"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

Ziya Məmmədovun ən yaxın adamı həbs ərəfəsində

10 Aprel 2015 - 13:24
in MANŞET
FacebookVatsap

ziya_memmedovvNəqliyyat şefinin çevrəsində şok əməliyyat gözlənir; Cavid Qurbanovun dəmir yolundakı vəziyyət haqda ölkə rəhbərliyinə məruzəsindən sonra Arif Əsgərovla bağlı araşdırmalara başlandığı iddia edilir; Məmmədov-Əsgərov cütlüyü bir neçə milyardlıq investisiya pulunu, milyonlarla büdcə vəsaitini talan etməkdə suçlanır…

Bunu da oxuyun

İğtişaşlara görə Milana 500 hərbçi yönəldilib

“Müharibəni uduzmuruq, amma insanları itiririk” – Zelenski

Zelenski Tramp, Putin və Si Cinpin görüşünün gündəmini öyrənmək istəyir

Bu il fevral ayının 9-da prezident İlham Əliyev sərəncamla Cavid Qurbanovu “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə sədr təyin etdi. Buna qədər həmin vəzifəni Arif Əsgərov tuturdu.

Prezidentin digər sərəncamı ilə A.Əsgərov nəqliyyat nazirinin müavini təyin olundu. Həmin vaxt əksər ekspertlər bildirirdi ki, onu Ziya Məmmədova müavin qoymaqla həm könlünü alıblar, həm də həbsdən qurtarıblar. 
 
