"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

“Ermənilərlə rusların münasibəti itin öz quyruğunu idarə etməsinə bənzəyir”-FOTOLAR

20 Yanvar 2015 - 21:55
in MANŞET
FacebookVatsap

Bunu da oxuyun

Dövlət ümumi təhsil müəssisələrində geyim qaydalarının icrasına dair monitorinqlərə başlanılıb

Tramp ilə Zelenski arasında gərginlik artır

ABŞ Ukraynaya silah tədarükünü dayandırmaqla hədələyir

Rus politoloqdan şok açıqlamalar…22771
“Erməni qanı Lavrovun iki dövlət arasında obyektiv mövqe bildirməsinə də mane olur”
Jurnalist həmkarımız Ülkər Musazadə Moderator.az-a olduqca ibrətamiz və millət adına utancverici bir yazı göndərib. Mühakimə yürütməyi oxucuların ixtiyarına buraxırıq:
“16 yanvar idi. Rusiyanın tanınmış politoloqu, jurnalisti, yazıçısı və publisisti Aleksandr Femenkov 20 yanvar hadisəsələrindən 25 il ötməsi ilə bağlı Azərbaycana gəlməsi üçün ona yardım etməyi məndən xahiş etdi. İnanın mənə, bir rusun dövlətçiliyimiz və Azərbaycan xalqı üçün bu qədər  canfəşanlıq etməsi həm xoşuma gəldi, həm də məni qürurlandırdı. O dedi ki, ən böyük arzusu 20 yanvarda şəhid olanların məzarlarını ziyarət etməkdir. Azərbaycan şəhidlərini ziyarət edib onları  qətlə yetirənlərə lənət oxumaq istəyən bu rusun gəlməsinə yardım edəcəyimi söylədim. Amma necə və nə cür yardım edəcəyimi bilmirdim. Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinə müraciət etsəm də bir cavab gəlməmişdi. Daha sonra onun ermənilərə olan nifrətini və  Azərbaycanlılar haqqında olan fikirlərini işıqlandırmaq, ictimailəşdirmək məqsədi ilə Trend.az-a, Lider.Tv-yə  və bir neçə mediada sözü  keçən  əsl jurnalistlərə müraciət edərək, dəstək istədim. Əfsuslar olsun ki, heç kəs yardım etmək istəmədi. Mənə məlum olmayan məqam ondan ibarət idi ki, daim dünyaya duyurmaq istədiyimiz bir gün haqda qanımızdan, canımızdan olmayan bir rus  elə öz rusunu qınayacaqdı… amma nədənsə buna heç kəs əhəmiyyət vermirdi. Aleksnadr Femenkova onun 20 yanvarda Şəhidlər Xiyabanını  ziyarət etməsi üçün əlimdən gələni edəcəyimi söyləmişdim. Amma  deyəsən inandırıcı deməmişdim.  Çünki üstündən bir neçə dəqiqə sonra Aleksandr Femenkov öz  facebook səhifəsində onun 20 yanvar günü Bakıya gəlməsi üçün yardım edilməsini istəmişdi. Bir xeyirxah və xaricdə yaşayan azərbaycanlımız ona həmin gün müəyyən məbləğdə pul göndərməsini söz vermişdi.  Çox sevindim. Sevindim ki, müraciət etdiyim və yardım istədiyim azərbaycanlılardan rədd cavabı alsam da, A.Femenkova yardım edən də bir azərbaycanlı idi. 17 yanvar axşam saatlarında Aleksandr Femenkov mənə Taqanroq-Bakı qatarı ilə yola çıxdığını və yanvarın 19-artıq Bakıda olacağını söylədi. Sevincək halda bir neçə sözü və imzası ilə daim haqq-ədalətdən, dövlətçilikdən dəm vuranlara müraciət edərərək, Aleksandr Femenkov üçün mətbuat konfransı təşkil etməyi və onun ermənilər əleyhinə açıqlamalarını