"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home Banner

Azərbaycan ilə Estoniya arasında hökumətlərarası komissiyanın 2-ci iclası olub

01 Oktyabr 2014 - 00:35
in Banner, GÜNDƏM, İQTİSADİYYAT
FacebookVatsap

Sentyabrın 30-da Tallinndə Azərbaycan ilə Estoniya arasında Ticarət-iqtisadi əməkdaşlıq üzrə 14120997772198642258_600x400hökumətlərarası komissiyanın 2-ci iclasında iki ölkə arasında iqtisadi münasibətlərin vəziyyəti və inkişafı müzakirə olunub.
Azərbaycanı iclasda rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. Nümayəndə heyətinin tərkibinə energetika və sənaye nazirinin müavini Natiq Abbasov, vergilər nazirinin müavini Sahib Ələkbərov, Təhsil departamentinin rəhbəri Tamilla Əliyeva, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Kibertəhlükəsizlik mərkəzinin direktoru Faiq Fərmanov, Yüksək Texnologiyalar Parkının direktoru Seymur Ağayev və başqaları daxil olublar.
Estoniya tərəfdən iclasda iqtisadiyyat və kommunikasiya naziri Urve Palonun rəhbərlik etdiyi komissiya üzvləri iştirak ediblər.
Hökumətlərarası komissiyanın iclasında Estoniya naziri Urve Palo deyib ki, bugünkü görüş əməli xarakter daşıyır və iki ölkə arasında gələcək əməkdaşlıq üçün möhkəm zəmin yaradır.
U.Palo bütövlükdə Estoniya ilə Azərbaycan arasında əməkdaşlıqdan danışarkən qeyd edib ki, əlaqələrin inkişafının ilkin mərhələsində olduğumuza baxmayaraq, əməkdaşlıq potensialı yetərincə genişdir. Bu gün Estoniya ilə Azərbaycan arasında əmtəə mübadiləsi az və qeyri-sabitdir, keçən il bu göstərici 8,1 milyon avro olub.
Urve Palo, onun fikrincə, az həcmdə həyata keçirilmiş qarşılıqlı investisiyalar barədə də məlumat verib.
Eston nazir iki ölkənin işgüzar dairələrinin qarşılıqlı marağının artdığını qeyd edib. Estoniyanın biznes registrinin məlumatına görə, 2014-cü ilin yanvar ayına ölkədə 19 Azərbaycan müəssisəsi qeydə alınıb ki, onun da yarısı 100 faiz Azərbaycan kapitalı ilə fəaliyyət göstərir. Qarşılıqlı faydalı iqtisadi əməkdaşlıq üçün şərait yaradılmasının vacib olduğu bildirilib.
Urve Palo nəzərə çatdırıb ki, Estoniya sadələşdirilmiş transsərhəd ticarəti üzrə dünyada 7-ci yeri tutur.
Eston nazir elmi-tədqiqat və konstruktor araşdırmaları sahəsində əlaqələri möhkəmlətməyin əhəmiyyətini vurğulayaraq deyib ki, yerli sahibkarlara Azərbaycanın Yüksək Texnologiyalar Parkının imkanları barədə məlumat veriləcəkdir.
U.Palonun sözlərinə görə, Estoniya informasiya texnologiyaları sahəsində dövlətlərarası əməkdaşlığın vacib olduğunu bildirir və istər İT-qərarlar, istərsə də kibertəhlükəsizlik sahəsində öz təcrübəsini bölüşməyə hazırdır.
Nazir deyib: İkitərəfli münasibətləri möhkəmləndirmək məqsədilə Estoniya digər beynəlxalq təşkilatlar, ittifaqlar və təsisatlar ilə əməkdaşlıqda Azərbaycanı dəstəkləyir. U.Palo bildirib ki, Estoniya hökuməti Azərbaycan ilə Avropa İttifaqının siyasi birliyini və iqtisadi inteqrasiyasını bundan sonra da dəstəkləməyə hazırdır. U.Palo əməkdaşlığın genişləndirilməsi üçün mümkün zəmin kimi “Şərq tərəfdaşlığı” proqramının əhəmiyyətini vurğulayaraq Azərbaycan ilə Avropa İttifaqı arasında danışıq proseslərinin sürətləndirilməsi üçün səylərin zəruri olduğunu qeyd edib.
Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov səmimi qəbul üçün minnətdarlığını bildirərək 2012-ci ilin dekabrında təsdiq olunmuş “Azərbaycan-2020: gələcəyə baxış” inkişaf konsepsiyası barədə məlumat verib və qeyd edib ki, əsas məqsəd bütün göstəricilər üzrə dünyanın ən inkişaf etmiş ölkələri sırasına daxil olmaqdır. Ə.Abbasovun sözlərinə görə, inkişaf konsepsiyasının məqsədi həmçinin qeyri-neft sektorunun hesabına ümumi daxili məhsulun həcmini 2012-ci ildəkinə nisbətən iki dəfə artırmaqdır.
Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri deyib ki, məlum olduğu kimi, Estoniya innovasiyalar sahəsindəki uğurları ilə fəxr edir. Bu sahədə sürətli inkişaf sahibkarlığın inkişaf etdirilməsi üzrə uzunmüddətli və şüurlu fəaliyyət hesabına əldə edilib. Buna görə də Estoniya Azərbaycanın əsas tərəfdaşıdır. Əli Abbasov təhsil, yüksək texnologiyalar sahəsini gələcək əməkdaşlıq üçün prioritet istiqamətlər adlandırıb.
Ə.Abbasov Azərbaycan tərəfinin nəqliyyat sektorunda da əməkdaşlığı inkişaf etdirmək niyyətində olduğunu bildirib. Məlumat verilib ki, Azərbaycan əsasını TRASECA layihəsinin təşkil etdiyi Böyük İpək Yolunun bərpa edilməsinin təşəbbüsçüsüdür.
Qeyd edilib ki, Azərbaycanın və Estoniyanın vergi orqanları arasında səmərəli informasiya mübadiləsi, habelə ikiqat vergitutmadan qaçmaq üçün imzalanmış saziş, Estoniyanın Vergi və Gömrük Departamenti ilə Azərbaycanın Vergilər Nazirliyi arasında əməkdaşlıq haqqında Memorandum iqtisadi əlaqələrin inkişafına kömək göstərir.
Rabitə və yüksək texnologiyalar naziri Azərbaycanın Yüksək Texnologiyalar Parkının fəaliyyəti barədə məlumat verərək bu sahədə ikitərəfli əlaqələrin inkişafı üçün qanunvericilik bazasının yaradılmasını təklif edib. İnformasiya-kommunikasiya texnologiyaları sahəsində iki ölkə arasında ticarətin birlikdə inkişaf etdirilməsi, Azərbaycanda texnoparkların və innovasiya yönümlü iqtisadi mühitin yaradılması sahəsində Estoniyanın 20 illik təcrübəsinin öyrənilməsi təklif olunub.
Əli Abbasov Azərbaycanın ərazi bütövlüyünü müdafiə etdiyinə görə Estoniyaya təşəkkürünü bildirir. Bununla əlaqədar olaraq Azərbaycan tərəfi onun işğal olunmuş ərazilərində, o cümlədən Dağlıq Qarabağ regionunda istehsal edilmiş malların Estoniya bazarına idxalına, ixracına, reklamına və satışına yol verməməyə çağırıb.
Energetika və sənaye nazirinin müavini Natiq Abbasov energetika sahəsində həyata keçiriləcək hər iki ölkə üçün regional və beynəlxalq əhəmiyyətli layihələrdə iştirak imkanlarının öyrənilməsini, texnika və metallurgiya sahəsində iki ölkə arasında münasibətlərin genişləndirilməsini təklif edib.
Vergilər nazirinin müavini Sahib Ələkbərov öz çıxışında 2009-cu ildə imzalanmış “Azərbaycanın Vergilər Nazirliyi ilə Estoniyanın Vergi və Gömrük Departamenti arasında vergi inzibatçılığı fəaliyyəti sahəsində əməkdaşlıq haqqında memorandum” əsasında qabaqcıl təcrübə mübadiləsini davam etdirmək təklifini irəli sürüb.
İclasda komissiyanın üzvləri hər iki ölkənin şirkətlərinin konfranslarda, seminarlarda iştirakını artırmaq, qarşılıqlı ticarəti və investisiyaları genişləndirmək, daha dərin iqtisadi əməkdaşlıq üçün əlverişli şərait yaratmaq məqsədilə gələcəkdə əməkdaşlığın inkişaf etdirilməsinə və intensivləşdirilməsinə maraq göstərdiklərini bildiriblər.
Ticarət-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 2-ci iclasının yekunlarına dair protokol imzalanıb. Sənədi rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov, iqtisadiyyat və kommunikasiyalar naziri Urve Palo imzalayıblar.

