"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Hacı İbrahimin “özünü damdan at” dediyi sahibkar Qənirə Paşayevaya müraciət etdi – VİDEO

25 Avqust 2014 - 10:39
in CƏMİYYƏT
FacebookVatsap

Qazaxlı sahibkar Qənirə Paşayevaya səsləndi: “Artıq yaşaya bilmirəm”

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Azərbaycanda bu kəndi su basdı – Video

Pulsuz hüquqi yardım alacaq şəxslərin əhatə dairəsi və vəkillərin məsuliyyəti müəyyənləşir

qazaxliİki mənzili əlindən alınan və həmin mənzillərə görə ödədiyi 355 min manatı uzun müddətdir «Avesta» Konserninə məxsus “Həsən-96″ MTK-dan ala bilmədiyini deyən qazaxlı sahibkar Elşad Məmmədov artıq “ölüm körpüsü” adını almış Koroğlu metrostansiyası yaxınlığındakı  körpünün altından Qənirə Paşayevaya müraciət edib. Savash.org həmin müraciəti olduğu kimi dərc edir:

” Qənirə xanım, sizə üç övlad atası kimi müraciət edirəm. «Mən bütün nəyim var idisə hamısını satıb İbrahim İbrahimovun sahibi olduğu «Avesta» Konserninə məxsus «Həsən-6» MTK tikinti şirkətinə 355 min manat ödəyərək, iki mənzil almışam. Sonradan o mənzillər xəbərim olmadan əlimdən alınıb. Elə o vaxtan da kirayələrdə qalıram. Artıq yaşaya bilmirəm. Üç qardaşıq, birləşib nəyimiz varsa, satıb «Həsən-6» MTK-nın o iki evi almışdıq. Bir gün evlərdən birini satmaq istədim. Şirkətin Orxan adlı işçisinə bu barədə deyəndə məndən evin sənədlərini aldı ki, müştəri var, guya ona göstərəcək. Sonra hiss etdim ki, Orxan məndən qaçır. Binaya getdim, gözətçiyə binadakı mənzillərin nömrəsini dedim. Gözətçi jurnala baxıb bildirdi ki, həmin mənzillərdən biri mənim, o biri isə başqa adamın adınadır. Başa düşdüm ki, Orxan sənədlərini verdiyim mənzili özbaşına, saxta yolla satıb”. «Həsən-6» MTK «Avesta» Konserninin şirkətlər şəbəkəsinə daxildir. Konsernin prezidenti «nehrəmli Hacı İbrahim» kimi tanınmış iş adamı İbrahim İbrahimovdur”.

Elşad Məmmədov iş adamının yanında olduğunu da deyir. Ancaq şirkət rəhbəri ilə görüşməsi də ona kömək edə bilməyib. İş adamı ilə görüşdən bir şey çıxmadığını görən Elşad Məmmədovun şirkətin hərəkətlərindən şikayət etməsi isə onun eyni binadan aldığı ikinci mənzili də itirməsinə səbəb olub. Şirkət məhkəmədə iddia qaldırıb ki, Elşad Məmmədova həmin evi pulla yox, şərt əsasında verib. Guya Elşad Məmmədov şirkət qarşısında öhdəlik götürüb ki, şirkətin tikdirdiyi bir obyektin qapı-pəncərə işlərini görəcək. Ancaq öhdəliyi yerinə yetirməyib. Ona görə də onunla mənzilə alqı-satqı müqaviləsinin ləğv olunmasına dair Nəsimi rayon Məhkəməsində iddia qaldırıb. Məhkəmə iddianı təmin edib. Məhkəmə Elşad Məmmədovun iştirakı olmadan keçirilib. Qətnamədə qeyd olunur ki, Elşad Məmmədova bir neçə məhkəmənin keçiriləcəyi yer və vaxtı barədə bildiriş göndərilsə də, o, məhkəməyə gəlməyib.

Elşad Məmmədov isə deyir ki, məhkəmədən nəinki bildiriş almayıb, hətta belə bir məhkəmənin keçirilməsindən xəbəri olmayıb. Bir gün yaşadığı ünvana məhkəmə qətnaməsi gələndə xəbər tutub ki, it də gedib, ip də. Elşad Məmmədov məhkəmə qətnaməsindən apellyasiya şikayəti versə də təmin olunmayıb. İndi o, ümidlərini Ali Məhkəməyə bağlayıb. Elşad Məmmədovun sözlərinə görə, şirkət rəhbərliyindən şikayətlər etdikcə onun mobil telefonuna hədələyici zənglər gəlir: “Zəng vurub özlərini “bandotdel” işçiləri kimi təqdim edirlər. Əlimdən alınmış ikinci mənzilin sənədlərini onlara verməyimi, şikayətlərimi dayandırmağımı tələb edirlər. Məni şərləyib tutacaqlarını, “bandotdel”də saxlayacaqlarını deyirlər”.

 

Previous Post

Hacı İbrahimin “özünü damdan at” dediyi sahibkar Qənirə Paşayevaya müraciət etdi – VİDEO

Next Post

Mehriban Əliyeva doğum gününü qeyd edir

Bənzər yazılar

Sabah Bakıya yağış yağacaq

Sabah Bakıya yağış yağacaq

05 Oktyabr 2026 - 12:43

Sabah Azərbaycanda hava necə olacaq? Oktyabrın 6-da gözlənilən hava proqnozu açıqlanıb. Bakıda və Abşeron yarımadasında hava necə olacaq? Milli Hidrometeorologiya...

