Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Barak Obama Asiya və Sakit Okean İqtisadi Əməkdaşlığı
(ASİƏ) üzrə Pekində keçirilən forumunun kuluarında görüşürlər. AzərTAc İnterfaks informasiya agentliyinə istinadla xəbər verir ki, bu görüşlər qısamüddətli söhbətlər şəklində keçib. Rusiya prezidentinin mətbuat katibi Dimitri Peskov sammit zamanı görüşlərin “ayaqüstü” keçdiyini və dövlət başçılarının ikitərəfli münasibətlər, Ukraynada, Suriya və İraqdakı vəziyyət barədə məsələlərə toxunduqlarını bildirib. ASİƏ ölkələrinin liderləri müzakirələrin birinci raundunu başa vurublar. Bu gün səhər isə sammit iştirakçıları işgüzar səhər yeməyinə yollanıblar.
Monteneqronun dövlət katibi Dino Tutundjiç Azərbaycana səfər edəcək
Monteneqronun Energetika və Mədənçilik Nazirliyinin dövlət katibi Dino Tutundjiç Azərbaycana səfər edəcək. Elchi.az -ın məlumata görə, səfər mart ayında baş...



















Son şərhlər