Avstraliyanın Brisben şəhərində baş tutan “Böyük iyirmilik” liderlərinin sammitində Rusiya prezidenti Vladimir
Putin Ukrayna məsələsi ilə bağlı təzyiqlə üzləşib. Teleqraf.com rusters.com-a istinadən xəbər verir ki, iclasda çıxış edən ABŞ prezidenti Barak Obama vəziyyətin belə davam etməsi təqdirdə Rusiyaya qarşı sanksiyaların sərtləşdiriləcəyini deyib. Onun sözlərinə görə, Rusiya tezliklə Ukraynaya qarşı siyasətində dəyişiklik etməlidir. Avropa Şurasının sədri Herman Van Rompey çıxışı zamanı Obamanın fikrini dəstəklədiyini qeyd edib. O bildirib ki, Rusiya Ukraynadakı qoşunlarını geri çəkməli və separatçılara təzyiq göstərməlidir. Rompey həmçinin bazar ertəsi Avropa xarici işlər nazirlərinin görüşündə Rusiyaya qarşı əlavə sanksiyalar paketinin müzakirə olunacağını da deyib.
İran atəşkəslə bağlı ABŞ-yə xəbərdarlıq ünvanlayıb
İran atəşkəslə bağlı ABŞ-yə xəbərdarlıq ünvanlayıb. Elchi.az xəbər verir ki, bu barədə İran parlamentinin sədri Məhəmmədbaqer Qalibaf "X" sosial şəbəkə...


















Son şərhlər