"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home GÜNDƏM

Azərbaycanda ölüm hökmü bərpa oluna bilərmi?

19 Fevral 2015 - 15:55
in GÜNDƏM
FacebookVatsap

Bunu da oxuyun

AQEM-in 7-ci Zirvə Görüşü başa çatıb

AQEM-in VII Zirvə toplantısının yekunlarına dair Bakı Bəyannaməsi qəbul olunub

“Rəqəmsal rabitə” informasiya sistemi yaradılıb – FƏRMAN

Fazil Mustafa: “Türkiyə cəmiyyətinin bu tələblərini haqlı hesab edirəm”
 
Azər Rəşidoğlu: “Ədalətsiz məhkəmələrin bu missiyanı üzərinə götürməsi anlaşılan deyil”
Azərbaycanda ölüm hökmü bərpa oluna bilərmiÖzgəcan Aslan cinayətinin ardından Türkiyə cəmiyyəti ölüm hökmünün bərpasını tələb edir. Hətta qardaş ölkənin yüksək rütbəli şəxsləri və ictimai xadimləri arasında da bu fikrə dəstək verənlər var.
Yaxın günlərdə Türkiyə parlamenti ölüm hökmünün bərpası məsələsini müzakirə edəcək.  Bu barədə Türkiyə parlamentinin Hüquqi işlər üzrə komissiyasının rəhbəri Əhməd İyimaya bildirib. Türkiyə parlamentinin üzvü bildirib ki, ölüm hökmü qadınlara qarşı zorakılıq, eləcə də xüsusi amansızlıqla cinayətlər törədildiyi hallarda tətbiq oluna bilər.
Qeyd edək ki, Türkiyənin Mersin vilayətində 20 yaşlı tələbə Özgəcan Arslanın zorlanaraq, öldürülməsindən sonra bir sıra nazirlər qatilə ölüm hökmü cəzasının verilməsi tələbi ilə çıxış ediblər.
Xatırladaq ki, Türkiyədə ölüm hökmü 2001-ci ildə ləğv edilib. Lakin bu cəza növü 1986-cı ildən tətbiq edilmir. Statistikaya görə, ötən il Türkiyədə 228 qadın xüsusi amansızlıqla öldürülüb. Özgəcan Aslanın öldürülməsinə etiraz üçün küçələrə çıxan minlərlə insan da qatilə ölüm hökmü tələb edib.
Azərbaycanda demək olar ki, hər gün Özəgəcan Aslan cinayətinə bənzər qətl və zorlama hadisələri baş versə də, cəmiyyətimizdə nədənsə, məhz Türkiyədə baş verənlərin təsiri ilə qadın zorakılığına qarşı etirazlar başlayıb. Sosial şəbəkələrdə, ictimai müzakirələrdə oxşar fikirlər, qadınlara qarşı zorakılıq törədənlərə qarşı ölüm hökmünün qaytarılması ilə bağlı tələblər səsləndirilir.
Musavat.com cəmiyyətdə müzakirə olunan bu mövzuya işıq salmağa çalışıb. Sadə insanlardan fərqli olaraq ziyalılar, yazarlar, ictimaiyyət nümayəndələri ölüm hökmünün qaytarılmasını yanlış hesab edirlər.
