"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

“Terror Türkiyəni birləşdirəcək”

02 Aprel 2015 - 17:23
in XƏBƏR LENTİ
FacebookVatsap
Elxan Şahinoğlu: “Baş verən son olaylar Ərdoğanın reytinqini seçki ərəfəsində bir az daha artıracaq”

Türkiyədə son 3 gündə 4 terror hadisəsinin baş verməsi ciddi gərginlik yaradıb. Bütün Türkiyədə işıqların sönməsi, ardınca ölkənin ən önəmli hökumət binalarından olan Çağlayan Ədliyyə Sarayında prokurorun girov götürülməsi, onun xilas əməliyyatı zamanı həlak olması, AKP-nin Kartal şöbəsinin ofisinə silahlı basqın, ardınca İstanbul Əmniyyət Müdirliyinin binasının atəşə tutulması terror qruplarının ölkənin sabitliyinə qarşı geniş planlar həyata keçirmək istəklərindən xəbər verir. Aprelin 2-nə keçən gecə Türkiyənin təhlükəsizlik qüvvələri ölkə üzrə antiterror əməliyyatlarına başlayıb. 

Bunu da oxuyun

YAP-ın VIII qurultayının nümayəndələri Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

Dövlət başçısı: Azərbaycan AQEM-in rolunun daha da artırılması üçün səylərini əsirgəməyib

Xocavənd rayonunda “Birliyin Gücü – 2026” birgə hərbi təlimi keçirilir

PKK başda olmaqla digər terror qruplaşmalarına aid olduğu ehtimal edilən yüzlərlə insan saxlanılıb. Ankara, İstanbul kimi iri şəhərlərlə yanaşı ölkənin strateji obyektləri yerləşən bir çox bölgəyə nəzarət gücləndirilirb. Hüquq-mühafizə orqanları gücləndirilmiş iş rejiminə keçib, dövlət və hökumət binalarının mühafizəsi gücləndirilib, terror ehtimalı olan bütün ərazilər nəzarətə götürülüb. Hökumət bu tədbirləri xüsusi panika yaratmadan keçirməyə çalışsa da insanlar tədirgindir. Terror son illər ölkə həyatını ciddi şəkildə etkilədiyi üçün vətəndaşlar təhlükəsizlikləri ilə bağlı ciddi narahatlıq keçirirlər.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu ilə müsahibədə Türkiyədəki iç durumu, terrorun siyasi həyata gətirə biləcək dəyişiklikləri aydınlaşdırmağa çalışdıq.

– Elxan bəy, son terror olaylarının Türkiyə siyasətinə hansı şəkildə təsir edəcəyini düşünürsünüz?

– Türkiyədə son terror aksiyasını planlayanlar və törədənlər əgər parlament seçkisi öncəsində bununla Ərdoğan hakimiyyətini zəiflətmək istəyirdilərsə, əks nəticə ilə üzləşəcəklər. Prokuroru öldürən terrorçular “Gəzi Parkı” olaylarına da kölgə saldılar. “Gəzi Parkı” olayları zamanı Türkiyə və beynəlxalq ictimaiyyətin simpatiyası ağacların kəsilməsinə etiraz edənlərin tərəfində idi. Həmin fəalları Türkiyənin müxalifət partiyaları da dəstəkləyirdi. Ancaq sonuncu terror aksiyası bu dəstəyi heçə endirdi. Çünki terrorçuların “Gəzi Parkı” olaylarına sahib çıxmaq cəhdi və günahsız insanı qətlə yetirməsi hakimiyyətdən narazı elektoratın da etirazına səbəb oldu. Heç şübhəsiz, Türkiyənin müxalifət partiyaları da prokurorun qətlini qınayır. Bütün bunlar məncə, prezident Rəcəb Tayyib Ərdoğanın reytinqini seçki ərəfəsində bir az daha artıracaq. Çünki, Tayyib Ərdoğan bu terror aksiyasına qədər də “Gəzi Parkı” olaylarının təxribat xarakteri daşıdığını, bunun arxasında xarici qüvvələrin olduğunu deyirdi. Son hadisədən sonra Ərdoğanın arqumenti gücləndi, faktiki olaraq onun dedikləri təsdiqini tapdı.

“Bülənt Arıncın hakim partiyadan ayrılıb Gülən hərəkatına rəsmən qoşularaq onun tərəfdarlarının siyasi qurumuna rəhbərlik etməsi “camaat” üçün ən ideal variant olardı”

– AKP iqtidarı bir tərəfdən də “paralelçilər”lə ciddi mübarizə aparır. Ölkədən gələn xəbərlərdən aydın olur ki, bu cameəyə aid olan şəxslər tam nəzarətə götürülür, onların imkanları, səlahiyyətləri məhdudlaşdırılır. Görünən odur ki, Gülən camaatı AKP-yə güc gələcək səviyyədə deyil. Sizcə, ölkədəki son olayların, o sıradan terrorun tətikçiləri sırasında “paralelçilər” ola bilərmi?