Azərbaycanda bu kəndi su basdı – Video

Azərbaycanda bu kəndi su basdı – Video

05 Oktyabr 2026 - 12:28

Son günlər şimal-qərb zonasında yağan yağışlar Şəkinin Qudula kəndində fəsadlar yaradıb. Elchi.az Report-a istinadla xəbər verir ki, güclü yağış səbəbindən kəndin...

Pulsuz hüquqi yardım alacaq şəxslərin əhatə dairəsi və vəkillərin məsuliyyəti müəyyənləşir

Pulsuz hüquqi yardım alacaq şəxslərin əhatə dairəsi və vəkillərin məsuliyyəti müəyyənləşir

05 Oktyabr 2026 - 11:38

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında “Pulsuz hüquqi yardım haqqında” haqqında qanun layihəsi müzakirəyə...

Pulsuz hüquqi yardımın göstərilməsi üzrə xidmət haqqı və digər xərclər məlum olub

Pulsuz hüquqi yardımın göstərilməsi üzrə xidmət haqqı və digər xərclər məlum olub

05 Oktyabr 2026 - 11:25

Pulsuz hüquqi yardımın göstərilməsi üzrə xidmət haqqı və digər xərclər məlum olub. Elchi.az-ıın xəbərinə görə, bu, Milli Məclisin Hüquq siyasəti...

Next Post

Mehriban Əliyeva doğum gününü qeyd edir

Mehriban Əliyeva doğum gününü qeyd edir

Son xəbərlər

Sabah Bakıya yağış yağacaq

Sabah Bakıya yağış yağacaq

05 Oktyabr 2026 - 12:43
Azərbaycanda bu kəndi su basdı – Video

Azərbaycanda bu kəndi su basdı – Video

05 Oktyabr 2026 - 12:28
“Azərbaycan İsrailin Qəzzada etdiklərinə heç vaxt haqq qazandırmayıb” – Qüdrət Həsənquliyev

“Azərbaycan İsrailin Qəzzada etdiklərinə heç vaxt haqq qazandırmayıb” – Qüdrət Həsənquliyev

05 Oktyabr 2026 - 12:20
Gültac Məmmədəliyeva dünya çempionatında 1/8 finala yüksəldi

Gültac Məmmədəliyeva dünya çempionatında 1/8 finala yüksəldi

05 Oktyabr 2026 - 12:15
Prezident İlham Əliyev Avstriyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib

Prezident İlham Əliyev Avstriyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib

05 Oktyabr 2026 - 12:04
Türkiyənin Azərbaycandakı səfiri iki ölkə şairlərinin yaradıcılığı ilə bağlı təkliflə çıxış edib

Türkiyənin Azərbaycandakı səfiri iki ölkə şairlərinin yaradıcılığı ilə bağlı təkliflə çıxış edib

05 Oktyabr 2026 - 11:51
Pulsuz hüquqi yardım alacaq şəxslərin əhatə dairəsi və vəkillərin məsuliyyəti müəyyənləşir

Pulsuz hüquqi yardım alacaq şəxslərin əhatə dairəsi və vəkillərin məsuliyyəti müəyyənləşir

05 Oktyabr 2026 - 11:38
Pulsuz hüquqi yardımın göstərilməsi üzrə xidmət haqqı və digər xərclər məlum olub

Pulsuz hüquqi yardımın göstərilməsi üzrə xidmət haqqı və digər xərclər məlum olub

05 Oktyabr 2026 - 11:25
İran “Starlink” məsələsi ilə bağlı Norveçə etirazını bildirib

İran “Starlink” məsələsi ilə bağlı Norveçə etirazını bildirib

05 Oktyabr 2026 - 11:17
Tramp süni intellekt yarışında yeni mərhələyə keçir: “Super İntellekt Qüvvəsi” yaradıldı

Tramp süni intellekt yarışında yeni mərhələyə keçir: “Super İntellekt Qüvvəsi” yaradıldı

05 Oktyabr 2026 - 11:09
Prezident İlham Əliyev Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib – FOTO

Prezident İlham Əliyev Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib – FOTO

05 Oktyabr 2026 - 11:08
Qocalan beyin zəifləmir; uyğunlaşır

Qocalan beyin zəifləmir; uyğunlaşır

05 Oktyabr 2026 - 10:53
Günəş işığı və sudan hidrogen istehsalı üçün yeni material hazırlanıb

Günəş işığı və sudan hidrogen istehsalı üçün yeni material hazırlanıb

05 Oktyabr 2026 - 10:44
Qanunsuz saxlanılan silah-sursat aşkarlanıb

Qanunsuz saxlanılan silah-sursat aşkarlanıb

05 Oktyabr 2026 - 10:32
Rusiyada laboratoriya işçisinin şübhəli ölümü epidemiya qorxusu yaratdı

Rusiyada laboratoriya işçisinin şübhəli ölümü epidemiya qorxusu yaratdı

05 Oktyabr 2026 - 10:25
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.