“Yeni Müsavat” qəzetinin köşə yazarı Azər Rəşidoğlunun fikrincə, ölüm hökmünün bərpası bir çox fəsadlara yol aça bilər: “Məhkəmələrin səhv etmək hüququ həmişə olur. Hətta dünyanın ən ədalətli məhkəmələrindən hesab edilən ABŞ məhkəmələri də bir çox hallarda günahı olmayan insanı ölüm cəzasına məhkum edirlər. Bu baxımdan, ölüm hökmünün əleyhinəyəm. Azərbaycanda isə ədalətli məhkəmə sistemi mövcud deyil. Məhkəmələr icra strukturlarından asılı vəziyyətdədirlər. Odur ki, ölüm hökmünün bərpası fəsadlara yol aça bilər. Bu cəza fərqli düşünən insanlara da şamil edilə bilər. Bunun isə nə demək olduğunu yəqin ki, hər kəs anlayır. Ümumiyyətlə, edam cəzasının fəlsəfəsini anlaya bilmirəm. Mən ən amansız cinayətkarın da hüquqlarının olduğunu düşünürəm və əminəm ki, etdiyi cinayətə görə o, Allah qarşısında cəzasını alacaq. Ədalətsiz məhkəmələrin bu missiyanı üzərinə götürməsi anlaşılan deyil”.
“Ayna-Zerkolo” qəzetlərinin baş redaktoru Elçin Şıxlı da ölüm hökmünün bərpasının əleyhinə olduğunu bildirdi: “Mən qəti şəkildə ölüm hökmünün bərpasının əleyhinəyəm. Biz vaxtilə irəli doğru bir addım atmışıq, indi geri qayıtmağın mənası yoxdur. Əgər söhbət cəzadan gedirsə, bəzən həbsxana həyatı ölümdən daha betər olur. Ciddi rejimli cəzaçəkmə müəssisələri var. Qadınlara və uşaqlara qarşı xüsusi amansızlıqla cinayət törədənləri daha ciddi rejimdə cəzalandırmaq olar. Ancaq istənilən halda, ölüm cəzasının verilməsi qəbul edilə bilməz”.
Millət vəkili Fazil Mustafa isə bildirdi ki, uşaqlara qarşı törədilən cinayətlərdə ölüm cəzası tətbiq oluna bilər: “Türkiyə cəmiyyətinin bu tələblərini mən haqlı hesab edirəm. Azərbaycanda da biz azyaşlılara qarşı törədilən cinayətlərə görə təklif etmişik ki, ölüm hökmü bərpa olunsun. Ancaq bu, real deyil. Çünki Avropa Şurası qarşısında öhdəliyimiz var. İndiki məqamda Azərbaycan üçün bu öhdəlikdən geri çəkilmək çox çətindir. Ancaq buna baxmayaraq, bu istiqamətdə işlərin getməsi lazımdır. Təbii ki, burada məhkəmələrin nə dərəcədə ədalətli olacağı da rol oynayır. Ancaq ölüm hökmünün tətbiqində prosedurlar bir qədər fərqlidir. Bütün hallarda müəyyən müddətdə gözləmə imkanları var. Ölüm hökmü tətbiq olunan kimi insan öldürülmür. Müəyyən müddət keçir və o müddət ərzində bu məsələ öz həllini tapır. Burada prezidentə müstəsna səlahiyyətlər verilir. Biz bu cəzanın yalnız azyaşlıların xüsusi amansızlııqla öldürülməsi və azyaşlılara təcavüz məsələsi ilə bağlı qəbul edilməsinin tərəfdarıyıq. Burada qadınlara qarşı törədilən cinayətlər də tövsif oluna bilər. Ancaq qadın zorakılığı ilə bağlı bütün hallarda ölüm hökmünü tətbiq etmək düzgün deyil”.
Nərgiz Liftiyeva
Previous Post

