"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MARAQLI

Azərbaycanlı milyarderin “cənnətində” həftəsi 5 milyon dollarlıq istirahət – (Fotolar)

05 Yanvar 2015 - 13:53
in MARAQLI
FacebookVatsap

Türkiyənin Bodrum şəhərinin sahillərində Rusiya, Azərbaycan, Fars körfəzi ölkələri və ABŞ-dan gələn meqa-yaxtalar, yaxud zənginlərin üzən sarayları üçün nəzərdə tutulan xüsusi liman var.

Bunu da oxuyun

İlon Mask “SpaceX” və “Tesla” üçün çip istehsal edəcəyini açıqlayıb

Günəşdə güclü partlayış baş verib

Alimlər: Aralıqlı təkrarlar əzbərləmədən təsirlidir

Bodrum Yalıkovakda, mərmər sahillərdə inşa edilmiş bu limana və yeddiulduzlu istirahət kompleksi “Billionare Club”a yatırılmış investisiya artıq geri qayıdıb. Çünki bu məkanda bir həftəlik istirahət 5 milyon dollara başa gələ bilər.

Virtualaz.org saytı xəbər verir ki, azərbaycanlı milyarder-oliqarx, “Palmali” şirkətlər qrupunun sahibi, gəmiçilik maqnatı Mübariz Mənsimovun bu layihəsi haqda Almaniyanın manager-magazin.de portalı yazır.

Məqalədə deyilir ki, “Gökova Bay Bodrum” limanında bu yaxınlarda Dubaydan olan ərəb milyarderi Abdulla əl-Futtaimin 110 metrlik “Radiant” super-yaxtası lövbər salıb.

Abdulla əl-Futtaim Birləşmiş Ərəb Əmirliklərinin ən varlı adamlarından biridir. Onun üzən sarayı ehtiyatla yerində fırlanır. LED işıqlarla örtülmüş, dördmərtəbəli bina hündürlüyündə olan yaxtanın göyərtəsində iki vertolyot var. Təxminən 286 milyon avroya başa gələn dəbdəbəli yaxta nəinki raketdən müdafiə sistemi ilə, eyni zamanda “Sonar” dalğıc qurğusu və piratların qulaq pərdələrini partlatmağa kifayət edən LRAD uzaq məsafəli akustika qurğusu ilə təchiz olunub.

Yaxtanın təchizatına hətta su altında üzməyə imkan verən mini-sualtı qayıq da daxildir.

Bəs bu nədir – paranoyadır, yoxsa zəngin adamın uşaqsayağı əyləncəsi?

Dubaydan olan super-yaxta eksperti, alman fotoqraf Byren Lauen deyir ki, qətiyyən yox. Bu cür super-yaxtalar üçün dəniz təhlükəsizliyini təmin edən bu sistemlər vacibdir. Əks halda onları heç sığortalayan da olmaz.

“Radiant” son aylarda Mənsimovun limanında yan alan yeganə üzən saray deyil. Digər azərbaycanlı milyarder Fərhad Əhmədovun “Luna” adlı yaxtası – iki vertolyot meydançasına, qapalı hovuza, sürət katerinə və bir neçə lüks kayuta malik üzən sarayı da son vaxtlar bu limanda tez-tez görünür. Əhmədov yaxtanı rusiyalı oliqarx Roman Abramoviçdən alıb. Axı uzunluğu 115 metr olan, 50 nəfərlik heyətə malik bu yaxta Roman Abramoviç üçün həddən artıq kiçikdir, elə deyilmi?!

Digər tərəfdən, Mənsimovun milyarderlər üçün nəzərdə tutulmuş məkanında istirahət etmək də hər adamın işi deyil. Məsələn, Rusiyanın “Stoliçnaya” araq brendinin sahibi, şərabçılıq maqnatı Yuri Şeffler “Serene” yaxtası ilə limana yan alaraq burada istirahət üçün bir həftəyə 5 milyon dollar xərcləyib.

Hətta Britaniya şahzadəsi Çarlz da ona çata bilməz: Çarlz və xanımı Kamilla dostları ser Donald Qoslinqlə 75 metrlik “Leander” yaxtasında Mənsimovun limanına yan alıblar. “Billionare Club”da bir həftəlik istirahət və yaxta üçün dayanacaq haqqı onlara 550 min avroya başa gəlib.