Düz 2 ay öncə baş tutan bu yerdəyişmə zamanı A.Əsgərovun həbsini şərtləndirən səbəblər barədə media yazdı. Amma çox dərinə gedilmədi. İndi isə üstündən 2 ay keçib və dəmir yolu təsərrüfatında ciddi problemlərin ortaya çıxdığı məlum olub. 
Haşiyə
“Yeni Müsavat” qəzeti son illər “Azərbaycan Dəmir Yolları” QSC-dəki korrupsiya faktları haqda ardıcıl araşdırma yazıları dərc edib. Həmin yazılarda bu sahədəki tükürpədən korrupsiya, yeyinti faktları detalları ilə göstərilib. Məsələn, 2012-ci ilin mart ayında (3 il bundan öncə) “Yeni Müsavat”ın iqtisadiyyat şöbəsinin hazırladığı yazıda belə bir fakt öz əksini tapmışdı. Sitat: “…2005-2011-ci illərdə Dövlət İnvestisiya Proqramı çərçivəsində ”Azərbaycan Dəmir Yolları” QSC-yə 642 milyon 159 min manat sərmayə yatırılıb”.
Həmin tarixə olan məlumata görə, xarici kredit təşkilatlarından QSC-yə ayrılan vəsait isə 2 milyard dollara yaxın olub. Son 3 ildə dəmir yoluna büdcədən milyonlarla manat vəsait yatırılıb. Xarici sərmayəni də bunun üstünə gəldikdə olduqca ciddi vəsait alınır. Bütün bunlara rəğmən, bu gün dəmir yolunda vaqon parkını ötən əsrin 60-70, ən yaxşı halda 80-ci illərində istehsalı olunmuş vaqonlar təşkil edir. Elektrovoz parkında vəziyyət daha acınacaqlıdır. “Azərbaycan Dəmir Yolları” QSC-nin parkındakı elektrovozların mütləq əksəriyyəti 1950-ci illərdə istehsal olunub və istismar müddətini artıq çoxdan başa vurub. Amma hələ də yüzlərlə sərnişinin əyləşdiyi qatarları 60-65 ilin elektrovozları çəkib aparır…
Dəmir yolu xətlərinin də vəziyyəti ürəkaçan deyil. Hər il dəmir yolunda xeyli qəzalar olur. Mediada vaxtaşırı yük qatarlarının qəzaya düşməsi haqda xəbərlər oxuyuruq. Günün birində sərnişin qatarlarının da dəhşətli qəza keçirəcəyinə kim qarantiya verə bilər? Sıradan çıxmış dəmir yolu xətləri ilə yarım əsrdən çox yaşı olan elektrovozlara qoşulmuş köhnə, istismar müddəti bitmiş vaqonların sağ-salamat mənzil başına gedib çıxması əslində möcüzə sayılmalıdır”.
*   *   *
Dəmir yolu təsərrüfatı Nəqliyyat Nazirliyinin tabeliyindədir. Bu təşkilata uzun illər Ziya Məmmədov rəhbərlik edib. 2002-ci ildə Nəqliyyat Nazirliyi təsis olunduqdan sonra Z.Məmmədov nazir təyin olundu. Arif Əsgərov isə onun boşalan köhnə vəzifəsinə gətirildi. A.Əsgərovun bu posta təyinat almasında Z.Məmmədovun müstəsna xidmətinin olduğu şübhəsizdir. Çünki onlar uzun illərin dostudurlar. Z.Məmmədov uzun illər dəmir yolu kimi yağlı tikəni, korrupsiya ocağını öz nəzarətində A.Əsgərovun vasitəsilə saxlaya bildi.
Amma iddialara görə, indi vəziyyət dəyişib. Son 2 aydır ki, nəqliyyat naziri bu yağlı tikədən məhrum edilib. Nəinki məhrum edilib, bu sahə ona ciddi problemlər yaratmaqdadır.
Bu haqda “Yeni Müsavat”ı bilgiləndirən mənbə iddia edir ki, prezident İ.Əliyev Cavid Qurbanova dəmir yolu təsərrüfatında ciddi dönüş yaratmaq haqda tapşırıq verib. C.Qurbanov isə QSC-yə sədr təyin olunduqdan sonra yoxlamalar aparıb, invertarlaşma işlərinə başlayıb. Və məlum olub ki, müstəqillik qazanandan üzü bəri Azərbaycan nə yeni elektrovoz alıb, nə vaqon parkı yenilənib. Bu azmış kimi, əsaslı təmiri üçün hər il büdcədən milyonlarla manat ayrılan dəmir yolu xətləri də bərbad gündədir.
Mənbənin dediyinə görə, C.Qurbanov üzləşdiyi mənzərə haqda ölkə başçısına məruzə edib. O, prezidentə yazılı və şifahi hesabat verib. Korrupsiya faktları barədə detalları dövlət başçısının nəzərinə çatdırıb. Qaynağımız onu da bildirib ki, bundan sonra İ.Əliyev C.Qurbanova tapşırıq verib ki, Nəqliyyat Nazirliyinin rəhbər şəxslərindən, xüsusilə də Ziya Məmmədovdan heç bir tapşırıq almasın. Cavid Qurbanova “birbaşa prezidentlə işləmək” imkanı tanınıb.
Redaksiyamıza çatan məlumatda deyilir ki, ölkə rəhbərliyi C.Qurbanovun hesabatından sonra Arif Əsgərovla bağlı araşdırmaların aparılması barədə qəti göstəriş verib. Onun “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri olduğu dövrdəki fəaliyyətinin yoxlanması haqda aidiyyəti dövlət qurumlarına tapşırıq verildiyi də gələn məlumatlar sırasındadır. 
*   *   *
Bu fakt son illər kifayət qədər şişmiş, güclənmiş Ziya Məmmədovun da “vurulmasına”, sözün siyasi və iqtisadi mənasında, budanmasına kömək edə bilər. Çünki A.Əsgərov doğrudan da əgər korrupsiyaya yol veribsə, yeyinti edibsə, dövlət vəsaitini talayıbsa, nazirin bilgisi və razılığı olmadan bunu edə bilməzdi.
Son aylar Z.Məmmədovla bağlı gedən proseslər deməyə əsas verir ki, onun perspektivi heç də yaxşı görünmür. Belə çıxır ki, dostu və müavini A.Əsgərovla birlikdə yaxın vaxtlarda korrupsiya qatarının altına düşüb xurd-xəşil ola bilərlər.
Previous Post

Ziya Məmmədovun ən yaxın adamı həbs ərəfəsində

Next Post

Bakıda özünü qadın kimi təqdim edən kişi quldurluq etdi

Bənzər yazılar

İğtişaşlara görə Milana 500 hərbçi yönəldilib

İğtişaşlara görə Milana 500 hərbçi yönəldilib

21 Oktyabr 2026 - 17:15

Milan hakimiyyəti gənclərin iğtişaşlar törətdiyi şəhərə 500 hərbçinin göndərilməsini məmnunluqla qarşılayıb. Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş fərmana əsasən, onlar həbs etmək...

“Müharibəni uduzmuruq, amma insanları itiririk” – Zelenski

“Müharibəni uduzmuruq, amma insanları itiririk” – Zelenski

21 Oktyabr 2026 - 14:00

"Ukrayna müharibəni Rusiyaya uduzmur, lakin onun tezliklə başa çatmasını müdafiə edir. Axı bu münaqişə ən qiymətli şeyə – insan həyatına...

