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

03 İyun 2026 - 23:00

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumların qarşılıqlı ləğvi imkanını nəzərdən keçirir. Elchi.az  xəbər verir ki, bu barədə...

Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

03 İyun 2026 - 21:40

Qırğızıstan tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. Elchi.az Rusiya mediasına istinadən xəbər verir ki, Baş Assambleya ölkənin...

Next Post

Yığmamız I Avropa Oyunlarında 56 medalla ikincisi yeri tutub

“Bakı -2015” Avropa Oyunları başa çatdı

Son xəbərlər

Hirkan Milli Parkında narkoplantasiya aşkarlanıb

Hirkan Milli Parkında narkoplantasiya aşkarlanıb

04 İyun 2026 - 19:18
Tatarıstanda həkimlər üçün süni intellekt köməkçisi yaradılacaq

Tatarıstanda həkimlər üçün süni intellekt köməkçisi yaradılacaq

04 İyun 2026 - 19:11
BŞTİ: Sabah bəzi məktəblərdə tədris distant olacaq – SİYAHI

BŞTİ: Sabah bəzi məktəblərdə tədris distant olacaq – SİYAHI

04 İyun 2026 - 19:02
Ceyhun Bayramov Braziliyanın yeni səfirinin etimadnaməsinin surətini qəbul edib

Ceyhun Bayramov Braziliyanın yeni səfirinin etimadnaməsinin surətini qəbul edib

04 İyun 2026 - 18:56
Leonid Kuçma İlham Əliyevi təbrik etdi

Leonid Kuçma İlham Əliyevi təbrik etdi

04 İyun 2026 - 18:47
Qətər Əmiri İlham Əliyevə təbrik məktubu ünvanladı

Qətər Əmiri İlham Əliyevə təbrik məktubu ünvanladı

04 İyun 2026 - 18:35
Voleybol millimiz Avropa Liqası öncəsi məşqdə – FOTOLAR

Voleybol millimiz Avropa Liqası öncəsi məşqdə – FOTOLAR

04 İyun 2026 - 18:23
Xorvatiyada təyyarə qəzaya uğrayıb: Həlak olanlar var

Xorvatiyada təyyarə qəzaya uğrayıb: Həlak olanlar var

04 İyun 2026 - 18:14
“Qəbələ” kapitanı ilə yolları ayırdı

“Qəbələ” kapitanı ilə yolları ayırdı

04 İyun 2026 - 18:00
“Karvan-Yevlax” legioneri ilə vidalaşdı

“Karvan-Yevlax” legioneri ilə vidalaşdı

04 İyun 2026 - 17:49
Rusiyadan yeni təklif: Azərbaycan istəsə, biz hazırıq

Rusiyadan yeni təklif: Azərbaycan istəsə, biz hazırıq

04 İyun 2026 - 17:35
İran XİN: ABŞ-la razılaşma mətninin üzərində işlər hələ də davam edir

İran XİN: ABŞ-la razılaşma mətninin üzərində işlər hələ də davam edir

04 İyun 2026 - 17:28
Ukraynada yenidən nüvə silahı iddiası: “Biz bunu edə bilərik”

Ukraynada yenidən nüvə silahı iddiası: “Biz bunu edə bilərik”

04 İyun 2026 - 17:20
Anar Əliyev BƏT-in Baş direktoru ilə görüşüb

Anar Əliyev BƏT-in Baş direktoru ilə görüşüb

04 İyun 2026 - 17:11
Ötən ay Bakı Limanında 812 min tondan çox yük aşırılıb

Ötən ay Bakı Limanında 812 min tondan çox yük aşırılıb

04 İyun 2026 - 16:56
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.