"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Eks KQB agenti: “SSRİ-də generallar belə savaşırdı…”

01 May 2015 - 10:09
in XƏBƏR LENTİ
FacebookVatsap

rr

“ABŞ-ın SSRİ-yə qəfil nüvə-raket hücumu hazırlığı planı yox idi”. “Gordon.ua” xəbər verir ki, bu sözlər hazırda Amerikada yaşayan məşhur iqtisadçı, KQB-nin keçmiş agenti Yuri Şveçin müsahibəsində yer alıb.

O, SSRİ rəhbərliyinin sadəcə marionetka olduğunu bildirib: “Niyə 1953-cü ildə Nikita Xruşşovu SSRİ Mərkəzi Komitəsinin Birinci katibi təyin etmişdilər? Axı o, Stalin dövründə əsil “çmo” idi. Amma onun arxasında ciddi adamlar dayanmışdı və marionetka kimi bu vəzifəyə təyin etmişdilər. Leonid Brejnev də SSRİ-ni müəyyən müddətlik idarə etməli idi. Bir neçə il sonra isə onun ağıllı “dəmir Şurik” – Aleksandr Şelepun əvəz etməli idi. Amma hər kəsə marionetka lazım idi və ona görə də dəyişiklik olmadı. Beləliklə, bu bir neçə il 18 illik Brejnev epoxası ilə başa çatdı. Putinlə də həmin tarix təkrarlanır. Mən Putinin prezident olmasında az rol oynamayan Boris Berezovski ilə bunu müzakirə etmişəm. Boris deyirdi ki, “Mənə bir televiziya verin və mən növbəti Rusiya prezidenti üçün kreslo hazırlayım”. Bax, Putinin necə qalxmasının cavabı buradadır. Bu gün Kremldə saray çevrilişi etmək mümkündür. Çünki Kreml elitasının biznesi Qərb sanksiyalarından əziyyət çəkir. Krım və ya Donbas onların vecinə deyil. Xalqın qiyamından qorxmaq, Moskva elitasının xroniki xəstəliyidir. SSRİ çökən zaman KQB-yə, bizim yanımıza hər gün bir məmur gəlirdi. Onlar deyirdilər ki, “uşaqlar siz bizi hakimiyyətdə saxlamalısınız, yoxsa hamımızı 1956-cı ildə Budapeştdəki kimi işıq dirəklərindən asacaqlar”.

Bunu da oxuyun

Azərbaycan qlobal proseslərin önündə

Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib

“Maarif Cığırı-Nizami 885” layihəsi çərçivəsində Nizami gecələri silsiləvi şəkildə davam etdirilir

Nüvə müharibəsi – Satana

İqtisadçı Putinin nüvə savaşını başlatmayacağını deyib: “Putin nüvə silahından istifadə etməyəcək. Mən ABŞ və SSRİ arasında soyuq müharibə dövründə olan hərbi-strateji problematika ilə professional şəkildə məşğul olmuşam. Nüvə müharibəsini başlamaq nə deməkdir? Bu, ilk zərbəni endirməklə həddən çox yerüstü raket sistemlərini məhv edib və əvəzində ona qarşı yönəldilən raketlərin qarşısını almaq deməkdir. SSRİ-nin heç bir zaman ilk nüvə zərbəsi endirmək potensialı olmayıb. Rusiyanın isə, ümumiyyətlə, yoxdur. Rusiyada döyüş başlıqlarının demək olar ki, yarısı SS-18 və ya “Satana” raketlərinin üzərində yerləşdirilib. Bunlar 60-cı illərin məhsuludur və heç bir dəqiqliyə malik deyillər. Raketlər yalnız meydana zərbə endirmək üçündür. Daha dəqiq desək, rus raketləri Nyu York, San Fransiskonu məhv edə bilər, amma ABŞ-ın raket şaxtalarını sıradan çıxara bilməz. Əvəzində isə zəmanətli cavab zərbəsi alacaqlar ki, bu da bütün Rusiyanı bürüyəcək. Putin fəxr edirdi ki, o, Qara dənizdəki ABŞ gəmilərini qorxudub. Amma nədənsə heç kim Putinə başa salmır ki, rus gəmilərinin atəş məsafəsi 250 kilometrdir, amma Amerika gəmilərindəki qanadlı raketlər 2500 kilometr məsafəni vurmaq məsafəsindədirlər. Əgər müharibə başlasa, o zaman ABŞ-ın Aralıq dənizindəki 6-cı donanması Qara dənizə girmədən rahat müharibə apara bilər”.

