"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MƏDƏNİYYƏT

Sürgündə ölən kral

15 Noyabr 2014 - 15:41
in MƏDƏNİYYƏT
FacebookVatsap

Kulis. az “Baxılası 50 film” layihəsində türk kinosunun əhəmiyyətli nümayəndələrindən biri, aktyor, 6e53d44ee5d8538be97519b6915a5a7brejissor, ssenarist və yazar Yılmaz Güneyin Kann festivalında “Qızıl Palma budağı” alan “Yol” filmini təqdim edir.

Bunu da oxuyun

Mehriban Əliyeva “Qağayı” tamaşasının təqdimatında iştirak edib

Xalq artisti Zaur Rzayev vəfat edib

Praqada Müslüm Maqomayevin xatirəsi poeziya və musiqi ilə anıldı

 

Yılmaz Güney 1937-ci ildə Adanada kəndli ailəsində doğulub. Universitet təhsili almaq üçün İstanbula gedən Güney burda məşhur rejissor Atıf Yılmazla tanış olur. Onun dəstəyilə  kino sahəsində işləməyə başlayır.

 

O, Atıf Yılmazın 1959-cu ildə ekranlaşdırdığı “Bu vətənin övladları” və “Alageyik” filmlərində həm ssenari müəllifi kimi işləyir, həm də aktyor kimi rol alır.

 

Güney eyni zamanda “Yeni üfüqlər”, “On üç” kimi jurnallara hekayələr yazır və hekayələrindən birində kommunizmə rəğbətini bildirdiyindən 1961-ci ildə il yarım həbs cəzasına məhkum edilir.

1966-cı ildə Güney rejissor kimi debütünü edir və eşq hekayətini anladan “At Arvad Silah” adlı film lentə alır.

 

Daha sonra Lütfü Akadın çəkdiyi  “Sərhədlərin qanunu” (1967) filmində həm ssenarist, həm də aktyor olur. Qaçaqmalçılıqla dolanan bir kəndlidən bəhs edən film Altın Portakal festivalında göstərilir və Güney “ən yaxşı kişi oyunçusu” mükafatına layiq görülür.

 

Güneyin ikinci filmi “Seyid Xan”da (1968)  adət-ənənələr tənqid edilir. Filmdəki roluna görə Güney Altın Koza festivalında “ən yaxşı kişi aktyor” nominasiyasında qalib olur.

1969-cu ildə ekranlaşdırdığı, atasını axtaran, sifarişlə qətllər yerinə yetirən adamın hekayətini anladan “Bir çirkin adam” filmindəki roluna görə də  Güney Antalya Altın Portakal festivalında “ən yaxşı kişi aktyor” mükafatını alır.

 

Türk kinosunun dönüş nöqtəsi sayılan “Ümid” (1969) filmi həm texniki fəndlərinə görə Güneyin əvvəlki filmlərindən fərqlənir, həm də onun ilk siyasi ekran işidir. Məhz bu filmdən sonra o, ard-arda siyasi filmlər çəkməyə başladı və bu, çox rejissorun yaradıcılığına təsir etdi.

Filmdə bir faytonçunun dramı təsvir edilir. Maşın  faytonçunun atını vurur və bütün ümidini ata bağlayan qəhrəman sosial ədalətsizliklə üzləşir. Sosial bərabərsizlik, çarəsizlikdən amerikalını soyması, sabah namazının günəş doğanda qılınması səbəbindən film ölkədə senzuraya məruz qalıb.

 

Türkiyənin vacib festivallarında “Ümid” rejissor, ssenari, aktyor işinə görə mükafat alıb.

 

Rejissorun “Acı” (1971) dramının əsas mövzusu insanın günahlarının bağışlanması üzərində qurulub. Güneyin özünün canlandırdığı qəhrəman həbsdən çıxır, illər öncə öldürdüyü adamın ailəsinə baş çəkərək bağışlanmasını istəyir. Ssenarisinə, rejissor, aktyor işinə görə “Acı” Altın Koza festivalında mükafat alıb.

 

1972-ci ildə rejissor “inqilabçılara yardım etmək” səbəbilə 2 illik həbsə və sürgünə məhkum edildi. İçəridə yatdığı zaman kino və incəsənətlə bağlı fikirlərini, şeir və hekayələrini həmin vaxt çıxartdığı “Güney” jurnalında yayımlayır.

 

1974-cü ildə o, Antalya Altın Portakal festivalında ən yaxşı film mükafatını qazanan, illər sonra görüşən iki dostdan bəhs edən “Dost” filmini çəkir.

Daha sonra Şerif Görenle birlikdə ekranlaşdırdığı “Əndişə” siyasi dram varlılar tərəfindən əzilən kəndlilərin hekayətini anladır. Film Altın Portakal Film Festivalında “ən yaxşı film” mükafatını alır.

