"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Yediyimiz toyuqların kimyəvi yemlə böyüdüldüyünü bilirdinizmi? -Video

16 Oktyabr 2014 - 19:53
in CƏMİYYƏT
FacebookVatsap

“Müstəqil laboratoriyanın olmaması, yalançı sertifikatların verilməsi problemlərdən xəbər verir”img1656485

Bunu da oxuyun

Müraciət etdiyiniz bütün qapılar üzünüzə bağlananda hara üz tutmaq olar ?

MİQ üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri açıqlandı

Bakıda və bir sıra bölgələrdə küləyin sürəti 28.4 m/san-dək güclənəcək – XƏBƏRDARLIQ

Azərbaycana quş yemi əsasən xaricdən idxal olunur. Deyilənə görə, məhsulun maya dəyərinin 65 faizini yem və yem əlavələri təşkil edir. Bu səbəbdən də broyler təsərrüfatları az xərclə məhsuldarlığa nail olmağa can atırlar. Vasitə kimi də genetik modifikasiya olunmuş məhsullara, kimyəvi maddələrə üz tuturlar. Ölkə qanunvericiliyi heyvan yemləri üçün genetik modifikasiya olunmuş məhsulların, yəni bu cür yemlərin gətirilməsini qadağan etsə də, məlumata görə, quşçuluq fabrikləri bir çox hallarda buna əməl etmirlər. Nəticədə təbii yolla toyuğun böyüməsinə 12-16 həftə vaxt tələb edildiyi halda, broyler təsərrüfatlarında toyuqlar 4 həftə ərzində az qala 2 kiloqrama çatırlar.
Məsələ ondadır ki, yerli quşçuluq fabriklərində çalışan işçilər çox vaxt bu səbəbdən toyuq əti yeməkdən imtina edirlər. Uzun müddət Bakıdakı broylerlərdən birində çalışan xanım, Analitik.az-a bunları təsdiqləyərək bildirib ki, onun işlədiyi fabrikdə vəziyyət olduqca acınacaqlı olub. Belə ki, toyuqlara tez böyüməsi və kökəlməsi üçün lazım olan normadan daha çox dərmanlar vurulub. Ona görə də dərmanlar hesabına kökəldilərək satılan toyuq ətini evlərinə aparmaqdan imtina ediblər. Üstəlik toyuqlara verilən yemlər də təbii yox, geni dəyişdirilmiş məhsullar olur ki, bu da insan sağlamlığı üçün olduqca təhlükəli hesab olunur. Yəni, müxtəlif xəstəliklərə yol açır.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Analitik.az-a dedi ki, hazırda Azərbaycana quş yemləri əsasən Cənubi Amerika ölkələrindən gətirilir: “Xüsusən Argentina, Braziliyadan gətirilən və toyuqlara verilən yemlər genetik modifikasiya olunan yemlərdir. Bu azmış kimi, Azərbaycanda geni dəyişdirilən qarğıdalı əkilirək broylerlərə yem olaraq verilir. Bu, bizi çox narahat edir. Üstəlik broyler toyuqlarının 30 günə yeməli vəziyyətə gəlməsi, quşçuluq fabriklərində baytarlıq dərmanları qalıqları ilə bağlı tədqiqatın aparılmaması, heç bir müstəqil laboratoriyanın olmaması, yalançı sertifikatların verilməsi problemlərdən xəbər verir. Biz Azərbaycanda heç bir laboratoriyada baytarlıq dərmanlarının qalıqlarını müəyyən edə bilmərik. Nə qədər ki, antibiotikləri müəyyən edən müstəqil laboratoriya yoxdur, nə qədər ki, bu sahədə şəffaflıq yoxdur, bu məsələ qaranlıq olaraq qalacaq. Qaranlıq məsələlərdə də həmişə şübhələr olur.”
Ekspert bildirdi ki, Azərbaycanda fəaliyyət göstərən əksər broylerlərdə arzuolunmaz vəziyyət mövcuddur: “Bütün broylerlər eyni standart üzrə hərəkət edir. Kim tez toyuq yetişdirəcək, kim tez bazara məhsul çıxaracaq, bu xətt üzrə çalışırlar.”
Eyyub Hüseynov onu da vurğuladı ki, hazırda ölkədə qida təhlükəsizliyi nişanının verilməsi üçün tələblərə cavab verən müəssisə tapılmır: “Azad İstehlakçılar Birliyi 1 ildir ki, USAİD-in maliyyə dəstəyi ilə layihə həyata keçirir. Bəzi müəssisələrə Azərbaycan istehlakçılarıının qida təhlükəsizliyi nişanını tətbiq etmək istəyirik. Təsəvvürünüzə gətirin ki, ölkəmizdə təhlükəsiz qida istehsal edən broyler fabriki tapmamışıq ki, ona təhlüksəsiz qida nişanı verək. Belə bir nişan artıq dövlət qeydiyyatına alınıb. Bu nişan veriləndə artıq həmin müəssisədə təhlükəsiz qida istehsal olunduğu təsdiq olunacaq. Biz onun lobbiçiliyini aparacağıq. Təəssüf ki, belə bir müəssisə hələ yoxdur.”
Xatırladaq ki, alimlərin araşdırmasına görə, bütün dünyada, eləcə də Avropa ölkələrində quşçuluq təssərrüfatında istifadə edilən yemlərin tərkibinə 59 adda dərman vurulur. Bu dərmanların çoxu antibiotik təsirli olur ki, toyuqlar həm tez kökəlsin, həm də xəstələnməsin. Halbuki 2002-ci ildə BMT-nin qəbul etdiyi Karfagen Biogüvənlik Protokolu broylerlərdə dərmanlardan kütləvi şəkildə istifadəni qadağan edir. Standartlara görə, ətlik toyuqlar kəsimə gedəcəksə, 7 gün əvvəl antibiotik və dərmanlı qidaların onlara verilməsi dayandırılmalıdır. Buna səbəb insanların sağlamlığını nəzərə almaqdır. Amma təəssüf ki, çox vaxt bu qaydalar nəzərə alınmır.
Bir qədər əvvəl də Anailitik.az xəbər vermişdi ki, broylerlərdən birində toyuqlar satışa göndərilməzdən əvvəl onların bud nahiyəsinə və ağ ətinə şprislə xüsusi maddə yeridilir. Bu isə toyuğun öz real çəkisindən 300-500 qram artıq çəkidə olmasına səbəb olur. Hətta xüsusi maddənin sayəsində toyuğun çəkisini öz xalis çəkisindən bir neçə kiloqram artırmaq da mümkündür.

