“O səs Türkiyə”də yarımfinal gecəsində azərbaycanlı iştirakçı Elnur Hüseynov səhnəyə çıxıb.
Axşam.az xəbər verir ki, Elnur musiqisi Tofiq Quliyevin, sözləri Rəsul Rzanın olan “Yalqızam yalqız” əsərini oxuyub. Ebru Gündeşin komandasında yarışan həmyerlimiz ilk səsvermədə 6-lığa daxil olub.
Şərtlərə əsasən ən az səs yığan iki nəfər yarışmanı tərk etdikdən sonra digər ifaçılar növbəti dəfə çıxış ediblər.
Bu dəfə isə E.Hüseynov Serab Erenerin repertuarından “Vur yüreğim” mahnısını səsləndirib. Azərbaycanlı iştirakçı bu dəfə final dördülüyünə vəsiqə qazanıb. O, sabah final gecəsində qalib olmaq üçün yarışacaq.
Qeyd edək ki, bütün iştırakçılar və münsiflər heyəti bir neçə gün əvvəl qətlə yetirilən Özgecan Aslanın xatirəsinə hörmət olaraq qollarında sarğı ilə çıxıblar.
Xatırladaq ki, “TV8” kanalında yayımlanan Acun İlıcalının aparıcısı olduğu səs yarışmasının münsiflər heyətində müğənnilər Ebru Gündeş, Hadisə, Mazhar-Özkan cütlüyü və Gökhan Özoğuz yer alırlar.
Ərzurumda “Aşıq sənəti: Türk dünyasının ortaq ədəbi xəzinəsi” mövzusunda Beynəlxalq Elmi Konfrans və konsert proqramı keçirilib. Bu barədə Elchi.az-a Türkiyədə...
Oktyabrın 28-dən noyabrın 8-dək Bakı yenidən dünya incəsənətinin mərkəzinə çevriləcək: Azərbaycanın paytaxtı Bakı Beynəlxalq İncəsənət Festivalına (BIAF) ev sahibliyi edəcək....
Mədəniyyət Nazirliyi region teatrlarında direktor vəzifəsi üçün müsabiqə elan edib. Elchi.az-a bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib. Qeyd olunub ki,...
Dünyaşöhrətli rejissor Kristofer Nolanın Homerin məşhur “Odissey” dastanı əsasında çəkdiyi film Böyük Britaniyada qədim yunan mifologiyasına marağı kəskin artırıb. Filmin...
Son şərhlər