"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

Erməni idmançılar Bakıya gəlməkdən imtina etdilər?

13 Mart 2015 - 10:14
in MANŞET
FacebookVatsap

img1765510“Tupoy Qaqo”dan Sərkisyana Azərbaycan gözdağı ; EMOK-un rəhbəri maliyyələşdirdiyi federasiyaları Avropa Oyunlarına göndərməməklə onu aşağılayan prezident Sərkisyanı cəzalandırır; amma Azərbaycanda döyülməkdən qorxan ermənilərin başqa bir niyyəti də ola bilər; işğalçı mahiyyəti ilə dünyadan izolyasiya olunan Ermənistan idmançılarının üzünə beynəlxalq arenalar da bağlanır…

Bunu da oxuyun

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib – VİDEO

Lukaşenkodan Ermənistana ÇAĞIRIŞ

“Avropa diri-diri yeyilir” – Tramp

Avropa Oyunlarına dəvət alan Ermənistan idmançılarının bir-birinin ağzına tüpürübmüş kimi, Bakıya gəlməkdən imtina etmələri düşmən ölkənin Azərbaycana qarşı yeni məkrli niyyətlərindən xəbər verir. Ermənistanın yunan-roma güləşçilərindən sonra taekvandoçuları da Bakıda keçiriləcək Avropa Oyunlarına gəlməkdən imtina etmələri ilə bağlı bəyanat yayıblar.

