"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home Banner

Qərb şokda

03 Dekabr 2014 - 08:58
in Banner, FLƏŞ, MANŞET
FacebookVatsap

Qabil Hüseynli: “Hər tərəfdən sanksiyalarla sıxışdırılan və iqtisadiyyatı ağır durma düşən Rusiya üçün Türkiyə bir nəfəslik rolunu oynayır” img1692638

Bunu da oxuyun

Rubio: Ukraynada müharibə danışıqlarla bitməlidir

Moskva-Brüssel xəttində gərginlik: Zaxarovadan Aİ-yə sərt mesaj

Lavrov: Alyaskada Ukrayna üzrə danışıqlarla bağlı Rusiyanın vicdanı təmizdir

Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfəri və bu iki ölkə arasında yaxınlaşma son iki günün ən diqqətlə izlənən hadisəsidir. Türkiyənin Qərbin sanksiyalarla sıxdığı Rusiya ilə belə bir zamanda ciddi şəkildə yaxınlaşması, siyasi və iqtisadi əməkdaşlığı birmənalı qarşılanmır. 
Ortaya bir sıra suallar çıxarır. Türkiyə-Rusiya yaxınlaşmasından, Putinin səfərindən daha çox kim qazandı? Bu yaxınlaşma Rusiyaya qarşı sanksiyalar tətbiq edən Qərbin Türkiyəyə münasibətini korlaya bilərmi? Türkiyə hakimiyyəti yaranmış fürsətdən Qarabağın azad edilməsi üçün istifadə edə bilərmi, Rusiya vasitəsilə?
Bu suallarla müraciət etdiyimiz politoloq Qabil Hüseynli bildirdi ki, Vladimir Putinin Türkiyəyə səfəri bütün dünyada, əsasən də Qərb dünyasında şok effekti yaradıb. Çünki NATO üzvü olan, Avropa Birliyinə can atan bir ölkə onların Rusiyaya qarşı sanksiyalara qoşulub Rusiya ilə əlaqələri minimuma endirmək əvəzinə əlaqələri genişləndirir. Bu addım sözsüz ki, Türkiyə üçün əlavə problemlər yaradacaq: “Türkiyənin artıq Avropa Birliyində üz döndərdiyi açıq-aydın nəzərə çarpır, onun Avropa Birliyinə üzv olmaq şansları minimuma enib. Eyni zamanda ABŞ-la arasında ziddiyyətlər artır. Rusiya ilə ciddi şəkildə yaxınlaşmadan sonra yəqin ki, bu ziddiyyətlər antoqonist xarakter daşımağa başlayacaq. Putinin səfərindən qazanan Rusiya oldu və olacaq. Hər tərəfdən sanksiyalarla sıxışdırılan və iqtisadiyyatı ağır durma düşən Rusiya üçün Türkiyə bir nəfəslik rolunu oynayır. Necə ki, vaxtıilə İran Ermənistan üçün bir nəfəslik rolunu oynadı və onun tam blokadaya alınmasına imkan vermədi, indi də eyni funksiyanı Türkiyə Rusiya üçün oynamağa başlayıb. Məsələn, Türkiyə Türkmənistan qazının, “Transxəzər” qaz kəməri xəttinin işə düşməsinin, TANAP layihəsinin, TAP layihəsinin işə düşməsinə çalışmaq əvəzinə, Rusiya ilə qaz sövdələşməsinə getdi. Ümumiyyətlə, Rusiyanın burada strategiyası bəlli olduğu halda Rusiya Qərbin cəbhəsini parçalayır, NATO-nun nüfuzlu dövlətlərindən birini öz