SSRİ-də yeraltı savaşlar

Eks-kəşfiyyatçı Moskvada güc orqanlarının ABŞ-ın adından istifadə edərək, büdcədən külli miqdarda pul götürdüyünü vurğulayıb: “Vaşinqtonla Moskvanın indiki savaşı 1970-cı illərdəki ABŞ-SSRİ münasibətlərinə bənzəyir. O zaman ABŞ-a Cimmi Karter rəhbərlik edirdi. O hər kəslə dost şəklində yaşamaq istəyirdi. SSRİ bundan istifadə etmək əvəzinə ABŞ üzərinə yürüyüb, Əfqanıstana girdi və ardınca SS-20 raketlərini Avropaya tərəf yönəltdi. 1981-ci ildə prezident olan Reyqan isə buna son qoymaq qərarı aldı. O, silahlanmaya maliyyəni artırdı. Bu zaman sovet generalları Siyasi Büronu tərpətməyə başladılar ki, amerikalılar SSRİ-yə ilk zərbəni hazırlayırlar. Əslində isə Reyqan bunu planlaşdırmırdı. 1985-ci ildə məni TASS agentliyinin müxbiri kimi Vaşinqtona göndərdilər. Tapşırıq isə ABŞ-ın SSRİ-yə qəfil nüvə-raket hücumuna hazırlığına baxmaq idi. Bu cür tapşırıqları mənim siyasi kəşfiyyat xəttindən olan bütün həmkarlarım da almışdı. Üç ay bəs etdi ki, mən bunun boş bir şey olduğunu anlayım. Həmin zaman mən rezidenturanın digər əməkdaşlarına müraciət etdim, amma onlar da mənimlə razılaşdılar. Baş Kəşfiyyat İdarəsinin analitikləri də belə hesab edirdilər. Amma hər kəs Moskvaya dostcasına Pentaqonun Moskvaya zərbə vuracağı hazırlığı raportunu göndərirdilər. Siyasi Büroda hər zaman xalçaaltı savaş gedirdi. 1970-ci illərin sonunda SSRİ Müdafiə Nazirliyinin rəhbərliyi və KQB ortaq olaraq, ABŞ-dan qəfil nüvə-raket zərbəsi təhdidi olduğunu yaratdılar. Səbəb isə Siyasi Büronun üzvlərini qorxutmaq idi. Bunların böyük hissəsini isə 80 yaşlı qocalar təşkil edirdi. Nəticədə güc orqanları büdcədən xeyli pul, ulduz, mükafatlar almağa başladılar. Sovet kəşfiyyatçılarından ABŞ-ın raket zərbəsi vurmağa hazırlaşdığı haqqında informasiya tələb edirdilər. Əgər sən bunu təsdiq etməyən raport göndərmişdinsə, o zaman Moskvaya geri qaytarılacaqdın”.

