"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

“ Putin Rusiyasına güzəşt olmayacaq”

18 Dekabr 2014 - 08:48
in SİYASƏT
FacebookVatsap

Vəfa Quluzadə: “Rusiyanın çökməsi Qarabağ məsələsinin həlli ilə nəticələnəcək”img1614880

Bunu da oxuyun

Azərbaycan səfiri etimadnaməsinin surətini Bəhreynin XİN rəhbərinə təqdim edib

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim etdi

Azərbaycan və Belarus hərbi hüquqşünaslarının görüşü olub

“Mən Rusiyanın çökəcəyini hələ 1995-ci ildə Vaşinqtonda Yaxın Şərq İnstitutunda çıxış edərkən demişdim. O zaman mən dövlət müşaviri kimi bu çıxışı eləmişdim və Rusiyada geniş rezonans doğurmuşdu. Sonradan ”Pravda”, “Komsomolskaya pravda” qəzetləri həmin çıxışdan bəhs edib haqqımda yazılar yazdılar”.

Sabiq dövlət müşaviri, politoloq Vəfa Quluzadə bu fikirləri Rusiyada yaşanan böhranlı vəziyyəti və bu böhranın Azərbaycana mənfi-müsbət təsirlərinin olub-olmayacağını şərh edərkən bildirdi. Tanınmış analitik hesab edir ki, Putin rejimi bu vəziyyətdən çıxmayacaq: “Avropa artıq hakimiyyətə gələndə Hitler kimi bir diktatora güzəşt etməyin nəticəsinin nə olduğunu bilir. O səbəbə görə sözsüz ki, Putin Rusiyasına güzəşt olmayacaq. Bir çox ruspərəstlər düşünür ki, bəlkə Putin nüvə müharibəsi edəcək. Çünki Rusiya prezidenti çox əzələ oynadır, gah rus təyyarələri NATO sərhədlərində, Baltik dənizinin üzərində uçuşlar keçirir, gah Kalininqrada qoşun yığır. Müharibəni o vaxt edərlər ki, heç olmasa qələbəyə bir faiz ümid olar.
Ancaq bu gün Rusiyanın qələbəyə ümidi sıfıra bərabərdir. İkincisi də Putin tək deyil, ətrafındakılar onun vəziyyətində deyillər. Ona görə ki, Ukraynada baş verənlərə və bir çox başqa məsələlərə cavabdeh Putindir. Bu mənada Putinin heç bir çıxış yolu yoxdur, amma onun ətrafındakıların çıxış yolu var. Onlar çıxış yolu üzərində işləyə bilərlər. Amma bu böhranda artıq yenə də sübut olunub ki, imperiya vəziyyətində Rusiya inkişaf edə bilməz. Çünki inkişaf üçün azadlıq, qanunun aliliyi lazımdır. Bütün bunlar isə imperiya ilə bir araya sığmır. Ona görə də elə bil ki, Rusiya sehrli bir həlqədədir. Azadlığa doğru gedəndə imperiya uçur, imperiyanı möhkəmləndirəndə azadlıq olmur, inkişaf uçuruma gedir”.