tərəfinə çəkir. Putin buna nail olmaqla çeviklik nümayiş etdirdi. Əvəzində Türkiyənin Rusiyadan nə alacağını söyləmək isə çətindir. İlkin olaraq Rusiya Türkiyəyə verəcəyi qazın qiymətini aşağı salacağını bəyan edib. Türkiyədə belə düşünənlər var ki, Rusiya nəhəng bazardır, bu bazara girib yer tutmaq, sərmayə yatırmaq sərfəli olar. Amma birazdan məsələlər səngiyəndən sonra məlum olacaq ki, Rusiyaya Türkiyənin orta səviyyəli texnologiyası deyil, Qərbin yüksək inkişaf etmiş texnologiyası lazımdır. Rusiya yenidən Qərb şirkətlərini cəlb edəndən sonra Türkiyə orada həmin şirkətlərlə rəqabət aparmaq gücünə malik olmayacaq. Eyni zamanda mənim zənnimcə kifayət qədər nüfuzunu itirmiş bir vəziyyətdə qalacaq”.
Q.Hüseynli onu da dedi ki, son dövrlər Türkiyənin xarici siyasətində baş verən bu cür anlaşılmamazlıqlar Türkiyəni xeyli təcrid vəziyyətinə salıb. Qərblə münasibətlər pisləşir, ərəb ölkələri ilə münasibətlər yaxşı deyil: “İndi birdən-birə Rusiya ilə genişmiqyaslı əlaqələrə getmək mənim zənnimcə, Türkiyə üçün nəticəsi heç də arzu edilməyən vəziyyətlər yaradacaq. Bu vəziyyət Rusiya üçün xeyirli olsa da Türkiyə üçün xeyirli olmayacaq. Belə demək mümkündürsə, Türkiyə tarixi səhvə yol verdi. Bu tarixi səhv onun Rusiya bazarlarında müəyyən qədər möhkəmlənməsinə şərait yaradacaqsa, Rusiya üçün daha geniş imkanlar açacaq, Rusiyanın manevr imkanlarını genişləndirəcək”.
Politoloq Rusiya-Türkiyə yaxınlaşmasının Qarabağın işğaldan azad olunmasına təsir edəcəyini düşünmür: “Mən inanmıram ki, Putin Ərdoğanın bir sözü ilə Qarabağ məsələsində hansısa güzəştə getsin. Nəzərə alsaq ki, Ərdoğan da Qarabağ məsələsini Rusiya qarşısında kəskin qoymur, deməli ümid etməyə dəyməz. Türkiyə Rusiyaya nəfəslik rolunu oynamaqla Ermənistanın hərbi müttəfiqinin güclənməsinə kömək edir. Ərdoğan Qarabağ məsələsini Putinin qarşısında kəskin şəkildə qoysa, bunu “olmazsa olmaz” prinsipi kimi gündəmə gətirsə, bəlkə, o halda heç olmasa 7 rayonun azad edilməsi mümkünləşər. Amma Qarabağ məsələsinin sadəcə Azərbaycan cəmiyyətinin könlünü oxşamaq üçün epizodik olaraq danışıqlarda dilə gətirilməsi müşahidə olunur. Diqqət etdinizsə, prezidentlərin mətbuat konfransında Ərdoğan müzakirə olunan xarici məsələlər sırasında əsasən Suriya-Bəşər Əsəd problemi, Fələstin problemi olduğunu bildirdi. Əsəd Ərdoğanın şəxsi düşmənidir. Ona görə də göründüyü kimi daha çox bu məsələni Putinin qarşısında qaldırıb. Qarabağ məsələsi isə kəskin şəkildə qoyulmur, ötəri olaraq toxunulub”.
Etibar SEYİDAĞA
Previous Post

