"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

Əli Həsənov: “Vətəndaşlarımız işgəncəyə məruz qalırlar, qəddarcasına öldürülürlər”

07 Avqust 2014 - 14:47
in MANŞET
FacebookVatsap
Prezidenti Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli img1614700Həsənov Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə komissarı Ketrin Eşton və qurumun genişlənmə üzrə komissarı Ştefan Fülenin Azərbaycanda insan haqlarının pozulması iddiası ilə bağlı son çıxışlarına münasibət bildirib.
Ə.Həsənov AzerTac-a müsahibəsində bildirib ki, Azərbaycan sürətlə inkişaf edən, yüksək beynəlxalq nüfuza malik, bütün əsas fundamental insan haqlarının, demokratik azadlıqların təmin olunduğu hüquqi dövlətdir:
“Respublikada siyasi plüralizm və vətəndaş cəmiyyəti formalaşmış, siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının və müstəqil medianın fəaliyyəti üçün bütün lazımi şərait təmin edilib. Bu sahələrin inkişafına hərtərəfli dövlət dəstəyi göstərilir. Azərbaycan hazırda demokratik təsisatların kəmiyyət və keyfiyyət göstəricilərinə, inkişaf səviyyəsinə, tam sərbəst və səmərəli fəaliyyətlərinin təminatına görə regionda və MDB məkanında ən öncül ölkə hesab olunur. Ölkədə azad cəmiyyət quruculuğu sahəsində əldə olunmuş mühüm nailiyyətlər hakimiyyətin siyasi iradəsinin, bu məsələdə qətiyyətli və prinsipial mövqeyinin əyani təzahürüdür.
Məlum olduğu kimi, demokratik inkişafın başlıca tələblərindən biri də qanunun aliliyinin, sosial statusundan və fəaliyyət sahəsindən asılı olmayaraq, bütün vətəndaşların cəmiyyət və qanunlar qarşısındakı bərabər məsuliyyətinin təmin edilməsindən ibarətdir. Beynəlxalq aləmə uğurla inteqrasiya edən Azərbaycanın qanunvericiliyi də daim demokratik standartlara uyğunlaşdırılır və tətbiq olunur. Avropa İttifaqına və Avropa Şurasına üzv dövlətlərdə olduğu kimi, Azərbaycanda da hər bir şəxs, o cümlədən qeyri-hökumət təşkilatlarının və kütləvi informasiya vasitələrinin nümayəndələri ölkə qanunlarına hörmətlə yanaşmağa, onun tələblərinə riayət etməyə borcludurlar. Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə komissarı Ketrin Eşton və qurumun genişlənmə üzrə komissarı Ştefan Fülenin məlum bəyanatında “məşhur” elan edilmiş, habelə müxtəlif xarici təşkilatların açıqlamalarında adları keçən, amma ölkəmizdə geniş ictimaiyyətə tanış olmayan şəxslər konkret cinayət əməllərində şübhəli bilinərək aidiyyəti orqanlar tərəfindən həbs olunmuş və onların müəyyən müddətə saxlanılması barədə məhkəmələr tərəfindən müvafiq qərarlar verilib. Yalnız istintaq və məhkəmə araşdırması onların günahkar olub-olmadığına aydınlıq gətirə bilər. Buna görə də, hesab edirəm ki, həmin dairələrin bəzi maraqlı yerli antimilli qrupların “operativ” donoslarına əsaslanan tələsik, növbətçi bəyanatları subyektiv mülahizələrdən ibarətdir, qərəzli və qeyri-obyektiv xarakter daşıyır, habelə istintaqa və məhkəmələrə təzyiq məqsədi güdür. Avropa İttifaqının yüksək vəzifəli nümayəndələrinə, “Amnesty İnternational”, “Human Rights Watch” və digər bu kimi təşkilatlara məsləhət görərdik ki, Azərbaycana qarşı selektiv, tendensiyalı münasibətə, ikili standartlar siyasətinə son qoysunlar.
Azərbaycan ictimaiyyəti nüfuzlu beynəlxalq qurumlardan, insan haqları sahəsində fəaliyyət göstərən xarici təşkilatlardan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli, beynəlxalq hüquq normaları çərçivəsində həlli ilə bağlı əməli yardım gözləyir. Bir neçə gün öncə işğalçı Ermənistanın kəşfiyyat-təxribat qruplarının total basqını nəticəsində Ermənistan-Azərbaycan dövlət sərhədinin və qoşunların təmas xəttinin müxtəlif istiqamətlərində atəşkəs rejimi pozulmuş, çoxlu sayda hərbçi və dinc insan həlak olmuş, genişmiqyaslı hərbi əməliyyatların bərpa olunması təhlükəsi yaranmışdır.
Bu gün vətəndaşlarımız Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış ərazilərinə – öz torpaqlarına sərbəst gedə bilmir və yaxud ermənilər tərəfindən girov götürülərək işgəncəyə məruz qalır, qəddarcasına öldürülürlər. Sərhəddə və cəbhə xəttində sakinlər daim atəşə tutulur, çox təhlükəli şəraitdə yaşamağa məhkumdurlar. Son günlərdə əsgərlərlə yanaşı, məktəb yaşlı iki uşaq da erməni snayperləri tərəfindən açılan atəş nəticəsində yaralanıb. Təəssüf ki, Azərbaycanda ən müxtəlif məsələlərlə bağlı ardıcıl və bir qayda olaraq qərəzli bəyanatlar səsləndirən Avropa rəsmiləri, bəzi xarici hüquq-müdafiə təşkilatları bu reallıqları nəinki görmək istəmir, bir milyondan artıq azərbaycanlının elementar insan haqlarının neçə illərdir ki, kobudcasına tapdanması faktını da qulaqardına vururlar.
Onu da qeyd etmək istərdim ki, bu gün ATƏT məkanında, hətta Avropanın aparıcı ölkələrində də insan hüquq və azadlıqlarının kobud şəkildə məhdudlaşdırılması ilə bağlı çoxsaylı faktlar mövcuddur. Görünür, adı çəkilən qurumların rəsmilərinə bu həqiqətlər barədə danışmaq, onları etiraf etmək sadəcə sərf etmir.
Bir daha qeyd edirəm ki, Azərbaycan müstəqil dövlətdir, öz daxili işlərinə hər hansı kənar müdaxilələri qəbul etmir və bundan sonra da etməyəcəkdir”.

