"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home DÜNYA

ABŞ 100 min adamı diri-diri necə yandırdı – (Yaxın tarixin qaranlıqları)

11 Mart 2015 - 21:05
in DÜNYA
FacebookVatsap

ABŞ 100 min adamı diri-diri necə yandırdıİndi dünyada insan haqları və demokratiya ideallarının köməyi ilə öz hegemonluğunu yaymağa çalışan ABŞ-ın çox da uzaq olmayan keçmişdə azı 100 min qadını, qocanı və uşağı diri-diri yandırıb qətlə yetirməsinikim xatırlayır?!

Cəmi 70 il əvvəl yüzlərlə ABŞ bombardmançısının yarım milyona yaxın napalm bombası ilə amansızcasına bütöv şəhəri külə çevirərkən hansı arqumentlərə əsaslanmışdı?

Bunu da oxuyun

Fransada biznes sahibləri özlərini qorumaq üçün silahlanır

Nikol Paşinyanın Brüssel səfəri planlaşdırılır

Ukraynada ərzaq məhsulları bahalaşacaq

Virtualaz.org saytı II dünya müharibəsinin ən qanlı günü – Yaponiyanın paytaxtı Tokio şəhərinin napalm bombaları ilə külə çevrildiyi gün haqda ABŞ-ın “Jacobin” nəşrinin hazırladığı, dəhşətli təfərrüatların yer aldığı məqalədən xülasələri təqdim edir.

***

70 il bundan əvvəl martın 9-da ABŞ-ın alovsaçan bombalarının yağdırıldığı şəhərdə nüvə bombalarının atıldığı Naqasaki və Xirosima şəhərlərində həlak olanların cəmi sayından daha çox insan həlak olmuşdu.

Lakin aradan 70 il keçmiş ABŞ-da çox az adam belə bombardmanın olduğunu bilir. Çünki bu dəhşətli bombardmanın ildönümü qeyd edilmir, ABŞ indiyədək Yaponiyadan buna görə rəsmən üzr istəməyib. Amerikalıların əksəriyyəti inanır ki, II dünya müharibəsi “ədalətli” olub, çünki onu “böyük nəsillər” aparıb. Bu cür ştamplara görə həmin müharibədə törədilən vəhşiliklər haqda demək olar ki, danışılmır.

General Lemay

1945-ci il, martın 9-da Tokionun bombardman edilməsi əməliyyatı haqda ABŞ hərbi arxivlərində yer alan sənədlərdə ancaq o göstərilir ki, bu əməliyyatı planlaşdıran və ona rəhbərlik edən general Kertis Lemayın başqa çıxış yolu olmayıb. Yəni amerikalıların 100 mindən çox mülki yaponu diri-diri yandırması “yeganə seçim” olub.

Tarixçilərin çoxu əmindir ki, general Lemay bu “çətin seçimi” etdiyi üçün tərifə layiqdir, çünki bombardman Yaponiyanın təslim olmasını tezləşdirdi, bununla da hər iki tərəfdən xeyli adamın həyatı xilas oldu.

Əlbəttə, II dünya müharibəsində bütün tərəflər qəddarlıqlara yol veriblər. Yaponiya ordusu müharibə zamanı 6 milyona yaxın çinlini, filippinlini və koreyalını məhv etmişdi. Lakin yapon hökumətinin Asiyanın digər ölkələrində mülki sakinləri qətlə yetirməsinə görə amerikalıların yapon dinc sakinlərini diri-diri yandırmasına nə dərəcədə haqq qazandırmaq olar?

Həmin gün “Meetinghouse” adlı əməliyyatda ABŞ-ın 300-dən çox B-29 bombardmançısı iştirak edirdi. Bombardmançılar adi vaxtlarda olduğu kimi 10 min metr hündürlükdən deyil, 3 min metr hündürlükdən bomba atırdılar. Bu hündürlükdən bombardman ona görə aparılırdı ki, təyyarələr saatda 160-320 kilometr saatla uçan reaktiv alov kürəsindən yayına bilsinlər.

Bombardmançılar Tokionu martın 9-da axşamdan xeyli keçmiş külə çevirdilər. Amerika təyyarələri şəhərə 500 mindən çox M-69 bombaları atdılar. Bu bombalar xüsusi olaraq elə konstruksiya olunmuşdu ki, Tokionun taxtadan tikilmiş evlərini bir neçə dəqiqə ərzində külə çevirsin və heç kimin sağ çıxmaq şansı olmasın.

Bombalar 38 ədəd bombadan ibarət kaset halında atılırdı. Hər bombanın ağırlığı 3 kiloqram idi. Kasetlər bombaları yerə 600 metr məsafə qalmış səpirdi. Bombaların ucundakı fosfor alışdırıcısı jele halında olan yandırıcı mayeni yerlə təmas zamanı alovlandırırdı. Alov topu saniyələr ərzində qarşısına keçən hər şeyi külə çevirirdi.