Qərb şokda

Next Post

İsrail hökuməti parçalandı

Bənzər yazılar

Rubio: Ukraynada müharibə danışıqlarla bitməlidir

Rubio: Ukraynada müharibə danışıqlarla bitməlidir

08 Oktyabr 2026 - 17:38

Vaşinqton administrasiyası Ukrayna münaqişəsinin danışıqlar yolu ilə tənzimlənməsinə kömək etmək cəhdlərini davam etdirmək niyyətindədir. Elchi.az xəbər verir ki, bu barədə...

Moskva-Brüssel xəttində gərginlik: Zaxarovadan Aİ-yə sərt mesaj

Moskva-Brüssel xəttində gərginlik: Zaxarovadan Aİ-yə sərt mesaj

08 Oktyabr 2026 - 16:00

Avropa İttifaqının (Aİ) Rusiya ilə qarşıdurması onun, eləcə də üzv ölkələrin problemlərini daha da dərinləşdirəcək. Elchi.az xəbər verir ki, bunu...

Lavrov: Alyaskada Ukrayna üzrə danışıqlarla bağlı Rusiyanın vicdanı təmizdir

Lavrov: Alyaskada Ukrayna üzrə danışıqlarla bağlı Rusiyanın vicdanı təmizdir

07 Oktyabr 2026 - 18:16

Ukrayna üzrə danışıqlar məsələsində Rusiyanın vicdanı təmizdir, ABŞ isə Avropanın təzyiqinə tab gətirə bilməyib. Elchi.az xəbər verir ki, bunu Rusiya...

BRİKS BMT-ni əvəz edə bilər? – Rusiyadan diqqətçəkən mesaj

BRİKS BMT-ni əvəz edə bilər? – Rusiyadan diqqətçəkən mesaj

07 Oktyabr 2026 - 16:00

"BRİKS qurumları daha da dağılacağı təqdirdə Birləşmiş Millətlər Təşkilatını (BMT) əvəz edə bilər". Elchi.az xəbər verir ki, bu fikirləri Sankt-Peterburq...

Next Post

İsrail hökuməti parçalandı

İsrail hökuməti parçalandı

Son xəbərlər

GAİM-də yeni tədris mərhələsinə start verilib

GAİM-də yeni tədris mərhələsinə start verilib

08 Oktyabr 2026 - 20:34
Türkmənistan üç mötəbər beynəlxalq tədbirə ev sahibliyi edir

Türkmənistan üç mötəbər beynəlxalq tədbirə ev sahibliyi edir

08 Oktyabr 2026 - 20:32
Koşta Zelenskini Aİ liderlərinin sammitinə dəvət edib

Koşta Zelenskini Aİ liderlərinin sammitinə dəvət edib

08 Oktyabr 2026 - 20:29
Ölkəmiz Mərkəzi Asiya dövlətləri ilə əlaqələrini daha da möhkəmləndirir

Ölkəmiz Mərkəzi Asiya dövlətləri ilə əlaqələrini daha da möhkəmləndirir

08 Oktyabr 2026 - 19:39
Azərbaycan cüdoçusu Murad Fətiyev dünya çempionatında bürünc medal qazanıb

Azərbaycan cüdoçusu Murad Fətiyev dünya çempionatında bürünc medal qazanıb

08 Oktyabr 2026 - 19:26
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb

Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb

08 Oktyabr 2026 - 19:12
Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirilib – YENİLƏNİB-3

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirilib – YENİLƏNİB-3

08 Oktyabr 2026 - 18:51
“Əvvəl bilik, sonra birlik” adlı ictimai dinləmə keçirildi

“Əvvəl bilik, sonra birlik” adlı ictimai dinləmə keçirildi

08 Oktyabr 2026 - 18:47
BMT ilə ƏƏSMN arasında əməkdaşlıq müzakirə olunub

BMT ilə ƏƏSMN arasında əməkdaşlıq müzakirə olunub

08 Oktyabr 2026 - 18:47
Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

08 Oktyabr 2026 - 18:38
Azərbaycanda yağıntılı hava davam edir, dağlara qar yağıb – FAKTİKİ HAVA

Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq – XƏBƏRDARLIQ

08 Oktyabr 2026 - 18:35
Filippində vulkan püskürməsi baş verib

Filippində vulkan püskürməsi baş verib

08 Oktyabr 2026 - 18:29
Gürcüstana qanunsuz keçməyə cəhd göstərən Mərakeş və Əfqanıstan vətəndaşları saxlanılıb

Gürcüstana qanunsuz keçməyə cəhd göstərən Mərakeş və Əfqanıstan vətəndaşları saxlanılıb

08 Oktyabr 2026 - 18:22
Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib

Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib

08 Oktyabr 2026 - 18:14
Niderlandda Qərbi Nil virusuna yoluxanların sayı həftə ərzində 59 nəfərə çatıb

Niderlandda Qərbi Nil virusuna yoluxanların sayı həftə ərzində 59 nəfərə çatıb

08 Oktyabr 2026 - 17:59
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.