 

Bunu da oxuyun

YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib – VİDEO

Lukaşenkodan Ermənistana ÇAĞIRIŞ

Previous Post

Əli Həsənov: “Vətəndaşlarımız işgəncəyə məruz qalırlar, qəddarcasına öldürülürlər”

Next Post

Rusiya Azərbaycana uçuşları qadağan etdi

Bənzər yazılar

YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

03 Oktyabr 2026 - 12:52

Oktyabrın 2-də Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayının keçirilməsi yeni geosiyasi reallıqlar şəraitində mühüm və əlamətdar hadisəolaraq...

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib – VİDEO

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib – VİDEO

02 Oktyabr 2026 - 16:23

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında YAP-ın VIII qurultayı ilə bağlı paylaşım edilib. Elchi.az paylaşımı təqdim edir:

Lukaşenkodan Ermənistana ÇAĞIRIŞ

Lukaşenkodan Ermənistana ÇAĞIRIŞ

02 Oktyabr 2026 - 16:00

Belarus prezidenti Aleksandr Lukaşenko Ermənistanı Avrasiya İqtisadi İttifaqının (Aİİ) ümumi bazarından çıxmamağa çağırıb. Elchi.az-ın xəbərinə görə, o, hesab edir ki,...

“Avropa diri-diri yeyilir” – Tramp

“Avropa diri-diri yeyilir” – Tramp

02 Oktyabr 2026 - 15:00

ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Avropa diri-diri yeyilir. Elchi.az xəbər verir ki, Tramp Texasda çıxışı zamanı deyib: "Avropanın...

Next Post

Rusiya Azərbaycana uçuşları qadağan etdi

Rusiya Azərbaycana uçuşları qadağan etdi

Son xəbərlər

Vətəndaşlar “Açıq qapı” günü aksiyalarında pulsuz hüquqi yardımdan yararlanıblar

Vətəndaşlar “Açıq qapı” günü aksiyalarında pulsuz hüquqi yardımdan yararlanıblar

03 Oktyabr 2026 - 14:00
Anatoli Kaşpirovski vəfat etdi

Anatoli Kaşpirovski vəfat etdi

03 Oktyabr 2026 - 13:43
Sabah Ziya Bünyadov prospektində yolötürücüsündə müayinə aparılacaq

Sabah Ziya Bünyadov prospektində yolötürücüsündə müayinə aparılacaq

03 Oktyabr 2026 - 13:30
Səudiyyə Ərəbistanı husilərin mövqelərinə artilleriya zərbələri endirdi

Səudiyyə Ərəbistanı husilərin mövqelərinə artilleriya zərbələri endirdi

03 Oktyabr 2026 - 13:16
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb

Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb

03 Oktyabr 2026 - 12:58

Sabah Bakıda yağış yağacaq, dağlıq ərazilərə qar düşəcək

03 Oktyabr 2026 - 12:52
YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

03 Oktyabr 2026 - 12:52
Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

03 Oktyabr 2026 - 12:40
NATO qırıcıları Litvaya görə havaya qaldırıldı

NATO qırıcıları Litvaya görə havaya qaldırıldı

03 Oktyabr 2026 - 12:21
Qrız, Xınalıq, Qusar və Şahdağa qar yağır – VİDEO

Qrız, Xınalıq, Qusar və Şahdağa qar yağır – VİDEO

03 Oktyabr 2026 - 12:09
Dövlət başçısı İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb

Dövlət başçısı İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb

03 Oktyabr 2026 - 11:55
Azərbaycan lideri Almaniya Prezidentini təbrik edib

Azərbaycan lideri Almaniya Prezidentini təbrik edib

03 Oktyabr 2026 - 11:53
Azərbaycan Prezidenti İraq liderini təbrik edib

Azərbaycan Prezidenti İraq liderini təbrik edib

03 Oktyabr 2026 - 11:52
Bakıda aylıq normadan çox yağıntı düşüb – FAKTİKİ HAVA

Bakıda aylıq normadan çox yağıntı düşüb – FAKTİKİ HAVA

03 Oktyabr 2026 - 11:51
Suqovuşan və Talış kəndlərində görülən işlər açıqlanıb

Suqovuşan və Talış kəndlərində görülən işlər açıqlanıb

03 Oktyabr 2026 - 11:25
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.