 

Və həmin il kazinoda hakim Səfa Mutlunu öldürdüyünə görə həbs edildi və 1976-cı ildə ona 19 il həbs cəzası verildi.

 

Beş il həbsxanada qaldıqdan sonra 1981-ci ildə yatdığı İsparta yarıaçıq həbsxanasından bir günlük  icazə ilə çıxır və Fransaya qaçır. Həyatının qalan hissəsini orada yaşayır.

 

Həbsdə olarkən Zeki Ökten ilə birlikdə “Düşmən” (1979) filmini çəkir.

 

İşsizlik problemini anladan film Berlin festivalının xüsusi mükafatını və ekumenik jürinin  mükafatını alıb.

 

Fransada olarkən Güney son filmini “Divar”ı lentə alır.

 

“Divar” real hadisələr əsasında çəkilib. Güney 1976-ci ildə həbsxanada olanda yeniyetmələrin üsyanının şahidi olur və bundan təsirlənir. Film Güneyin “Soba, Pəncərə və iki çörək istəyirik” adlı romanı əsasında ekranlaşdırılıb. Tuncel Kurtiz və Ayşe Emel Mescidən başqa digər aktyorlar filmdə debüt ediblər.

 

1984-cü ildə fransız rejissoru Klod Vayz “Ona Çirkin Kral deyərdilər” adlı sənədli film çəkir.

 

Güney daha çox “Çirkin Kral” təxəllüsü ilə tanınırdı.

 

1966-cı ildə Yılmaz Atadenizin lentə aldığı “Çirkin Kral” macəra filmində Güney baş rol oynamış və bu filmdən sonra “Çirkin Kral ” təxəllüsü ilə məşhurlaşır.

 

1984-cü ildə mədə xərçəngindən vəfat edən Yılmaz Güney son illərini Parisdə yaşamış və ölümündən sonra Parisdəki “Pyer Laşez” qəbiristanlığında dəfn edilmişdir.

Güney 114 filmdə aktyorluq edib. 26 filmin rejissoru, 15 filmin prodüseri, 64 filmin isə ssenari müəllifi olub.

 

“Baxılası 50 film” layihəsində  Kann festivalında “Qızıl Palma budağı” alan  “Yol” (1981)  filmini təqdim edirik.

 

Süjet: Film bir həftəliyə həbsdən evə buraxılmış bir neçə məhbusun həyatını nəql edir.

 

Məhbuslardan biri Seyid Əli evə qayıdanda arvadının fahişəliklə məşğul olduğunu öyrənir.  Ailəsi ondan arvadını öldürməklə ləkənin yuyulmasını  təkid edir. Seyid Əli əvvəlcə bunu istəsə də, tezliklə fikrini dəyişir. Amma o, buna nail ola bilmir.

 

Digər məhbus Mehmet Salih qarətə görə həbsdə yatır. Polis onun qayını olan şərikini güllələyir və günah isə Mehmetin üstündə qalır. Və ailəsi daha onu tanımaq istəmir. Mehmet arvadı ilə qaçır. Və arvadının ailəsindən olan yeniyetmə tərəfindən ikisi də öldürülür.

 

Ömər sərhəddə yerləşən kəndinə dönür. O, həbsxanaya dönməmək üçün sərhədi keçməyə cəhd edir. Amma son anda bunu edə bilmir, çünki onun qardaşı qaçaqmalçılığa görə öldürülür və ənənəyə görə o, qardaşının arvadı ilə evləndirilir.

 

“Yol” art house filmdir. Dokumental, realist manerada çəkilib.

 

Film 1980-ci il hərbi çevrilişindən sonrakı Türkiyəni göstərir.

 

Türkiyənin gerçək portreti məhbusların həyatı vasitəsilə təsvir olunur.

“Yol” ölkədə birmənalı qarşılanmadı və 1999-cu ilə kimi qadağan olundu.

 

Filmin böyük hissəsini rejissor Şerif Gören Güneyin instruksiyasına əsasən çəkib. Çünki o zaman rejissor həbsdə yatırdı. Həbsdən qaçandan sonra Güney  filmə baxır və çəkiliş onu razı salmır. O, filmi yenidən işləyir.

 

“Yol” eyni zamanda fransız tənqidçilərinin də mükafatını qazanıb.

Previous Post

Sürgündə ölən kral

Next Post

Prezident “Şəmkir Aqropark”ın təməlqoyma mərasimində iştirak edib

Bənzər yazılar

Mehriban Əliyeva “Qağayı” tamaşasının təqdimatında iştirak edib

Mehriban Əliyeva “Qağayı” tamaşasının təqdimatında iştirak edib

29 Oktyabr 2026 - 23:40

Rusiyanın Sankt-Peterburq şəhərində fəaliyyət göstərən Akademik "Malıy" Dram Teatrı – Avropa Teatrı oktyabrın 29-da Bakı Beynəlxalq İncəsənət Festivalı (BIAF-2026) çərçivəsində...