Raketlər Avropada – Moskva hədəfdədir

Şveç SSRİ-də hərbi qanadın hakimiyyətdə güclənməsinin Andropov dövründən başladığını söyləyib: “SSRİ-nin çöküşünə səbəblərdən biri də yuxarıları virtual təhdid axtarışı ilə məşğul olduğu zaman iqtisadiyyatın dağılması oldu. Nəticədə 1991-ci ildə ölkə süqut etdi. Eyni ssenarini Rusiya təkrar edir. Onu da güc orqanları parçalayır. Hər şey KQB sədri Yuri Andropov və Müdafiə naziri Dmitri Ustinovdan başlamışdı. Onların bu təşəbbüsünə Andropovun yaxın tərəfdaşı olan Vladimir Kryuçkov da (o zaman SSRİ Xarici Kəşfiyyatına rəhbərlik edirdi) dəstək verirdi. Yazova qədər olan bütün müdafiə nazirləri bu sui-qəsddə iştirak etmişdilər. 1970-ci illərin ikinci yarısında SSRİ orta mənzilli SS-20 raketlərini ixtira etmişdi. Heç bir konkret hədəf və məqsəd yox idi. Brejnevin şəxsi məsləhətçisi səfirlikdəki qapalı brifinqdə bir dəfə bunun haqqında danışdı. Brejnev harasa xaricə gedir və Siyasi Büro üzvləri onu yola salırdılar. Birdən Brejnevə Müdafiə naziri Ustinov yaxınlaşır. O deyir ki, “biz raket hazırlamışıq, amma onlar ABŞ-a çata bilmir və əvəzində Avropanı örtə bilər. Bununla bağlı pul xərcləmişik, amma hara yönəldəcəyimizi bilmirik. Bəlkə onları Qərbi Ukrayna və Belorusda yerləşdirək? Qoy elə orada qalsınlar”. Qocalmış Brejnev sadəcə “elə, Dima, elə” deməklə kifayətlənir. Bax, bu cür real şeylərdən uzaq səbəblərdən SSRİ SS-20 raketlərini Avropaya yönəltdi. ABŞ isə Moskvanı 8-10 dəqiqəyə vura biləcək “Perşinq-2” raketlərini Avropaya gətirdi. Putin bunu anlamalıdır. Əgər Qərb həmin raketləri Baltikyanı ərazilərə yerləşdirsə, o zaman Moskvanı 2-2,5 dəqiqəyə vurmaq olacaq. Bu isə bütün nüvə müharibəsinin taleyinin həll edilməsi deməkdir?”

Qeyd edək ki, Yuri Şveç 1980-ci illərdə Vaşinqtonda KQB agenti kimi çalışıb. 1990-cı illərdə o, KQB-dən öz istəyi ilə gedib. Məhz Şveç Federal Təhlükəsizlik Xidmətinin öldürülmüş zabiti Aleksandr Litvinenkonun Sergey İvanov və Putin haqqında lazımlı sənədlər toplamasına yardım etmişdi. (axar.az)

Previous Post

Eks KQB agenti: “SSRİ-də generallar belə savaşırdı…”

Next Post

“ABŞ və Səudiyyə yəmənliləri ona görə qırırlar ki…”- MÜSAHİBƏ

Bənzər yazılar

Azərbaycan qlobal proseslərin önündə

Azərbaycan qlobal proseslərin önündə

29 Oktyabr 2026 - 16:53

Prezident İlham Əliyevin liderliyi ilə Bakı beynəlxalq gündəliyin aktual məsələlərinin müzakirə olunduğu, müxtəlif dövlətləri və beynəlxalq təşkilatları bir araya gətirən...

Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib

Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib

29 Oktyabr 2026 - 13:16

Azərbaycanın beynəlxalq sanksiya siyahısına yeni dəyişikliklər edilib. Elchi.az xəbər verir ki, bu barədə Maliyyə Monitorinqi Xidmətindən məlumat verilib. Məlumata görə,...

“Maarif Cığırı-Nizami 885” layihəsi çərçivəsində Nizami gecələri silsiləvi şəkildə davam etdirilir

“Maarif Cığırı-Nizami 885” layihəsi çərçivəsində Nizami gecələri silsiləvi şəkildə davam etdirilir

28 Oktyabr 2026 - 20:44

"Cığır" MDİD İB-nin QHT-lərə Dövlət Dəstəyi Agentliyi tərəfindən elan olunan qrant müsabiqə çərçivəsində qalib olduğu "Maarif Cığırı-Nizami 885" layihəsi çərçivəsində...