ictimailəşdirmək üçün yardım istədim. Hamı bir ağızdan “mətbuat konfransı üçün müəyyən yer təşkil etmək və onun haqqını vermək lazımdır” dedilər. Onlara heç cür başa sala bilmədim ki, cənablar,  bir rus politoloqunun erməni separatçıları haqqında fikrlərini ictimailəşdirmək ilk növbədə daim vətən və xalqdan yazan  şablon yazılarınızdan daha önəmlidir. Sonda CBC-də çalışan bir jurnalist dostumdan  Aleksandr Femenkovun Şəhidlər Xiyabanına ziyarətinin çəkilişini və onun açıqlamalarının ictimailəşdirilməsini xahiş etdim. Axır ki, razılaşdılar. 19 yanvarda Şəhidlər Xiyabanının önündə Aleksandr Femenkovla görüşdük. Çox gözəl açıqlamalar verdi.   Elə açıqlamalar ki, rusun özünü də məəttəl qoyacaq. Nəinki biz azərbaycanlıları…
O  Azərbaycan Rusiya münasibətlərindən danışarkən adət almış bütün politoloqlar kimi iki ölkə arasındakı münasibətləri tərifləmədi, əksinə, pərdəarxası məqamlara toxundu: “Bilirsiniz, mən Rusiya Azərbaycan münasibətlərində ikili standartlar görürəm. Daha dəqiq desək ögeylik hiss olunur. Rusiya XİN başçısı Sergey Lavrova böyük hörmətim var. O böyük siyasətçi və güclü diplomatdır. Amma nəzərə alsaq ki, onun bir tərəfi ermənidir və o azərbaycanlılara qarşı heç də ürəkaçan mövqe sərgiləmir. Hətta bu erməni qanı onun iki dövlət arasında obyektiv mövqe bildirməsinə də mane olur. Ümumiyyətlə, Rusiya Xarici İşlər Nazirliyində erməni lobbisinin təsiri güclüdür, deyə düşünürəm. Bu da Rusiyaya Azərbaycan adına gərəkli addımlar atmağa mane olur”.
Aleksandr Femenkov Xocalıdan və 20 yanvar hadisələrindən də danışdı: “Bu gün Gümridə bir ailə qətlə yetirilib. Bu erməni də olsa çox acı bir faciədir. Amma gəlin digər tərəfdən diqqət yetirək, bu sadəcə bir erməni ailəsinin qətlidir. Faciəvi şəkildə ölümüdür. Xocalı soyqrımında isə minlərlə belə ailə qətlə yetirilib. Lakin buna görə orada qətlə yetirilənlərə görə heç kəs cəzalandırlmayıb. Bu haqsızlıqdır. 20 yanvar şəhidlərini ziyarət etməyi özümə borc bildim. 20 yanvar hadisəsi Sovet İttifaqının tarixində bir qara ləkə kimi qalacaq. Bu Sovet İttifaqının böyük səhvi idi. Allah bütün şəhidlərə rəhmət eləsin!”
Aleksandr Femenkov daim Kremlin danişan dili kimi vəsv edilən Aleksandr Duqinin ermənipərəst mövqeyinin birdən-birə dəyişməsinin səbəblərinə də toxundu: “A. Duqin mövqeyini çoxdan dəyişməli idi. Ermənilər haqda mən ötən dəfə sizə müsahibəmdə də demişdim. Ermənilərlə rusların münasibəti sanki itin öz quyruğunu idarə etməsinə bənzəyir. Bu isə çox iyrənc bir görüntü sərgiləyir. Hər halda, Duqin də bu iyrəncliyin gec də olsa fərqinə varıb”.
Daha sonra Aleksandr Femenkovla xatirə şəkili çəkdirdik. Çox maraqlı bir görüş alınmışdı. Ermənilərin əleyhinə olan hər kəs mənim dostumdur! Hesab edirəm ki, müharibə şəraitində yaşayan hər bir azərbaycanlı. Hələ üstəlik jurnalist bu cür prinsiplə çalışmalıdır.”
Previous Post