V.Quluzadə deyir ki, dünya nəhənglərindən olan Rusiyanın çökməsinə yalnız Azərbaycanla əlaqəli məsələ kimi baxmaq olmaz: “Rusiyanın çökməsi rus imperiyasının bütün bizim regiondakı siyasətinin çökməsi kimi baxmaq lazımdır. Rusiya çökəndə MDB çökəcək, Putinin can atdığı Gömrük İttifaqı, Avrasiya Birliyi çökəcək. Bunların heç biri ittifaq deyil. Heç Rusiyanın özü də federativ dövlət deyil. Federasiya könüllü birləşmədir, amma Rusiyanın tərkibindəki xalqlar ilhaqa məruz qalıb, dünya da buna göz yumur. Putin Rusiyanın ərazi bütövlüyü haqqında danışıb. İmperiyanın ərazi bütövlüyü ola bilməz, Rusiya unitar dövlət deyil”.
Bəs Rusiyanın çökməsi Azərbaycanı şimaldan daim təhdid edən təhlükədən xilas edə bilərmi, yoxsa qonşuluğumuzda baş verənlər ölkəmiz üçün daha ciddi kataklizmlər vəd edir? V.Quluzadə heç də narahat deyil. Hesab edir ki, Rusiyanın çökməsindən ətraf ölkələrin zərər görəcəyi barədə danışmaq yersizdir: “Zülmkarın çökməsinin Azərbaycana heç bir mənfi təsiri ola bilməz. Rusiyanın çökməsi Qarabağ məsələsinin həlli və Azərbaycan torpaqlarının işğaldan azad olunması ilə nəticələnəcək. İkincisi, Rusiya müharibə nəticəsində çökdürülmür, yaxud nüvə silahı ilə vurub Rusiyanı yandırmayacaqlar ki. Rusiyadakı mütərəqqi qüvvələr görəndə ki, artıq bu rejim rus xalqına bədbəxtçilikdən başqa heç nə vermir, o halda rejim dəyişə bilər. Əgər liberal rejim dəyişsə, onda sözsüz ki, həm rus xalqına, həm də region xalqlarına böyük xeyri dəyə bilər. Gəlin etiraf edək ki, bu dəqiqə hamımız Rusiyadan qorxuruq. Gürcüstan qorxur, Rusiya onun içərisində baza yaradıb. Azərbaycan da əsir, 20 faiz torpağımız işğal altındadır, hər gün də müharibə təhlükəsi və bu müharibədə Rusiyanın iştirakı məsələsi var. Qazaxıstan əsir, çünki Gömrük İttifaqının üzvüdür. Putinin doktrinası budur ki, harada rus var, gərək Rusiya onu müdafiə etsin. Deməli, Putin Qazaxıstanı da işğal edə bilər”.
Bəs Qərb Yeltsinin zamanında olduğu kimi, son anda Rusiyanı çökməkdən xilas edə bilərmi? V.Quluzadə: “Yox, bu, mümkün deyil. O ölkə ki, daim Qərbi nüvə müharibəsi ilə hədələyir, Qərb niyə ona güzəşt etsin? Əgər Putin siyasətini dəyişmək istəsə, Krımla birgə Ukraynadan çıxmaq istəsə, onda gərək Putin Qərbin bütün istəklərini yerinə yetirsin. Ancaq o zaman Putin rejimi olmayacaq, gərək buna başqaları imza atsın”.
Qeyd edək ki, ötən gün rus rublunun ucuzlaşmasında rekord hədd müşahidə olunub. Rusiya fond birjalarında 1 avro 101 rubla, dollar isə 80 rubla çatıb. Rublun məzənnəsinin kəskin düşməsi, Azərbaycanla iqtisadi-siyasi əlaqələri olan bir dövlətdə baş verənlərin ölkəmizə, eləcə də manatın məzənnəsinə təsiri hansı səviyyədə ola bilər? Belə vəziyyətdə Rusiyadakı soydaşlarımızın Azərbaycana axını realdırmı?
 