Bəyanatda deyilir ki, “Ermənistanla Azərbaycan arasında diplomatik əlaqələrin olmadığını, həmçinin Azərbaycanın Ermənistana qarşı düşmən münasibətini nəzərə alaraq Taekvando Federasiyası oyunlarda iştirakı məqsədəuyğun hesab etmir”. 
Boks üzrə Ermənistan yığmasının baş məşqçisi David Torosyan da deyib ki, “yetirmələrini Bakıya aparmağı fikirləşmir”. “Qoy ora Bakıya getmək qərarını verənlər getsinlər. Ancaq bu o demək deyil ki, Bakıya erməni boksçuları getməyəcək. Boks Federasiyasında Bakıda doğulan və Azərbaycana getmək arzusu ilə alışıb-yanan çoxlu şəxslər var. Qoy elə onlar da ora getsin. Mənim boksçularımın orda heç bir işi yoxdur. Əminəm ki, erməni boksçuları ilk döyüşdəcə yarışdan kənarda qalacaqlar. Onları ilk döyüşdə döyəcəklər”, –  deyə, David Torosyan bildirib. Xatırladaq ki, bugünlərdə bənzər açıqlama ilə Ermənistanın yunan-roma güləşi üzrə yığmasının baş məşqçisi də çıxış etmişdi.
***
Ötən ilin noyabrında Avropa Olimpiya Komitəsinin (AOK) Bakıda keçirilən 43-cü Baş Assambleyasının toplantısında Ermənistan MOK-un İdarə Heyətinin rəhbəri Vaqinak Qalstyan da iştirak etmişdi. O zaman Qalstyan erməni idmançıların təhlükəsizliyi ilə bağlı tam təminat verildiyini məmnunluqla ifadə etmişdi. “Azərbaycana yollanana qədər Bakıda təhlükəsizliklə bağlı bəzi suallar qalmaqda idi. Burada söhbət həm də idmanın növündən asılı olaraq, zəruri şərtlərdən gedirdi. Məsələn, atıcılıq yarışlarında tam sakitlik təmin olunmalıdır.
İdmançılarımızın məskunlaşacağı yer və başqa məsələlərə də tam aydınlıq gəlməli idi. Biz bütün suallarımıza cavab aldıq. AOK Avropa Oyunlarının Təşkilat Komitəsi ilə birgə öhdəçilikləri üzərinə götürdü. Mən də əminəm ki, bunlara əməl ediləcək”.
Bəs nə dəyişdi ki, Ermənistan idman federasiyaları bir-birinin ardınca Bakıya gəlməkdə imtina etdilər?
Zənnimizcə, bu, iki mühüm amillə bağlı ola bilər. Birinci səbəb Ermənistan Milli Olimpiya Komitəsinin prezidenti Qaqik Tsarukyanın Serj Sərkisyanla münasibətlərinin son dərəcə pisləşməsidir.
Belə ki, Sərkisyan ötən ay həm də Çiçəklənən Ermənistan Partiyasının sədri olan Qaqik Tsarukyanı Milli Təhlükəsizlik Şurasının iclasından qovub və dərhal da onun bu quruma üzvlüyünün ləğv olunması haqqında fərman imzalayıb. “Milli Təhlükəsizlik Şurası kinoteatr deyil ki, kim nə vaxt istəsə gəlsin”, deyə, Sərkisyan həmin iclasda bildirmişdi. Hakim Respublika Partiyasının iclasında isə xalqın ona “Tupoy Qaqo” ləqəbini təsadüfən vermədiyini demiş və MOK prezidentini aşağılamışdı.
Qaqik Tsarukyan isə Sərkisyana cavab olaraq bildirmişdi ki, Ermənistanda hakimiyyət dəyişikliyinin vaxtı çatıb və bu hədəf uğrunda ölkənin bütün əsas siyasi qüvvələri birləşib.
Tsarukyan demişdi ki, Sərkisyanın hakimiyyəti dövründə Ermənistanda iqtisadiyyat biabırçı səviyyədə geriləyib, investisiyalar kəskin azalıb, yoxsulluq artıb, ancaq əvəzində prezidentin öz biznesi sürətlə inkişaf edib: “Ölkəni dəhşətli miqrasiya bürüyüb, maliyyə vəziyyəti laxlayıb. Bütöv kəndlər, insanların evləri və əmlakı banklarda girov qoyulub.
Qarabağda və Ermənistan-Azərbaycan sərhədində gərginlik artıb və hər gün itki xəbərləri gəlir. Türkiyə və Azərbaycan o qədər arxayınlaşıblar ki, Ermənistan haqda saymazyana danışırlar. AŞ PA sessiyasında Sərkisyanın kazinoda uduzduğu milyonlardan söz açılır”.
Tsarukyan prezidenti Ermənistanı talamaqda ittiham edərək onu hədələməkdən belə çəkinməmişdi: “Hakimiyyət dəyişəndən sonra indiki hakimiyyətdəki bir-iki adam xalqdan oğurladıqları milyardları geri qaytarmağa məcbur olacaq”.
Amma mart ayının əvvəlində Tsarukyan Sərkisyanın terror hədələri qarşısında geri çəkilərək siyasətdən və partiya sədrliyindən getdiyini bəyan etdi. Qeyd edək ki, Sərkisyan istəsə belə indilikdə Tsarukyanı MOK prezidenti vəzifəsindən çıxara bilməz. Çünki bu, müstəqil beynəlxalq quruma bağlıdır. Ehtimal etmək olar ki, Tsarukyan Ermənistanın və onun düşmənçilik etdiyi prezidentinin dünyada onsuz da bərbad olan imicini nəzarətində olduğu və onun maliyyəsi ilə yarışlara gedən idmançıları Bakıya göndərməkdən imtina etməklə daha da batırmaq istəyir.
Ermənistan idmançılarının Bakıya gəlməkdən imtina etməsinin ikinci səbəbi Ermənistandakı hazırkı böhranla da bağlı ola bilər. Ermənistanın öz daxilində vəziyyət kifayət qədər mürəkkəbdir. Belə vəziyyətdə hakim qüvvələrin köməyinə adətən diqqəti yayındırmağa yönəlik xarici amillər gəlir. Bakıda keçiriləcək Avropa Yay Oyunlarına Qarabağ kartından yararlanıb hansısa formada əngəl yaratmaq bu xüsusda rəsmi İrəvanın karına gələ bilərdi.
Bakıdakı beynəlxalq yarışı pozmaq, yaxud onun effektini azaltmaq və ya ölkəmizə təşrif buyuracaq əcnəbilərdə təhlükəsizliklə ilgili tərəddüdlər yaratmaq üçün düşmən tərəfinin iyuna kimi cəbhə xətti boyu artan intensivliklə təxribatlar törədəcəkləri mümkün görünür. Son günlər təkcə Qarabağ  bölgəsində yox, Ermənistan-Azərbaycan sərhədində erməni diversiya qruplarının fəallaşması rəsmi İrəvanın məkrli niyyətlərindən xəbər verir. Aydındır ki, yaxın müddətdə müharibə risklərinin artması Bakı üçün arzuolunmazdır. Məhz bu səbəbdən də Azərbaycan və Türkiyənin son aylar intensivləşən birgə hərbi təlimləri Ermənistanın belə bir xain niyyətini önləmək baxımından mühüm dəyərləndirilir.
Ermənistan idmançılarının yarışlarda iştirak etməməsi ilk Avropa Oyunlarının təşkilinə xələl gətirməyəcək. Əksinə, özünün işğalçı mahiyyəti ilə dünyada izolyasiya edən Ermənistan idmançılarının üzünə də beynəlxalq arenaları bağladacaq…   (“Yeni Müsavat”)
Previous Post

Erməni idmançılar Bakıya gəlməkdən imtina etdilər?

Next Post

Ceyms Uorlik: “Minskdəki görüş çox faydalı oldu”

Bənzər yazılar

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib – VİDEO

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib – VİDEO

02 Oktyabr 2026 - 16:23

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında YAP-ın VIII qurultayı ilə bağlı paylaşım edilib. Elchi.az paylaşımı təqdim edir:

Lukaşenkodan Ermənistana ÇAĞIRIŞ

Lukaşenkodan Ermənistana ÇAĞIRIŞ

02 Oktyabr 2026 - 16:00

Belarus prezidenti Aleksandr Lukaşenko Ermənistanı Avrasiya İqtisadi İttifaqının (Aİİ) ümumi bazarından çıxmamağa çağırıb. Elchi.az-ın xəbərinə görə, o, hesab edir ki,...