“Maarif Cığırı – Nizami 885” layihəsi uğurla davam etdirilir

“Maarif Cığırı – Nizami 885” layihəsi uğurla davam etdirilir

28 Oktyabr 2026 - 20:37

"Cığır" mənəvi dəyərlərin inkişafına dəstək ictimai birliyinin QHT-lərə Dövlət Dəstəyi Agentliyinin elan etdiyi qrant müsabiqədə qalibi olduğu “Maarif Cığırı –...

Next Post

"ABŞ və Səudiyyə yəmənliləri ona görə qırırlar ki..."- MÜSAHİBƏ

"ABŞ və Səudiyyə yəmənliləri ona görə qırırlar ki..."- MÜSAHİBƏ

Son xəbərlər

Filippində Mayon vulkanı püskürüb

Filippində Mayon vulkanı püskürüb

30 Oktyabr 2026 - 11:37
Mərkəzi Banka yeni səlahiyyət verilir

Mərkəzi Banka yeni səlahiyyət verilir

30 Oktyabr 2026 - 11:25
Narkotik istifadə edən avtobus sürücüsü həbs olunub

Narkotik istifadə edən avtobus sürücüsü həbs olunub

30 Oktyabr 2026 - 11:17
Milli Məclisin iclası başlayıb

Milli Məclisin iclası başlayıb

30 Oktyabr 2026 - 11:09
Suraxanı–Hövsan dəmiryol xəttinin bərpası üçün layihələndirmə işlərinə başlanılıb

Suraxanı–Hövsan dəmiryol xəttinin bərpası üçün layihələndirmə işlərinə başlanılıb

30 Oktyabr 2026 - 10:57
Kallas: Avropalılara Ukraynaya yardımı izah etmək getdikcə çətinləşir

Kallas: Avropalılara Ukraynaya yardımı izah etmək getdikcə çətinləşir

30 Oktyabr 2026 - 10:45
Azərbaycan Premyer Liqası: Son çempion Tovuz səfərində

Azərbaycan Premyer Liqası: Son çempion Tovuz səfərində

30 Oktyabr 2026 - 10:38
Qızıl və gümüş ucuzlaşıb

Qızıl və gümüş ucuzlaşıb

30 Oktyabr 2026 - 10:31
Biləcəridə hotelin fəaliyyəti dayandırıldı

Biləcəridə hotelin fəaliyyəti dayandırıldı

30 Oktyabr 2026 - 10:24
Ədliyyə naziri Samux rayonunda vətəndaşları qəbul edəcək

Ədliyyə naziri Samux rayonunda vətəndaşları qəbul edəcək

30 Oktyabr 2026 - 10:16
“20 Yanvar” metrostansiyası və “Şamaxinka” aralığındakı dayanacaqdan daha 4 marşrut çıxarılır

“20 Yanvar” metrostansiyası və “Şamaxinka” aralığındakı dayanacaqdan daha 4 marşrut çıxarılır

30 Oktyabr 2026 - 10:08
Şahdağa qar yağıb – FAKTİKİ HAVA

Şahdağa qar yağıb – FAKTİKİ HAVA

30 Oktyabr 2026 - 10:00
Mehriban Əliyeva “Qağayı” tamaşasının təqdimatında iştirak edib

Mehriban Əliyeva “Qağayı” tamaşasının təqdimatında iştirak edib

29 Oktyabr 2026 - 23:40
“Google”un ana şirkəti bir sutka ərzində rekord həcmdə — 477 milyard dollar itirib

“Google”un ana şirkəti bir sutka ərzində rekord həcmdə — 477 milyard dollar itirib

29 Oktyabr 2026 - 22:27
İrəvan yaxınlığında qazdoldurma məntəqəsində partlayış baş verib

İrəvan yaxınlığında qazdoldurma məntəqəsində partlayış baş verib

29 Oktyabr 2026 - 22:25
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.