– Fətullah Gülən hərəkatının son hadisədə əli olduğuna inanmıram. Gülən hiyləgər adamdır, o, Ərdoğanı bu yolla zəiflətməyi planlaşdırmazdı. Əksinə, Gülən də başa düşür ki, bu kimi olaylar ictimaiyyəti hakimiyyətin ətrafında birləşdirir. Bu variant isə heç bir halda Fətullah Gülənin maraqlarına cavab vermir. Gülənin indi ən böyük hədəfi iyun ayına qədər Ədalət və İnkişaf Partiyasının zəiflədilməsidir. “Paralelçilər” bunun yollarını arayır. Bunun üçün tərəfdarlarını parlament seçkilərinə daha aktiv şəkildə cəlb etməyə çalışır. Hətta baş nazirin müavini Bülənt Arıncla Ankara bələdiyyəsinin başçısı Melih Gökçək arasında yaşanan hakimiyyət daxili qovğada da Fətullah Gülənin birbaşa maraqları olduğu bildirilir. Bülənt Arınc hakim partiya içərisində Fətullah Gülənə ən loyal olan şəxsdir.

“Ərdoğan yaxın müddətdə Azərbaycan hakimiyyətindən Gülən hərəkatına qarşı daha qətiyyətli addımların atılmasını xahiş edə bilər”

Bunu Türkiyədə hakimiyyət də, xalq da bilir. Onun bəzi davranışları, açıqlamaları isə hətta Gülənə simpatiyası olması təəssüratını yaradır. Yadınıza gəlirsə, Gülən hərəkatının təşkil etdiyi Türk dili olimpiadalarına qatılan Bülənt Arınc Güləni uzun-uzadı tərifləyərdi. AKP-nin ən nüfuzlu şəxslərindən olan Bülənt Arınc Ərdoğanın Gülənə qarşı savaşa başlamasını daxilən qəbul etməyib və etmir. Ancaq buna baxmayaraq o, açıq şəkildə prezident Ərdoğana “sən Gülənə qarşı savaş açmaqla düz etmirsən” də demir. Sözsüz, “paralelçilər” Arınc kartından hər zaman faydalanmaq istəyir, onunla prezidentin münasibətlərini korlamaq üçün bütün imkanlarını səfərbər edib.

“Gülənə bağlı bir-iki nəfərin istefaya göndərilməsi ilə iş bitmir. Hərəkatın Azərbaycandakı dayaqları hələ də möhkəmdir, ortada böyük hədəflər və pullar var”

Bülənt Arıncın hakim partiyadan ayrılıb Gülən hərəkatına rəsmən qoşularaq onun tərəfdarlarının siyasi qurumuna rəhbərlik etməsi “camaat” üçün ən ideal variant olardı. Ancaq Arıncın belə bir riskli addım atacağını düşünmürəm. Bəli, Arınc hakim partiyanın əksər funksionerlərindən fərqli olaraq sözünü deyən adamdır, hətta gərəkəndə prezidenti də tənqid edir. Ancaq bu o demək deyil ki, Arınc Gülənə görə Ərdoğanla yollarını ayıracaq.

– Adətən Türkiyədə başlayan proseslər, Azərbaycana da ciddi şəkildə təsir göstərir. Həm “camaatın”, həm də PKK-nın Azərbaycanda uzantıları olması haqqında xəbərlər var. Sizcə, AKP iqtidarının son günlər başlatdığı antiterror əməliyyatları Azərbaycana gəlib çata bilərmi?

– Ərdoğan-Gülən savaşının təsirləri Azərbaycandan da yan keçməyib və bu təsirlər indi də hiss olunur. Məsələn, Gülənə bağlı “Zaman” qəzetində hansısa köşə yazarının “erməni soyqrımını tanımalıyıq” yazması Azərbaycanda xoş qarşılana bilməz. Mən inanmıram ki, Fətullah Gülən “erməni soyqrımının” tanınması kimi riskli bir oyuna baş vursun. Bu onun Türkiyədəki və Azərbaycandakı dayaqlarını birdəfəlik məhv edər. Fətullah Gülənin başlıca məqsədi seçkiqabağı dövrdə Ərdoğanın mövqelərini zəiflətməyə çalışmaq, prezidentə qarşı qara “piar”  kampaniyası aparmaqdır. Ərdoğana qarşı kampaniya və Türkiyə Cumhurbaşqanının zəiflədilməsi planları da rəsmi Bakının xoşuna gəlmir.

Odur ki, Ərdoğan yaxın müddətdə Azərbaycan hakimiyyətindən Gülən hərəkatına qarşı daha qətiyyətli addımların atılmasını xahiş edə bilər. Çünki, Azərbaycan hakimiyyətində Gülənə bağlı bir-iki nəfərin istefaya göndərilməsi ilə iş bitmir. Hərəkatın Azərbaycandakı dayaqları hələ də möhkəmdir, ortada böyük hədəflər və pullar var. Ümumiyyətlə düşünürəm ki, Türkiyədə aparılan antiterror əməliyyatlarının Azərbaycanla hər hansı əlaqəsi varsa, bu məsələdə hər iki ölkə liderləri anlaşa biləcək.