“Avropa diri-diri yeyilir” – Tramp

“Avropa diri-diri yeyilir” – Tramp

02 Oktyabr 2026 - 15:00

ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Avropa diri-diri yeyilir. Elchi.az xəbər verir ki, Tramp Texasda çıxışı zamanı deyib: "Avropanın...

Putindən Qərbə Kalininqrad xəbərdarlığı: “Bütün silahlardan istifadə etməyə hazırıq”

Putindən Qərbə Kalininqrad xəbərdarlığı: “Bütün silahlardan istifadə etməyə hazırıq”

02 Oktyabr 2026 - 11:13

Rusiya Prezidenti Vladimir Putin Qərbi münaqişəni gərginləşdirməməyə çağıraraq bəyan edib ki, Rusiyanın Baltikyanı bölgəsi olan Kalininqrad hücuma məruz qalacağı təqdirdə,...

Next Post

Ceyms Uorlik: “Minskdəki görüş çox faydalı oldu”

Ceyms Uorlik: “Minskdəki görüş çox faydalı oldu”

Son xəbərlər

Səudiyyə Ərəbistanının cənubunda husilərin atdığı üç ballistik raket vurulub

Səudiyyə Ərəbistanının cənubunda husilərin atdığı üç ballistik raket vurulub

02 Oktyabr 2026 - 22:57
Kubanıçbek Ömüralıyev: Bu gün TDT-nin beynəlxalq mövcudluğu daha nəzərəçarpandır

Kubanıçbek Ömüralıyev: Bu gün TDT-nin beynəlxalq mövcudluğu daha nəzərəçarpandır

02 Oktyabr 2026 - 22:55
Türkiyədə silahlı insident olub, iki nəfər ölüb

Türkiyədə silahlı insident olub, iki nəfər ölüb

02 Oktyabr 2026 - 22:51
Kanada uzun illərdən sonra Beynəlxalq Buzüstü Hokkey Federasiyasının Şurasında yer almayacaq

Kanada uzun illərdən sonra Beynəlxalq Buzüstü Hokkey Federasiyasının Şurasında yer almayacaq

02 Oktyabr 2026 - 22:18
“Dawn”: Hindistan sərhədçilərinin açdığı atəş nəticəsində 2 pakistanlı ölüb

“Dawn”: Hindistan sərhədçilərinin açdığı atəş nəticəsində 2 pakistanlı ölüb

02 Oktyabr 2026 - 22:16
Birləşmiş “Paramount” və “Warner Bros. Discovery” şirkəti “Skydance” adlanacaq

Birləşmiş “Paramount” və “Warner Bros. Discovery” şirkəti “Skydance” adlanacaq

02 Oktyabr 2026 - 21:59
BEA: Dünyada dizel yanacağının qiymətinin kəskin artması inflyasiya təzyiqini gücləndirəcək

BEA: Dünyada dizel yanacağının qiymətinin kəskin artması inflyasiya təzyiqini gücləndirəcək

02 Oktyabr 2026 - 21:55
“Reuters”: Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək

“Reuters”: Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək

02 Oktyabr 2026 - 21:16
ABŞ HƏMAS-ın maliyyə şəbəkəsinə qarşı sanksiyalar tətbiq edib

ABŞ HƏMAS-ın maliyyə şəbəkəsinə qarşı sanksiyalar tətbiq edib

02 Oktyabr 2026 - 21:12
Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

02 Oktyabr 2026 - 20:41
Ferran Torres İspaniya millisinin düşərgəsini tərk edib

Ferran Torres İspaniya millisinin düşərgəsini tərk edib

02 Oktyabr 2026 - 20:37
Konqoda 6 yeni Ebolaya yoluxma halı qeydə alınıb

Konqoda 6 yeni Ebolaya yoluxma halı qeydə alınıb

02 Oktyabr 2026 - 20:35
DTX süni intellektlə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq yayıb

DTX süni intellektlə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq yayıb

02 Oktyabr 2026 - 20:33
AQTA: Antisanitar vəziyyətdə daşınan çörəklərlə bağlı nəzarət tədbiri həyata keçirilib

AQTA: Antisanitar vəziyyətdə daşınan çörəklərlə bağlı nəzarət tədbiri həyata keçirilib

02 Oktyabr 2026 - 20:14
Meksika prezidentliyə namizədlərin ikili vətəndaşlığa malik olmasını qadağan etmək niyyətindədir

Meksika prezidentliyə namizədlərin ikili vətəndaşlığa malik olmasını qadağan etmək niyyətindədir

02 Oktyabr 2026 - 20:12
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.