Tokio bombardmandan sonra

M-69 bombaları Tokionun bombardman edilməsində o qədər effektli olmuşdu ki, həmin gecə əsən güclü külək şəhəri alov dənizinə çevirmişdi. Bombardman üçün qəsdən elə vaxt seçilmişdi ki, küləyin sürəti saatda 45 kilometr idi və güclü külək alov dilimlərini hər yerə yayırdı.

Bu cəhənnəm alovundan xilas olmaq üçün heç bir şans qalmırdı. Şəhərdə temperatur 980 dərəcə Selsiyə çatmışdı. Bəzi rayonlarda asfalt da alışıb yanırdı. Nəticədə şəhər başdan-ayağa yanıb kül oldu.

General Lemay iddia edirdi ki, yaponların hərbi sənayesu kustar idi və nəticədə Tokioda hərbi sənaye ilə məşğul olanlar hava zərbələri üçün tamamilə məqbul hədəflər idi. Lakin 1944-cü ildə yaponlar evlərin zirzəmisində sursat istehsalını dayandırmışdılar və sursatların 97 faizi yeraltı sığınacaqlarda saxlanılırdı.

Amerika kəşfiyyatı da bunu yaxşı bilirdi. Amerikalılar 1945-ci ildən əvvəl yaponların şifrələmə maşınının kodlarını ələ keçirmiş və düşmənin hərbi sirlərinin böyük əksəriyyətini əldə etmişdilər. Amerika generalları bilirdilər ki, yaponların gücü tükənir və tezliklə onlar müharibəni davam etdirmək imkanında olmayacaqlar.

ABŞ-ın hərbi-dəniz blokadası martın 9-na xeyli qalmış Yaponiyanı neft, metal və dgər vacib materiallardan məhrum etmişdi. Yaponiya xammal təchizatından o qədər məhrum olmuşdu ki, təyyarələri praktiki olaraq ağacdan düzəltməli olurdu.

Əhali isə aclıq içində idi. Düyü hasilatı 1909-cu ildən bu yana ən aşağı səviyyədə olmuşdu. 1945-ci ilin əvvəlində müttəfiqlərin Yaponiya üzərində qələbəsi artıq təminat altına alınmışdı.

General Makartur yaponların kapitulyasiya təklifini prezident Ruzveltə çatdırmışdı. Lakin Ruzvelt bu məruzəyə məhəl qoymadı və yaponlara göz dağı verdilər. Baxmayaraq ki, hərbi baxımdan Tokionun napalm bombaları ilə bombardman edilməsinə heç bir zərurət yox idi.

Bu bombardmanın qurbanları qadınlar, uşaqlar və qocalar oldular. Çünki əli silah tutan yaponların hamısı cəbhədə idi.

Bəs amerikalılar müharibənin başa çatmasına az qalmış Yaponiyanın mülki əhalisini niyə bombalamaqda davam edir və onlara divan tuturdu?

Bir çoxları hesab edir ki, Amerika bununla “soyuq müharibə” ərəfəsində ruslar qarşısında güc nümayiş etdimək istəyirdi. Bu haqda çox yazılıb. Elə Naqasaki və Xirosimaya atom bombaları atılmasının motivlərinin da bundan ibarət olduğu haqda versiyalar var.

Lakin həmin günlərdə ABŞ-da hökm sürən rasizmi də yaddan çıxarmaq lazım deyil. Napalm bombalarının Tokioya yağdırılmasının əsas səbəbini də bununla izah edirlər. Amerikalıların yaponlara münasibətini həmin vaxt ABŞ-da 200 mindən çox yapon əsilli amerikalının üzləşdiyi təqiblər, onların Ruzvelt düşərgələrinə salınması, yaşamaq imkanlarından məhrum edilməsi də sübut edir.

ABŞ napalm bombalarını mülki əhaliyə qarşı ilk dəfə Tokioda tətbiq edib. Amerikalılar yeni silahlarını adam hesab etmədikləri yaponların üzərində sınaqdan keçirmək istəyirdi.

General Lemay sonradan deyirdi: “Yaponların öldürülməsi məni o qədər də narahat etmirdi. Çünki müharibəni uduzsaydıq, indi məni hərbi cani kimi mühakimə edərdilər”.

Napalm bombardmanından 1 milyona yaxın adam zərər çəkdi, onların 100 mindən çoxu külə döndü, qalanları yaralandı.

Hazırladı: F.Məmmədov

Previous Post

ABŞ 100 min adamı diri-diri necə yandırdı – (Yaxın tarixin qaranlıqları)

Next Post

Mil düzünə ova gələn Qətər şeyxləri geri döndü – (Fotolar)

Bənzər yazılar

Fransada biznes sahibləri özlərini qorumaq üçün silahlanır

Fransada biznes sahibləri özlərini qorumaq üçün silahlanır

20 Oktyabr 2026 - 18:21

Fransada kiçik və orta biznes sahibləri kütləvi etirazlar və hüquq-mühafizə orqanları əməkdaşlarının çatışmazlığı fonunda öz müəssisələrini iğtişaşçılardan müstəqil şəkildə qorumaq...