Previous Post

Yediyimiz toyuqların kimyəvi yemlə böyüdüldüyünü bilirdinizmi? -Video

Next Post

Azərbaycan prezidenti Tacikistanın baş naziri ilə görüşüb

Bənzər yazılar

Müraciət etdiyiniz bütün qapılar üzünüzə bağlananda hara üz tutmaq olar ?

Müraciət etdiyiniz bütün qapılar üzünüzə bağlananda hara üz tutmaq olar ?

05 Sentyabr 2026 - 18:51

Bəzən elə bir nöqtəyə gəlib çatırsınız ki, əlinizdəki bütün bütün qurumlar rəsmi imtina cavabı verir.  Rayon idarəsi sizi nazirliyə göndərir,...

MİQ imtahanlarına sərf olunan vəsait açıqlanıb

MİQ üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri açıqlandı

05 Sentyabr 2026 - 16:59

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri barədə məlumatlar namizədlərin şəxsi səhifələrinə göndərilib. Elchi.az xəbər verir ki, bu barədə Məktəbəqədər...

Bakıda və bölgələrdə külək güclənəcək

Bakıda və bir sıra bölgələrdə küləyin sürəti 28.4 m/san-dək güclənəcək – XƏBƏRDARLIQ

05 Sentyabr 2026 - 15:57

Sentyabrın 7-dən 8-i səhərədək Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və...