Bunu da oxuyun

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Əmtəə bazarlarında qızıl 4 200 dollardan aşağı səviyyədə ticarət olunur

Nyu-York birjasında təbii qaz ucuzlaşıb

Previous Post

Azərbaycan ilə Estoniya arasında hökumətlərarası komissiyanın 2-ci iclası olub

Next Post

İŞİD və kürdlər üz-üzə gəldi – Video

Bənzər yazılar

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 - 13:10

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 2 627,8 mln. manat dəyərində...

Əmtəə bazarlarında qızıl 4 200 dollardan aşağı səviyyədə ticarət olunur

Əmtəə bazarlarında qızıl 4 200 dollardan aşağı səviyyədə ticarət olunur

17 Oktyabr 2026 - 10:30

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri artıb. Elchi.az birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun...

Nyu-York birjasında təbii qaz ucuzlaşıb

Nyu-York birjasında təbii qaz ucuzlaşıb

17 Oktyabr 2026 - 10:00

Nyu-Yorkun "NYMEX" əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti azalıb. Elchi.az xəbər verir ki, 2026-cı ilin noyabr ayında çatdırmaq...

Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib

Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib

16 Oktyabr 2026 - 19:27

Prezident İlham Əliyev Milli Paralimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyi münasibətilə komitənin kollektivini və paralimpiyaçıları təbrik edib. Elchi.az xəbər verir ki,...

Next Post

İŞİD və kürdlər üz-üzə gəldi - Video

İŞİD və kürdlər üz-üzə gəldi - Video

Son xəbərlər

Almaniya Kansleri məcburi hərbi xidmətin bərpa oluna biləcəyini bəyan edib

Almaniya Kansleri məcburi hərbi xidmətin bərpa oluna biləcəyini bəyan edib

17 Oktyabr 2026 - 19:21
Moskvada 103 aviareys təxirə salınıb

Moskvada 103 aviareys təxirə salınıb

17 Oktyabr 2026 - 19:00
“Sabah”ın baş məşqçisi: “Qarabağ” – “Neftçi” oyununu neytral azarkeş kimi izləyəcəyəm

“Sabah”ın baş məşqçisi: “Qarabağ” – “Neftçi” oyununu neytral azarkeş kimi izləyəcəyəm

17 Oktyabr 2026 - 18:43
Husilər Yəmən hökumətinə bağlı əsir götürülmüş 159 nəfəri azad edib

Husilər Yəmən hökumətinə bağlı əsir götürülmüş 159 nəfəri azad edib

17 Oktyabr 2026 - 18:02
Kiyevdə Kliçkonun istefası tələbi ilə aksiya keçirilir

Kiyevdə Kliçkonun istefası tələbi ilə aksiya keçirilir

17 Oktyabr 2026 - 17:00
İran XİN rəhbəri: Hörmüzün açılması üçün ABŞ-a yeddi günlük plan təklif etmişik, seçim onlarındır

İran XİN rəhbəri: Hörmüzün açılması üçün ABŞ-a yeddi günlük plan təklif etmişik, seçim onlarındır

17 Oktyabr 2026 - 16:35
Zelenski ABŞ-ın Rusiyaya qarşı sanksiyaları ləğv etməyə davam edəcəyini düşünür

Zelenski ABŞ-ın Rusiyaya qarşı sanksiyaları ləğv etməyə davam edəcəyini düşünür

17 Oktyabr 2026 - 15:57
Valeh Ələsgərov “Şərəf” ordeni ilə təltif edilib

Valeh Ələsgərov “Şərəf” ordeni ilə təltif edilib

17 Oktyabr 2026 - 15:40
Roma Papası xəstəxanadan evə buraxılacaq

Roma Papası xəstəxanadan evə buraxılacaq

17 Oktyabr 2026 - 14:32
Ronaldo yeni biznesinə 10 milyon avro sərmayə qoydu

Ronaldo yeni biznesinə 10 milyon avro sərmayə qoydu

17 Oktyabr 2026 - 13:59
Bakıda keçirilən NATO təlimi başa çatdı – FOTO/VİDEO

Bakıda keçirilən NATO təlimi başa çatdı – FOTO/VİDEO

17 Oktyabr 2026 - 13:41
Hakan Fidan misirli həmkarı ilə görüşdü

Hakan Fidan misirli həmkarı ilə görüşdü

17 Oktyabr 2026 - 13:23
Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 - 13:10
Sabah 31 dərəcə isti olacaq

Sabah 31 dərəcə isti olacaq

17 Oktyabr 2026 - 12:56
Zabrat-Maştağa avtomobil yolunun bir hissəsində hərəkət məhtudlaşdırılacaq

Zabrat-Maştağa avtomobil yolunun bir hissəsində hərəkət məhtudlaşdırılacaq

17 Oktyabr 2026 - 12:48
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.