Previous Post

“Terror Türkiyəni birləşdirəcək”

Next Post

Manatın məzənnəsi “üzməyə başlasa”, nə baş verər?

Bənzər yazılar

YAP-ın VIII qurultayının nümayəndələri Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

YAP-ın VIII qurultayının nümayəndələri Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

01 Oktyabr 2026 - 14:52

Oktyabrın 1-də Yeni Azərbaycan Partiyasının VIII qurultayının nümayəndələri Fəxri xiyabanda müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, YAP-ın yaradıcısı, Ümummilli Lider Heydər...

Dövlət başçısı: Azərbaycan AQEM-in rolunun daha da artırılması üçün səylərini əsirgəməyib

Dövlət başçısı: Azərbaycan AQEM-in rolunun daha da artırılması üçün səylərini əsirgəməyib

01 Oktyabr 2026 - 10:33

“Asiya qitəsinin 90%-ni əhatə edən və 28 üzv dövləti bir araya gətirən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə...

Xocavənd rayonunda “Birliyin Gücü – 2026” birgə hərbi təlimi keçirilir

Xocavənd rayonunda “Birliyin Gücü – 2026” birgə hərbi təlimi keçirilir

01 Oktyabr 2026 - 09:27

Xocavənd rayonunda “Birliyin Gücü – 2026” birgə hərbi təlimi keçirilir. Elchi.az xəbər verir ki, Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr...

İsrailin Qəzzaya bugünkü zərbələri nəticəsində 7 nəfər ölüb

İsrailin Qəzzaya bugünkü zərbələri nəticəsində 7 nəfər ölüb

01 Oktyabr 2026 - 00:01

Bu gün İsrailin Qəzza zolağına endirdiyi aviazərbələr nəticəsində azı 7 fələstinli ölüb. Elchi.az "Al Jazeera"ya istinadən xəbər verir ki, bu...

Next Post

Manatın məzənnəsi "üzməyə başlasa", nə baş verər?

Manatın məzənnəsi "üzməyə başlasa", nə baş verər?

Son xəbərlər

Pentaqon əsas müttəfiqləri NATO iclasından kənarda saxladı

Pentaqon əsas müttəfiqləri NATO iclasından kənarda saxladı

01 Oktyabr 2026 - 15:30
KMBİ 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvlərini saxlayıb – VİDEO

KMBİ 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvlərini saxlayıb – VİDEO

01 Oktyabr 2026 - 15:16
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib

Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib

01 Oktyabr 2026 - 15:08
Zahid Oruc:” Dövlət qulluğuna namizədi eyni imtahana qaytarmaq bürokratik və maddi yükdür”…

Zahid Oruc:” Dövlət qulluğuna namizədi eyni imtahana qaytarmaq bürokratik və maddi yükdür”…

01 Oktyabr 2026 - 15:01
Trampdan ağcaqanadlarla bağlı FƏRMAN

Trampdan ağcaqanadlarla bağlı FƏRMAN

01 Oktyabr 2026 - 15:00
YAP-ın VIII qurultayının nümayəndələri Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

YAP-ın VIII qurultayının nümayəndələri Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

01 Oktyabr 2026 - 14:52
Oktyabrın dörd günü meteor yağışı olacaq

Oktyabrın dörd günü meteor yağışı olacaq

01 Oktyabr 2026 - 14:43
Paşinyan: Azərbaycana qarşı ittihamlar sülhü sıfıra endirər

Paşinyan: Azərbaycana qarşı ittihamlar sülhü sıfıra endirər

01 Oktyabr 2026 - 14:30
Mourinyodan Ronaldo ilə bağlı xoşagəlməz açıqlama

Mourinyodan Ronaldo ilə bağlı xoşagəlməz açıqlama

01 Oktyabr 2026 - 14:14
Sabah Bakıya yağış yağacaq

Sabah Bakıya yağış yağacaq

01 Oktyabr 2026 - 14:07
Tramp administrasiyası dövründə nə qədər viza ləğv edilib?

Tramp administrasiyası dövründə nə qədər viza ləğv edilib?

01 Oktyabr 2026 - 14:00
Bakıda məktəbəhazırlıq qruplarına cəlb olunan uşaqların SAYI

Bakıda məktəbəhazırlıq qruplarına cəlb olunan uşaqların SAYI

01 Oktyabr 2026 - 13:51
Millətlər Liqası: bu gün 8 matç baş tutacaq

Millətlər Liqası: bu gün 8 matç baş tutacaq

01 Oktyabr 2026 - 13:42
Azərbaycanda qadın prokurorların sayı artır – RƏQƏMLƏR

Azərbaycanda qadın prokurorların sayı artır – RƏQƏMLƏR

01 Oktyabr 2026 - 13:30
Azərbaycanda yeni agentlik yaradıldı

Azərbaycanda yeni agentlik yaradıldı

01 Oktyabr 2026 - 13:18
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.