Fövqəladə Hallar Nazirliyində qanvermə aksiyası keçirilib – FOTO/VİDEO

Fövqəladə Hallar Nazirliyində qanvermə aksiyası keçirilib – FOTO/VİDEO

05 Sentyabr 2026 - 12:19

Heydər Əliyev Fondunun “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən növbəti könüllü qanvermə aksiyası keçirilib. Elchi.az xəbər...

Next Post

Azərbaycan prezidenti Tacikistanın baş naziri ilə görüşüb

Azərbaycan prezidenti Tacikistanın baş naziri ilə görüşüb

Son xəbərlər

Müraciət etdiyiniz bütün qapılar üzünüzə bağlananda hara üz tutmaq olar ?

Müraciət etdiyiniz bütün qapılar üzünüzə bağlananda hara üz tutmaq olar ?

05 Sentyabr 2026 - 18:51
Aİ: Hörmüz boğazında təhlükəsizlik üçün əlavə tədbirlər görməyə hazırıq

Aİ: Hörmüz boğazında təhlükəsizlik üçün əlavə tədbirlər görməyə hazırıq

05 Sentyabr 2026 - 18:03
Yunanıstanda qırıcı təyyarə qəzaya uğrayıb

Yunanıstanda qırıcı təyyarə qəzaya uğrayıb

05 Sentyabr 2026 - 17:30
MİQ imtahanlarına sərf olunan vəsait açıqlanıb

MİQ üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri açıqlandı

05 Sentyabr 2026 - 16:59
Qazaxıstanda Vitse-prezidentin vəzifələri müəyyənləşib

Qazaxıstanda Vitse-prezidentin vəzifələri müəyyənləşib

05 Sentyabr 2026 - 16:39
Putin qisas əmri verdi: Rusiya gəmiləri ələ keçirmə cəhdlərinə cavab verəcək

Putin üç gün ərzində Kiyevə zərbə endirməmək barədə göstəriş verib

05 Sentyabr 2026 - 16:24
Bakıda və bölgələrdə külək güclənəcək

Bakıda və bir sıra bölgələrdə küləyin sürəti 28.4 m/san-dək güclənəcək – XƏBƏRDARLIQ

05 Sentyabr 2026 - 15:57
Trampın nümayəndələri Moskvaya gəlib – YENİLƏNİB – FOTO

Trampın nümayəndələri Moskvaya gəlib – YENİLƏNİB – FOTO

05 Sentyabr 2026 - 15:11
Rusiya Donetskdə bir kəndi ələ keçirib

Rusiya Donetskdə bir kəndi ələ keçirib

05 Sentyabr 2026 - 14:43
Ötən gün qanunsuz saxlanılan qumbaraatan və digər silahlar aşkarlanıb

Ötən gün qanunsuz saxlanılan qumbaraatan və digər silahlar aşkarlanıb

05 Sentyabr 2026 - 14:16
“AzerGold” ali məktəb tələbələri üçün növbəti təqaüd proqramını elan edir

“AzerGold” ali məktəb tələbələri üçün növbəti təqaüd proqramını elan edir

05 Sentyabr 2026 - 13:59
Uitkoff və Kuşner Moskvadadır

Uitkoff və Kuşner Moskvadadır

05 Sentyabr 2026 - 13:26
Bakıda “ALUFAR IRONMAN 70.3 Baku” beynəlxalq triatlon yarışı start götürüb

Bakıda “ALUFAR IRONMAN 70.3 Baku” beynəlxalq triatlon yarışı start götürüb

05 Sentyabr 2026 - 12:32
Fövqəladə Hallar Nazirliyində qanvermə aksiyası keçirilib – FOTO/VİDEO

Fövqəladə Hallar Nazirliyində qanvermə aksiyası keçirilib – FOTO/VİDEO

05 Sentyabr 2026 - 12:19
Avropa İttifaqı miqrantları Qazaxıstan və Özbəkistana deportasiya edə bilər

Avropa İttifaqı miqrantları Qazaxıstan və Özbəkistana deportasiya edə bilər

05 Sentyabr 2026 - 12:03
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.