Xalq artisti Zaur Rzayev vəfat edib

Xalq artisti Zaur Rzayev vəfat edib

29 Oktyabr 2026 - 19:15

Xalq artisti Zaur Rzayev vəfat edib. Elchi.az xəbər verir ki, bu barədə onun oğlu məlumat verib. O, bu gün müalicə...

Praqada Müslüm Maqomayevin xatirəsi poeziya və musiqi ilə anıldı

28 Oktyabr 2026 - 17:09

Çexiyanın paytaxtı Praqada yerləşən Lapidarium Qalereyasında dünya şöhrətli müğənni və bəstəkar Müslüm Maqomayevin xatirəsinə həsr olunan “Sonetlər sevginin sinonimləridir” adlı...

“44” filminin nümayişi zamanı çəkiliş aparan şəxslər cəzalandırılacaq

“44” filminin nümayişi zamanı çəkiliş aparan şəxslər cəzalandırılacaq

19 Oktyabr 2026 - 15:08

Mədəniyyət Nazirliyi yanında Kino Agentliyi "44" bədii filmi ilə bağlı ictimaiyyətə müraciət edib. Bu barədə Elchi.az-a qurumdan məlumat verilib. Bildirilib...

Next Post

Prezident “Şəmkir Aqropark”ın təməlqoyma mərasimində iştirak edib

Prezident “Şəmkir Aqropark”ın təməlqoyma mərasimində iştirak edib

Son xəbərlər

Zəfər Günü münasibətilə Bakı bulvarında konsert və atəşfəşanlıq olacaq

Zəfər Günü münasibətilə Bakı bulvarında konsert və atəşfəşanlıq olacaq

31 Oktyabr 2026 - 19:06
Zelenski Türkiyəyə səfər edib

Zelenski Türkiyəyə səfər edib

31 Oktyabr 2026 - 18:44
Abbas Əraqçi: Müharibənin olacağını istisna etmirəm

Abbas Əraqçi: Müharibənin olacağını istisna etmirəm

31 Oktyabr 2026 - 18:15
Bəhreyn və İordaniya hərbi əməkdaşlığı genişləndirmək barədə razılığa gəlib

Bəhreyn və İordaniya hərbi əməkdaşlığı genişləndirmək barədə razılığa gəlib

31 Oktyabr 2026 - 18:11
Xarici işlər naziri Polşa Konstitusiya Məhkəməsi ətrafında baş verənləri dəstəklədi

Xarici işlər naziri Polşa Konstitusiya Məhkəməsi ətrafında baş verənləri dəstəklədi

31 Oktyabr 2026 - 18:00
Sabah meteohəssas insanlar üçün hava əlverişli olacaq

Sabah meteohəssas insanlar üçün hava əlverişli olacaq

31 Oktyabr 2026 - 17:52
Arsen Venger: Hamı Bakıda keçirilən turnirin yenidən təşkil olunmasını istəyir

Arsen Venger: Hamı Bakıda keçirilən turnirin yenidən təşkil olunmasını istəyir

31 Oktyabr 2026 - 17:37
Polşa Prezident Şurası təcili iclas keçirəcək

Polşa Prezident Şurası təcili iclas keçirəcək

31 Oktyabr 2026 - 17:13
XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

31 Oktyabr 2026 - 17:00
Yollarda görünüş məsafəsi 1000 metrədək məhdudlaşacaq

Yollarda görünüş məsafəsi 1000 metrədək məhdudlaşacaq

31 Oktyabr 2026 - 16:59
İnfantino: Bu, FIFA-nın 120 illik tarixində ən yaxşı işimizdir

İnfantino: Bu, FIFA-nın 120 illik tarixində ən yaxşı işimizdir

31 Oktyabr 2026 - 16:45
Rusiya Ukraynada 280 min insanı işıqsız qoydu

Rusiya Ukraynada 280 min insanı işıqsız qoydu

31 Oktyabr 2026 - 16:17
DYP ölümlə nəticələnən qəzaların səbəblərini açıqladı

DYP ölümlə nəticələnən qəzaların səbəblərini açıqladı

31 Oktyabr 2026 - 15:55
“Bavariya” Keynin əvəzləyicisini “Monako”da tapdı

“Bavariya” Keynin əvəzləyicisini “Monako”da tapdı

31 Oktyabr 2026 - 15:24
Polşa Seyminin vitse-spikeri Navrotski və Tusku dialoqa çağırdı

Polşa Seyminin vitse-spikeri Navrotski və Tusku dialoqa çağırdı

31 Oktyabr 2026 - 14:59
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.