Azərbaycanda ölüm hökmü bərpa oluna bilərmi?

Next Post

“O səs Türkiyə”də münsiflər Ebrunu təbrik etmədi – VİDEO

Bənzər yazılar

AQEM-in 7-ci Zirvə Görüşü başa çatıb

AQEM-in 7-ci Zirvə Görüşü başa çatıb

15 Oktyabr 2026 - 16:20

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşü başa çatıb. Elchi.az xəbər verir ki, Azərbaycanın xarici...

AQEM-in VII Zirvə toplantısının yekunlarına dair Bakı Bəyannaməsi qəbul olunub

AQEM-in VII Zirvə toplantısının yekunlarına dair Bakı Bəyannaməsi qəbul olunub

15 Oktyabr 2026 - 16:09

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə toplantısının yekunlarına dair Bakı Bəyannaməsi qəbul olunub. Elchi.az xəbər...

“Rəqəmsal rabitə” informasiya sistemi yaradılıb – FƏRMAN

“Rəqəmsal rabitə” informasiya sistemi yaradılıb – FƏRMAN

15 Oktyabr 2026 - 12:17

"Rəqəmsal rabitə” informasiya sistemi yaradılıb. Elchi.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Fərman imzalayıb. Fərmana əsasən, “Rəqəmsal rabitə”...

Zakir Həsənov MDB Müdafiə Nazirləri Şurasının iclasında iştirak edib

Zakir Həsənov MDB Müdafiə Nazirləri Şurasının iclasında iştirak edib

15 Oktyabr 2026 - 12:04

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov oktyabrın 15-də Qırğız Respublikasında keçirilən Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin Müdafiə Nazirləri...

Next Post

“O səs Türkiyə”də münsiflər Ebrunu təbrik etmədi - VİDEO

“O səs Türkiyə”də münsiflər Ebrunu təbrik etmədi - VİDEO

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

ÇL: Həftənin ən yaxşı futbolçusu bilinib

ÇL: Həftənin ən yaxşı futbolçusu bilinib

15 Oktyabr 2026 - 19:09
Dövlət Yanğından Mühafizə Xidməti “açıq qapı günü” keçirib – FOTO

Dövlət Yanğından Mühafizə Xidməti “açıq qapı günü” keçirib – FOTO

15 Oktyabr 2026 - 18:43
COVID-19 xəstələrinə qulluq edən tibb işçilərinin maaş əlavəsi uzadıldı

COVID-19 xəstələrinə qulluq edən tibb işçilərinin maaş əlavəsi uzadıldı

15 Oktyabr 2026 - 18:34
Cəbrayılda günəş elektrik stansiyasının tikintisinə icazə müddəti uzadıldı

Cəbrayılda günəş elektrik stansiyasının tikintisinə icazə müddəti uzadıldı

15 Oktyabr 2026 - 18:26
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü – YENİLƏNDİ

Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü – YENİLƏNDİ

15 Oktyabr 2026 - 18:17
Husilərin hücumları səbəbindən Aİ və Körfəz ölkələrinin sammiti təxirə salınıb

Husilərin hücumları səbəbindən Aİ və Körfəz ölkələrinin sammiti təxirə salınıb

15 Oktyabr 2026 - 18:05
Dünya üçün Azərbaycan nümunəsi

Dünya üçün Azərbaycan nümunəsi

15 Oktyabr 2026 - 18:01
Bakıda 8 marşrutun hərəkət sxemi dəyişdirildi

Bakıda 8 marşrutun hərəkət sxemi dəyişdirildi

15 Oktyabr 2026 - 17:56
Kosmetikaya görə dərsə buraxılmayan şagirdin atası insident törədərək həbs edilib

Kosmetikaya görə dərsə buraxılmayan şagirdin atası insident törədərək həbs edilib

15 Oktyabr 2026 - 17:48
Qlobal iqtisadi proseslərin Azərbaycana təsirləri müzakirə edilib

Qlobal iqtisadi proseslərin Azərbaycana təsirləri müzakirə edilib

15 Oktyabr 2026 - 17:35
Zelenski Brüsselə gəlib: NATO rəhbəri və Aİ liderləri ilə görüşlər keçirəcək

Zelenski Brüsselə gəlib: NATO rəhbəri və Aİ liderləri ilə görüşlər keçirəcək

15 Oktyabr 2026 - 17:27
ADY-də qanvermə aksiyası keçirildi

ADY-də qanvermə aksiyası keçirildi

15 Oktyabr 2026 - 17:15
İspaniyada saxta sənədlərlə ölkəyə keçmək istəyən 40 nəfər saxlanılıb

İspaniyada saxta sənədlərlə ölkəyə keçmək istəyən 40 nəfər saxlanılıb

15 Oktyabr 2026 - 17:10
Avropa liderləri Kiyevlə Vaşinqton arasında gərginliyi azaltmaq istəyir

Avropa liderləri Kiyevlə Vaşinqton arasında gərginliyi azaltmaq istəyir

15 Oktyabr 2026 - 16:58
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15 Oktyabr 2026 - 16:50
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.