İqtisadçı-ekspert Oqtay Haqverdiyev bu barədə modern.az-a deyib ki, Rusiyada yaşanan proses Azərbaycan manatının məzənnəsinin aşağı düşməsi üçün zəmin yarada bilməz. O, Azərbaycanın özünəməsus pul-kredit siyasəti olduğunu və bunun Mərkəzi Bank tərəfindən çox sərt şəkildə tənzimləndiyini diqqətə çatdırıb:  “Mərkəzi Bank manatın məzənnəsini stabil saxlamaq üçün ildə təxminən 1- 1,5 milyard intervensiya edir. Artıq 5-6 ildir ki, manatın dollara nisbətdə məzənnəsi 78 qəpikdə qalır. Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov öz çıxışında 2015-ci ildə manatın bu məzənnədə qalacağını açıqlayıb. Hesab edirəm ki, rus rublunun düşməsində bizim üçün narahatlıq doğuracaq məqam yoxdur”. O.Haqverdiyev əminliklə Rusiyadan Azərbaycana kütləvi qayıdışın olmayacağını bildirib: “Bəziləri əlbəttə qayıda bilər.
Amma orada özünə lövbər salan insanlar vəziyyətə uyğunlaşacaqlar. Əvvəl necə işləyirdilərsə, elə də davam edəcəklər. Çünki bilirlər ki, qayıtdıqları zaman onsuz da burda iş yeri tapmayacaqlar. Ən yaxşı halda Moskvadan ətraf yerlərə köçəcəklərini düşünürəm. Bəzən yazılır ki, Rusiyada 2 milyon azərbaycanlı var. Bu dəqiq rəqəm deyil. Rusiyanın rəsmi məlumatlarında Azərbaycan vətəndaşlığı olan şəxslərin  sayı cəmi 650 mindir. Onlar ölkəyə gəlib-qayıdırlar və bu rəqəm dəyişməz qalır. 1,5 milyondan çox isə Rusiya vətəndaşı olan azərbaycanlılar var. Bunu qarışdırmaq olmaz. Çünki onların içərisində məmuru var, əksəriyyəti iş adamlarıdır, ailəsi ilə birlikdə orda yaşayır və Azərbaycana pul göndərmir”.
İqtisadçı rublun məzənnəsinin düşməsi ilə Rusiyadan Azərbaycana daxil olan gəlirlərin azalacağını da istisna etməyib: “Rusiya dövlətinin rəsmi məlumatına görə, Azərbaycan vətəndaşları ölkəmizə il ərzində təxminən 1 milyard 500 milyon dollar göndərir. Çox güman ki, bu rəqəm kəskin azalacaq. Yəni vəziyyət bunu diktə edir. Amma bir məsələ də var. Onsuz da Rusiyadan göndərilən vəsait rublla deyil, dollara çevrilərək göndərilirdi. Orada ticarətlə məşğul olan insan dollarla rubl arasındakı fərqi onsuz da bilir və onu tənzimləyəcək. Yəni əvvəl 100 dollar göndərirdisə, yenə həmin məbləği göndərəcək. İnsanlar prosesə uyğun olaraq hər şeyi tənzimləyirlər ki, itirməsinlər”.
Cavid TURAN

 

Previous Post

“ Putin Rusiyasına güzəşt olmayacaq”

Next Post

Qarabağ müharibəsi başlaya bilər…

Bənzər yazılar

Azərbaycan səfiri etimadnaməsinin surətini Bəhreynin XİN rəhbərinə təqdim edib

Azərbaycan səfiri etimadnaməsinin surətini Bəhreynin XİN rəhbərinə təqdim edib

03 İyun 2026 - 20:08

Azərbaycanın Bəhreynə təyin olunmuş səfiri Cavidan Hüseynov etimadnaməsinin surətini Bəhreynin xarici işlər naziri Əbdüllətif bin Rəşid əl-Zəyaniyə təqdim edib. Elchi.az...

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim etdi

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim etdi

03 İyun 2026 - 19:10

Bu gün tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Krallığın ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri...

Azərbaycan və Belarus hərbi hüquqşünaslarının görüşü olub

Azərbaycan və Belarus hərbi hüquqşünaslarının görüşü olub

03 İyun 2026 - 18:56

Azərbaycan və Belarus Müdafiə nazirlikləri arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq, Bakıda hər iki ölkənin hərbi hüquqşünaslarının işgüzar...