Rusiyadan və digər keçmiş sovet respublikalarından olan oliqarxların yaxtaları son vaxtlar tez-tez Bodrum yarımadasına yan alır. Onlar hər şeydən əvvəl Bodruma super varlılar üçün çoxsaylı seçim imkanları təklif edən məkan kimi baxırlar.

Bodrumda gecə həyatının özəyi hələ də dünyanın açıq havada ən böyük gecə klubu hesab edilən “Halikarnas” olaraq qalır. Gecə saat 2-də lazer şüalarının yaşıl zolaqları səmanı dəlir və Bodrumun XV əsrdən qalmış qədim binalarının divarları ultra-yüksək səs dalğalarından silkələnir. Rəqs meydançasının ortasında ancaq Jade Jagger dairə boyu fırlanır. Mayk Jaggerin qızı Bodrumdakı “Secret Garden” restoranında işləyir. Burada dünyanın digər məşhurlarını da tez-tez görmək olar. Məsələn, Naomi Kempbell tez-tez Abramoviçin “yedəyində” burada olur, şahzadə Marqaret, Maykl Keyn və Rotşildləri də tez-tez burada görmək olar.

Mənsimovun Bodrumdakı “Palmarina” limanında uzunluğu 40 metrdən 100 metrə qədər olan 70 meqa-yaxta üçün yer var, “Billionare Club”da isə 710 yataq yeri mövcuddur. Orada varlı müştərilərin tələblərini ödəyən hər şey var. Kompleksə məşhur “Cipriani” restoranı, ticarət mərkəzi, fitnes-mərkəz, vertolyot meydançaları, “Palmalife Marina Suite Hotel” və “Palmalife Marina Boutique Hotel”də füsunkar nömrələr daxildir.

Azərbaycandan olan oliqarx Mübariz Mənsimov bu limana 120 milyon dollar investisiya qoyub.

Günlərin birində səhər tezdən “Gökova Bay”dan “Radiant” yoxa çıxdı. Doğrudanmı ərəb milyarderi yerini daha böyük yaxtaya malik digər milyarderə güzəştə getdi?

Məsələ ondadır ki, cənab Abramoviç özünün yeni “Eclipse” super-yaxtasının tezliklə limana yan alacağını elan edib. Yaxta hazırda yoldadır və Yunanıstan adaları sahillərində üzür. Abramoviçin ad günündə Gökovada olmalıdır. Onun yeni yaxtasının iki vertolyot meydançası, 24 kayutu, iki hovuzu, hidromasaj vannaları, bir neçə diskoteka meydançası var. Həmçinin yaxta üç sürətli katerlə, 50 metr dərinliyə enə bilən mini-sualtı qayıqla təchiz olunub. Heyəti təxminən 70 nəfərdir.

162,5 metrlik “Eclipse” yaxtası Abramoviçə 1,2 milyard dollara başa gəlib.

Bəs bu uzunluqda yaxta Mənsimovun limanına yan ala bilərmi? Axı  “Palmarina” 100 metrə qədər yaxtalara dayanacaq təklif edir.

“Abramoviç sonuncu dəfə burada olanda onun yaxtasının təhlükəsizliyinin təmin edilməsi aşağı səviyyədə oldu. Bir həftə boyu bütün internet yaxtanın şəkillərini verdi. Və yaxta bir həftə boyu Kos adasından da görünürdü” – deyə otel əməkdaşı bildirir.

Virtualaz.org

 

Previous Post

Azərbaycanlı milyarderin “cənnətində” həftəsi 5 milyon dollarlıq istirahət – (Fotolar)

Next Post

Azərbaycanda maskalı şəxslər evə basqın edib qadınları döydü

Bənzər yazılar

İlon Mask “SpaceX” və “Tesla” üçün çip istehsal edəcəyini açıqlayıb

İlon Mask “SpaceX” və “Tesla” üçün çip istehsal edəcəyini açıqlayıb

23 Mart 2026 - 18:43

İlon Mask avtomobillərin, robotların və kosmosdakı süni intellekt məlumat mərkəzlərinin fəaliyyəti üçün istifadə olunacaq SpaceX və Tesla çiplərinin istehsalına başlamağı...

Günəşdə güclü partlayış baş verib

Günəşdə güclü partlayış baş verib

13 Mart 2026 - 17:47

Martın 13-də Günəşdə güclü partlayış qeydə alınıb. Elchi.az üxəbər verir ki, bu barədə Tətbiqi Geofizika İnstitutundan (İPG) məlumat verilib. Məlumatda...