Nikol Paşinyanın Brüssel səfəri planlaşdırılır

Nikol Paşinyanın Brüssel səfəri planlaşdırılır

20 Oktyabr 2026 - 17:28

Ermənistanın Baş naziri Nikol Paşinyan noyabrın 3-də Brüsseldə (Belçika) keçiriləcək Avropa İttifaqının genişlənməsinə həsr olunmuş flaqman sammitində iştirak edəcək. Elchi.az...

Ukraynada ərzaq məhsulları bahalaşacaq

Ukraynada ərzaq məhsulları bahalaşacaq

20 Oktyabr 2026 - 17:06

İlin sonuna qədər çörəyin qiyməti 60% faiz baha ola bilər. Elchi.az xəbər verir ki, bu barədə Ümumukrayna Aqrar Şurasının sədr...

Qətər XİN: Hörmüz boğazının açılması üçün bütün səviyyələrdə danışıqlar aparılır

Qətər XİN: Hörmüz boğazının açılması üçün bütün səviyyələrdə danışıqlar aparılır

20 Oktyabr 2026 - 16:44

Qətər vasitəçi olaraq regiondakı böhranı tənzimləmək və Hörmüz boğazını açmaq üçün bütün səviyyələrdə təmasları davam etdirir. Elchi.az xəbər verir ki,...

Next Post

Mil düzünə ova gələn Qətər şeyxləri geri döndü - (Fotolar)

Mil düzünə ova gələn Qətər şeyxləri geri döndü - (Fotolar)

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Leyla Əliyeva Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olub

Leyla Əliyeva Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olub

20 Oktyabr 2026 - 18:34
Fransada biznes sahibləri özlərini qorumaq üçün silahlanır

Fransada biznes sahibləri özlərini qorumaq üçün silahlanır

20 Oktyabr 2026 - 18:21
Azərbaycan və Xorvatiya arasında siyasi məsləhətləşmələr keçirilib

Azərbaycan və Xorvatiya arasında siyasi məsləhətləşmələr keçirilib

20 Oktyabr 2026 - 18:14
“Brent”in qiyməti 5 ayın ən yüksək səviyyəsindədir

“Brent”in qiyməti 5 ayın ən yüksək səviyyəsindədir

20 Oktyabr 2026 - 17:59
Sumqayıtda Energetiklər Günü qeyd olundu – FOTO

Sumqayıtda Energetiklər Günü qeyd olundu – FOTO

20 Oktyabr 2026 - 17:47
“Sabah”ın U19 komandası “Borussiya”ya məğlub oldu

“Sabah”ın U19 komandası “Borussiya”ya məğlub oldu

20 Oktyabr 2026 - 17:41
Zelenski Tramp, Putin və Si Cinpin görüşünün gündəmini öyrənmək istəyir

Zelenski Tramp, Putin və Si Cinpin görüşünün gündəmini öyrənmək istəyir

20 Oktyabr 2026 - 17:35
Nikol Paşinyanın Brüssel səfəri planlaşdırılır

Nikol Paşinyanın Brüssel səfəri planlaşdırılır

20 Oktyabr 2026 - 17:28
Мüşfiqabadda yol təmirinə görə hərəkət məhdudlaşdırılacaq

Мüşfiqabadda yol təmirinə görə hərəkət məhdudlaşdırılacaq

20 Oktyabr 2026 - 17:15
Ukraynada ərzaq məhsulları bahalaşacaq

Ukraynada ərzaq məhsulları bahalaşacaq

20 Oktyabr 2026 - 17:06
“AzerGold” və Asiya İnkişaf Bankı əməkdaşlıq imkanlarını müzakirə edib

“AzerGold” və Asiya İnkişaf Bankı əməkdaşlıq imkanlarını müzakirə edib

20 Oktyabr 2026 - 16:57
Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə ne-vaza üzrə ACF Kuboku keçiriləcək

Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə ne-vaza üzrə ACF Kuboku keçiriləcək

20 Oktyabr 2026 - 16:51
Qətər XİN: Hörmüz boğazının açılması üçün bütün səviyyələrdə danışıqlar aparılır

Qətər XİN: Hörmüz boğazının açılması üçün bütün səviyyələrdə danışıqlar aparılır

20 Oktyabr 2026 - 16:44
Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təşkil ediləcək – CƏDVƏL

Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təşkil ediləcək – CƏDVƏL

20 Oktyabr 2026 - 16:37
Milli Məclisin sədri TÜRKPA-nın iclasında çıxış edib

Milli Məclisin sədri TÜRKPA-nın iclasında çıxış edib

20 Oktyabr 2026 - 16:25
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.