Aİ-nin Azərbaycan nümayəndəliyi: İkitərəfli saziş üzrə danışıqlar rəsmi şəkildə bərpa edilib

Aİ-nin Azərbaycan nümayəndəliyi: İkitərəfli saziş üzrə danışıqlar rəsmi şəkildə bərpa edilib

03 İyun 2026 - 18:31

Avropa İttifaqı (Aİ) və Azərbaycan tərəfdaşlığın 30 illiyini qeyd etdiyi bir vaxtda "Tərəfdaşlıq Prioritetləri" sənədinin mətnini ilkin olaraq yekunlaşdırıb və...

Next Post

Qarabağ müharibəsi başlaya bilər...

Qarabağ müharibəsi başlaya bilər...

Son xəbərlər

Ukraynada yenidən nüvə silahı iddiası: “Biz bunu edə bilərik”

Ukraynada yenidən nüvə silahı iddiası: “Biz bunu edə bilərik”

04 İyun 2026 - 17:20
Anar Əliyev BƏT-in Baş direktoru ilə görüşüb

Anar Əliyev BƏT-in Baş direktoru ilə görüşüb

04 İyun 2026 - 17:11
Ötən ay Bakı Limanında 812 min tondan çox yük aşırılıb

Ötən ay Bakı Limanında 812 min tondan çox yük aşırılıb

04 İyun 2026 - 16:56
“Bayer”də yeni baş məşqçi

“Bayer”də yeni baş məşqçi

04 İyun 2026 - 16:48
Bakıda TDT-yə üzv ölkələrin mərkəzi banklarının Şurasının növbəti toplantısı keçirilir

Bakıda TDT-yə üzv ölkələrin mərkəzi banklarının Şurasının növbəti toplantısı keçirilir

04 İyun 2026 - 16:40
Aİ Çin şirkətlərini hədəf alıb

Aİ Çin şirkətlərini hədəf alıb

04 İyun 2026 - 16:32
Azərbaycan millisinin Avropa Liqası üçün heyəti açıqlandı

Azərbaycan millisinin Avropa Liqası üçün heyəti açıqlandı

04 İyun 2026 - 16:24
“Şahdəniz 2” ildə 17 milyard kubmetr qaz hasil edir

“Şahdəniz 2” ildə 17 milyard kubmetr qaz hasil edir

04 İyun 2026 - 16:17
Firudin Qurbanov Belarusda bir sıra görüşlər keçirib – FOTO

Firudin Qurbanov Belarusda bir sıra görüşlər keçirib – FOTO

04 İyun 2026 - 16:10
Vilayət Eyvazov Qazaxda vətəndaş qəbulu, Ağstafada sıra baxışı keçirib – VİDEO

Vilayət Eyvazov Qazaxda vətəndaş qəbulu, Ağstafada sıra baxışı keçirib – VİDEO

04 İyun 2026 - 16:03
Ali Məhkəmə müsabiqə elan edir

Ali Məhkəmə: Qanunsuz məqsədlə verilən pul geri qaytarılmır

04 İyun 2026 - 12:27
Nazir müavini: Ət qiymətləri istehsalın artması və maya dəyərinin azalması hesabına sabitləşə bilər

Nazir müavini: Ət qiymətləri istehsalın artması və maya dəyərinin azalması hesabına sabitləşə bilər

04 İyun 2026 - 12:14
ADSEA: Xankəndidə sakinlər fasiləsiz içməli su ilə təmin olunur

ADSEA: Xankəndidə sakinlər fasiləsiz içməli su ilə təmin olunur

04 İyun 2026 - 12:06
Nazir müavini: Fermerlər üçün modul elektron rəqəmsal platforma istifadəyə veriləcək

Nazir müavini: Fermerlər üçün modul elektron rəqəmsal platforma istifadəyə veriləcək

04 İyun 2026 - 11:57
Xankəndidə yağış sularının yığılması üçün kollektor tikiləcək

Xankəndidə yağış sularının yığılması üçün kollektor tikiləcək

04 İyun 2026 - 11:50
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.