Alimlər: Aralıqlı təkrarlar əzbərləmədən təsirlidir

Alimlər: Aralıqlı təkrarlar əzbərləmədən təsirlidir

23 Fevral 2026 - 18:57

Kaliforniya Universitetinin San-Fransisko kampusundan olan alimlər öyrənmənin əzbərləməkdən daha təsirli ola biləcək üsulunu müəyyən ediblər: əsas amil təkrarların sayı deyil,...

Dəhşətli gerçək: bu xəstəlik diaqnozu insanları cinayətə sürükləyir

Dəhşətli gerçək: bu xəstəlik diaqnozu insanları cinayətə sürükləyir

14 Fevral 2026 - 04:48

Avropa iqtisadçıları məşhur Breaking Bad serialında təsvir olunan psixoloji modelin real həyatda da mövcud olduğunu müəyyən ediblər. Elchi.az xəbər verir...

Next Post

Azərbaycanda maskalı şəxslər evə basqın edib qadınları döydü

Azərbaycanda maskalı şəxslər evə basqın edib qadınları döydü

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

U-17 dünya çempionatı: Əli Cavadlı finala vəsiqə qazandı

U-17 dünya çempionatı: Əli Cavadlı finala vəsiqə qazandı

28 İyul 2026 - 17:36
Trampdan Tehrana sərt xəbərdarlıq: “Bir saatdan az vaxta körpülərini dağıda bilərəm”

Trampdan Tehrana sərt xəbərdarlıq: “Bir saatdan az vaxta körpülərini dağıda bilərəm”

28 İyul 2026 - 17:25
Mançini yenidən İtaliya millisinin baş məşqçisi olacaq

Mançini yenidən İtaliya millisinin baş məşqçisi olacaq

28 İyul 2026 - 17:19
Tramp razılaşma olmasa İranın yerüstü nüvə obyektini məhv edəcəyini bildirib

Tramp razılaşma olmasa İranın yerüstü nüvə obyektini məhv edəcəyini bildirib

28 İyul 2026 - 17:10
Tramp ABŞ-yə gələn Zelenskini qarşılamayıb

Tramp ABŞ-yə gələn Zelenskini qarşılamayıb

28 İyul 2026 - 17:00
Ağdam, Füzuli və Cəbrayılda açıq ərazilərdə yanğınlar başladı

Ağdam, Füzuli və Cəbrayılda açıq ərazilərdə yanğınlar başladı

28 İyul 2026 - 16:50
Miqrasiya Xidməti yeni qaydanın icrasına başladı

Miqrasiya Xidməti yeni qaydanın icrasına başladı

28 İyul 2026 - 16:35
Azərbaycanda 10 ukraynalı hərbçi reabilitasiya kursu keçdi

Azərbaycanda 10 ukraynalı hərbçi reabilitasiya kursu keçdi

28 İyul 2026 - 16:23
Sertifikasiya imtahanında texniki səhv aşkarlandı, ballar dəyişdi

Sertifikasiya imtahanında texniki səhv aşkarlandı, ballar dəyişdi

28 İyul 2026 - 16:11
Zaxarova Zelenskinin yalanlarından danışdı

Zaxarova Zelenskinin yalanlarından danışdı

28 İyul 2026 - 16:00
Bu şəxslərin maaşı artırılacaq

Bu şəxslərin maaşı artırılacaq

28 İyul 2026 - 15:53
Reinteqrasiya tədbirləri nəticəsində 913 uşaq müəssisələrdən ailələrinə qaytarılıb

Reinteqrasiya tədbirləri nəticəsində 913 uşaq müəssisələrdən ailələrinə qaytarılıb

28 İyul 2026 - 15:44
FHN-in əməkdaşları qol güləşi və atıcılıq yarışlarında uğur qazanıblar

FHN-in əməkdaşları qol güləşi və atıcılıq yarışlarında uğur qazanıblar

28 İyul 2026 - 15:27
Çimərliklərdə gözlənilən hava şəraiti açıqlandı

Çimərliklərdə gözlənilən hava şəraiti açıqlandı

28 İyul 2026 - 15:15
Polşa Ukraynaya qarşı ərazi iddialarını rədd edib

Polşa Ukraynaya qarşı ərazi iddialarını rədd edib

28 İyul 2026 - 15:00
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« İyn    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.