Zelenski Tramp, Putin və Si Cinpin görüşünün gündəmini öyrənmək istəyir

Zelenski Tramp, Putin və Si Cinpin görüşünün gündəmini öyrənmək istəyir

20 Oktyabr 2026 - 17:35

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putin, ABŞ Prezidenti Donald Tramp və ÇXR Sədri Si Cinpin arasında keçirilməsi ehtimal...

Vuçiçdən Rusiya ilə münasibətlərə görə Avropaya SƏRT CAVAB

Vuçiçdən Rusiya ilə münasibətlərə görə Avropaya SƏRT CAVAB

20 Oktyabr 2026 - 14:52

Serbiya Rusiyaya qarşı çıxmaq istəmir və Avropaya mane olan və onun siyasi elitasını qıcıqlandıran Ukrayna münaqişəsində neytrallığı qorumağa çalışır. Elchi.az...

Next Post

Bakıda özünü qadın kimi təqdim edən kişi quldurluq etdi

Bakıda özünü qadın kimi təqdim edən kişi quldurluq etdi

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

İğtişaşlara görə Milana 500 hərbçi yönəldilib

İğtişaşlara görə Milana 500 hərbçi yönəldilib

21 Oktyabr 2026 - 17:15
İlham Əliyev Azərbaycan-Qırğız İnkişaf Fonduna dair sazişi təsdiqlədi

İlham Əliyev Azərbaycan-Qırğız İnkişaf Fonduna dair sazişi təsdiqlədi

21 Oktyabr 2026 - 17:05
Rəqəmsal qızıla potensial tələb 700 mlrd. dollara çata bilər

Rəqəmsal qızıla potensial tələb 700 mlrd. dollara çata bilər

21 Oktyabr 2026 - 17:03
Dövlət Statistika Komitəsində struktur və kadr dəyişiklikləri həyata keçirilib

Dövlət Statistika Komitəsində struktur və kadr dəyişiklikləri həyata keçirilib

21 Oktyabr 2026 - 16:55
Ukrayna Milli Bankının rəhbəri istefa verib

Ukrayna Milli Bankının rəhbəri istefa verib

21 Oktyabr 2026 - 16:48
Azərbaycanda mis konsentratı istehsalı 5 dəfədən çox artıb

Azərbaycanda mis konsentratı istehsalı 5 dəfədən çox artıb

21 Oktyabr 2026 - 16:35
Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişib

Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişib

21 Oktyabr 2026 - 16:27
“Borussiya” “Sabah”la oyundan sonra “Qarabağ”ın stadionunda məşq etdi

“Borussiya” “Sabah”la oyundan sonra “Qarabağ”ın stadionunda məşq etdi

21 Oktyabr 2026 - 16:20
Ermənistan “Tramp marşrutu” üzrə razılaşmanı təsdiqlədi

Ermənistan “Tramp marşrutu” üzrə razılaşmanı təsdiqlədi

21 Oktyabr 2026 - 16:12
Tramp sanksiyaların tətbiqinin Habbardın azad edilməsinə mane olacağını bildirib

Tramp sanksiyaların tətbiqinin Habbardın azad edilməsinə mane olacağını bildirib

21 Oktyabr 2026 - 16:04
Almaniya Rusiyadan qaz idxalını bərpa etməyə ÇAĞIRIR

Almaniya Rusiyadan qaz idxalını bərpa etməyə ÇAĞIRIR

21 Oktyabr 2026 - 16:00
Tramp fermerlərə kömək edəcək

Tramp fermerlərə kömək edəcək

21 Oktyabr 2026 - 15:51
“Putin, Si Cinpin və Tramp arasında görüş mümkündür” – Peskov

“Putin, Si Cinpin və Tramp arasında görüş mümkündür” – Peskov

21 Oktyabr 2026 - 15:42
Bakının bu istiqamətində dəmir yolu ilə bağlı yenilik

Bakının bu istiqamətində dəmir yolu ilə bağlı yenilik

21 Oktyabr 2026 - 15:30
“Barselona” bu pankarta görə UEFA-ya şikayət edəcək – Foto

“Barselona” bu pankarta görə UEFA-ya şikayət edəcək – Foto

21 Oktyabr 2026 - 15:16
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.