“Ermənilərlə rusların münasibəti itin öz quyruğunu idarə etməsinə bənzəyir”-FOTOLAR

Next Post

“Dostoyevski yaşasaydı, ona yenə də əfv ərizəsi yazdırardılar” – Asılmamış portret

Bənzər yazılar

Dövlət ümumi təhsil müəssisələrində geyim qaydalarının icrasına dair monitorinqlərə başlanılıb

Dövlət ümumi təhsil müəssisələrində geyim qaydalarının icrasına dair monitorinqlərə başlanılıb

12 Oktyabr 2026 - 21:05

Dövlət ümumi təhsil müəssisələrində təhsilalanlar və təhsilverənlər üçün Nazirlər Kabinetinin müvafiq qərarları ilə müəyyən edilmiş geyim tələblərinin icra vəziyyətinin öyrənilməsi...

Tramp ilə Zelenski arasında gərginlik artır

Tramp ilə Zelenski arasında gərginlik artır

12 Oktyabr 2026 - 17:36

Vəzifəyə gəldiyi gündən bəri ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Vladimir Zelenskini tez-tez tənqid edib və Ukrayna ilə bağlı sələfi...

ABŞ Ukraynaya silah tədarükünü dayandırmaqla hədələyir

ABŞ Ukraynaya silah tədarükünü dayandırmaqla hədələyir

12 Oktyabr 2026 - 11:16

Donald Tramp administrasiyası Kiyevin Rusiyanın energetika infrastrukturuna zərbələrini dayandırmaq məqsədilə Ukrayna üçün Amerika silahlarının satınalma mexanizmini və kəşfiyyat məlumatlarının mübadiləsini...

Prezident İlham Əliyevin Kamboca Baş naziri ilə məhdud tərkibdə görüşü olub

Prezident İlham Əliyevin Kamboca Baş naziri ilə məhdud tərkibdə görüşü olub

12 Oktyabr 2026 - 10:55

Oktyabrın 12-də Azərbaycan Prezidenti İlham Əliyevin Kamboca Krallığının Baş naziri Hun Manet ilə məhdud tərkibdə görüşü olub. Elchi.az xəbər verir...

Next Post

“Dostoyevski yaşasaydı, ona yenə də əfv ərizəsi yazdırardılar” - Asılmamış portret

“Dostoyevski yaşasaydı, ona yenə də əfv ərizəsi yazdırardılar” - Asılmamış portret

Son xəbərlər

İran XİN Böyük Britaniyanın ittihamlarını pisləyib

İran XİN Böyük Britaniyanın ittihamlarını pisləyib

12 Oktyabr 2026 - 23:31
“Liverpul”un sabiq baş məşqçisi Arne Slot UEFA-da yeni vəzifəyə təyin edilib

“Liverpul”un sabiq baş məşqçisi Arne Slot UEFA-da yeni vəzifəyə təyin edilib

12 Oktyabr 2026 - 22:54
İran səfiri Böyük Britaniya XİN-in iddiasını rədd edib

İran səfiri Böyük Britaniya XİN-in iddiasını rədd edib

12 Oktyabr 2026 - 22:53
Bəhreynin “Gulf Air” şirkəti Ər-Riyada uçuşları dayandırıb

Bəhreynin “Gulf Air” şirkəti Ər-Riyada uçuşları dayandırıb

12 Oktyabr 2026 - 22:00
Sabah Nizami rayonunun bəzi ərazilərində qaz olmayacaq

Sabah Nizami rayonunun bəzi ərazilərində qaz olmayacaq

12 Oktyabr 2026 - 21:58
Masazırda avtomobilləri yandıran şəxslər həbs edilib

Masazırda avtomobilləri yandıran şəxslər həbs edilib

12 Oktyabr 2026 - 21:57
Dövlət ümumi təhsil müəssisələrində geyim qaydalarının icrasına dair monitorinqlərə başlanılıb

Dövlət ümumi təhsil müəssisələrində geyim qaydalarının icrasına dair monitorinqlərə başlanılıb

12 Oktyabr 2026 - 21:05
Prezident təqaüdçülərinin universitetlər üzrə bölgüsü açıqlanıb

Prezident təqaüdçülərinin universitetlər üzrə bölgüsü açıqlanıb

12 Oktyabr 2026 - 20:59
“Dövlətimizi sevməyən qüvvələr məqsədlərinə çata bilməyəcəklər”

“Dövlətimizi sevməyən qüvvələr məqsədlərinə çata bilməyəcəklər”

12 Oktyabr 2026 - 20:44
Əli Əsədov Mərakeşin hökumət başçısı təyin olunması münasibətilə Fatimə Əl-Mənsurini təbrik edib

Əli Əsədov Mərakeşin hökumət başçısı təyin olunması münasibətilə Fatimə Əl-Mənsurini təbrik edib

12 Oktyabr 2026 - 20:41
Media və Yayım Şurası: Vahid məktəbli forması qərarını qərəzli şəkildə siyasiləşdirmə cəhdləri müşahidə olunur

Media və Yayım Şurası: Vahid məktəbli forması qərarını qərəzli şəkildə siyasiləşdirmə cəhdləri müşahidə olunur

12 Oktyabr 2026 - 20:39
Böyük Britaniya İrana qarşı sanksiyalar elan edib

Böyük Britaniya İrana qarşı sanksiyalar elan edib

12 Oktyabr 2026 - 20:35
ABŞ, Böyük Britaniya və daha 27 ölkə İrana qarşı bəyanatlarla çıxış edib

ABŞ, Böyük Britaniya və daha 27 ölkə İrana qarşı bəyanatlarla çıxış edib

12 Oktyabr 2026 - 20:33
Merz ABŞ və Rusiya arasında yanacaqla bağlı razılaşmaya münasibət bildirib

Merz ABŞ və Rusiya arasında yanacaqla bağlı razılaşmaya münasibət bildirib

12 Oktyabr 2026 - 19:28
Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırır

Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırır

12 Oktyabr 2026 - 19:20
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.